Hər daşının, qayasının altında

bir tarix yatan ulu diyarımız

 

Təhlil

 

25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi Azərbaycanın tarixinə, milli kimliyinə, dövlətçilik düşüncəsinə suverenlik ideyasına qovuşan möhtəşəm simvolizmin ifadəsidir

 

Bu günün mahiyyəti yalnız bir təqvim tarixindən ibarət deyil, işğaldan azad olunmuş qədim bir yurdun yenidən dirçəlişinin, Qarabağ Zəfərinin strateji həlqələrindən birinin Azərbaycan xalqının əzmkarlığının təntənəsi kimi əhəmiyyət daşıyır. Kəlbəcər təkcə təbiəti, relyefi, səfalı yaylaqları zəngin mineral suları ilə seçilən diyar deyil. Bura  həm Azərbaycanın ən qədim yaşayış məkanlarından biri, türk sivilizasiyasının Qafqaz tarixinin beşiklərindən biridir. Kəlbəcərin adı, mənşəyi, yarandığı coğrafiya arxeoloji qatları bu torpağın 30 min ildən çox yaşı olan maddi-mədəni ənənələrin üzərində formalaşdığını göstərir. “Çay üstündə qalamənasında işlənənKəlbəcərtoponimi bu cənnətməkanımızın hələ qədim dövrlərdə mühüm yaşayış müdafiə məskəni olduğunu təsdiqləyir.

 

Minilliklərin sədası Kəlbəcərin hər daşında yaşayır

 

Tərtər çayı boyunca cərgə ilə düzülmüş süni mağaralar, minilliklərin sədasını yaşadan qayaüstü təsvirlər, qədim türk əlifbasının nümunələri, daş kultu abidələri, atəşpərəstlikdən xristianlığa, ordan isə İslam dövrünə qədər uzanan çoxqatlı tarixi mühiti bu bölgənin Azərbaycan tarixində yeri barədə heç bir şübhə yeri qoymur. Kəlbəcər ərazisində aşkar edilmiş arxeoloji tapıntılar həm Şimali Azərbaycanın, həm bütövlükdə qədim türk etnosunun ilkin yayılma areallarından biri olduğunu sübut edir. Kəlbəcər Azərbaycanın ən sərt relyefə malik yüksək dağ bölgələrindən biri olaraq əsrlər boyu həm təbii qala, həm yaşayış üçün əlverişli məkana çevrilib. Camışdağ Dəlidağ kimi zirvələrin ucalığı, dərin dərələr, yaşıl meşələr əlçatmaz dağ yolları bu ərazini strateji baxımdan həmişə xüsusi mövqedə saxlayıb. Yerləşdiyi coğrafi mühit Kəlbəcərin həm qədim tarixi dövrlərdə, həm müasir geosiyasi proseslərdə əhəmiyyətini artırıb. Məhz bu üstünlüklərə görə Kəlbəcər tarixin müxtəlif mərhələlərində imperiyaların diqqətini çəkib, XX əsrdə isə Ermənistanın işğal siyasətinin əsas hədəflərindən biri olub.

 

İşğal Kəlbəcərin yaddaşında qara izlər buraxdı

 

1930-cu ildən rayon statusu daşıyan Kəlbəcər işğala qədər 53 mindən çox əhalisi, 145 kəndi geniş inzibati ərazi vahidləri ilə Azərbaycanın ən böyük dağ rayonlarından biri idi. 1993-cü il işğalı isə bölgənin tarixində ən faciəli mərhələyə çevrildi. Yüzlərlə dinc sakin qətlə yetirildi, yüzlərlə insan itkin düşdü ya əsir alındı, mədəniyyət ocaqları, məktəblər yaşayış evləri dağıdıldı, əhali isə ölkənin 56 rayonuna səpələnməyə məcbur oldu.

Ürəkparçalayan bu ağır mənzərə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə baxmayaraq baş yarandı. Sənəddə dərhal azad edilməli olan Kəlbəcər illərlə beynəlxalq biganəlik ucbatından işğal altında qaldı. 1999-cu ildən sonra Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti isə həm Cenevrə Konvensiyalarının, həm bütün beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Məqsəd demoqrafiyanı süni şəkildə dəyişmək bölgəni etnik mühəndisliyə məruz qoymaqla gələcək siyasi danışıqlarda üstünlük əldə etmək idi ki, bu da beynəlxalq hüquqla açıq ziddiyyət təşkil edirdi.

 

Vətən müharibəsi azadlığa yol açdı

 

2020-ci ilin Vətən müharibəsi Kəlbəcərin taleyində dönüş nöqtəsi oldu. Müharibənin ilk günlərində şimal hissədə aparılan əməliyyatlar strateji yüksəkliklərin ələ keçirilməsi ilə Ermənistanın BasarkeçərKəlbəcər yoluna çıxışını məhdudlaşdırdı ordunun hərəkət imkanlarını iflic etdi. Nəticədə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata əsasən Kəlbəcər 25 noyabrda Azərbaycana təhvil verildi, 147 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri azad olundu.

