Vüqar Rəhimzadə: Azərbaycan Özbəkistanı ortaq köklər,

mənəvi dəyərlər, zəngin tarixi mədəni irs birləşdirir

 

Dövlət başçısı İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi Azərbaycan-Mərkəzi Asiya ölkələri, o cümlədən Azərbaycan-Özbəkistan münasibətlərinə bir daha aydınlıq gətirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən coğrafi olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının tarixi əməkdaşlığının rəmzidir.

Ölkələrimizi təkcə coğrafiya deyil, həm tarixi-mədəni əlaqələr, ortaq dini mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoq qarşılıqlı səfərlər bu əməkdaşlıq formatının uğur qazanmasında mühüm rol oynayır. Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin təmasların dinamikası ölkələrimizin münasibətlərinin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30, Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrə 13 dəfə səfər edib.

 Ümumiyyətlə, Azərbaycanın  xarici siyasətində prioritet istiqamətlərdən biri Türk dünyası ilə birliyin, həmrəyliyin gücləndirilməsidir. Türk dünyası dedikdə, ilk növbədə, Türkiyə ilə yanaşı Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri mühüm rol oynayır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində   Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə sayca üçüncü iştirakı olacağını önə çəkərək belə bir əminliyi ifadə etdi ki, bu görüş qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.

Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Mərkəzi Asiya dövlətləri  yaxın dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət yönəltdi. Vurğuladı ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığını bildirən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Şavkat  Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz xalqlarımız arasında həmrəylik, dostluq qardaşlıq jesti kimi qəbul edəcəyik.

Millət vəkili bildirib ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət hörmət bəsləyiblər. Dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir. Münasibətlərimizin inkişafına təsir edən digər  mühüm  amil iki ölkənin dövlət başçıları arasında mövcud  olan şəxsi etimad dostluq münasibətləridir. Prezidentlərin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfələri xüsusi qeyd edilir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini  daim xüsusi vurğulayır. Azərbaycanın Özbəkistan   üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biri olduğunu qeyd edən Özbəkistan Prezidenti onu da bildirir ki, biz həqiqətən iki yaxın xalq, iki yaxın ölkəyik şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Keçən ilin avqustunda  Prezident İlham Əliyevin  Özbəkistana, bu ilin  iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu.  Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçünYol Xəritəsi digər sənədlər imzalanmışdı. Qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm Mərkəzi Asiya Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham ƏliyevinQardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəmfikirləri iki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişafının, həmçinin prezidentlərin dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirilir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, hər dəfə Özbəkistanın dinamik inkişafını özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı islahatlar cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu nailiyyətlər dost qardaş,  Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü düşünülmüş dövlət siyasətinin göstəricisidir.

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsi Azərbaycan Özbəkistanın iqtisadi-ticari, logistika, nəqliyyat, mədəni humnitar sahədə əlaqələrinin dünəninin, bugününün gələcəyinin aydın mənzərəsini təqdim etdi. Bir daha vurğulandı ki, ənənəvi dostluq qardaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyev bu çağırışı etdi ki, qoy, əsrlər boyu qardaş xalqlarımızı ölkələrimizi birləşdirən dostluq əməkdaşlıq əlaqələri daha da möhkəmlənsin.

Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Hazırda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir strateji səviyyəyə yüksəlir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə etibarlı tərəfdaşdır.

 

Vüqar Rəhimzadə

 

İki sahil.- 2025.- 15 noyabr, ¹208.- S.4.