Zəfər günləri beynəlxalq
münasibətlər işığında
Yeni nəşr
Qələbənin
beşinci ildönümü
ərəfəsində oxucuların
müzakirəsinə verilən
“Suverenliyin Zəfər
yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabını
Hüquq və İnsan Haqları İnstitutunun şanlı
Zəfər gününə
layiqli hədiyyəsi
kimi dəyərləndirmək
olar. Müəllifi İnstitutun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə
doktoru Vəfaddin İbayev olan həmin kitabda 44 günlük İkinci Qarabağ müharibəsi
dövründə Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin xalqa müraciətləri, çıxışları
və müsahibələri
ilk dəfə olaraq xronoloji ardıcıllıqla beynəlxalq
hüquq, beynəlxalq
münasibətlər, diplomatiya
hüququ baxımından hərtərəfli
təhlil olunmuş, Prezidentin çıxışlarındakı
çoxsaylı məqamlar
siyasi paralellər əsasında dəyərləndirilmiş, diplomatiya
və informasiya müharibəsi sahəsində
qazanılan uğurlara
faktlara əsaslanmaqla onlara aydınlıq gətirilmişdir.
Müəllif cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
kimi fəaliyyətə
başladıqdan sonra
Ulu Öndər Heydər Əliyevin irəli
sürdüyü ideyalara söykənərək
Ermənistan-Azərbaycan münaqişəsinin
həlli üçün
məqsədyönlü fəaliyyət
göstərməsini, bu
sahədə apardığı
səmərəli işləri
qeyd edərək yazır: “İlham Əliyev apardığı
xarici siyasət nəticəsində vaxtilə
əsassız olaraq Ermənistanı dəstəkləyən
dövlətləri Azərbaycanın
zəfər yürüşü
dövründə hadisələrin
seyrçilərinə çevirdi.
İlham Əliyev “bir millət, iki dövlət” ideyasını reallığa
çevirdi. Düşmən
Azərbaycanın çətin
günündə bu ifadənin sözdə təzahür olunmuş zəhmini reallıq kimi qəbul etdi. İlham Əliyev Azərbaycan iqtisadiyyatının sürətli
inkişafına nail olaraq ölkənin iqtisadi dayaqlarını möhkəmlətdi, dünya
dövlətləri ilə
iqtisadi sahədə əməkdaşlıq hərtərəfli
vüsət aldı. İnsan kapitalına xüsusi diqqət yetirilməsi idarəçilik
və istehsalın, ordu quruculuğu sahəsində bilikli mütəxəssislərin yetişdirilməsinə
səbəb oldu. Ordunun müasir texnika ilə təmin olunması ölkənin müdafiə
qabiliyyətini möhkəmləndirdi
və Azərbaycan Ordusu zəfər qazanmağa layiq ordu kimi özünü
doğrultdu.
İlham Əliyev
Azərbaycan insanında
qələbə sevincini
tədricən idman və musiqi sahələrindən başlayaraq
müharibədə qələbəyə
inam səviyyəsinə
kimi yüksəldə
bildi. İlham Əliyev xalqın birliyinə, xalq ilə ölkə rəhbərliyinin, ordunun birliyinə nail oldu. İlham Əliyev Ermənistanın
hərbi qüvvələrinə
münasibətdə Azərbaycan
Silahlı Qüvvələrinin
hərtərəfli və
dəfələrlə qüdrətli
olmasını təkrar-təkrar
qeyd edirdi. Bundan əlavə, xalq bu təcavüzə
son qoyulması üçün ayağa qalxmış, birləşmiş,
Vətənin işğaldan
azad olunmasına istiqamətlənmişdi. 30 ilə
yaxın müddətdə
torpaqların işğal
altında qalması hər kəsin qəlbini intiqam hissi ilə doldurmuşdu, vətənpərvərlik
və mənəvi ruh yüksək səviyyədə idi, ölkə başçısının
rəhbərliyi altında
mübarizə üçün
iqtisadi, siyasi, hüquqi baza hazırlanmışdı. “Saatların
əqrəbi tam bir dairə vurub, zənglər çalınmağa başladığı
kimi, eyni şəkildə hərəkət
üçün zaman
yetişmişdi”.
27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycan
ərazilərinə qarşı
növbəti təxribatından
sonra Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində
bildirdi ki, “regionda təhlükə mənbəyi Ermənistandır
və onun çirkin siyasətidir”. Ermənistanın törətdiyi
təxribat onun siyasi rəhbərliyinin ölkələrində mövcud
olan çox ciddi sosial, iqtisadi
və siyasi məsələlərdən ölkə
əhalisinin fikrini yayındırmaq cəhdi hakimiyyətlərinin bacarıqsızlığının
təzahürü idi.
