Ağdama həyat yenidən qayıdır
Böyük
Qayıdış
Vətən müharibəsində əldə
etdiyimiz Qələbə
nəticəsində imzalanmış
üçtərəfli Bəyanata
əsasən, 2020-ci il
noyabrın 20-də Ağdam
rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. Elə o vaxtdan digər azad edilmiş məkanlarda olduğu kimi, Ağdamda da
abadlıq-quruculuq işlərinə
başlanıldı.
Bəli, otuz
ilə yaxın davam edən işğal dövründə
xarabalığa çevrilmiş
və beynəlxalq ictimaiyyətin “Qafqazın
Xirosiması”, “Ruhlar şəhəri” adlandırdığı
Ağdam yenidən qurulur. Artıq qısa zaman kəsiyində burada bir çox önəmli infrastruktur obyektləri istifadəyə
verilməklə yanaşı,
Xaçınçay su
anbarı, həmçinin
Ağdam-Bərdə yolu
yenidən qurulub, Ağdam məscidi, “İmarət” Kompleksi bərpa edilib. Dəmiryol Vağzalının,
Avtovağzalın və
digər obyektlərin
açılışları keçirilib. Dünyanın
ən böyük Muğam Mərkəzi, Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkı fəaliyyətə başlayıb. Artıq Ağdam beynəlxalq tədbirlərə də
ev sahibliyi edir. 2021-ci ilən may ayının 28-də Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində ilk
yaşayış binasının
təməlqoyma mərasimi
keçirilib.
Keçmiş məcburi köçkünlərin
doğma yurdlarına qayıdışı da davam etməkdədir. Hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdam rayonunda ümumilikdə 944 ailə,
3 min 818 nəfər sakin məskunlaşıb.
Bu rayonun 3 kəndinə də (Xıdırlı, Kəngərli
və Sarıcalı)
də keçmiş məcburi köçkünlər
köçürülüblər. Bu məkanlarda da onların rahat yaşayışı
üçün hər
cür şərait yaradılıb. 2 kənddə
isə (Eyvazxanbəyli
və Baş Qərvənd) isə tikinti işlərinə başlanılıb. 2026-cı ilin
sonuna qədər Ağdam şəhərinə
20 minə yaxın əhalinin köçü
təmin ediləcək.
Baş plana əsasən, 2040-ci ilə
qədər şəhərdə
təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə
tutulur. Bu isə o deməkdir ki, Ağdam şəhəri regionun ən böyük şəhərlərindən biri
olacaq.
Şübhəsiz, bu proseslərdə Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin xidmətləri
ölçüyəgəlməzdir. Təkcə bir faktı qeyd edək ki, dövlətimizin
başçımız son
5 ildə bu məkana səfərlərinin
sayı 20-yə yaxındır.
Hər səfər də onlarla obyektin bünövrəsinin
qoyulması və istismara
verilməsi ilə yadda qalıb. Məsələn, iyulun
18-də dövlətimizin başçısı
bu rayonda olarkən “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının
istehsalı müəssisəsinin,
960 şagird yerlik Ağdam şəhər 1
nömrəli tam orta məktəbinin, 160 yerlik 1 nömrəli körpələr evi-uşaq
bağçasının, həmçinin
Ermənistan silahlı
qüvvələri tərəfindən
işğalı zamanı
mal-qara tövləsi kimi istifadə edilən Ağdamın Qiyaslı kəndindəki
tarixi məscidin bərpadan sonra açılışlarında iştirak edib.
Bəli, Ağdam
məhz Müzəffər
Ali Baş Komandanın iradəsi sayəsində hər gün simasını dəyişir, gözəlləşir.
Bu mənada Ağdamın hər qarışında Prezident
İlham Əliyevin quruculuq imzaları görünür. Bu məqamda dövlət başçımızın bir
çıxışındakı bu fikirləri xatırlatmaq yerinə düşər: “Biz Ağdam şəhərini
bərpa edəcəyik,
bütün kəndləri
bərpa edəcəyik.
Heç kimdə bu haqda şübhə
olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə
ki, böyük zəhmət tələb edəcək”. Bu gün əminliklə söyləyə bilərik
ki, ermənilərin talayıb-dağıtdığı Ağdamın əvvəlki
şöhrəti tezliklə
bərpa olunacaq və o, Qarabağın sənaye mərkəzinə
çevriləcək.
Halbuki Ağdam
mənfur düşmən
tərəfindən tamamilə
dağıdılmışdı, hətta bir dənə də salamat bina qalmamışdı.
Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən
demişdir: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam
şəhərində qismən
dağıdılmış bir məscid qalıb”. Onun da belə qalması
ərazidə səmti
müəyyənləşdirmək üçün idi ki, Azərbaycan Ordusu bu istiqamətdə
hücuma keçərsə,
artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər.
İşğal nəticəsində 128 min
nəfər doğma ev-eşiyindən didərgin
düşmüşdü. Şübhəsiz, bütün
bunlar dövlətimizin
erməni işğalçılarının
27 il ərzində viran qoyduqları bir məmləkətdə
quruculuq işlərinə
necə önəm verdiyinin daha bir bariz nümunəsidir.
Son illərdə Ağdamda həyata keçirilən bərpa işləri həm də Azərbaycanın gücünü və qətiyyətini göstərir.
Yeri gəlmişkən
qeyd edək ki, Prezident İlham
Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis
edilib. Sözügedən
Sərəncama əsasən,
20 noyabr Ağdam Şəhəri Günü
kimi qeyd olunur.
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2025.- 15 noyabr, ¹208.- S.7.