Vətən müharibəsi günlərində
silaha sarılan müəllim
Müsahibə
Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb
direktoru, 32 direktor müavini, 671 müəllim
düşmənə qarşı
vuruşaraq qəhrəmanlıq
göstərib. Onlardan
biri də Quba rayonundakı Elşad Bayramov adına Alpan kənd tam orta
ümumtəhsil məktəbininı
coğrafiya müəllimi
Ağadadaş Dadaşovdur.
O, Füzuli, Cəbrayıl
və Xocavənd istiqamətində gedən
döyüşlərdə iştirak edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları
ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın
azad olunmasına görə”, “Xocavəndin
azad olunmasına görə” medalları ilə təltif olunub. O, həmçinin “Vətən müharibəsi
iştirakçısı” medalına da layiq görülüb. Beləliklə, müsahibimiz
Ağadadaş Dadaşovdur.
Tanışlıq
Dadaşov Ağadadaş Emin oğlu 1994-cü ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Tam orta təhsilini Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbində almışdır. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və Gənclərin çağırışaqədərki hazırlıq fakültəsində coğrafiya nüəllimliyi ixtisası üzrə təhsil almışdır. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
Hərbi xidmətdən qayıtdıqdan sonra müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Quba rayonunun ucqar dağ kəndində, 1200 metr dəniz səviyyəsindən yüksəklikdə və rayon mərkəzindən 70 km məsafədə yerləşən Teymur Şahbazov adına Xaltan kənd tam orta ümumtəhsil məktəbində coğrafiya müəllimi kimi işə qəbul olunmuşdur. Üç il bu kənddə fasiləsiz fəaliyyət göstərdikdən sonra 2019-cu ildə müəllimlərin yerdəyişmə müsabiqəsində uğur qazanaraq Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbinə iş yerini dəyişmişdir. Hazırda həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. Ailəlidir, bir oğlu var.
-Bir könüllü
kimi 44 günlük müharibədəki döyüşləri necə xatırlayırsınız?
-Düşmənin canlı qüvvəsini, rabitəçilərini və texnikasını məhv etməli idik. Görünmədən görmək bizim işimiz idi. Təlimat aldıqdan sonra Füzuli istiqamətində hərəkət etdik. Erməni hərbçiləri Tuğa gedən yolu iriçaplı minaatanlardan güclü atəşə tututrdular. Üç gün meşədə qalmalı olduq. Çünki hərəkət etmək təhlükəli idi. Orada həmkəndlim Nahid Həmidovla görüşmək imkanım oldu. O, erməni hərbi birləşmələrindən qənimət kimi ələ keçirilən yük maşınını idarə edirdi. Elə həmin ərazidən adını çəkdiyim həmkəndlim düşmənə əsir düşdü (O, 34 günlük əsirlikdən sonra Vətənə qaytarıldı). Bu hadisə düşmənə olan qəzəbimi və hiddətimi daha da artırdı. Növbəti gün Xocavəndin Dilağardı kəndi istiqamətində irəlilədik. Düşmən tərəfindən atılan qrad mərmisi bölüyümüzün yanacaq maşınının üzərinə düşdü. Həmin gün rəhbərlik etdiyim tağım düşmənin “Ural” markalı maşınını sərrast atəş ilə məhv etdi. Onu da deyim ki, döyüşlərdə snayper tağım komandiri kimi fəaliyyət göstərmişəm. Bütün bunlara rəğmən xeyli itki verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu mənada həmin anları bir daha yada salmaqda bir qədər çətinlik çəkirəm.
-Bəs illər boyu düşmən tapdağı
altında olan ərazirlərimizə azad
edərkən hansı
hissləri keçirirdiniz?
- Təbii ki, qürur və sevinc hissləri... Həmin hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm.
-2020-ci ilin 10 noyabrında imzalanmış
üçtərəfli Bəyanatla
müharibəyə son
qoyuldu. Bu xəbəri harada aldınız?
-Bu şad
xəbəri Xocavənd
istiqamətində olarkən
aldıq. Sevincimizin həddi-hüdudu
yox idi. Haqq savaşından qələbə
ilə çıxmış
bir ordunun əsgəri olmaqdan qürur duydum.
