"Qafqazın Xirosima"sının

yenidən doğuluşu

 

20 NoyabrAğdam Şəhəri Günü işğaldan azad olunmuş bu şəhərin dirçəliş yolunda əldə etdiyi böyük uğurların, dövlətin qətiyyətli siyasətinin xalqın qürur hissinin təntənəsidir

 

Ağdam adı təkcə bir coğrafi məkanın deyil, həm bir millətin yaddaşının, dözümünün, dirənişinin yenidən doğuluşunun simvoludur. Bu şəhərin adında işıq, tarixində isə həm ağrı, həm qürur gizlidir. “Ağdamsözü qədim türk dillərindəkiçik qalamənasını verir. Qədim türkdilli qəbilələrin öz müdafiələri üçün ucaltdığı qalaların bir çoxu kimi, bu torpaq da minilliklər boyu xalqın sığınacağı, dayağı olmuşdur. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xan burada daşdan möhtəşəm bir imarət tikdirəndə həmin bina ətraf kəndlərin insanlar üçün işıq rəmzinə çevrildi. Günəşin daşlarda əks olunan parıltısı bu torpağa işıqlı ev mənası qazandırdı. Bu baxımdanAğdamtəkcə coğrafi ad deyil, tarixin, nəsillərin, xalqın içində yanan bir ocaqdır.

Azərbaycanın mərkəzində, Qarabağın ürəyində yerləşən bu torpaq qədimdən bəri həm mədəni, həm strateji əhəmiyyətə malik olmuşdur. Ağdam rayonu 1930-cu ildə yaradılıb 1094 kvadrat kilometr sahəni əhatə edir. Onun bir tərəfi Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərinə, digər tərəfi isə Kür-Araz ovalığının qərb düzənliklərinə uzanır. Bu coğrafi müxtəliflik Ağdamın həm kənd təsərrüfatı, həm sənaye, həm mədəni inkişaf üçün əlverişli bir məkana çevrilməsini təmin edib. Qarabağın mərkəzində yerləşən bu diyar əsrlər boyu ticarət yollarının, mədəniyyətin xalq yaradıcılığının qovuşduğu bir məkan kimi tanınıb.

Ağdamın qədimliyini yalnız yazılı mənbələr deyil, torpağın dərin qatlarından üzə çıxan tapıntılar da sübut edir. XX əsrin ortalarından başlayaraq bu ərazilərdə aparılan arxeoloji qazıntılar göstərdi ki, burada minilliklərin dərinliklərindən gələn bir sivilizasiya nəfəsi yaşayır. Üzərriktəpə arxeoloji abidəsində aşkarlanan maddi-mədəniyyət nümunələri göstərir ki, Ağdam ərazisində altı-səkkiz min il əvvəl, Eneolit dövründə insanlar məskunlaşmış, oturaq həyat tərzi keçirmiş, əkinçilik maldarlıqla məşğul olmuşlar. Tapılan taxıl, üzüm dənələri gil qablar bu torpaqda inkişaf etmiş bir əkinçilik mədəniyyətinin mövcudluğuna dəlalət edir. Tədqiqatçılar Üzərriktəpəni Qafqazın ilk şəhər tipli yaşayış məskənlərindən biri hesab edirlər. Bu fakt Ağdamın təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mədəni arxeoloji tarixində mühüm yer tutduğunu göstərir.

 

Faciənin adı: Ağdamın işğalı unudulmayan ağrı

 

Ağdamın taleyi XX əsrin sonunda Azərbaycan tarixinin ən ağrılı səhifələrindən birinə çevrildi. Bir vaxtlar çiçəklənən, mədəniyyət, sənaye təhsil ocaqları ilə seçilən bu qədim diyar 1993-cü ilin iyulunda Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldı. Ağdam uğrunda 42 gün davam edən döyüşlərdən sonra rayonun 73 faizi, o cümlədən şəhər mərkəzi işğal olundu. 1094 kvadrat kilometr ərazinin 882 kvadrat kilometri düşmən nəzarətinə keçdi. 128 min insan doğma yurd-yuvasından didərgin düşdü. 6 mindən çox şəhid, minlərlə yaralı, Azərbaycanın 59 rayonun 875 yaşayış məntəqəsində məcburi köçkün həyatı yaşayan insanlar: Bu, təkcə bir rayonun deyil, bütün Azərbaycanın qan yaddaşına yazılmış faciə idi.