Sentyabrın 27-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının
iclasında dövlət
başçısı bildirdi
ki, Ermənistanın
Azərbaycana silahlı
hücum etməklə
işğalçılıq siyasətini davam etdirməsinə cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatlarına
başlamışdır. Müəllif
yazır: “Təcavüzkar
Ermənistanın niyyətlərindən
əl çəkməməsi,
yeni ərazilərin işğalına yönəlmiş
son təxribatları onu “qanun çərçivəsinə
qaytarmaq və müharibəni qurtarmaq üçün təxirəsalınmaz
tədbirlər” tələb
edirdi. Ona görə də İlham Əliyev Çingiz xanın Xarəzm şahı Məhəmmədə naməsində
yazdıqlarını xatırlatmalı
oldu: “Müharibə istəyirdin. Sən onu alacaqsan”.
Müəllif münaqişənin həllində
diplomatiyanın rolu ilə bağlı yazır: “Diplomatiya tarixinə dair sənədlərin öyrənilməsi,
həmçinin beynəlxalq
həyatda baş verən faktların müşahidəsi və
analizi belə bir nəticəyə gətirib çıxarır
ki, beynəlxalq münaqişələrdən əvvəl
və ya onlardan sonra, hətta beynəlxalq münaqişələr davam
etdiyi dövrdə belə, diplomatik mübarizə müxtəlif
üsullarla dövriyyəyə
buraxılır, onlardan
bəzən ayrı-ayrılıqda,
bəzən kombinə
edilmiş şəkildə
istifadə olunur. Hələ XIX əsrdə
F.Engels deyirdi ki, siyasi mübarizlərin
hərb sənətini
öyrənmək vaxtı
gəlib çatmışdır:
bunsuz onların bəşəriyyətin yaxşı
gələcəyi uğrunda
mübarizəsi mümkün
deyildir. Avropa diplomatiyası iki məqsədə nail olmaq üçün müxtəlif üsullardan
istifadə edirdi. Bu məqsədlərdən
biri özlərinin əsl planlarını maskalamaq və əslində olmayanı, niyyət ediləni simulyasiya etmək idi.
Diplomatiya sənətinin
qədim ustalarından
biri, XVII əsrin birinci yarısında İsveç krallığının
kansleri olan Aksel Oksenşernə aid edilən deyimə görə, həqiqi diplomat öz xidmətində həmişə iki kənizi - simulyasiya və disimulyasiyanı hazır vəziyyətdə
saxlamalıdır. Onlar
olmayanı simulyasiya, həqiqətdə olanı
isə disimulyasiya etməli idi. Buna əsas qazandırmaq üçün
isə o, məşhur
latın ifadəsinə
istinad edir: “Simulantur quae non sunt, quae
sunt vero dissimulantur”. Avropa diplomatları lazım olduqca hər iki “kəniz”in xidmətindən istifadə
edirdilər: onlar mövcud olmayanı iddia edir, mövcud
olanı isə gizlədir və bununla da həm
simulyasiyanı, həm
də disimulyasiyanı
təcrübədən keçirirdilər".
Müəllif davam edərək yazır: “Ermənistanın
özünün təcavüzkar
siyasətini “öz təhlükəsizliyi haqqında”
qayğı pərdəsi
altında gizlətməyə
çalışması reallıqla
uzlaşmırdı. Ola
bilsin ki, ermənilər bu ağlasığmaz təcrübəni
öz havadarları Fransanın dövlətçilik
və diplomatiya tarixindən əxz etmişlər. Versal Sülh Müqaviləsi çərçivəsində müzakirələrin gedişində
Ermənistanın hazırkı
havadarlarından olan Fransa dövlətinin xarici işlər naziri Klemanso özlərinin təhlükəsizliyinin
təmini üçün
Alman dövlətinin torpaqları hesabına Rusiya ilə Almaniya arasında “Böyük Polşa dövlətinin yaradılmasını”
təklif edirdi. Onun bu təşəbbüsü
ABŞ Prezidenti Vudro Vilson və Böyük Britaniyanın
xarici işlər naziri Lloyd Corc tərəfindən rədd
edildi”.
Müəllif Prezident İlham Əliyevin Təhlükəsizlik
Şurasının iclasındakı
çıxışında beynəlxalq hüquqa əsaslanaraq “təcavüzkar
dövlət dayandırılmalıdır”
tələbinə münasibət
bildirərək göstərir
ki, “əslində,
o bu fikri altı gün əvvəl sentyabrın
21-də BMT Baş Assambleyasının
75-ci sessiyası çərçivəsində
səsləndirmişdi: “Təcavüzkar
ritorika və təxribatlar Ermənistanın
Azərbaycana qarşı
yeni təcavüzə
hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və
beynəlxalq ictimaiyyəti
Ermənistanın növbəti
hərbi təcavüzdən
çəkindirilməsinə dəvət edirik”.
