Milli həmrəyliyin
rəmzi
Beş il ərzində dövlətin sosial
siyasətinin ən uğurlu nümunələrindən birinə
çevrilən “YAŞAT” Fondu təkcə sosial layihə kimi
deyil, həm də mənəvi dəyər, milli həmrəyliyin
rəmzi kimi formalaşıb
Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə öz tarixində yeni bir mərhələyə qədəm qoydu. Bu Qələbə dövlətimizin gücünü, xalqımızın birliyini, ordumuzun rəşadətini təcəssüm etdirir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı bu tarixi zəfərin bünövrəsini təşkil etdi.
Bu gün həmin Zəfərin ideya
dayaqları – Vətənə sədaqət, şəhidliyə
ehtiram və insana qayğı prinsipləri dövlət siyasətində
ardıcıl şəkildə həyata keçirilir. Ölkəmizin
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canını fəda etmiş şəhidlərimizin
ailələrinə, sağlamlığını itirmiş
qazilərimizə və müharibə
iştirakçılarına xüsusi diqqət və
qayğı dövlətimizin sosial siyasətinin əsas
istiqamətlərindən biridir. Prezident, Ali Baş Komandan
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın diqqət və nəzarətində olan bu məsələ
ilə bağlı ən ali səviyyədə müvafiq
göstərişlər verilir və bu kateqoriyadan olan
insanların problemlərinin həlli istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə
atılmış ən mühüm addımlardan biri Prezident
İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə
“YAŞAT” Fondunun yaradılmasıdır. Fondun əsas məqsədi
ölkəmizin ərazi bütövlüyü uğrunda
şəhid olmuş və ya sağlamlığını
itirmiş qəhrəmanların ailələrinə dəstək
göstərmək, onların sosial rifahını yüksəltmək,
həyat şəraitlərini
yaxşılaşdırmaqdır. “YAŞAT” Fondunun
yaranması Azərbaycan dövlətinin şəhid ailələrinə
və qazilərə münasibətdə sistemli, şəffaf
və uzunmüddətli siyasətinin bariz təzahürüdür.
Beş illik fəaliyyəti dövründə
“YAŞAT” Fondu minlərlə şəhid ailəsinə və
qaziyə mənzil, müalicə, təhsil, psixoloji dəstək,
sosial reabilitasiya və məşğulluq istiqamətlərində
geniş yardım göstərib. Fondun vasitəsilə
yüzlərlə şəhid övladı ali təhsil almaq
üçün dəstək əldə edib, qazilərimizin
reabilitasiya və protez təminatı həyata keçirilib,
xarici ölkələrdə müalicə və bərpa
proqramları təşkil olunub. İndiyədək 10 mindən
artıq şəhid ailəsi, müharibə əlili dövlət
tərəfindən mənzillərlə təmin edilmiş, həmçinin
müharibə əlillərinə minik avtomobilləri
verilmişdir. Qeyd edək
ki, indiyə qədər “YAŞAT” Fonduna 95 milyon 151 min 480
manat pul toplanıb. Həmin məbləğin 93 milyon 213 min 8
manatı müvafiq istiqamətlər üzrə xərclənib.
Fondun məlumatına görə, indiyədək fondun əməkdaşları
tərəfindən 18 min 362 nəfər ziyarət olunub. Ziyarət
olunanlardan 3 min 5 nəfəri şəhid ailəsidir. Həmçinin
7 min 776 yaralının müraciəti qeydə alınıb.
Ümumilikdə 18 min 670 nəfər öhdəliyə
götürülüb. Bu illər ərzində 18 min 453 nəfərin
müraciəti təmin edilib və 92 min 212 ödəniş
reallaşdırılıb. Ödənişlərin 44,69 faizi
məişət şəraitinin
yaxşılaşdırılması, 40, 01 faizi tibbi xərclərə,
7, 55 faizi borc öhdəliklərinə, 7, 21 faizi təhsil,
peşə hazırlığı və yaradıcı
potensialın inkişafı xərclərinə aiddir. Fond tərəfindən
reallaşan hər bir layihə dövlətin və xalqın
şəhidlərimizə olan dərin ehtiramının və
“Heç kim unudulmayacaq” prinsipinin real ifadəsidir. “YAŞAT”
Fondu həm də milli həmrəyliyin rəmzidir. Fondun ianə
sistemi vasitəsilə minlərlə vətəndaş,
şirkət və qurum bu nəcib missiyaya könüllü
qoşulub. Cəmiyyətin bütün təbəqələrindən
gələn bu dəstək bir daha göstərdi ki,
xalqımız şəhid ailələrinin və qazilərin
yanında olmağı öz borcu sayır.
Göründüyü
kimi, beş il ərzində “YAŞAT” Fondu dövlətin
qayğı siyasətinin ən uğurlu nümunələrindən
birinə çevrilib. Fond şəhid ailələrinin, qazilərin
və onların övladlarının həyatına sevinc,
sabaha inam və güvən gətirib. “YAŞAT” Fondu 2021-ci
ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə
birgə bu istiqamətdə uğurla fəaliyyət göstərir.
Bu layihə nəticəsində bir çox qazilər ali və
orta ixtisas məktəblərinə qəbul olunublar. Onlar
üçün ödənişsiz hazırlıq
kursları, metodik materiallar və sınaq imtahanları təşkil
edilir. Bu günə qədər 22 qazi ali və orta ixtisas təhsilinə
qəbul olub, 8 nəfər isə hazırda kurslarda təhsilini
davam etdirir. Bu, yalnız qiymətləndirmə fəaliyyəti
deyil, həm də bu insanlara yeni bir başlanğıc bəxş
etməkdir. Şəhid övladları dab u qayğıdan
yararlanır. Hər il onlarla görüşlər təşkil
edilir, psixoloji dəstək proqramları, maarifləndirici təlimlər
və erkən peşə seçimi üzrə layihələr
həyata keçirilir. Bu illər ərzində 781 şəhid
övladı bu fəaliyyətlərə cəlb olunub, onlara
təxminən 5500 dərs vəsaiti, test toplusu və digər
materiallar təqdim edilib. 2025-ci ildən etibarən şəhid
övladlarının maraq və bacarıqlarını daha dərindən
öyrənmək məqsədilə hazırlanan peşə
seçimi aləti ilk dəfə məhz bu uşaqlara təqdim
olunub. Bakıda 53, regionlarda isə 95 şəhid
övladı bu prosesdə iştirak edib.
Beləliklə,
dövlətin gücü ilə xalqın mərhəmətinin
birləşməsi nəticəsində “YAŞAT” Fondu təkcə
sosial layihə deyil, həm də mənəvi dəyər,
milli həmrəyliyin rəmzi kimi formalaşıb. Şəhidlərimizin
əmanəti olan gəncləri savadlı, vətənpərvər
və azad ruhlu yetişdirmək üçün görülən
hər bir iş zəfərin mənəvi davamıdır.
Çünki şəhidlərimiz gənclərimizin gələcəyi
üçün öz həyatlarını qurban veriblər.
Sevinc
Azadi
İki
sahil.- 2025.- 8 noyabr, ¹204.- S.10.