Dövlət Turizm Agentliyinin tabeliyindəki

qoruq müəsisələrdəki yeniliklər təqdim olunub

 

Azərbaycanın palçıq vulkanları ilə tanışlıq ziyarətçilərə planetimizin möcüzəli təbiət hadisəsini izləmək, Yerin geoloji quruluşu barədə bilgilərini dərinləşdirmək üçün unikal fürsət yaradır

 

Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki qoruq müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı ərzində qoruq mədəniyyət müəssisələrini ziyarət edənlərin statistikası təqdim edilib.

Bu münasibətlə Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub.

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli  Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatdaYuxarı BaşMilli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə KişTarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan bərpa işləri haqqında məlumat verib. Bildirib ki, “LahıcDövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Qoruq evinin inşası tamamlanmaq üzrədir. “LahıcDövlət Tarix Memarlıq Qoruğunda parkinq zonasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamandaBasqalDövlət Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır.

Qeyd olunub ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin Turizm TəşkilatınınƏn yaxşı turizm kəndi” (“Best Tourism Villages”) siyahısına əlavə olunub ki, bu da "Xınalıq Köç Yolu" Dövlət Tarix-Mədəniyyət Etnoqrafiya Qoruğu üzrə yeni turizm xidmətləri məhsullarının formalaşmasına töhfə kimi qiymətləndirilir. Məlumat verilib ki, 2020-ci ildən başlayaraq Xınalıqda abidələrin evlərin bərpası mərhələli qaydada davam etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb edilməsi ilə aparılan bərpa abadlıq işləri məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

Məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksində azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin hazırlanmasına başlanılıb. Həmçinin kompleksin ərazisindəki palçıq vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.

Təqdimatda qoruq müəssisələri cari ilin 9 ayı ərzində ziyarət edənlərin sayı da açıqlanıb. Məlumat verilib ki, DTA-nın tabeliyində olan qoruqları muzeyləri 2025-ci ilin 9 ayı üzrə ziyarət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz artım olub. 2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları mədəniyyət müəssisələrini 159 171 nəfəri yerli, 547 323 nəfəri əcnəbi turist olmaqla 706 494 nəfər ziyarət edib. Göstərilən müddət çərçivəsində qoruqları mədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xarici vətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

M.Ağabəyli əlavə edib ki, hesabat dövründə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət Təbiət Qoruğunu ümumilikdə 226 434 nəfər ziyarət edib. Onlardan 204 078-i (90,13 %) xarici, 22 356-sı (9,87 %) isə yerli turist olub. "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu eyni dövrdə 198 167 nəfər ziyarət edib. Ziyarətçilərin 181 238-i (91,46 %) xarici, 16 929-u (8,54 %) isə yerli turistdir.

M.Ağabəyli bildirib ki, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğuna 140 691 nəfər baş çəkib. Onların 69 675-i (49,53 %) xarici, 71 016-sı (50,47 %) isə yerli turist olub. Palçıq Vulkanları Turizm Kompleksini 42 736 nəfər ziyarət edib. Onlardan 38 090-ı (89,12 %) xarici, 4 646-sı (10,88 %) isə yerli turistdir. "Kiş" Tarix-Memarlıq Qoruğunu isə 37 645 nəfər ziyarət edib. Bu rəqəmin 18 395-i (48,86 %) xarici, 19 250-si (51,14 %) isə yerli turistlərdir.

Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə bilet satışından 4 821 346 manat gəlir əldə edilib.

Daha sonra Azərbaycanın Palçıq Vulkanları Turizm Kompleksinin əməkdaşı məlumat verib ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi götürüldüyü yatağa dair məlumatlar da yer alır. Dünyada mövcud olan palçıq vulkanlarının 350-dən çoxu  Azərbaycanda yerləşir onlar ölkəmizin müxtəlif bölgələrinə paylanıblar. Kompleks onlardan bir qrupu – “Qılıncpalçıq vulkanları ilə tanışlıq imkanı yaradır. Azərbaycanın palçıq vulkanları ilə tanışlıq ziyarətçilərə planetimizin möcüzəli təbiət hadisəsini izləmək, Yerin geoloji quruluşu barədə bilgilərini dərinləşdirmək üçün unikal fürsət yaradır.

Sona burada palçıq vulkanlarının xüsusiyyətləri, təbii müalicəvi özəllikləri haqqında maraqlı məlumatlar verilib.

Jurnalistlər daha sonra Kompeksdə mövcud olan Təbiət tarixi sərgi zalında ekponatlarla tanış olublar. SərgininBöyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləriguşələrində Azərbaycan dünya faunasına aid vəhşi ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar sürünənlər sərgilənir. Nümayiş etdirilən bütün heyvan skeletləri canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilib.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2025.- 4 noyabr, ¹200.- S.11.