Cənab İlham
Əliyevin haqlı tələbini U.Çörçill
74 il əvvəl bu cür ifadə
edirdi: “Çətinliklər
və təhlükələr
biz onları sezməsək belə aradan qalxmayacaqdır. Biz hər şeyi
öz axarına buraxdığımız və
nə baş verəcəyini gözlədiyimiz
zaman da onlar yoxa çıxmayacaqdır.
Əgər biz əmin-amanlıq siyasətini
həyata keçirsək,
bu halda da onlar yoxa
çıxmayacaqdır. Nizamasalma
lazımdır. Biz nə qədər uzun zamana bunu
təxirə salsaq, onu əldə etmək bir o qədər çətin
olacaq, bizi hədələyən təhlükə
bir o qədər artacaqdır”.
Prezident İlham
Əliyev U.Çörçillin
həmin Fulton nitqində dilə gətirdiyi bir həqiqəti də bilirdi: “Mən inanıram ki, bizim taleyimiz öz əlmizdədir və gələcəyi xilas etməyə gücümüz çatar”.
Təcavüzkar dövləti
isə cilovlamaq lazım idi. Bunu taleyinin öz əlində olduğunu və gələcəyi xilas etməyə gücü çatacağını bilən,
xalqına, ordusuna, gücünə inanan Ali Baş Komandanın
müzəffər ordusu
etməli idi.
Ermənistanın siyasi rəhbərlərinin
bağladıqları müqavilələrə
münasibəti ilə
bağlı müəllif
haqlı oraq qeyd edir ki,
bu münasibət “alman faşistlərinin İkinci dünya müharibəsi öncəsi
bağladıqları müqavilələrə
münasibətindən fərqlənmirdi.
Məlum olduğu kimi, Versal sülh
müqaviləsi Almaniyanın
silahlanması ilə bağlı məhdudiyyətlər
müəyyən etmişdi.
Lakin Hitler hakimiyyətə gəldikdən
sonra o, Versal sülh müqaviləsinin
müddəalarını pozmaqla,
Almaniyanın silahlanmasını
gah almanların “milli ləyaqətinin alçaldılması”, gah
“Almaniyanın təhlükəsizliyinin
təmini”, gah da “kommunizmdən müdafiə” şüarları
ilə əsaslandırırdı.
15 aprel 1935-ci ildə Millətlər Cəmiyyəti
Şurasının fövqəladə
sessiyası fəaliyyətə
başladı və aprel ayının 17-də
sessiya Almaniya hökumətinin hərbi sahədə fəaliyyətinin
Versal sülh müqaviləsinin pozulması
kimi dəyərləndirilməsi
barədə qətnamə
qəbul edərək
qeyd etdi ki, beynəlxalq öhdəliklərdən birtərəfli
imtina sülhün qorunması üçün
təhlükə yarada
bilər. 20 aprel
1935-ci ildə Hitler hökuməti Millətlər
Cəmiyyətinin Şurasında
təmsil olunan dövlətləri xəbərdar
edərək bildirdi ki, onların Almaniya üzərində hakim kimi çıxış
etmək hüququnu tanımır və buna görə də qətnamələrini
qəti olaraq rədd edir. Alman faşistlərinin bağladıqları müqaviləyə
və həmin müqavilə üzrə
üzərlərinə götürdükləri
öhdəliklərə laqeyd
münasibəti 24 avqust
1939-cu ildə hücum
etməmək haqqında
“Molotov-Ribbentrop paktı”
kimi tanınan Sovet-alman paktına münasibətdə də
özünü təzahür
etdirdi. 22 iyun 1941-ci ildə həmin müqavilənin pozulmasını
almanlar sovet hökumətinin anti-alman siyasəti, alman sərhədlərinə təhlükə
ilə əsaslandırdılar.
Ermənistanın BMT Təhlükəsizlik
Şurasının dörd
qətnaməsini 27 il
müddətində icra
etməməsi təcavüzkar
dövlətin bu aparıcı beynəlxalq
təşkilata münasibətinin
göstəricisi idi. Hər halda, Ermənistan BMT Təhlükəsizlik
Şurasının qətnamələrini
icra etməməklə
BMT-nin Təhlükəsizlik
Şurasına daxil olan dövlətləri, xüsusən, onun daimi üzvlərini özü üzərində
hakim kimi qəbul etmirdi, ya da sərgilədiyi
davranış həmin
dövlətlərin iradələri
ilə uzlaşırdı.
