Zəfərin zirvəsi, dirçəlişin ilk ünvanı Şuşa
Məhz bu səbəbdən 8 Noyabr Zəfər Günü dövlət səviyyəsində əbədiləşdirildi çünki
o gün yalnız bir şəhərin azadlığı deyil, bütöv bir millətin öz tarixi torpaqlarının zirvəsinə qovuşması
günü idi
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətində
və dövlətçilik
fəlsəfəsində qoyulmuşdu.
XX əsrin sonlarında
müstəqilliyini yenicə
bərpa edən Azərbaycan üçün
bu yol həm
siyasi müstəqilliyin
möhkəmləndirilməsi, həm də torpaq bütövlüyünün
bərpası anlamına
gəlirdi. Heydər Əliyevin hakimiyyəti dövründə dövlətin
ideoloji dayaqları, milli ordunun əsası
və strateji düşüncə məktəbi
formalaşdırıldı. Azərbaycanın dövlətçilik
sistemi elə bu təməllər üzərində quruldu. Gələcəkdə onun
hərbi, iqtisadi və diplomatik gücü Zəfərə
gedən yolun əsasını təşkil
etdi. O illərdə dövlətin siyasi və hüquqi sütunlarının möhkəmləndirilməsi,
milli ordu quruculuğunun başlanması,
beynəlxalq aləmdə
Azərbaycanın suverenliyinin
tanıdılması və
müdafiəsi üçün
atılan addımlar əslində gələcək
Qələbənin təməl
mərhələsi idi.
Bu yol
Heydər Əliyev yoludur
Sonrakı illərdə
Prezident İlham Əliyev Ulu Öndərin müəyyən
etdiyi strateji kursu müasir dövrün tələblərinə
uyğun şəkildə
inkişaf etdirdi. Bu, yalnız davamlı siyasət deyil, həm də məqsədyönlü
bir dövlətçilik
fəlsəfəsinin praktik
təzahürü idi.
Prezident İlham Əliyev hakimiyyətə
gəldiyi ilk illərdən etibarən Azərbaycanın iqtisadi gücünü artırmaqla,
ordunun modernləşməsi
üçün güclü
maliyyə və texnoloji baza yaratmaqla Qarabağ məsələsinin həllinə
real zəmin hazırladı. İqtisadi
islahatlar, neft və qaz gəlirlərinin
səmərəli idarə
olunması, infrastruktur
layihələri və
beynəlxalq tərəfdaşlıqlar
nəticəsində Azərbaycan
qısa zamanda regionun lider dövləti səviyyəsinə
yüksəldi. Ordunun
silah-sursatla təminatı,
şəxsi heyətin
döyüş qabiliyyətinin
artırılması, müasir
hərbi idarəetmə
sistemlərinin tətbiqi
və milli ruhun gücləndirilməsi
istiqamətində ardıcıl
siyasət aparıldı.
Bu illər
ərzində Azərbaycan
beynəlxalq arenada öz sözünü deyən, regional proseslərin taleyini müəyyən edən dövlətə çevrildi.
Məhz bu güc sayəsində Azərbaycan BMT Təhlükəsizlik
Şurasının 30 ilə
yaxın icra olunmamış qətnamələrini
2020-ci ildə öz ordusu və siyasi iradəsi ilə həyata keçirdi. Qarabağ Zəfəri yalnız hərbi əməliyyatların
uğuru deyildi, bu,
milli birliyin, dövlət strategiyasının
və Prezidentin qətiyyətli liderliyinin
məntiqi nəticəsi
idi. Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi,
Vətən müharibəsinin
mənəvi dayağına
çevrildi. “Dəmir
yumruq” ifadəsi artıq yalnız rəmz deyil, dövlət və xalq iradəsinin birləşmiş gücünün
simvoluna çevrildi.
Şuşasız bizim işimiz yarımçıq qalardı
Vətən müharibəsinin gedişində
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev dəfələrlə
bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq
qalardı. Bu fikrin arxasında dərin strateji məna dayanırdı. Çünki Şuşa təkcə hərbi məqsəd deyil, həm də mənəvi yüksəklik,
Azərbaycanın dövlətçilik
yaddaşının, milli
kimliyinin simvolu idi. Müharibənin 44 günü ərzində ordumuz Şuşaya doğru irəliləyərkən
bu şəhər həm strateji məqsəd, həm də milli ruhun
qayəsi kimi görülürdü. 2020-ci il
noyabrın 8-də Azərbaycan
Ordusu Şuşanı
azad etməklə təkcə hərbi baxımdan üstünlük
qazanmadı bu,
bütöv xalqın
qürurunun bərpası,
30 illik ədalətsizliyin
sonu idi.
