2025-ci ilin iqtisadiyyat
xəbərləri
Artım çoxdur, yoxsa azalma?
Artıq
2025-ci ilin sonlarına yaxınlaşırıq. Bu dövrdə
Azərbaycanda iqtisadiyyatın bəzi sahələrinin inkişafı da müşahidə
olunmaqdadır. Bəs cari ilin doqquz ayında iqtisadiyyatın
hansı sahələrində artım və ya azalma qeydə
alınıb?
9 ayda
dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi
daxil olmaqla proqnoza 105,5 faiz əməl edilib
2025-ci
ilin yanvar - oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin xəttilə dövlət
büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmaqla
proqnoza 105,5 faiz əməl edilib. 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə dövlət büdcəsinə
vergi daxilolmaları 229,9 milyon manat və ya 1,6 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 411,8 milyon
manat olmaqla proqnoz 103,0 faiz icra
edilib. Əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə bu sektordan vergi daxilolmaları 860,3 milyon
manat və ya 9,0 faiz artıb. Bir sözlə, bu müddətdə ödənilən vergilərin 72,4
faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi isə neft-qaz sektorunun
payına düşüb.
İşsizlikdən
sığorta haqları üzrə daxilolmalar 11,1 faiz, icbari
tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5
faiz artıb
Cari ilin
doqquz ayında işsizlikdən sığorta haqları
üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 11,1 faiz artıb və 185,5 milyon manat təşkil
edib. Bu istiqamətdə qeyri-büdcə təşkilatları
üzrə daxilolmalar 12,1 faiz artaraq 141,8 milyon manat olub.
Bu
dövrdə icbari tibbi sığorta haqları üzrə
daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən
10,5 faiz artıb və 916,2 milyon manattəşkil edib. Qeyri-büdcə təşkilatları
üzrə daxilolmalar 9,9 faiz artaraq 650,0 milyon manat olub.
Azərbaycanın
dövlət borcunun azalması davam edir
Ölkəmizin
1 oktyabr 2025-ci il tarixinə daxili dövlət borcu 17.046,8
milyon manat və ya 2025-ci il üzrə
proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil
edib. Bununla bağlı Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daxili dövlət borcu yanvarın 1-i ilə
müqayisədə 1.612,9 milyon manat azalıb. Hesabat
dövründə daxili dövlət borcunun 7.987,0 milyon
manatı dövriyyədə olan dövlət qiymətli
kağızlarının, 9.059,8 milyon manatı isə
hökumətin üzərinə götürdüyü
dövlət zəmanətli öhdəliklərinin payına
düşür. Həmçinin 1 oktyabr tarixinə dövlət
zəmanətli borcun məbləği (daxili və xarici borc)
10.686,5 milyon manat və ya 2025-ci il üzrə
proqnozlaşdırılan ÜDM-in 8,2 faizini təşkil edib.
Bildirilib
ki, 1 oktyabr 2025-ci il tarixinədək
xarici dövlət borcu 4.893,1 milyon ABŞ dolları və
ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4
faizini təşkil edib. Xarici dövlət borcunun 50,7 faizi 5 ilə
qədər olan müddətdə, 43,9 faizi 5 ildən 10 ilə
qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən
yuxarı olan müddətdə kreditorlara
qaytarılmalıdır. Bu ilin
yanvarın 1-i tarixi ilə müqayisədə xarici
dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində
azalıb.
Ölkə
ərazisində 109 mindən çox yeni nəsil NKA
quraşdırılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil
nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində
işlər davam etdirilir. Cari ilin doqquz ayında ölkə ərazisində
109.164 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil
NKA-lardan istifadə hesablaşmaların daha şəffaf
aparılmasına, malların qanunsuz dövriyyəsinin
qarşısının alınmasına və dövriyyəyə
nəzarətin təmin edilməsinə imkan yaradıb. Cari
ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə
qeydə alınan dövriyyə 22 milyard 566,8 milyon manat olub
ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
2,5 milyard manat, yaxud 12,7 faiz çoxdur.
BTC
vasitəsi ilə 19 milyon ton neft
ixrac olunub
Cari ilin
ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan
(BTC) üzrə əməliyyat xərclərinə təxminən
97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon
dollar vəsait xərclənib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 faiz
(və ya 7 milyon dollar) azalma və 1,8 dəfə (və ya 22
milyon dollar) artım deməkdir.
1768
kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun
ayında istismara veriləndən 2025-ci ilin sentyabr
ayının sonunadək bu boru kəməri vasitəsilə
ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən
çox) xam neft nəql edilib (5,1 faiz artım) və Ceyhanda
6078 tankerə yüklənərək dünya bazarlarına
göndərilib.
İlk
üç rüb ərzində BTC vasitəsilə ixrac
olunmuş təqribən 19 milyon ton (təxminən 159 milyon
barel) xam neft və kondensat (13,6 faiz azalma) Ceyhan terminalında
216 tankerə yüklənib və yola salınıb.
Ağdam
Sənaye Parkının yeni rezidentilərinin sayı 31-ə
çatıb
Bu il
«Saloğlu Qarabağ» MMC-yə İqtisadiyyat Nazirliyinin
tabeliyində İqtisadi Zonaların İnkişafı
Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye
Parkının rezidenti statusu verilib.
Bununla da Parkın rezidentlərinin sayı 31-ə
çatıb. Yeni rezident tərəfindən Sənaye
Parkının ərazisində müxtəlif təyinatlı
mebellərin, yumşaq panel və metal aksesuarların
istehsalı nəzərdə tutulur. İnvestisiya dəyəri
6 milyon manat olacaq müəssisədə istehsal ediləcək
məhsulların daxili bazarda satışı ilə
yanaşı, ixracı da həyata keçiriləcək.
Sumqayıt
Sənaye Parkı «BYD» avtobuslarının istehsalını
genişləndirir
Azərbaycan
Respublikası Prezidentinin 2023-cü ildə
imzaladığı «Elektrik mühərrikli nəqliyyat vasitələrindən
istifadənin təşviq edilməsi haqqında» Sərəncama
uyğun olaraq ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin
istehsalı və istifadəsi genişləndirilir. Artıq
Sumqayıt Sənaye Parkında yerləşən «Azerbaijan
Energy Automotive Factory»də (AEAF) istehsal prosesinə
başlanılıb və ilk avtobuslar SKD üsulu ilə
yığımdan çıxıb. Təbii ki, bu, Azərbaycanın yaşıl enerji
və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir
və Azərbaycan-Çin əməkdaşlığının
uğurlu nümunəsidir.
İlk
istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və
bir dəfə şarjla 350 km məsafə qət edə bilir.
Gələcəkdə müxtəlif tutumlu modellərin, həmçinin paralel olaraq yük, kommunal və
minik avtomobillərinin istehsalı istiqamətində təşəbbüslər
reallaşdırılacaq.
Bu təşəbbüslər
Azərbaycanın regionda ekoloji təmiz və dayanıqlı
nəqliyyat sahəsində mövqeyini gücləndirir. Qeyd
edək ki, «Azerbaijan Energy Automotive Factory» İqtisadiyyat
Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin
İnkişafı Fondunun, «SARDA Group» və «BYD»nin birgə təşəbbüsü
ilə yaradılıb.
Elçin Zaman
İki sahil.- 2025.- 13 noyabr, ¹206.- S.6.