Müəllif əsərdə zəfər
günlərində Prezident
İlham Əliyevin diplomatiya sahəsində bacarıqlarını önə
çəkir, bu yolda qazanılmış uğurları tarixi faktlarla müqayisə edərək oxucuya çatdırır: “İlham
Əliyev uzun səylər nəticəsində,
Azərbaycanın işğal
olunmuş ərazilərini
erməni silahlı qüvvələrindən azad
etmək üçün
üçüncü dövlətlərin
müdaxiləsindən azad
lokal müharibəyə
böyük diplomatik səylər nəticəsində
nail olmuşdu. Tarixdə böyük diplomatlar kimi tanınmış şəxsiyyətlər
bu cür nailiyyət əldə etməyi özləri üçün böyük
uğur hesab etmişlər. Professor V.M.Xvostov Bismarkın diplomatik fəaliyyətindən
bəhs edərkən
yazırdı: “Bismark
Alman imperiyasının
yeganə görkəmli
diplomatı idi... Bismark demək olar ki, rahatlıq
bilməyən enerjili
və fövqəladə
fəaliyyətlilik naturasına
malik idi. Onun beyni daim
və yorulmadan yeni-yeni diplomatik kombinasiyaların axtarışında
idi… Bismark həmişə nə istədiyini bilir və öz məqsədinə nail olmaq üçün iradəsini valehedici həddə qədər yüksəyə qaldıra
bilirdi. O, məqsədinə
doğru bəzən qətiyyətlə, çox
vaxt isə mürəkkəb, hərdən
dolaşıq, gizli, həmişə müxtəlif
və narahat yollarla gedirdi”. Əlbəttə, Bismarkın
və digər tanınmış diplomatların
fəaliyyəti ilə
bağlı çox danışmaq və çoxsaylı nümunələr
gətirmək olar. Bizim məqsədimiz diplomatlar və onların istifadə üsullarından geniş
söhbət açmaq
deyil, sadəcə diplomatiya sahəsində fəaliyyətin necə çətinliklərdən keçdiyini
nəzərə çatdırmaq
idi. İlham Əliyev xalqı və dövləti üçün həyati
əhəmiyyət kəsb
edən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsini nizama
salmaq üçün
diplomatik yolun çətinliklərini də
keçməli, müxtəlif
maneələri dəf
etməli olmuşdu. Bu yolda qazanılmış
ən böyük uğurlardan biri 27 sentyabr 2020-ci il tarixində yenidən başlanan silahlı münaqişəyə digər
dövlətlərin müdaxiləsini
neytrallaşdırmaq sahəsində
qazanılmış uğur
idi”.
Cənab İlham
Əliyev 44 günlük Qarabağ
müharibəsi günlərində Ermənistanın havadarları tərəfindən dövriyyəyə
buraxılmış “Azərbaycan
tərəfdə muzdluların
döyüşməsi” barədə
ittihamlara apardığı
danışıqlar zamanı
sərt mövqe nümayiş etdirməsi ilə son qoymasını da onun diplomatik uğuru kimi dəyərləndirmək olar.
Müəllif bu barədə yazır:
“2020-ci ilin 4 oktyabrında “ƏL-ƏRƏBİYƏ” televiziya kanalına verdiyi müsahibə zamanı jurnalistin “Rusiya və Fransanın Türkiyə üzərindən
Suriyadan gələn muzdlularla bağlı Azərbaycana qarşı ittihamları”na münasibətini
soruşduqda İlham Əliyev bunu tamamilə rədd edərək bildirdi ki, Azərbaycan Ordusunun nümayiş etdirdiyi güc onu deməyə əsas verir ki, Azərbaycanın heç bir muzdluya ehtiyacı yoxdur. Bu, əslində
reallığı əks
etdirən, görünən
həqiqət idi. Müasir müharibələrdə
informasiya müharibəsi
daha çox fəallıq qazanmışdır.
Cəbhədə özünü
təsdiq edə bilməyən dövlətlər
yalan məlumatlar yaymaqla havadarlarının
onlara qahmar çıxmasına ümid
bəsləyirlər. Ermənistan
cəbhədə sözünü
demək qabiliyyətində
olmayan, yalan xəbərlər yaymaqda peşəkar olan bir dövlətdir. Fransa Prezidentinin Azərbaycan tərəfində
muzdluların döyüşməsinə
dair heç bir əsası olmayan xəbərlərə
istinad etmək canfəşanlığı Fransada
yaşayan erməni lobbisinin Prezidentə təsirinin nəticəsi
idi. Bu cür
əsassız iddialar irəli sürməklə,
əslində Fransa Prezidenti öz nüfuzunu sarsıdırdı.
Prezident İlham
Əliyev başqa dövlətlərin rəhbərlərindən
Azərbaycana hücum
etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmağı
tələb edirdi: “Mən bizi ittiham
edənlərdən üzrxahlıq
tələb edirəm.