Şuşa əməliyyatı
müasir hərb tarixinin ən unikal əməliyyatlarından
biri kimi dəyərləndirilir. Azərbaycan
əsgəri sıldırım
qayalardan, keçilməz
meşələrdən keçərək,
dar yollarla irəliləyərək düşməni
Qarabağın döyünən
qəlbindən iti qovan kimi qovdu.
Bu əməliyyat ordunun yüksək döyüş ruhunu, hərbi peşəkarlığını
və rəhbərliyin
strateji zəkasını
nümayiş etdirdi. Şuşanın azad edilməsi ilə Azərbaycan Qələbənin
zirvəsinə çatdı
və bu zəfərin memarı, Ulu Öndərin başladığı işi
məntiqi sonluğa çatdıran Prezident İlham Əliyev oldu. Məhz bu səbəbdən 8 Noyabr Zəfər Günü dövlət səviyyəsində əbədiləşdirildi.
Çünki o gün
yalnız bir şəhərin azadlığı
deyil, bütöv bir millətin öz tarixi torpaqlarınnı zirvəsinə
qovuşması günü
idi.
Bəzi beynəlxalq
dairələr və analitiklər 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatdan
sonra status-kvonun dəyişməz qalacağını
zənn edirdilər. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, Azərbaycan qətiyyətindən
dönmür. 2023-cü ilin
sentyabrında Qarabağ
iqtisadi rayonunda həyata keçirilən
antiterror tədbiri bir daha sübut
etdi ki, Azərbaycan öz suverenliyini tam təmin etmək əzmindədir. Cəmi
23 saat 48 dəqiqə
davam edən əməliyyat nəticəsində
Qarabağda separatçı
qurumun qalıqları
birdəfəlik məhv
edildi. Bu hadisə çağdaş
tariximizdə Prezident İlham Əliyevin siyasi iradəsinin və dövlətin strateji planlaşdırma qabiliyyətinin parlaq göstəricisidir. Azərbaycanın
beynəlxalq hüquq çərçivəsində, legitim şəkildə apardığı bu əməliyyat regionda yeni reallıq yaratdı və Ermənistanı sülh gündəliyinə yönəlməyə
məcbur etdi.
Bu gündən
gələcəyə körpü
Azad Şuşa
bu gün Azərbaycanın bərpa
və dirçəliş
simvoluna çevrilib. Qalib dövlətin mədəniyyət paytaxtı
olan bu qədim
şəhər yeni həyatın, milli dirçəlişin nəfəsini
daşıyır. Prezident
İlham Əliyevin təşəbbüsü ilə
salınan 101 kilometrlik
Zəfər yolu təkcə fiziki nəqliyyat əlaqəsi deyil bu yol Azərbaycanın iradə və inad yoludur. Şuşaya
gedən bu yol bir millətin
tarixə, ədalətə
və kimliyinə dönüş yoludur. Burada hər bir tikinti, hər
bir bərpa işinin arxasında siyasi məna dayanır.
2021-ci ildə Şuşa şəhərinin
Azərbaycanın mədəniyyət
paytaxtı elan edilməsi, daha sonra 2022-ci ilin “Şuşa İli”,
2023-cü ildə “Türk
dünyasının mədəniyyət
paytaxtı”, 2024-cü ildə
“İslam dünyasının
mədəniyyət paytaxtı”,
2026-cı ildə isə
“İqtisadi Əməkdaşlıq
Təşkilatının turizm
paytaxtı” kimi elan olunması göstərir ki, Şuşa artıq beynəlxalq səviyyədə
mədəni diplomatiyanın,
sivilizasiyalararası dialoqun
mərkəzinə çevrilib.
Bu ardıcıl uğurlar Azərbaycanın
yumşaq güc siyasətinin uğurlu nəticəsidir.
Şuşanın gələcəyi isə artıq şəhərin
2040-cı ilədək alan
dövrü əhatə
edən Baş planında öz əksini tapıb. Nazirlər Kabinetinin təsdiq etdiyi Baş plan şəhərin
ekoloji tarazlığını
qorumaqla yanaşı,
müasir urbanist yanaşmanı özündə
birləşdirir. Tarixi
abidələrin qorunması,
turizm infrastrukturunun inkişafı, sosial xidmətlərin əlçatan
olması və yaşıl şəhər
konsepsiyasına uyğun
bərpa işləri
aparılır. Bu, təkcə şəhərsalma
planı deyil — dövlətin strateji baxışının, gələcək
nəsillərə yönəlmiş
milli vizyonunun göstəricisidir.
