Türk
dünyası qlobal gücə
doğru inamla irəliləyir
Prezident İlham Əliyev: Azərbaycan və
Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə
malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı
formalaşdırır
Ortaq tarixi köklərə, adət-ənənlərə,
mədəniyyətə, dil, din birliyinə malik olan Azərbaycan
və Mərkəzi Asiya ölkələrinin əlaqələri
dərin köklər üzərində qurulub. Bu əlaqələr
Ulu Öndər Heydər Əliyevin adı ilə sıx
bağlıdır. Bu bağlılıq hazırda Prezident
İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində daha
da möhkəmlənir.
Azərbaycan hazırda Mərkəzi Asiya
ölkələri ilə sənaye, kənd təsərrüfatı,
xüsusən də pambıqçılıq, ipəkçilik,
bağçılıq və heyvandarlıq sahələrində
çoxsaylı layihələr həyata keçirir. Mərkəzi
Asiyadan olan şirkətlərin Azərbaycanda fəaliyyət
göstərən Ələt Azad İqtisadi Zonasına indiki
marağı da ikitərəfli əlaqələrin daha da
möhkəmlənməsinə böyük inam yaradır.
Ələt Azad İqtisadi Zonası daha çox nəqliyyat,
logistika sahəsinin formalaşmasına xidmət edir.
İnvestisiyaların cəlb olunması burada əsas hədəf
olaraq nəzərdə tutulur. Belə bir iqtisadi zonanın
yaradılması isə Azərbaycanın tranzit ölkə
olaraq öz imkanlarını genişləndirməyə şərait
yaradır və ölkə ərazisinə
yükdaşımaların artırılmasını şərtləndirir.
Prezident İlham Əliyevin Mərkəzi Asiya
ölkələrinə səfərləri, həmçinin
regional təşkilatların tədbirlərində fəxri
qonaq qismində iştirakı ölkəmizin region dövlətləri
ilə əlaqələrinin dinamikasını nümayiş
etdirir. Son bir neçə ildə ölkəmizin
başçısının Mərkəzi Asiya ölkələrində
keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında,
Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət
görüşlərində və digər tədbirlərdə
iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin
İqtisadiyyatları üçün Xüsusi Proqramının
- SPECA-nın Zirvə görüşünün Azərbaycanda
keçirilməsi ölkəmizə marağın əyani təsdiqidir.
Prezident İlham Əliyev 2023-cü il iyulun 22-də
“China Global Television Network” telekanalında yayımlanan
müsahibəsində demişdir: “... Mərkəzi Asiya
ölkələri inkişaf edir və ixracyönümlü
daha çox məhsul istehsal edir. Həmçinin daha çox
məhsul alır və bu baxımdan Xəzər dənizi
marşrutu həyati əhəmiyyət kəsb edir. Xoşbəxtlikdən
biz illər əvvəl ev
tapşırığımızı yerinə yetirmişik və
hər bir şey hazırdır. İndi isə bu infrastrukturu
genişləndirmək asan olacaq. Həmçinin nəqliyyat
infrastrukturunun genişləndirilməsinə yatırılacaq
vəsait təxmin edilən yük həcminə uyğun
olacaq... Mən ötən il və bu il bütün Mərkəzi
Asiya ölkələrinə səfər etmişəm və
bu ölkələrin rəhbərləri Azərbaycana səfər
ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə
daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu
görürük. Digər tərəfdən isə bizim hər
zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda,
daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı
diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi
ilə yükdaşımalarının illik statistikasına nəzər
saldıqca biz rəqəmlərin artacağının
şahidi olacağıq”.
Mərkəzi Asiya və Azərbaycan
Respublikasının Dövlət
Başçılarının Astana görüşü və
bu görüş çərçivəsində Prezident
İlham Əliyevin söylədiyi fikirlər, toxunduğu məsələlər
geniş ictimaiyyətin marağına səbəb olmuşdur.
Belə ki, fəxri qonaq qismində iştirak edən ölkəmizin
başçısı İlham Əliyev Azərbaycan və Mərkəzi
Asiya ölkələri arasında mövcud olan və getdikcə
çoxşahələnən səmərəli əlaqələrin
əhəmiyyətindən və qarşıda duran vəzifələrin
icrasının vacibliyindən söhbət açaraq, Astana
görüşünün önəmini xüsusi
vurğuladı. Ümumiyyətlə, Prezident İlham
Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə
16 rəsmi səfəri qarşılıqlı münasibətlərimizin
yüksək göstəricisidir.