-Ölkəmizin ərazi
bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük
Vətən müharibəsindən
sonra azad edilmiş ərazilərimizi
ziyarət etmisinizmi?
-Təəssüf ki, hələ
də işğaldan azad olunmuş torpaqlarımızı ziyarət
etmək mənə nəsib olmayıb. Sözün düzü, bu barədə bir az gileyliyəm.
-Siz 4 günlük Aprel döyüşlərinin
də iştirakçısı
olmusunuz. Bu barədə
nəsə demək istərdinizmi?
-2016-cı
ilin Aprel döyüşlərində qəhrəman
general-mayor Polad
Həşimovun komandanlığı
altında Talış
kəndi istiqamətində
gedən döyüşlərdə
iştirak etmişəm.
O mənim yaddaşıma
hər zaman əsgəri
düşünən, qəhrəman
və igid bir general kimi həkk olunub.
Bu müharibədəki təcrübəm
Vətən müharibəsində
də öz sözünü dedi. Hətta 44 günlük müharibədə otuz beş nəfərlik snayper tağımına rəhbərlik də mənə həvalə olunmuşdu. Onu da qeyd edim ki, mən
hələ Aprel döyüşlərində kiçik
çavuş rütbəsində
motoatıcı manqa komandiri kimi hər bir əsgərimizdəki,
zabitimizdəki çox
yüksək döyüş
ruhunun şahidi olmuşam. Elə bu yüksək
ruh da bizə 44 günlük Vətən müharibəsində qələbə
qazandırdı.
-Bir müəllim kimi döyüş yolunuzla bağlı xatirələrinizi
qələmə almaq
fikriniz varmı?
- Öz döyüş yolum haqqında kiçik də olsa bir kitabça
nəşr etdirməyi
çox istərdim.
Amma hələ ki, müxtəlif
qəzet və saytlara müsahibələr
verməklə kifayətlənirəm.
Yeri gəlmişkən,
buna görə də
mətbuat işçilərinə
təşəkkürümü bildirirəm.
- Şagirdləriniz sizi Qarabağı işğaldan
azad edənlərdən
biri kimi tanıyırlar. Onlara bir döyüşçü
kimi nələri təlqin etməyə çalışırsınız?
-Bir müəllim kimi gənc nəslə ölkəmizin coğrafiyasını,
tarixi sərhədlərini,
çağdaş tariximizi
öyrətməklə yanaşı,
hər zaman vətənpərvərlik
ruhunu qoruyub saxlamağı, milli mənafeyimizi
müdafiə etməyi
aşılayıram. Şübhəsiz,
bu söhbətlərimdə
44 günlük Vətən
müharibəsi əsas
yer tutur. Məhz buna görə də ümumtəhsil məktəblərinin 9-cu siniflərində
tədris olunan və Azərbaycan tarixinin tərkib hissəsi sayılan “Zəfər tarixi” məşğələ saatları
çalışdığım məktəbdə mənə
həvalə olunub. Mən də həmin saatlarda “Zəfər tarixi” kitabında adı keçən qəhrəmanlarımız
ilə çiyin-çiyinə
döyüşən bir
müəllim kimi onların hər biri haqqında daha əhatəli məlumat verir və bununla da gənc nəslin vətənpərvərlik ruhunda
yetişmələrinə öz
töhfəmi verirəm.
Hə, bir də onlara Vətən uğrunda canından keçən şəhidlərimizi heç
zaman unutmamağı tövsiyə
edirəm. Müşahidələrimə
əsasən deyə bilərəm ki, gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyələnməsində
hər bir şəhidin şücaəti
bir nümunədir. Odur ki, şagirdlərimi, həmçinin sosial şəbəkələrdə fəallıq göstərərək
qəhrəmanlarımızı tanıtmağa, onlar haqqında daha çox paylaşımlar etməyə çağırıram.
Bir məqamı da vurğulamaq
istərdim. Bu gün ölkəmizdə şəhid
ailələri, qazilər,
eləcə də müharibə iştirakçıları
böyük nüfuza
malikdirlər. Şübhəsiz,
bu, dövlətimizin bu kateqoriyadan olan şəxslərə
diqqət və qayğısından irəli
gəlir.
