Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan

Zəfər Günümüz növbəti zəfərlərin başlanğıcı oldu

 

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan qürur günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 gündə 30 illik işğala  son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Artıq beş ildir bayramlarımız sırasına 8 Noyabr şanlı Zəfər Günü kimi daxil olub.

Hər bir bayram daim onun mahiyyətinin təqdimatı üçün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Bu gün qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz 1993-cü ildə - Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından başlanan yolun uğurlarının zirvəsində dayanır.

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi hərbi gücə malik qüdrətli Azərbaycanı daha da gücləndirdi, hər bir sahədə qələbəyə hazırladı. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması keçmiş işğal dövrü ərzində dövlət siyasətinin  strateji hədəfi oldu. Azərbaycanın iqtisadi inkişafı müstəqilliimizin suverenliyimizin qarantı olan ordumuzun daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılmasını şərtləndirdi. Azərbaycan Ordusu ən müasir silah-sursat hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Prezident İlham Əliyevin  rəhbərliyi  ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində  özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Onların fədakarlığı, qəhrəmanlığı, torpaq, Vətən sevgisi bir dastana çevrildi. Xalqımızın öz Lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki,  44 günlük Vətən müharibəsinin rəmzinə çevrilənDəmir yumruqəməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək  ərazi bütövlüyümüzü bərpa etdi. Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri rayonun 90 kəndi, Füzuli şəhəri rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, işğalçı Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycana  təhvil verdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 8 Noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində bu məqamı xüsusi qeyd edirdi ki, Şuşasız bizim işimiz yarımçıq olar.

Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli, qalib  Sərkərdə kimi əbədi yazdırdı. Şuşanın azad olunması müharibənin taleyini həll etdi.

Millət vəkili bildirib ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin  Seton Hall Universitetinin Diplomatiya Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bu ordunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində üstünlüyünü qorudu. Dövlət başçısı İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın diplomatik uğurudur. Müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələrini real mübarizə üsuluna çevirən Prezident İlham Əliyev informasiya müharibəsində qalib oldu. Onun bu müsahibələr vasitəsilə dünyaya səsləndirdiyi çağırışlar keçmiş münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, “Dəmir yumruqəməliyyatı milli birliyin gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Ön arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik həmrəylik haqlı olaraqDəmir yumruqkimi səciyyələndirilir. Vətən müharibəsi ərəfəsində, müharibə zamanı sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını da nümayiş etdirdi. Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında AXCP, Müsavat Partiyası qondarmaMilli Şura”nın  iştirak etməməsi bir daha onların antimilli xislətini ifşa etdi.  Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatlarında Ermənistanın işğalçı siyasətini şiddətlə qınadılar, həmçinin mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb etdi.

Milli Məclisin deputatı bu məqamı da xüsusi qeyd edib ki, 44 günlük Vətən müharibəsi həqiqət anı kimi dəyərləndirilir. Kimin haqqın, kimin isə təcavüzkarın yanında olduğu bir daha təsdiqləndi. Azərbaycan 30 illik işğal dövründə dünya güclərinin ikili standartlara əsaslanan siyasətini daim öz üzərində yaşamışdı. Ədalət beynəlxalq hüquq məfhumları bəzi dünya güclərinin maraqlarının arxasında dayanaraq problemlərin daha da dərinləşməsinə, Ermənistanın yeni ərazilər üzrə müharibə planlarına gətirib çıxardı. Bu yanaşmalar Vətən müharibəsində bir daha özünü nümayiş etdirdi. Müharibənin ilk günündən Azərbaycanın yanında olan Türkiyə Pakistanın mənəvi, siyasi dəstəyi daim dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarındaAzərbaycan tək deyil, Türkiyə onun yanındadırbəyanatı Azərbaycana əlavə güc verdi. Tarixi Zəfərimizdən sonra, 2021-ci ilin 15 iyun tarixində  Şuşa Bəyannaməsinin imzalanması ilə  Türkiyə Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, qədər Türkiyə Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh barış o qədər möhkəm olacaq.

Vüqar Rəhimzadə tarixi Zəfərimizin reallıqları əsasında hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən geniş bəhs edib. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımların tərkib hissəsi olaraq bu torpaqlarda İşğal Zəfər muzeyləri inşa edilir. İnfrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir. Yeni yollar -  avtomobil, dəmir yolları tikilir. Beynəlxalq Hava limanları inşa edilərək artıq istifadəyə verilib. Qarabağ Şərqi Zəngəzur Füzuli, Zəngilan Laçın Beynəlxalq Hava limanları vasitəsilə hava qapılarını dünyaya açdı. İnsanların bu torpaqlarda rahat yaşayışını təmin etmək üşün bütün zəruri addımlar reallığa çevrilir. Prezident İlham Əliyev 16 noyabr 2022-ci il  tarixindəAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqındaSərəncam imzaladı.  Tarixi Zəfərimizdən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.

Statistik rəqəmlərə diqqət yetirək. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılıb.  Azad olunmuş ərazilərdə şəhər, qəsəbə kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixində imzaladığı SərəncamlaAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramılayihəsi hazırlanır. Hazırda  Qarabağ Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Vüqar Rəhimzadə tarixi Zəfərimizin davamı olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından, regionda dayanıqlı sülhün təmin edilməsi üçün Azərbaycanın atdığı konstruktiv addımlardan da bəhs edib. Bildirib ki, bütün bunlar tarixi Zəfərimizin reallıqlarıdır. Azərbaycan xalqı əmindir ki, bu zəfərlər davamlı olacaq. Azərbaycan tarixi ədalətə söykənərək hər bir hədəfə yüksək səviyyədə nail olacaq. Prezident İlham Əliyevin  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan  yeni-yeni uğur zirvələrini fəth edəcək.

 

Vüqar RƏHİMZADƏ

 

İki sahil.- 2025.- 6 noyabr, ¹202.- S.4.