Torpaq qeydiyyatında yeniliklər:
Hüquq, şəffaflıq və elektron xidmətlər
Torpaq həm strateji sərvət, həm də vətəndaşların hüquqlarının ən həssas sahələrindən biridir. Onun düzgün sənədləşdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi və elektron kadastr sisteminə inteqrasiyası yalnız hüquqi mübahisələrin qarşısını almaqla kifayətlənmir, həm də daşınmaz əmlak bazarının şəffaf və səmərəli fəaliyyət göstərməsinə xidmət edir.
Bu sahədə aparılan islahatlar və qanunvericilik yenilikləri cəmiyyəti daim maraqlandırır. Sözügedən mövzu ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyevlə həmsöhbət olduq.
-Son illər
torpaq mülkiyyətinin
qeydiyyatı və sənədləşdirilməsi ilə bağlı qanunvericilikdə hansı dəyişikliklər edilib
və bu dəyişikliklər vətəndaşlara
nə kimi üstünlüklər qazandırır?
-Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilib. Bu Siyahıda əksini tapmış sənədlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün əsasdır. 439 nömrəli Fərmanın 4-cü hissəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən Siyahının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmış və müvafiq təkliflər əsasında son dövrdə aşağıdakı fərmanlar qəbul olunub:
1) Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanı;
2) Azərbaycan Respublikası
Prezidentinin 7 aprel 2022-ci il tarixli 1655
nömrəli Fərmanı;
3) Azərbaycan Respublikası
Prezidentinin 16 iyul 2025-ci il tarixli 444
nömrəli Fərmanı.
Bu fərmanların qəbul edilməsi nəticəsində Siyahıya bir
sıra yeni sənədlər daxil edilmişdir. Siyahıya
daxil edilməzdən əvvəl həmin sənədlər
daşınmaz əmlak üzərində hüquqların
qeydiyyatı üçün əsas sayılmırdı və
bu səbəbdən vətəndaşlar əmlaklarına
çıxarış ala bilmirdilər.
Müvafiq sənədlər Siyahıya
daxil edildikdən sonra bu problem aradan
qaldırılmış oldu. Qanunvericiliyə edilmiş dəyişikliklər
nəticəsində on minlərlə vətəndaş
çıxarış alaraq mülkiyyət hüququ əldə
etmiş, beləliklə, daşınmaz əmlak
bazarının iştirakçısı olmuşlar.
1655 və 444 nömrəli fərmanlarda
əksini tapmış sənədlərə misal olaraq
aşağıdakıları göstərmək olar:
yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma
orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib
olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi
həyətyanı torpaq sahələrinin
ölçüsü göstərildiyi halda);
yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq
sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti
orqanlarının inzibati ərazi dairələri üzrə
nümayəndələri tərəfindən 2001-ci il
yanvarın 1-dək qəbul edilmiş qərarlar;
həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq
kitablarından çıxarışlar;
yaşayış evinin (mənzilin)
şəxsin mülkiyyətinə verilməsi
barədə zəhmətkeş deputatları sovetlərinin qərarları
və s.
Torpaq sahələrinin elektron kadastr məlumat bazasında əks olunması
hansı mərhələdədir və bu prosesin ölkə
üzrə tam başa çatdırılması
üçün hansı işlər aparılır?
“Azərbaycan Respublikasında
torpaq münasibətlərinin
tənzimlənməsi sahəsində əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq,
ölkə üzrə vahid torpaq fondunun elektron kadastr
uçotu işləri yekunlaşmış, sadəcə
hazırda bəzi ərazilərdə dürüstləşmə
işləri davam etdirilir.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin
qeyri-qanuni məqsədlərlə istifadəsinin
qarşısının alınması üçün
hansı nəzarət və monitorinq mexanizmləri
mövcuddur?