Azərbaycan
geosiyasi və iqtisadi baxımdan da Mərkəzi Asiya ölkələri
üçün etibarlı tərəfdaş ölkədir.
Son bir neçə ildə dövlət
başçıları arasında qarşılıqlı səfərlərin
və təmasların dinamikası münasibətlərimizin
yüksək səviyyəsini əyani şəkildə
nümayiş etdirir. Belə ki, Azərbaycan ilə Mərkəzi
Asiya ölkələri arasında əməkdaşlığın
əsas istiqamətlərindən biri şaxələndirilmiş
nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit
imkanlarının genişləndirilməsidir. Bu sahədə
ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat
Marşrutunda iştirakı xüsusi əhəmiyyətə
malikdir və Mərkəzi Asiya dövlətləri
üçün mühüm tranzit ölkə qismində
çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə
ixrac imkanlarının və daşımaların artması
xüsusi strateji əhəmiyyətə malikdir. Mərkəzi
Asoya ölkələri bununla Xəzər dənizi vasitəsilə
Azərbaycan üzərindən dünya bazarına daha
çox məhsul ixrac etmək, Orta Dəhlzin imkanlarından
geniş şəkildə yararlanmaq imkanı qazanırlar. Nəticədə
Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiyanı
daha sıx birləşdirir. Qardaş ölkələr həm
də azad olunmuş ərazilərin bərpasına öz dəstəklərini
göstərirlər. Dövlətimizin
başçısı 2024-cü il avqustun 9-da
Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və
Azərbaycan Respublikasının Dövlət
Başçılarının görüşündə
çıxışı zamanı bununla bağlı deyib:
“Ermənistan tərəfindən təxminən 30 illik
işğal dövründə bu ərazilərdə 9 şəhər
və yüzlərlə yaşayış məntəqəsi
məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə
hazırda genişmiqyaslı bərpa işləri
aparılır və keçmiş məcburi
köçkünlərin öz doğma yurdlarına
qayıdışı davam edir. Ötən il Füzuli şəhərində
Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy
adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi
olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin
açılışı olub. Həmçinin bu il Ağdam
rayonunda Qırğızıstanın hədiyyəsi olan orta
məktəb binasının təməlqoyma mərasimi
keçirilib. Bu qardaşlıq dəstəyinə görə
Özbəkistan, Qazaxıstan və Qırğızıstan
prezidentlərinə təşəkkürümü bildirirəm”.
2024-cü il martın 12-də Qazaxıstan tərəfindən
Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzinin
açılışında Prezident Kasım-Jomart Tokayev
deyib: “Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq.
Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin
hökumətlərinin görəcəyi böyük iş həcmləridir,
çünki razılaşmalar çox ciddidir, çox
böyükdür və şübhəsiz, onlar
iqtisadiyyatlarımızın inkişafına impuls verəcək
ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz
arasında əməkdaşlığın gələcəyinə
böyük nikbinliklə baxıram”.
Azərbaycan Mərkəzi
Asiya ölkələri ilə həm də bərpaolunan enerji
sahəsində sıx əməkdaşlıqda
maraqlıdır. 2024-cü ilin may ayında imzalanmış
“Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji
sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq
Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda
ilk addımdır. Ölkəmiizn
başçısının bildirdiyi kimi,
qarşılıqlı fəaliyyətimizin mühüm
istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində
əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir
yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon
tonadək artırılması, Ələt Beynəlxalq Ticarət
Limanının illik ötürücülük qabiliyyətinin
15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində
görülmüş işlər, Xəzər dənizində
Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin
sifariş edilməsi, eləcə də Mərkəzi Asiya
ölkələrində infrastruktur layihələrinin həyata
keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən
önəmini daha da artırır.
Prezident İlham
Əliyev noyabrın 13-də Özbəkistanın Milli
İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib
ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri
artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni,
coğrafi və geosiyasi məkanı formalaşdırır.
İlk baxışda Azərbaycanı Mərkəzi Asiya
ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər
dənizi, əslində, mühüm birləşdirici amildir.