Şuşa bu
gün yalnız bərpa olunan bir şəhər deyil, həm də Azərbaycanın gələcək inkişaf
fəlsəfəsinin mərkəzinə
çevrilib. Burada dövlətin, xalqın və mədəniyyətin
birləşdiyi yeni mərhələ başlayıb.
Bərpa olunan hər bina, qaldırılan hər bayraq, açılan hər küçə təkcə fiziki yenidənqurma deyil, həm də mənəvi intibahın təcəssümüdür. Qədim
Şuşa artıq Azərbaycanın deyil, bütün Türk dünyasının, İslam
mədəniyyətinin və
bəşəri irsin
paytaxtıdır.
Bu Zəfər
həm də gələcəyə mesajdır.
Azərbaycan dövlətçiliyi
tarixə yalnız qələbələrlə deyil,
həm də ədalət və dirçəliş fəlsəfəsi
ilə yazılır.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu gün Azərbaycanın müasir inkişaf modeli suverenliyin,
milli həmrəyliyin
və güclü idarəetmənin birliyinə
əsaslanır. Şuşa
Zəfəri bu modelin ən parlaq sübutudur.
Şuşaya hər bir səfər…
Şuşa ötən
5 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi
altında yalnız azad olunmuş şəhər deyil, yenidən doğulmuş Azərbaycan mədəniyyətinin,
dövlət iradəsinin
və türk birliyinin rəmzinə çevrilib.
Müzəffər Ali Baş Komandanın
Şuşaya hər səfəri əslində
bir mərhələnin
yekunu, növbəti inkişaf dövrünün
başlanğıcı olub.
İlk səfərlərdə
dağıdılmış şəhərin yaralarını
görən Prezident qısa müddət ərzində həmin yerləri həyatla dolu mərkəzlərə
çevirdi. Şuşada
bayrağın ucaldılması
ilə başlayan bu yol bu
gün bərpa olunmuş məscidlər,
açılan məktəblər,
muzeylər, mehmanxanalar,
yaradıcılıq mərkəzləri,
konfranslar və beynəlxalq tədbirlərlə
zəngin bir həyatın təntənəsinə
çevrilib. Hər səfər yeni bir layihənin açılışı, bir
mədəniyyət abidəsinin
dirçəlişi, bir
beynəlxalq həmrəyliyin
nümayişi ilə
yadda qalıb. Bu şəhər artıq yalnız tarixin deyil, gələcəyin də paytaxtına çevrilib, Azərbaycanın
qələbəsinin, sülhün
və mənəvi yüksəlişinin simvolu
olub.
Dövlət başçısının Şuşaya
hər səfəri, əslində, Azərbaycanın
müasir dövlətçilik
salnaməsinin canlı
səhifəsidir. O səhifələrdə
Şuşa təkcə
bərpa olunan binalarla deyil, bərpa olunan ruhla da yenidən
dirilib. Prezident İlham Əliyev bu şəhəri Qarabağ Zəfərinin tacına çevirməklə,
həm də azadlıq ideyasını,
milli qüruru və mədəni kimliyi gələcək nəsillərə əbədi
miras qoyub.
Bu gün
Şuşa dünya miqyasında azadlığın,
yenidənqurmanın və
mədəniyyətin unikal
sintezini təmsil edir. Hər açılış, hər
təməlqoyma, hər
beynəlxalq görüş
Azərbaycanın sarsılmaz
iradəsini, dövlətin
sistemli və uzaqgörən siyasətini
təsdiqləyir. Şuşa
artıq bərpa planlarının yox, qalib xalqın öz gələcəyini
qurduğu məkandır.
Bu məkanda ucalan hər bina, səslənən hər musiqi və dalğalanan üçrəngli Bayraq bir həqiqəti təsdiqləyir: Azərbaycan
xalqı tarixini yalnız azad torpaqlarda yazır və bu tarixin
mərkəzində Şuşa
dayanır.
İndi Şuşa
Azərbaycanın mədəni
paytaxtı olmaqla yanaşı, həm də bir ideyanın,
bir qələbənin,
bir əzmin möhtəşəm rəmzidir.
Prezident İlham Əliyevin ardıcıl səfərləri bu rəmzi möhkəmləndirir,
Şuşanın və
bütövlükdə Qarabağın
hər daşına həyat, hər guşəsinə gələcək
inamı gətirir. Şuşa bu gün Ulu Öndər
Heydər Əliyevin arzuladığı kimi, böyük Azərbaycan ruhunun dirçəliş
yeri, Qələbənin
əbədi qalası
kimi yaşayır.
Nigar Orucova
İki sahil.- 2025.- 8 noyabr, ¹204.- S.7.