“Azərbaycan Respublikasının
Torpaq Məcəlləsi”nin
9-cu maddəsinə əsasən,
ölkəmizin hüdudları daxilində yerləşən
bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir və
həmin torpaqlar məqsədli təyinatına və
hüquqi rejiminə uyğun olaraq müxtəlif kateqoriyalara
bölünür ki, bunlardan biri də kənd təsərrüfatı
təyinatlı torpaqlardır. Kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinin qeyri-qanuni məqsədlərlə
istifadəsi hallarının aşkar edilməsi məqsədilə
Əmlak Məsələləri Dövlət Xidmətinin
Əsasnaməsinə və Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və
onların mühafizəsinə Dövlət nəzarəti
haqqında Əsasnamə”nin 9.5-ci bəndinin tələblərinə
müvafiq olaraq Xidmətin əməkdaşları tərəfindən
mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
Monitorinqlər zamanı torpaq sahələrinin
özbaşına tutulması, tikinti və ya quraşdırma
işlərinin aparılması ilə bağlı aşkar
edilmiş faktlar qanunvericiliklə müəyyən edilmiş
qaydada rəsmiləşdirilərək toplanmış
materiallar hüquq-mühafizə
orqanlarına təqdim olunur. Eyni zamanda, keçirilən
monitorinqlər zamanı fiziki və ya hüquqi şəxslər
tərəfindən qanunla müəyyən edilmiş qaydada
mülkiyyətində, icarəsində və ya istifadəsində
olan kənd təsərrüfatı təyinatlı torpaqlardan
qanunvericiliyə uyğun istifadə olunmaması halları, yəni
İnzibati Xətalar Məcəlləsində nəzərdə
tutulmuş inzibati xəta hallarının törədilməsi
(torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi
və korlanması, torpaqlardan təsərrüfatsızcasına
istifadə edilməsi, torpaq sahəsindən məqsədli təyinatına
uyğun olmayan başqa məqsədlər üçün
istifadə edilməsi və sair) aşkar edildikdə bu barədə
inzibati xəta haqqında protokol tərtib edilir və inzibati
araşdırma zamanı inzibati xətanın törədilməsi
faktı təsdiqini tapdığı təqdirdə şəxs
barəsində qanunvericilikdə nəzərdə tutulmuş
inzibati tənbeh vermə haqqında qərar qəbul edilir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində
aparılmış monitorinqlər nəticəsində 815
halda kənd təsərrüfatı təyinatlı
torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmaması
aşkar edilib.
-Vətəndaşların öz torpaq sahələrini rəsmiləşdirməsi və
çıxarış alması prosesində hələ də
rast gəlinən ən ciddi çətinliklər
hansılardır və onların aradan qaldırılması
istiqamətində Xidmət hansı addımları atır?
-Bu sahədə ən ciddi çətinlik ərazilərin xəritə
məlumatları ilə sənəd üzrə göstəriciləri
arasında uyğunsuzluğun (kateqoriyasının fərqli
olması, digər torpaq sahələri ilə üst-üstə
düşməsi, faktiki torpaq sahələrinin az olması)
olmasıdır. Problemin həlli üçün yuxarıda
verilən cavabda qeyd olunduğu kimi, həmin ərazilərdə
dürüstləşmə işlərinin aparılması və
kompleks yanaşmanın tətbiqidir.
-Ərazi məlumatlarının
dəqiqləşdirilməsi üçün yerüstü və peyk əsaslı
ölçmələrin tətbiqi hansı səviyyədədir
və bu, torpaq sərhədlərinin dəqiq müəyyənləşdirilməsində
nə kimi rol oynayır?
-Xidmət ölkə
ərazisində yüksək
dəqiqliyə malik qəbuledicilərin köməyi ilə
koordinatları müəyyən edən istinad stansiyaları
olan “AzPOS” informasiya sistemini kadastr-ölçü işlərində
tətbiq edir. 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə
8 stansiya quraşdırılaraq idarəetmə mərkəzinə
qoşulub.
Ölkə ərazisində “AzPOS”
şəbəkəsinin tam şəkildə
əhatə etməsi məqsədilə cari ildə
Naxçıvan Muxtar Respublikası ərazisində 4 ədəd
yeni “AzPOS” məntəqəsi quraşdırılıb. Bununla
yanaşı, 2010-cu ildən qurulmuş və istifadə
müddətini başa vurmuş 37 “AzPOS” məntəqəsinin
yenilənməsi işləri həyata keçirilib. Belə
ki, 37 məntəqəyə aid bütün avadanlıqlar
yenilənib və əlavə olaraq informasiya təhlükəsizliyinin
təmin edilməsi məqsədilə xüsusi qurğular
quraşdırılıb, müasir dövrdə texniki tələblərə
cavab verməyən DSL şəbəkə
qoşulmalarının hamısı optik xətlə əvəz
olunub. Beləliklə, hazırda texniki olaraq tam şəkildə
yenilənmiş 49 stansiya ölkə ərazisində fasiləsiz
fəaliyyət göstərməkdədir və bu stansiyalar
vahid sistem olaraq bir mərkəzdən idarə edilir.