Bu gün Xəzər dənizi, sadəcə, coğrafi
anlayış deyil, o, hər şeydən əvvəl
xalqlarımızın strateji birliyinin, iqtisadi
potensialının və tarixi əməkdaşlığının
rəmzidir: “Əvvəlcə qeyd etmək istəyirəm ki,
bu, mənim Mərkəzi Asiya Dövlət Başçılarının
Məşvərət görüşündə sayca
üçüncü iştirakım olacaq. Dəvət
aldığım ilk görüş 2023-cü ildə
Düşənbədə, ikincisi isə 2024-cü ildə
Astanada keçirilib və qarşıdakı
görüşün Daşkənddə keçirilməsi
gözlənilir. Mən dəvətə, həmçinin Azərbaycanın
bu mühüm tədbirdə iştirakına göstərilən
dəstəyə görə bütün həmkarlarıma,
ilk növbədə isə qardaşım Şavkat Mirziyoyevə
səmimi təşəkkürümü bildirirəm. Ölkələrimizi
təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr,
ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr
birləşdirir. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın
genişləndirilməsi üçün əhəmiyyətli
imkanlar yaradır. Əminəm ki, Mərkəzi Asiya Dövlət
Başçılarının 7-ci Məşvərət
görüşü qardaş xalqlarımız arasında əsrlər
boyu davam edən dostluğun möhkəmləndirilməsində,
siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni,
humanitar və rəqəmsal transformasiya sahələrində
çoxsəviyyəli əməkdaşlığın
genişləndirilməsində əhəmiyyətli mərhələ
olacaq”.
Yenidən Prezident seçildikdən sonra ilk
dövlət səfərini Azərbaycana edən Özbəkistan
lideri Şavkat Mirziyoyev deyib: “Azərbaycan bizim
üçün münasibətlərin tamamilə yeni mərhələyə
yüksəldiyi ən yaxın ölkələrdən biridir.
Mən birinci dövlət səfərimi edirəm,
çünki biz həqiqətən də iki yaxın xalq, iki
yaxın ölkəyik və şəxsi münasibətlərimiz
əlaqələrimizi tamamilə yeni mərhələyə
yüksəldib. ...Həqiqətən Özbəkistanda Azərbaycanın
beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində
bütün sahələrdə uğurlarını izləyir
və qürur duyurlar”.
Bütün
bunlartın fonunda əminliklə demək olar ki, Mərkəzi
Asiya ilə Azərbaycanın əlaqələri müxtəlif
sahələrdə inkişaf etməklə, yeni mərhələyə
qədəm qoyub. Ekspertlərin bildirdikləri kimi, bir tərəfdən,
Türk Dövlətləri Təşkilatına (TDT)üzv
ölkələrin ümumi nominal ÜDM-i artıq 2 trilyon
dollara yaxınlaşır, əhalisi isə 160 milyonu
keçir. Bu göstəricilər birliyi iri regional
iqtisadiyyatlarla müqayisə edilə bilən səviyyəyə
gətirir. 2022-2024-cü illər arasında TDT daxilində
qarşılıqlı ticarət dünya ortalamasından
xeyli sürətlə artıb. 7 oktyabr 2025-ci ildə Qəbələdə
keçirilən Türk Dövlətləri Təşkilatının
Dövlət Başçıları Şurasının 12-ci
Zirvə Görüşü həm Türk
dünyasının gələcək istiqamətini müəyyənləşdirən,
həm də qlobal sabitlik və inkişaf baxımından yeni
prioritetləri ortaya qoyan mühüm hadisə oldu.
Dövlətimizin başçısı Mərkəzi
Asiya dövlətləri arasında fəal dialoqla
bağlı deyib: “Azərbaycan Mərkəzi Asiya ölkəsi
deyil. Amma tarixi və mədəni əlaqələrlə,
indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi
Asiya ilə sıx bağlıdır. ...Zənnimcə, Mərkəzi
Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə,
sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri
baxımından daha çox inteqrasiyalaşmış ola bilər.
Çünki Mərkəzi Asiya ölkələri
üçün nəqliyyat, təhlükəsizlik məsələləri
və ixrac bazarlarına çıxış bu gün bir
müddət əvvəl olduğundan daha çox əhəmiyyət
kəsb edir. ...Biz Mərkəzi Asiya ilə Azərbaycan
arasında regional əməkdaşlığa töhfə
vermək üçün əlimizdən gələni edirik.
Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə,
Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq,
Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu,
bir növ bu günün reallığıdır. Əlbəttə,
bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim
Mərkəzi Asiyadan olan tərəfdaşlarla
qarşılıqlı əlaqələrim və
qarşılıqlı səfərlər misli görünməmiş
dərəcədə yüksəkdir”.
Zahid
Rza
İki
sahil.-
2025.- 15 noyabr, ¹208.- S.7.