İşğal nəticəsində Ağdamın 38 kolxozu, 12 sənaye müəssisəsi, 74 məktəbi, 271 mədəniyyət evi, 99 klubu, 67 idarəsi ən əsası, dünyada yeganə olan Çörək muzeyi məhv edildi. Ağdam şəhəri tədricənQafqazın Xirosimasıadlandırılmağa başlandı. Çünki Ermənistan silahlı qüvvələri bu şəhərə atom bombası atılmadan da viran qoymuşdu. Təkcə binalar deyil, həm insanların xatirələri, uşaqlıqları, sevincləri, toy səsləri, azan sədaları yandırılmışdı.

 

Susqun dünya ədalətsiz beynəlxalq münasibətlər

 

Dünya isə bu ədalətsizliyə susdu. 1993-cü ilin 29 iyul tarixində BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi qəbul olundu oradaişğalçı qüvvələrin Ağdam rayonu digər işğal olunmuş ərazilərdən dərhal, tam qeyd-şərtsiz çıxarılmasıtələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da buhücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Rəsmi İrəvan beynəlxalq hüququn bütün prinsiplərini tapdalayaraq, Ağdamda coğrafi adları dəyişdirdi, əmlakları talan etdi, kəndləri yandırdı. Cenevrə Konvensiyalarına zidd olaraq mülki əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirdi. Dünya isə bu barbarlıq qarşısında yenə susdu.

 

Zəfərə gedən yol: Qansız, amma şərəfli qayıdış

 

Lakin 2020-ci ilin payızı Azərbaycanın tarixini dəyişdi. 44 günlük Vətən müharibəsi xalqın bir yumruq kimi birləşdiyi, 30 illik ədalətsizliyə son qoyduğu mübarizənin simvoluna çevrildi. Bu müharibənin nəticəsi olaraq 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat əsasında Ermənistan qoşunları Ağdamdan çıxarıldı. 20 noyabrda Azərbaycan Ordusu şəhərə daxil oldu; bu dəfə qansız, amma şərəfli bir qələbə ilə. Azadlığın bu forması, qan tökülmədən torpağın geri alınması Prezident İlham Əliyevin uzaqgörən praqmatik siyasətinin nəticəsi idi.

Ağdamın azad olunması xalqın birliyini, dövlətin qüdrətini bir daha göstərdi. Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı iləAğdamın azad olunmasına görəmedalı təsis olundu. 5790 hərbi qulluqçu bu medalla təltif edildi. Hər medal bir qəhrəmanın adını, bir ailənin qürurunu, bir millətin şərəfini daşıyırdı. Daha sonra 31 iyul 2023-cü ildə imzalanmış Prezident Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edildi 20 Noyabr Ağdam Şəhəri Günü kimi müəyyənləşdirildi. Bu qərar sadəcə bir tarix təyinatı deyil, işğaldan azad olunmuş bir şəhərin dirçəliş yolunda əldə etdiyi böyük uğurların, dövlətin qətiyyətli siyasətinin xalqın qürur hissinin təntənəsidir.

 

Quruculuq ruhu: Viranədən müasir şəhərə doğru

 

Bu gün Ağdamda yeni  həyatın əsası qoyulub. 2022-ci ildə təsdiqlənənAğdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planAzərbaycanın azad olunmuş torpaqları arasında ilk belə sənəd oldu. Bu plan yalnız şəhərin fiziki bərpasını deyil, həm mənəvi dirçəlişini hədəfləyir. Yeni Ağdamda 5 məhəllə inşa edilir, müasir memarlıq ənənələri ilə tarixilik milli üslub birləşdirilir. Hazırda ikinci məhəllədə 66 binanın tikintisi aparılır. Eyni zamanda Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində bərpa-quruculuq işləri davam edir, birinci mərhələləri istifadəyə verilib. 2025-ci ilin oktyabr ayına qədər 825 ailə, yəni 3318 nəfər doğma torpaqlarına qayıdıb. Böyük Qayıdış Proqramı Ağdamı tədricən viranədən müasir şəhərə çevirirburada yeni yollar, sənaye müəssisələri, məktəblər, parklar yaşıllıqlar salınır.