- Ümumiyyətlə, 44 günlük müharibəni
necə xarakterizə edərdiniz?
-2020-ci il
sentyabrın 27-də Ermənistan
silahlı qüvvələrinin
cəbhəboyu törətdiyi
genişmiqyaslı təxribatlara
cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına
başladı. Şanlı
Vətən müharibəsi
otuz illik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.
Yəni, Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
ilə qazanılmış
möhtəşəm Zəfər
yürüşü Azərbaycan
tarixinə qızıl
hərflərlə yazıldı.
Əldə etdiyimiz Qələbə ölkəmizin
beynəlxalq səviyyədə
tanınmış ərazi
bütövlüyünün təmin edilməsi ilə başa çatdı. Prezident
İlham Əliyevin uzaqgörənliklə
və yenilməz iradə ilə apardığı siyasət
nəticəsində lokal
antiterror əməliyyatları ilə ölkəmizin suverenliyi də bərpa olundu.
-Vətən müharibəsindəki
Zəfərdə gənclərimizin
rolu danılmazdır.
Bu haqda nə demək istərdiniz?
- Bu sualla əlaqədar tarixi Qələbəmizdən
sonra Qarabağa ilk səfəri zamanı Prezident İlham Əliyevin
gənclərimizin Vətən
müharibəsindəki qəhrəmanlıqlarını
yüksək dəyərləndirərək
dediyu bu sözləri xatırlatmaq
istərdim: "Mən
çox şadam ki,
son illər ərzində
Azərbaycanda vətənpərvər,
güclü, milli ruhda
tərbiyə almış
gənc nəsil yetişib… Bu illər ərzində yetişən
insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti
var, payı var. Ancaq onu da bildirməliyəm
ki, əsas yükü,
əsas vəzifəni
gənc nəsil yerinə yetirdi". Bəli, ordu sıralarında Vətən
torpaqlarının azadlığı
uğrunda döyüşən
qəhrəman gənclərimiz
adlarını xalqımızın
ən yeni tarixinə qızıl hərflərlə
yazdılar. Məhz onların rəşadəti
sayəsində dünya
birliyinin 30 il susduğu
ədalətsizliyə son qoyuldu,
əldə olunan şanlı Zəfərlə
Azərbaycanın ərazi
bütövlüyü tam bərpa
edildi, xalqımız otuz ilin həsrətindən
sonra tarixi torpaqlarımıza qovuşdu.
Vətənə böyük
Zəfər qazandırmış
Azərbaycan gəncliyinin
bundan sonra da ölkəmizin möhtəşəm
nailiyyətləri ilə
tariximizin yeni şanlı
səhifələrini yazacaqlarına
şübhə etmirəm.
-44 günlük müharibədə
iştirakınız qiymətləndirilib.
Bəs, tədris prosesində innovativ metodlardan istifadə edən Ağadadaş müəllimin pedaqoji fəaliyyəti
necə dəyərləndirilib?
- Mən Azərbaycan Gənc Müəllimlər
Assosiasiyasının təşkil
etdiyi “Fərq yaradan gənc müəllim 2022 müsabiqəsi”nin respublika
üzrə 10 nəfər
finalçısından biriyəm.
Bu qurumun 2-ci və
3-cü Şəbəkələşmə
forumlarının, həmçinin
Azərbaycan müəllimlərinin
XVI qurultayının iştirakçısı
olmuşam. Azərbaycan
Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqının
təsis etdiyi “100 illik yubiley” medalı ilə təltif olunmuşam və “Qəhrəman təhsil işçiləri”
kitabında haqqında
da məlumat verilib.
2021-ci ildə isə Elm və Təhsil Nazirliyi tərəfindən “Zəfər
ilinin müəllimi” seçilmişəm. Bir də
Quba-Xaçmaz Regional Təhsil
İdarəsinin bir çox təltifləri ilə mükafatlandırılmışam.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 8 noyabr, ¹204.- S.10.