Mən onlardan məsuliyyətli olmağı,
söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə
deyilik. Biz təhqirə dözəcək
ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu
çaxnaşma olacaq.
Onlar Azərbaycandan əl çəkməlidirlər,
onlar regiondan əl çəkməlidirlər.
Biz burada öz torpağımızdayıq.
Bizim torpağımız
işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyin
etmə istəyirsə,
qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən
ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ Respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik
versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik
tələb edirlər?
Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları
dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar”.
2020-ci il oktyabrın
6-da “PERVIY KANAL” televiziyasına müsahibəsində
Prezident İlham Əliyevin yenidən həmin məsələlərlə
bağlı mövqeyini
sərtləşdirərək deyilənlərin sübutunu
tələb edirdi: “Erməni qoşunları Azərbaycan Ordusunun, onun əsgərinin cəsurluğundan özünü
itirmiş, “ölümcül
yaralanmış”, xilas
axtarırdı. Ona mənəvi qüvvə verəcək heç nə yox idi.
Ümidi yalnız başqalarına – uzun illər boyu yaltaqlanıb, sədəqə
umduğu havadarlara zəng etməkdə idi. İlham Əliyev hər bir deyilən sözün, hər bir mövqenin əsaslı olmaqla müvafiq sübutlarla əsaslandırılmasının tərəfdarı idi. Ona görə o, jurnalistlərdən də,
rəqiblərindən də,
dövlət başçılarından
da dediklərinin sübutunu tələb edirdi: “Mən bütün bu günlər ərzində
bu barədə deyirəm. Belə informasiya tullantılarına
görə heyrətlənirəm
və Fransa prezidenti ilə telefon söhbətlərimdə
mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış
şəkildə müdafiə
etmişəm… sübutlar
təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm”.
2020-ci il oktyabrın
7-də “CNN-TÜRK” televiziyasına müsahibəsində İlham
Əliyev Fransa dövlət başçısının
beynəlxalq hüquqla
uzlaşmayan vasitəçilik
missiyasına mübasibət
bildirərək Fransa
dövlət başçısının
həmin sahədə
fəaliyyətinin neytrallaşdırılmasının
bünövrəsini qoydu.
Müəllif yazır:
“İlham Əliyev müsahibəsində ATƏT-in
Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə,
onların mandatlarına
müvafiq olaraq qərəzsizlik nümayiş
etdirməli olduqlarına
münasibət bildirərək
qeyd edirdi ki, Fransanın son günlərdəki mövqeyi onların vasitəçilik missiyalarına
müvafiq olmamış,
onlar əsassız olaraq Azərbaycan və Türkiyəni münaqişəyə muzdlular
cəlb etməkdə
ittiham etmiş, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir” kimi şüarlarla çıxış etmişlər.
Fransa dövlət başçısının bu
cür fəaliyyəti
həmin ölkədə
yaşayan erməni diasporunun təsirinin nəticəsi olsa da, Fransanı nüfuzdansalıcı bir
hərəkət kimi
dəyərləndirilməlidir.
Fransa dövlətinin
özünün hazırkı
prezidenti E.Makronun şəxsində niyyətlərini
ört-basdır etmək
üçün Ermənistanın
Azərbaycana təcavüzü
olan silahlı hücumunu öz adı ilə deyil, “Azərbaycan Dağlıq Qarabağı
fəth etmək istəyir” kimi təqdim etməsi Fransanın riyakar diplomatiyasının yeni nümayişi idi.
Əslində, ATƏT-in Minsk qrupunun
həmsədri olan Fransa dövlətinin rəsmi nümayəndəsinin
münaqişə tərəflərindən
birini dəstəkləyib,
digərinə qarşı
ögey münasibəti
dövlətin vasitəçilik
missiyası ilə bir araya sığmırdı”.
13 oktyabr 2020-ci il tarixdə “HABER TÜRK”
televiziya kanalına müsahibəsi zamanı jurnalistin münaqişəyə
Fransanın münasibəti
ilə bağlı suallarını cavablandırarkən
isə Prezident İlham Əliyev qeyd etdi: “Toqquşmaların
əvvəlindən biz
bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki,
qarşılıqlı diplomatik
səylərimiz sayəsində
vəziyyəti nəzarət
altında saxlamağa
müvəffəq olmuşuq.
Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim
sonuncu söhbətimiz
çox müsbət
idi. Biz münaqişənin siyasi
həll yolunun tapılması səylərinə
sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr
olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın xarici işlər naziri bəyanat verib ki, Fransa
Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır”. Əlbəttə
ki, qısa müddət ərzində
vəziyyətin qeyd olunan tərzdə dəyişməsini İlham
Əliyevin diplomatik uğuru kimi qiymətləndirmək lazımdır.