Stansiyaların istifadə radiusu 30 km, əlaqə məsafəsi
70 km-ə qədərdir.
-Torpaqla bağlı mübahisəli halların
– sərhəd pozuntuları, üst-üstə düşən
mülkiyyət iddiaları və s. – həlli zamanı Xidmətin
rolu nədən ibarətdir? Bu prosesdə vətəndaşlar
hansı instansiyalara müraciət etməlidirlər?
-Torpaq sahələrinin sərhədlərini əks
etdirən sənədlərdəki koordinatlarda
uyğunsuzluqlarla bağlı vətəndaşların
müraciətləri əsasında mütəxəssislərimiz
tərəfindən naturada və elektron bazada dəqiqləşdirmələr
aparılır və torpaq sahəsinin elektron baza məlumatlarında
və texniki sənədlərdə rast gəlinən texniki səhvlər
(sürüşmələr və digər uyğunsuzluqlar)
aradan qaldırılır, ehtiyac olduqda sənəd üzrə
sərhədlər yerində göstərilir. Sənədlərdəki
koordinatlardan kənara çıxaraq özbaşına
hasarlamalar zamanı isə yaranmış mübahisəli
hallarla bağlı məhkəməyə müraciət oluna
bilər. Bu zaman məhkəmənin müraciəti əsasında
müvafiq mütəxəssis rəyi təqdim olunur.
-Torpaq islahatları
dövründə verilmiş,
lakin bu günə qədər hüquqi baxımdan qeyri-müəyyən
qalmış sahələrin taleyi necə olacaq? Bu problemin
köklü həlli üçün hansı addımlar
planlaşdırılır?
-Torpaq islahatı dövründə verilmiş
pay torpaqları üzərində mülkiyyət
hüquqlarının rəsmiləşdirilməsi işlərinin
başa çatdırılması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 7 oktyabr
2021-ci il tarixli 1455 nömrəli Fərman imzalanıb. Bu Fərmanın
1.1-ci bəndi “Torpaq islahatı haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq pay torpaqları
üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş
şəxslərin hüquqlarının onların müraciəti
əsasında dövlət büdcəsinin vəsaiti
hesabına daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alınmasını nəzərdə tutur. Fərmanının
1.1-ci bəndinin icrasının təmin olunması ilə
bağlı daxil olmuş müraciətlər əsasında
01.10.2025-ci il tarixədək ümumilikdə 60.200 pay
torpağı sahəsinə dair mülkiyyət sənədi
ilk dəfə verilibdir.
Torpaq islahatı dövründə
pay torpaqlarına dair verilmiş 800.831 dövlət aktından
464.359-u (58%-i) çıxarışla əvəz olunub.
Daşınmaz Əmlakın Elektron
Reyestri və Kadastrı” informasiya
sisteminin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2354
nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlakın
dövlət kadastrı və reyestri sahələrində idarəetmə
sisteminin təkmilləşdirilməsi və əmlakın
qeydiyyatı ilə bağlı xidmətlərin
elektronlaşdırılması ilə əlaqədar zəruri
tədbirlər həyata keçirilməkdədir. Fərmanın
icrası ilə əlaqədar olaraq “Daşınmaz
Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi
haqqında Əsasnamə" layihəsi və digər
normativ-hüquqi akt layihələri hazırlanaraq
razılaşdırılması məqsədilə müvafiq
dövlət orqanlarına təqdim edilibdir. Sözügedən
sistem vasitəsilə torpaq sahələrinin qeydiyyatı və
kadastrı ilə bağlı bütün dövlət xidmətlərinin
elektron formada göstərilməsi nəzərdə tutulur.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 4 noyabr, ¹200.- S.10.