Avrasiyaya rifah, inkişaf

gətirəcək yeni strateji layihə

 

Zəngəzur dəhlizi

 

Böyük geosiyasi çəkisi strateji hədəfləri olan Zəngəzur dəhlizi (TRIPP) Ermənistandan keçməklə Türkiyə, Azərbaycan, Mərkəzi Asiya arasında sıx əlaqələr qurmağa imkan verəcək bu üç ölkə arasında logistik əlaqələrin daha da möhkəmlənməsini təmin edəcək. Dəhlizin açılması, həmçinin Azərbaycanın Qafqazdakı mövqeyini gücləndirərək, bölgənin nəqliyyat, enerji iqtisadi inteqrasiyasını sürətləndirəcək.

Qırx iki kilometrlikTramp sülh yoluadlanan avtomobil dəmir yolunun hərəkəti ilə yanaşı, enerji kommunikasiya xətlərinin reallaşmasına əlverişli şərait yaradacaq, regionda davamlı sülhün təmin edilməsinə, etimad mühitinin, əməkdaşlıq təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələr verəcək. Eksperetlərin hesablamalarına görə, TRIPP-ın Orta Dəhlizə birləşməsi ölkəmizin ərazisindən ildə 35 milyon ton yükün daşınmasına şərait yaradacaq.

Prezident İlham Əliyev bu yaxınlarda Qazaxıstan səfəri zamanı Prezident Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında bildirmişdi ki, TRIPP layihəsi mütləq reallaşdırılacaq: “Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur- Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm onların qəbulu göndərilməsi üçün daha böyük potensial olacaq”.

Ermənistanın baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda TRIPP layihəsindən danışarkən onun hər iki ölkə üçün əhəmiyyətini qeyd edib bölgədə kommunikasiya şəbəkələrinin inkişafının Azərbaycan Ermənistanın bir-birinin ərazisindən daxili beynəlxalq tranzit üçün istifadə etməsinə imkan yaradacağını vurğulayıb. Baş nazir qeyd edib ki, bu layihə Fars Oman körfəzləri, Qara, Xəzər Aralıq dənizləri arasında yeni marşrutların açılmasını təmin edəcək Ermənistan üçün yeni imkanlar yaradacaq: “Regional qarşılıqlı əlaqə o deməkdir ki, biz - həm Ermənistanı, həm Azərbaycanı nəzərdə tuturam-bir-birimizin ərazisindən daxili, ikitərəfli beynəlxalq kommunikasiyalar üçün istifadə etmək imkanı əldə edəcəyik. Bu da ərazimizdən yeni beynəlxalq tranzit marşrutunun açılması deməkdir. Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həqiqətən beynəlxalq ticarət, eləcə regionumuz üçün dönüş nöqtəsi ola bilər”.

Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətinin nəqliyyat infrastruktur naziri Abdulkadir Uraloğlu “Kanal7” televiziyasına müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq. “Zəngəzur dəhlizi Xəzər üzərindən Türk dünyası ilə birbaşa əlaqədirdeyən A.Uraloğlu qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolunun potensialının açılması səyləri ilə yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun işə salınması üçün addımlar atılır. Uraloğlu bildirib ki, Türkiyə daxilində uzunluğu 224 kilometr olan dəmir yolu hissəsində işlərə başlanılıb. Bu hissə Qarsı, İğdırı Dilucunu birləşdirəcək. Naxçıvanda da mühüm işlər görüləcək. Azərbaycanda infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlanıb. Əsas gözlənti Ermənistan ərazisindən keçəcək 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisinə başlanmasıdır: “ABŞ-ın təşəbbüsü ilə bu istiqamətdə razılıq əldə olunub biz yaxın zamanda işlərin başlanacağını gözləyirik. Türkiyə Asiyanı, Avropanı Afrikanı birləşdirən ən mühüm ticarət xətti üzərində yerləşir faktiki olaraq körpü rolunu oynayır. Bu strateji mövqeyimiz çərçivəsində biz artıq Orta Dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolunu yaratmışıq, indi isə onun tam potensialını üzə çıxarmaq istiqamətində işlər davam edir. Bununla yanaşı, Xəzər üzərindən Azərbaycan türk dünyası ilə birbaşa əlaqə üçün alternativ Zəngəzur dəhlizi layihələndirilir. Bu dəhliz Orta Dəhlizin buraxılış gücünü əhəmiyyətli dərəcədə artıracaq”.

Türkiyə Nəqliyyat İnfrastruktur Nazirliyinin əvvəlki məlumatına görə, Zəngəzur dəhlizinin Türkiyə ərazisindən keçən hissəsinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Qeyd edilir ki, yeni xətt mövcud Bakı-Tbilisi-Qars dəmir yolunu əvəz etməyəcək, əksinə, onu tamamlayaraq bütün Orta Dəhliz marşrutu üçün yeni perspektivlər açacaq. Bütün bunlarla yanaşı, artıq Naxçıvanda da mühüm işlər görülür. Burada SSRİ dövründən qalan mövcud dəmir yolu xəttinin- Ermənistan sərhədindən Culfa oradan Sədərək stansiyasına qədər olan hissəsinin modernləşdirilməsi nəzərdə tutulur.

Böyük strateji əhəmiyyət kəsb edən bu dəhliz dövlətimizin başçısının bildirdiyi kimi, azad edilmiş torpaqlara Böyük Qayıdışa əhəmiyyətli töhfələr verəcək, eləcə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Şübhəsiz, bu unikal layihənin regionda yeni nəqliyyat imkanları yaratması Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya Avropa arasındakı Orta Dəhlizin dəmir yolu avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. Zəngəzur dəhlizi reallaşdıqdan sonra bu layihə regionun mənzərəsini dəyişəcək, Asiyadan Avropaya qədər geniş bir əraziyə rifah, inkişaf gətirəcək.

 

Zahid Rza

 

İki sahil.- 2025.- 4 noyabr, ¹200.- S.10.