İqtisadi dirçəlişin əsas dayaqlarından biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanına əsasən yaradılan bu park 190 hektar ərazini əhatə edir hazırda ölkənin ən iri sənaye zonalarından biridir. Burada 28 sahibkarlıq subyektinə rezident statusu, 4-ünə isə qeyri-rezident statusu verilib. Ümumi investisiyalar 260 milyon manatdan artıqdır. 9 müəssisə artıq fəaliyyət göstərir, 5 müəssisə inşa olunur, sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib. Ağdam artıq Qarabağın iqtisadi mühərrikinə çevrilməkdədir.

Şəhərin nəqliyyat infrastrukturunun dirçəldilməsi yenidənqurmanın mühüm hissəsidir. 2025-ci il mayın 10-da açılmış Ağdam Dəmir Yolu Avtovağzal Kompleksi Azərbaycanın yeni nəqliyyat simvollarındandır. Ərazisi 8 hektara yaxın olan bu müasir kompleks həm dəmir yolu, həm avtovağzal funksiyalarını birləşdirən vahid qovşaq kimi fəaliyyət göstərir. Burada gözləmə zalları, kitabxana, mağazalar, restoranlar, istirahət guşələri qapalı dəmir yolu platforması yaradılıb. Kompleks gündəlik minlərlə sərnişinə xidmət göstərmək gücünə malikdir. Bu, təkcə nəqliyyat layihəsi deyil, Ağdamın yenidən həyatla bağlanmasının simvoludur.

Mədəni dirçəlişin parlaq nümunəsi isə Ağdam Muğam Mərkəzidir. 2025-ci ilin 10 mayında açılan bu mərkəz 474 yerlik zalı, sərgi dərs otaqları, amfiteatrı ilə Qarabağın musiqi ənənələrinin yeni ünvanıdır. Muğambu torpağın ruhudur, xalqın səsinin, dərdinin qürurunun ifadəsidir. Muğam Mərkəzi ilə Ağdam bir daha öz tarixi missiyasına qayıdır: Qarabağ muğamının beşiyi kimi yenidən dirçəlir, gənc nəslə milli musiqi sevgisini aşılayır.

Ağdam bir vaxtlarQafqazın Xirosimasıadlanırdı, indi isəQafqazın yenidən doğulan şəhəri”dir. Bu torpaq yanıb kül olsa da, onun külündən bir millətin iradəsi doğuldu. Bugünkü Ağdam sanki sönmüş ocağın işıqlı, dirçələn gələcəyə baxan yenidən alovlanmış közüdür.

 

Zəfər bayrağının kölgəsində dirçələn şəhər

 

Ağdamın taleyində Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir səfəri yeni bir başlanğıcın, dirçəlişin dövlət iradəsinin təntənəsinin rəmzidir. 2020-ci ilin noyabrında   azadlığının ilk günlərində  Ağdamda ucaldılan üçrəngli Bayraq sadəcə bir simvol deyil, əsrlərin həsrətinə son qoyan zəfərin nişanəsi idi. O andan etibarən dövlət başçısının bölgəyə hər səfəri bərpa prosesinin növbəti mərhələsini, həyatın yenidən qayıdışını dövlət siyasətinin konkret nəticələrini əks etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa inkişaf strategiyası Ağdamı yaxın illərdə Azərbaycanın dördüncü ən böyük şəhərinə çevirəcək. Burada yaşayacaq 100 min insan yalnız evlərinə yox, həm öz Vətəninə qayıdacaq. Hər bərpa olunan bina, hər salınan yol, hər əkilən ağac bir mesaj daşıyır: Bu torpaqlar əbədi Azərbaycanındır. Ağdamın simasında Azərbaycan xalqının bütün ağrısı, iradəsi qüruru cəmlənib. Bu şəhər keçmişin faciəsini, bu günün qələbəsini gələcəyin ümidini bir arada yaşadır. O, dağıntılardan doğulan bir həyatın, müharibədən sonra gələn sülhün, viranədən boy atan quruculuğun timsalıdır. Ağdamın yeni səhifəsi yazılırbu dəfə işıqla, inamla əbədiliklə.

 

Nigar Orucova

 

İki sahil.- 2025.- 14 noyabr, ¹207.- S.5.