Bölgənin boşaldılması zamanı ermənilərin evləri yandırması, meşələri məhv etməsi infrastrukturun dağıdılması işğalçı siyasətin mahiyyətini göstərdi beynəlxalq hüquq baxımından hərbi cinayət kimi qiymətləndirildi. Kəlbəcərin azadlığa qovuşmasından dərhal sonra Azərbaycan dövləti burada bərpa işlərinə başladı. 26 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə  Kəlbəcərin azad olunmasına görəmedalı təsis olundu 9455 hərbi qulluqçu bu medalla təltif edildi. Bu həm qəhrəmanlara ehtiram, həm azadlığın tarixi əhəmiyyətini vurğuladı.

 

Vandalizm dirçəlişə mane ola bilmədi

 

2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi bölgənin yeni həyatının başlanğıcını rəsmiləşdirdi Kəlbəcərin strateji inkişaf zonasına çevrildiyini göstərdi.

2040-cı ilədək olan dövrü əhatə edən  Baş plan şəhərin əhalisini 7500-dən 17 000-ə, yaşayış sahəsini isə iki dəfədən çox artırmağı, müasir məktəb, bağça, xəstəxana, muzey, mehmanxana ictimai obyektlərin inşasını nəzərdə tutur. Yaşıllıqların şəhər ərazisinin 22 faizini təşkil etməsi Kəlbəcəri ekoloji baxımdan komfortlu yaşayış məkanına çevirəcək. Rayonda salınan 524 ailəlik yeni məhəllələr, dördmərtəbəli binalar, “townhousetipli evlər, parklar, idman sosial obyektlər müasir şəhər standartlarına uyğun qurulub. Yanşaq, Zallar Zar kəndlərində 1700-ə yaxın ailənin məskunlaşdırılması da əhalinin bərpasında mühüm mərhələdir. İnfrastruktur layihələri, xüsusilə ToğanalıKəlbəcərİstisu avtomobil yolu Murovdağ tuneli, bölgənin nəqliyyat, turizm təhlükəsizlik imkanlarını gücləndirir. Kiçik su elektrik stansiyaları enerji baxımından özünütəminatı artırır, “İstisuturizm mineral su zavodu isə iqtisadi strateji əhəmiyyət daşıyır.

 

Quruculuğun, qayıdışın

yenidən qurulan yurdların simvolu

 

Kəlbəcər işğaldan azad olunmuş ərazilər arasında ən sürətlə bərpa edilən bölgələrdəndir. 25 noyabr Kəlbəcər Şəhəri Günü həm bu dirçəlişin təntənəsi, həm Azərbaycanın milli yaddaşında əbədi simvollaşma günü kimi yaşayır. Kəlbəcər artıq dağıntıların deyil, quruculuğun, işğalın deyil, qayıdışın, boşaldılmış evlərin deyil, yenidən qurulan yurdların simvoludur. Bu torpağın hər qarışı azərbaycanlıların iradəsi, əzmi dövlətinin gücü ilə bərpa olunur. 25 noyabr bundan sonra yalnız təqvimdə bir gün kimi deyil, millətin torpağına sahib çıxma əzminin əbədi suverenliyinin nümayişi kimi yaşayacaq.

 

Səfərlərin açdığı yeni səhifələr

 

Kəlbəcərin azadlığa qovuşmasından sonra bu rayona sonra edilən səfərlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəni sistemli şəkildə bərpa inkişaf etdirmə strategiyasının ardıcıl mərhələlərini əks etdirir. 2021-ci ildən başlayaraq həyata keçirilən tunel, avtomobil yolu, su elektrik stansiyaları, yarımstansiyalar kimi iri infrastruktur layihələri, şəhərin Baş planının təsdiqi, yaşayış məhəllələrinin, məktəblərin, xəstəxanaların, inzibati binaların təməlinin qoyulması Kəlbəcərin müasir şəhər modelinə uyğun şəkildə yenidən qurulduğunu göstərir. Hər bir səfər enerji təminatı, nəqliyyat-logistika bağlantıları, sosial xidmətlər iqtisadi potensialın,  xüsusən "İstisu" kimi təbii sərvətlərin  işə salınmasına yönəlmiş ardıcıl addımlarla yadda qalıb. 2025-ci ilə gəldikdə isə Kəlbəcər artıq yaşayış kompleksləri, ictimai infrastrukturu, turizm istehsal müəssisələri, eləcə yaşıl enerji şəbəkəsi ilə tam şəkildə dirçələn rayon obrazına çevrilib. Prezident İlham Əliyevin Kəlbəcə səfərlərinin səfərlərin ümumi xətti bu ulu diyarımızın təkcə bərpa olunmadığını, həm daha güclü, təhlükəsiz dayanıqlı inkişaf modelinə keçdiyini göstərir.

 

Nigar Orucova

 

İki sahil.- 2025.- 19 noyabr, ¹210.- S.5.