Fransa tərəfindən
Azərbaycanın münaqişəyə
muzdluları cəlb etmək barədə bəyanatını Fransa tərəfi heç bir sübutla təsdiqləyə bilmədi
və Fransa bəyan etdiyi mövqedən də çəkilməli oldu.
Minsk qrupunun
həmsədri kimi Fransanın əvvəlki qərəzli mövqeyindən
geri çəkilməsi
İlham Əliyevin diplomatik vasitələrdən
uğurla istifadəsi
kimi qiymətləndirilməlidir”.
Bir tərəfdən,
Asiya ilə Avropanın qovuşuğunda
yerləşən Azərbaycanın
iqtisadi inkişafı,
coğrafi mövqeyindən
istifadə edərək
nəqliyyat dəhlizləri
yaratması, müstəqil
iqtisadi siyasət yürütməsi bəzi
dövlətləri təmin
etmir, digər tərəfdən, Azərbaycan
torpaqlarını işğal
etməyi qarşısına
məqsəd qoyan Ermənistanın hər cür yalan xəbərlər yaymaqla Azərbaycanın beynəlxalq
imicinə zərbə
vurmağa çalışması
və s. amillər Azərbaycandan informasiya müharibəsində sayıq
olmağı, mümkün
olan imkanlardan istifadə edib həqiqətləri dünya
ictimaiyyətinə çatdırmağı
tələb edirdi. Əslində, İkinci Qarabağ müharibəsi
günlərində Prezident
İlham Əliyevin özünün fəaliyyəti
bu sahədə Azərbaycana böyük uğurlar gətirirdi. Cənab İlham Əliyev dövlət rəhbəri kimi müraciət edən bütün televiziya kanallarına, müxbirlərə
müsahibələr verir,
müxtəlif müraciətlər
edir, münaqişə,
onun nizama salınması ilə əlaqədar Azərbaycanın
ədalətli mövqeyini
dünya ictimaiyyətinə
çatdırırdı.
44 günlük Qarabağ müharibəsi
dönəmində informasiya
müharibəsi sahəsində
dövlət başçısının
fəaliyyəti düşməm
üzərində qələbəyə
nail olunmasında mühüm əhəmiyyətə
malik idi. Belə ki, 44 günlük Qarabağ müharibəsi dövründə
Prezident İlham Əliyevin müxtəlif beynəlxalq informasiya agentliklərinə və bir sıra xarici
ölkələrin milyonlarla
izləyicisi olan televiziya kanallarına verdiyi müsahibələr
Azərbaycanın ən
güclü informasiya
silahı oldu və Azərbaycan bu informasiya savaşında şəksiz
olaraq qalib çıxdı. Belə
ki, bütün dünya ictimaiyyəti Qarabağ müharibəsi
haqqında həqiqətləri
və dəqiq məlumatları Prezident İlham Əliyevin çıxışlarından və müsahibələrindən
əldə edirdi, bütün informasiya agentlikləri ilk və obyektiv mənbə kimi cənab İlham Əliyevə istinad edərək məlumatları
yayırdı. Müharibə
ilə bağlı bütün təhlillər
Prezident İlham Əliyevin çıxışları
və müsahibələrinə
istinad etməklə aparılırdı. Hətta
düşmən tərəfin
əhalisi və dövlət qurumları cəbhədə baş verənlər haqqında real məlumatı dövlətimizin başçısının
çıxışları və müsahibələrindən
əldə edirdilər.
Məhz cənab İlham Əliyevin müxtəlif dillərdə
müxtəlif beynəlxalq
informasiya agentliklərinə
verdiyi müsahibələr
beynəlxalq aləmdə
erməni yalanlarını
darmadağın etdi, beynəlxalq ictimaiyyəti
Azərbaycanın öz
ərazilərinin işğaldan
azad edilməsi uğrunda Vətən müharibəsi aprardığına
inandırdı.
12 oktyabr 2020-ci il tarixdə,
yəni bir tərəfdən diplomatik
danışıqların getdiyi,
bir tərəfdən
də düşmənin
mülki əhaliyə
qarşı ən dağıdıcı və
qadağan olunmuş silahlarla hücum etdiyi mürəkkəb bir zamanda Prezident
İlham Əliyevin Türkiyənin “Haber
Global” televiziya kanalına
müsahibə üçün
vaxt ayırması jurnalist tərəfindən
təqdirəlayiq hal kimi dəyərləndirirdi.
Həmin xüsusatla bağlı müəllif
yazır: “müasir müharibələrdə informasiya
məkanında uydurma
iddialardan, təxribat xarakteri daşıyan yalanlardan qorunmaq üçün həqiqəti
ictimaiyyətə çatdırmaq
reallıqların dərk
olunması üçün
əhəmiyyətli idi.
