Tarixi zərurətdən yaranan partiya

 

YAP-33

 

XX əsrin sonu təlatümlü illərlə yadda qaldı. Dünya xəritəsində dəyişiklik edildi. SSRİ kimi nəhəng imperiyanın dağılması bir sıra yeni dövlətlərin yaranmasına səbəb oldu, beynəlxalq sosializim sisteminin süqutu ilə nəticələndi. Bu da tarixi inkişafın yeni bir mərhələsi, milli mənlk şüurunun yüksəlməsinə aparan yol idi. Belə bir şəraitdə məkrli qonşumuz olan ermənilər yeni torpaqlar zəbt etməyə çalışaraq respublikamıza qarşı ərazi iddialarına başladılar. 1988-ci ildən başlanan erməni iğtişaşları silahlı quldur dəstələrinin hücumları ilə əvəzləndi. 1988-ci ildə isə azğınlaşmış erməni silahlıları Qarabağda Topxana meşəsini qırıb müdafiə obyekti yaratmaq istəyəndə, xalqın qəzəbi coşub-daşdı, qəti mübarizəyə hazır olduğunu ortaya qoydu. Ancaq İqtidardakılar xalqın mübarizəsinə rəhbərlik edə bilmədilər.

Belə bir şəraitdə Xalqin mübarizəsini düzgün istiqamətləndirmək, qüvvələri birləşdirməyi bacarmaq lazım idi. Böyük müdriklik, idarəetmə bacarığını, yüksək iradəli qətiyyətli rəhbər isə yalnız Heydər Əliyev idi. Təəssüf ki, o vaxtlı iqtidarda olanlar xalqın bu çətin günündə onunla birlikdə olmaq istəyən lideri hər vasitə ilə kütlədən təcrid etməyə, hadisələrdən kənarlaçdırmağa çalışırdı. Bütün bu cəhdlərə baxmayaraq Heydər Əliyevi xalq Naxçıvanda rəhbər vəzifəyə gətirdi. Ulu Öndər Naxçıvan Muxtar Republikası Ali Məclisinin Sədri seçildi.

Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlayaraq xalq hərəkatı gedişində özünü birzə vermiş 1990-cı illərin əvvəllərində bir sıra partiyalar yaranmışdır. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır, iqtisadi, siyasi mənəvi böhrandan nəinki qurtara bilmirdi, əksinə hakimiyyətdə bir-birini əvəz edən siyasi qüvvələr respublikada vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Belə bir ağır vəziyyətdə qardaş qırğınlarına, vətəndaş müharibəsinə şərait yaranmışdı. 1992-ci ilin payızında Azərbaycanın sabahını düşünən 91 nəfər tanınmış ziyalı, elm mədəniyyət xadimi Azərbaycan xalqının xilaskari Heydər Əliyevə müraciət edərək ölkəni düşdüyü bəlalardan çıxarmaq üçün onun rəhbərliyi ilə bir siyasi partiyanın yaradılmasıni xahiş etdilər. Heydər Əliyev həmin təklifə razılıq verdi. Ölkədə xaos, özbaşınalıq yaradan rəhbərlikdə başı, siyasi arenada tutumu olmayan hakimiyyət nümayəndələri müxtəlif cəhdlərlə Yeni Azərbaycan Partiyasının yaradılmasının qarşısını almaq üçün dəridən-qabıqdan çıxır, hətta onun təşəbbusçülərini təqib edir, onları fiziki mənəvi təzyiqlərə məruz qoyurdular. Lakin partiya təşəbbüskarları siyasi əqidəsindən dönmədilər 1992-ci ilin noyabrn 21 Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi Ulu Öndərimiz YAP-ın Sədri seçildi. 1993-cü ilin iyun ayında ölkə məhv olmaq təhlükəsi ilə üzləşdi. Vətənimizin ağır günundə xalq öz liderini xilaskarını hakimiyyətə gəlməsini təkidlə tələb etdi. Azərbaycanın böyük oğlu Heydər Əliyev xalqın ağır günündə ona bəslənən böyük inamı doğrultdu. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi. Xalq doğru seçimini etməklə öz müqəddəratını müdik siyasi rəhbərə ehtibar etdi.

Yeni Azərbaycan Partiyasının təsis olunmasından ruhlanan Qəbələ rayonunun bir qrup ziyalısı-Əhmədiyyə Məmmədov, Qüdrət Səmədov, Aslan Cəlilov, Rasim Nəbiyev, Şahmurad Ağasıyev başqaları dövlətçilik maraqlarını xalqın mənafeyini rəhbər tutaraq partiyanın rayon təşkilatini yaratmaq üçün fəaliyyətə başladılar. Bu insanlar çox ağır təqiblərlə rastlaşdılar, lakin yollarindan dönmədilər. Çox ağir ictimai-siyasi vəziyyətdə təqiblərə baxmayaraq, o cümlədən özləri ailə üzvərinə törədilə biləcək təhdid önünə alaraq, qarşiya qoyduqları məqsədə çatmaq üçün tam səfərbər oldular. Yuxarıda adlarını qeyd etdiyim adlarını yaza bilmədiyim digər Qəbələ ziyaliları polisə çağrılırdılar. Atam Əhmədiyyə Məmmədovun isə dəfələrlə polisə çağrilaraq izahat verdiyinin şahidi olmuşam Bir dəfə gecə çağirmişdilar, uzun bir vaxt keçənnən sonrasəhərə yaxın qayıtdı. Dedi ki, mən yolumdan dönməyəcəyimi bildirdim belə izahat yazdım, Mənə isə heç nədən qorxmamağimizı, yolumuzun haqq yolu olduğunu bildirdi, 1992-ci ilin dekabr ayında təşəbbus qrupu üzvlərinin gizli yığıncaqları keçirilirdi.

1993-cü ilin sentyabr ayinin 19-da Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının təsis konfransı keçirildi. Əhmədiyyə Məmmədov gizli səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasinin qəbələ rayon təşkilatının sədri seçildi.

YAP yarandığı tarixdən Azərbaycanda əsasli dəyşikliklərə imza atmışdır. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində fəaliyyətini genişləndirərək yeni nəliyyətlər əldə etmişdir. Yeni Azərbaycan Partiyası Cənubu Qafqazın ən böyük partiyası olmaqla etimadı doğrultmuşdur. 3 oktyabr 1993 ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi partiyanın həyatında yeni bir dövrün əsasını qoydu. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanda aparıcı qüvvədir. Amalı müstəqillik, inkişaf, sosial rifah olan Yeni Azərbaycan Partiyası Azərbaycanın uğurlu, parlaq gələcəyini təmin edə biləcək yeganə partiyadır.

Yaşasın Yeni Azərbaycan Partiyası!

 

Oqtay Məmmədov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Qəbələ rayonu

 

İki sahil.- 2025.- 21 noyabr, №212.- S.6.