Qədim Qarabağın müasir Ağdamı
Prezident İlham Əliyevin
2023-cü il iyulun 31-də
imzaladığı sərəncama
əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü təntənəli
şəkildə qeyd
edilir
“Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılan Ağdamın 27 il davam edən işğalına 20 noyabr 2020-ci ildə son qoyuldu. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu.
Ağdam
rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın
baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları
üçtərəfli Bəyanata
uyğun olaraq noyabrın 20-də Azərbaycana
qaytarıldı. Bu, dövlətimizin böyük
hərbi və diplomatik qələbəsi
idi. Çünki bəyanata əsasən, Laçın və Kəlbəcər rayonları
da bir güllə
atılmadan öz sahibinə qaytarıldı.
Bununla da 27 il işğal altında olan Ağdam, eləcə də Kəlbəcər və Laçın erməni qəsbkarlardan azad edildi. Azərbaycan
Prezidentinin 2023-cü il
iyulun 31-də imzaladığı
Sərəncama əsasən
Ağdam şəhərinin
işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam Şəhəri Günü
kimi qeyd olunur.
1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri
ərazidə görünməmiş
vandalizm həyata keçiriblər. Ermənilər
27 il ərzində Ağdam şəhərində
və rayonun kəndlərində yaşayış
evlərini, ictimai binaları, məktəbləri,
uşaq bağçalarını,
xəstəxanaları, istehsalat
müəssisələrini talan edib, dağıdıb
və yandırıblar.
Qəbiristanlıqlar, tarixi,
mədəni abidələr
də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən
olan Ağdam işğaldan azad ediləndə viranəyə
çevrilmiş xarabalıqları
xatırladırdı. BMT Təhlükəsizlik
Şurası Ağdamın
işğalı ilə
bağlı 853 saylı
qətnamə qəbul
etsə də, erməni işğalçıları
digər qətnamələr
kimi onu da icra etmədilər.
Münaqişənin nizamlanmasında
vasitəçi olan
ATƏT-in Minsk qrupu, beynəlxalq birliyin digər subyektləri Ermənistana
işğala son qoymaq, qətnamələri
yerinə yetirmək üçün heç bir çağırış,
təzyiq etmədilər.
Ermənilər isə
işğaldakı şəhər
və rayonlarımızı
vəhşicəsinə dağıtmaqda,
talamaqda davam etdilər.
Prezident İlham
Əliyev beş il öncə noyabrın 20-də xalqa müraciətində Ağdam
üçün yeni dövrün başlandığını,
rayonun bərpasının
gələcək planlarda
xüsusi yer tutacağını bildirmişdi:
"Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı
şəkildə etməliyik.
Baş plan hazırlanacaq, mütəxəssislər
cəlb olunacaq, infrastruktur layihələri
planlı şəkildə
icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara
oraya qayıtmaq üçün dövlət
tərəfindən kömək
göstəriləcək. Ona
görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi
yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda dediyim
kimi, əhali baxımından ən böyük rayondur".
Qalib Sərkərdə
kimi 2020-ci il noyabrın 23-də Ağdama
səfər edən dövlət başçısı
İlham Əliyev 27 ildən sonra şəhərdə Azərbaycan
Bayrağını ucaltdı.
Prezident Məkkədən
gətirdiyi Qurani-Kərimi
Ağdam məscidinə
bağışladı. Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidində dua etdilər. Prezident Ağdam məscidinin qarşısında çıxış
edərək erməni
vandalizmini bir daha dünyaya nümayiş etdirdi və Ağdamın yenidən cənnətməkana
çevriləcəyini bur
daha vurğuladı. Artıq Ağdamda genişmiqyaslı bərpa
və quruculuq işləri vüsət alıb. 27 il yaxın düşmən tapdağı altında qalan şəhər bu gün dirçəlişin,
yenidənqurmanın rəmzinə
çevrilib. Hökumətimiz
tərəfindən həyata
keçirilən layihələr
çərçivəsində Ağdamda infrastruktur tamamilə yenidən qurulur, yaşayış və sosial obyektlər tikilir, müasir şəhərcik
salınır. Azərbaycan
Prezidenti İlham Əliyev Ağdamda bir sıra sosial
və infrastruktur obyektlərinin açılışını
edib. Açılan obyektlər arasında
"Ağdam-1" və
"Ağdam-2" yarımstansiyaları,
"Qarabağ" Regional Elektrik
Şəbəkəsinin Rəqəmsal
İdarəetmə Mərkəzi,
Zəfər və İşğal muzeyləri,
Ağdam Sənaye Parkındakı bərpaolunan
enerji ilə qidalanan işıq dirəkləri, xalça
istehsalı müəssisələri,
"Park Forest Otel Ağdam", 209 mənzilli
yaşayış kompleksi
və 210 çarpayılıq
Ağdam Rayon Mərkəzi Xəstəxanası
yer alır. Yeni enerji infrastrukturu
Günəş və
külək mənbələrindən
istifadəni nəzərdə
tutur. Hazırda Ağdamda həm də sənaye zonası sürətlə
formalaşır. Ağdam
Sənaye Parkında artıq bir sıra yerli və xarici şirkətlər fəaliyyətə
başlamaq üçün
müqavilələr imzalayıblar.
Parkda inşa olunan müəssisələr
regionda yeni iş yerlərinin açılmasına, iqtisadi
canlanmaya təkan verəcək. Ağdamda aparılan quruculuq işləri təkcə şəhərin fiziki dirçəlişini deyil,
həm də mənəvi dirçəlişini
ifadə edir. İllər sonra doğma yurduna dönəcək insanlar üçün yeni evlər, yeni imkanlar yaradılır. Belə ki, tezliklə
Ağdam şəhərinə
ilk 900 ailənin qayıdışı gözlənilir.
Bu barədə ötən ay Xankəndidə keçirilən
III Azərbaycan Milli Şəhərsalma Forumunda
çıxış edən
Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, hazırda bölgədə 16 magistral
yol (ümumilikdə
600 kilometr) və Bakı–Ağdam dəmir yolu yenidən qurulub, bir beynəlxalq hava limanı isə cəmi 8 ay ərzində istifadəyə verilib. Xüsusi nümayəndə
əlavə edib ki, Ağdamda üç kənddə -
Xıdırlı, Kəngərli
və Sarıcalıda
artıq məskunlaşma
başa çatıb,
təxminən 4 min nəfər geri qayıdıb. Qeyd edək ki, Ağdam
şəhərində 2-ci yaşayış kompleksində
tikinti işləri sürətlə davam edir. Ümumilikdə
2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı
20 min nəfər əhalinin köçürülməsi
planlaşdırılır. Şəhərin Baş planına əsasən,
2040-ci ilə qədər
burada təxminən
100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur.
Sevinc Azadi
İki sahil.- 2025.- 18 noyabr, ¹209.- S.8.