İnformasiyaların əldə
edilməsi və ötürülməsinin texniki
imkanlarının genişlənməsi
beynəlxalq münasibətlərdə
informasiya qarşıdurması
da yaratmışdı.
O, özündə siyasət
subyektlərinin siyasi məqsədlərə nail
olmalarına istiqamətlənmiş
kompleks tədbirləri
birləşdirirdi. “İnformasiya
qarşıdurması” (İnformation Warfare) anlayışı
1992-ci ildən ABŞ Müdafiə
Nazirliyi tərəfindən
radioelektron mübarizənin
növü kimi istifadə olunmuşdu. Lakin bir qədər sonra
1996-cı ildə bu anlayış ABŞ-ın
“Rend” MR-661-OSD korporasiyasının hesabatında (Strategic İnformation Warfare. A New
Face of War) daha geniş
şərhini aldı.
Hesabatın səhifələrində
ilk dəfə olaraq informasiya mübarizəsinə
hərbi-strateji, sonra isə həm də siyasi məna verən “Strategic
Information Warfare” termini kimi baxılmağa
başlandı. S.A.İvanov yazır
ki, “İnformasiya müharibəsi”
termini cəmiyyətin inkişafının
müasir mərhələsində,
şübhəsiz ki, mühüm
və aktualdır. Onu dəqiq başa düşmədən
müasir siyasi həyat və geopolitikada baş verən prosesləri başa düşmək mümkün deyildir.
İlham Əliyev hərbi
üstünlüyün qazanılması,
diplomatik əlaqələrin
davam etdirilməsi, xalqla təmasın möhkəmləndirilməsi ilə
yanaşı, informasiya
sahəsində işin
gücləndirilməsini də
müharibə dövrünün
zəruri fəaliyyəti
kimi dəyərləndirirdi.
İnformasiya məkanında
mövqelərin düzgün
çatdırılması və dünya ictimaiyyəti ilə ünsiyyətin uğurlu təşkili zəruri olmaqla informasiya müharibəsinin tərkib
hissəsini təşkil
edirdi. Yalan faktlar quraşdırmaqda, həqiqəti saxtalaşdırmaqda
mahir olan düşmən qüvvələr
artıq atəşkəsin
Azərbaycan tərəfindən
pozulması barədə
yalanları dünyaya
yaymış, özlərinin
Gəncədəki mülki
əhaliyə qadağan
olunmuş raketlərlə
atəş açmaqla
törətdikləri beynəlxalq
cinayətlərini uydurma
faktlarla pərdələmək
istəyirdilər”.
Bu cəhətdən müəllif
siyasət və mənəviyyatın qarşılıqlı
əlaqələrindən söhbət
açaraq davam edir: “Maks Veber
siyasət və mənəviyyatın qarşılıqlı
nisbəti məsələləri
ilə əlaqədar
insanın siyasi keyfiyyətlərinə müstəsna
dəyər verir və hesab edirdi
ki, siyasətçi üçün
üç keyfiyyət
əsasdır: böyük
həvəs, məsuliyyət
hissi və məsafəni gözəyarı
ölçmə. Həvəs
altında Veber özünün ifadə etdiyi kimi, işin
mahiyyətini nəzərdə
tuturdu. Siyasətçi
özünü bütünlüklə
seçdiyi peşəyə
verməlidir. Onun siyasətlə başdansovdu
məşğul olmağa
haqqı yoxdur. Lakin siyasətçi özünün
məsuliyyətini hiss edirsə,
yalnız o halda siyasətlə həvəslə
məşğul ola bilər.
Veber məsuliyyət hissini siyasətçinin fəaliyyətinin əsas
yol göstərən
ulduzu hesab edirdi. Siyasətçinin məsafəni gözəyarı
ölçməyi, yəni
“daxili hazırlıq və rahatlıq ilə reallığın
təsirini qarşılamaq,
başqa sözlə əşyalara və adamlara münasibətdə
məsafə saxlamaq qabiliyyəti tələb edir”. Veber hesab
edirdi ki, siyasətçi
pisliyə qarşı,
zorakılığa qarşı
durmalı, əks halda o, pisliyin qələbəsinə görə
məsuliyyət daşıyacaqdır.
Əslində, burada məsələ onda deyil ki, siyasətçi mənəviyyat prinsiplərini
rəhbər tutmalıdır,
zəruri olan odur ki, siyasətçi mühüm siyasi qərarlar qəbul etmək üçün mənəvi keyfiyyətlərə
malik olmalıdır. Veberə
görə siyasətçinin
etik baxışları
ona siyasi reallığa müvafiq qərarlar qəbul etməkdə maneçilik
törətməməlidir. “Mənəviyyat” sözün
geniş mənasında
adamların fəaliyyət
və ünsiyyət prosesində rəhbər tutduqları qayda, norma və prinsiplərin
məcmusudur. Siyasət
kimi mənəviyyat
da insanların qarşılıqlı
münasibətlərinin özünəməxsus
tənzimləyicisidir və
ona görə də onların bir sıra ümumi
cəhətləri var. Lakin bu ümumilik tamamilə müxtəlif cür təzahür edir. Konkret şəraitdən
asılı olaraq həm siyasət, həm də mənəviyyatın müxtəlif
funksiyaları var. Başqa
sözlə, onlar cəmiyyətdə müxtəlif
nizamlayıcı əhəmiyyətə
malikdirlər. Heydər
Əliyev deyirdi: “…mənəvi sağlamlıq
çox vacibdir. Bizim xalqımızın
milli, mənəvi ənənələri,
mədəni, milli dəyərləri
həmişə, əsrlər
boyu xalqımızı
yüksək mənəviyyat
ruhunda tərbiyə edib, böyüdüb, yaşadıbdır. Biz fəxr
edə bilərik ki,
milli, dini, mənəvi
ənənələrimiz, dəyərlərimiz
həmişə ən
yüksək mənəviyyatı
əks etdirir. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə həmişə
sadiq olaq.
...Mənəviyyatdan çıxış
edərək cəmiyyət
tarixi şəxsiyyətlərin
fəaliyyətini dəyərləndirərək
onları ya mühakimə edir, ya da şənlərinə
mədhnamələr oxuyur.
Əsl siyasətçi
başa düşür
ki, bütöv məhv
olarsa, onda onun hissələri də məhv olacaqdır. Məsələn,
əgər xalq məhv olarsa, onda onu təşkil
edən fərdlər
də məhv olacaqdır. Ona görə
siyasətçi xalqı
qorumaq üçün
ayrı-ayrı fərdlərin
qurban verilməsini qəbul edir. Siyasətçi siyasi məsuliyyət daşıyır,
ona görə də o, ilk növbədə
bütöv (xalq), sonra isə hissə (insan) haqqında düşünməlidir.
Eyni zamanda, siyasətçi ümumi maraqlara zidd olan şəxsi maraqlarını qurban verməlidir. Aristotel qeyd edirdi ki, kim yüksək vəzifə tutmaq istəyirsə üç
keyfiyyətə malik olmalıdır:
əvvəla, müvafiq
dövlət quruluşuna
ürəyi yanmalı;
sonra, vəzifəyə
aid olan öhdəlikləri
yerinə yetirmək üçün böyük
qabiliyyətə malik olmalı;
üçüncüsü, hər bir dövlət
quruluşuna müvafiq
olan yaxşılıq
və ədalətliliyi
ilə seçilməlidir.
Aristotel, həmçinin
hesab edirdi ki, kimsə digərini yaxşılıqda keçirsə
və daha yaxşı fəaliyyəti
həyata keçirmək
qabiliyyətindədirsə, bu cür insanın
arxasınca getmək gözəl və ona tabe olmaq
ədalətlidir. Bu cür
insan təkcə yaxşılığa malik olmamalı,
həm də fəaliyyət üçün
qabiliyyət nümayiş
etdirməlidir. İlham Əliyev
mühüm qərarların
qəbul edilməsində
mənəvi prinsipləri
heç vaxt yaddan çıxarmır,
eyni zamanda, Vətənin, torpağın
müdafiəsi üçün
insanların öz evlərində möhkəm
dayanmasını, düşmənə
layiqli müqavimət
göstərməsini alqışlayırdı”.
Əlbəttə, bir məqalə
çərçivəsində diplomatiya, beynəlxalq münasibətlər, informasiya
müharibəsi ilə
əlaqədar kitabda əksini tapanların hamısı haqqında məlumat vermək mümkün deyil. Bundan əlavə, müəllif Prezident
İlham Əliyevin çıxışlarında
əksini tapan məsələlərlə bağlı
olduqca maraqlı və mübarizəmizin ədalətliliyini sübuta
yetirən yüzlərlə
siyasi paralelərə
istinad edərək əsərin oxunaqlılığını
təmin etmiş, gəldiyi nəticələrin
əsaslılığını sübuta yetirmişdir. Odur ki, mən oxuculara həqiqətən də böyük yaradıcı
işin nəticəsi
olan kitabı oxumağı tövsiyə
edir, bundan böyük zövq alacaqlarına onları əmin edirəm.
Ramiz Sevdimalıyev,
siyasi elmlər doktoru,
professor
İki sahil.- 2025.- 14 noyabr, ¹207.- S.4.