Qarabağ Şərqi Zəngəzur:

Bərpa-quruculuq bumunda yeni mərhələ

 

Büdcə siyasəti

 

2026–2029-cu illər üçün hazırlanmış maliyyə çərçivəsi Böyük Qayıdış Proqramının uzunmüddətli maliyyə təminatını məqsədyönlü şəkildə formalaşdırır

 

Azərbaycan 2020-ci il Zəfərindən sonra tamamilə yeni bir tarixi mərhələyə qədəm qoyub. Bu mərhələnin strateji mahiyyəti azad edilmiş ərazilərdə həyatın bərpasını, qayıdış prosesinin idarə olunmasını QarabağŞərqi Zəngəzur bölgəsini uzunmüddətli inkişaf məkanına çevirməyi özündə ehtiva edir. Dövlət başçısının müəyyən etdiyi siyasi xətt həm resursların səfərbər olunmasını, həm bu prosesin milli prioritet kimi qəbul edilməsini tələb edir. Məhz buna görə Böyük Qayıdışa dair I Dövlət Proqramı Azərbaycanın maliyyə arxitekturasının mərkəzində dayanır qarşıdakı illərin büdcə planlaşdırılmasında əsas istiqamət kimi götürülür.

2020-ci ilin sonundan bəri azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə dövlət büdcəsinin imkanları ardıcıl şəkildə yönəlib. Bu dövrdə infrastruktur layihələrinin genişləndirilməsi, yol-nəqliyyat əlaqələrinin qurulması, enerji şəbəkələrindən tutmuş su qaz təchizatı sistemlərinin bərpasına qədər çoxşaxəli işlər həyata keçirilib. Mövcud məlumatlara əsasən, 2020-ci ilin sonundan yenidənqurma quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək bu ilin əvvəlinə qədər 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. Bu rəqəmlər zamanla daha da artan ehtiyacların, paralel şəkildə genişlənən layihələrin prosesin strateji vacibliyinin göstəricisidir.

Gələn ilin büdcə planlaşdırması da bu istiqamətin davamlılığını təmin edir. Burada əksini tapan rəqəmlərə əsasən, “Böyük Qayıdışproqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 %- bərabər yaxud 3,5 milyard manat vəsait ayrılacaqdır. Bu, dövlətin maliyyə siyasətinin dərəcədə məqsədyönlü qurulduğunu, prioritetlərin hansı ardıcıllıqla formalaşdırıldığını postmüharibə dövrünün qədər sistemli şəkildə planlaşdırıldığını göstərir.

 

Bərpa prosesinin strateji mahiyyəti:

Təhlükəsizlik, inkişaf milli həmrəylik

 

Hazırkı mərhələdə azad edilmiş ərazilərin bərpası təkcə tikinti işlərindən ibarət deyil. Bu proses Azərbaycanın milli təhlükəsizlik sisteminə, iqtisadi inkişaf modelinə ümummilli həmrəyliyinə təsir göstərən strateji xəttin bir parçasıdır. Ona görə maliyyə təminatının gücləndirilməsi həm iqtisadi, həm sosial, həm geosiyasi baxımdan həlledici əhəmiyyət daşıyır. Bu missiyaali vəzifəkimi səciyyələndirilir büdcə imkanları artdıqca ilk növbədə bu istiqamətə resurs yönəldilməsini tələb edir. Bu yanaşma iqtisadiyyatın digər sahələrində aparılan islahatların uğurla davam etməsinə mane olmur, əksinə bütün ölkə üzrə inkişafın yeni dinamika qazanmasına təkan verir.

 

Qarabağ Şərqi Zəngəzur sürətlə modernləşir

 

Son illərdə Qarabağ Şərqi Zəngəzurda görülən işlərin miqyası tarixi adlandırıla bilər. Çoxsaylı yol layihələri, tunellər, körpülər, hava limanları, elektrik yarımstansiyaları, su layihələri, “ağıllı kəndağıllı şəhərmodelləri, sosial infrastruktur obyektləri digər layihələr regionu qısa müddətdə tamamilə yeni iqtisadi-coğrafi məkana çevirin. Bu layihələr yalnız həmin ərazilərdə deyil, bütövlükdə ölkə iqtisadiyyatında uzunmüddətli dayanıqlı inkişaf üçün platforma yaradır. Qarabağ Şərqi Zəngəzurun bərpası Azərbaycan üçün həm tarixi ədalətin təntənəsi, həm yeni iqtisadi nizamın qurulması deməkdir.

Böyük Qayıdış Proqramının maliyyə çərçivəsi təkcə xərclərin cəmi kimi dəyərləndirilmir. Burada əsas məqsəd ərazilərin köklü şəkildə yenidən formalaşdırılmasıdır. Yəni, dövlət yalnız müvəqqəti ehtiyacları qarşılamır, həm gələcək nəsillərin yaşayacağı, işləyəcəyi inkişaf edəcəyi mühitin təməlini qurur. Bu, sadəcə bərpa deyil, tamamilə yeni konsepsiyanın reallaşdırılmasıdır. Azad edilmiş torpaqlara qayıdan hər bir insanın təhlükəsiz rahat yaşayış mühitinə malik olması dövlət siyasətinin mahiyyətini təşkil edir.

 

Artan büdcə imkanları

 

Qarabağ Şərqi Zəngəzurda maliyyə təminatının artırılması insanların doğma yurdlarına qayıdış prosesini birbaşa sürətləndirir. Məcburi köçkünlərin illərdir gözlədiyi bu gün azad edilmiş kəndlərdə, şəhərlərdə yeni həyatın bərpası ilə real formaya düşür. Dövlət büdcəsi hesabına qurulan yollar qayıdışın fiziki infrastrukturunu təmin edir, tikilən evlər sosial bərabərliyi möhkəmləndirir, yaradılan yeni yerləri isə məcburi köçkünlərin iqtisadi adaptasiyasını təmin edir. Maliyyə təminatının bu ölçüdə olması yalnız normal yaşayış şəraitinin qurulması deyil, həm həmin ərazilərin regional iqtisadiyyata inteqrasiya olunması üçün strateji platforma yaradır.

Böyük Qayıdış prosesinə ayrılan vəsaitin həcmi həm onun milli prioritet kimi qəbul olunduğunu, həm Azərbaycanın iqtisadi gücünün artan dinamika ilə inkişaf etdiyini sübut edir. Dövlətin maliyyə yükünü bu qədər böyük miqyasda daşıya bilməsi ölkə iqtisadiyyatının son illərdə keçdiyi modernləşmə mərhələsinin nəticəsidir. İnvestisiya imkanlarının genişlənməsi, qeyri-neft sektorunun möhkəmlənməsi, beynəlxalq ticarət nəqliyyat-logistika əlaqələrinin diversifikasiyası büdcə gəlirlərinin artmasına imkan verir bu artım ilk növbədə azad edilmiş ərazilərin bərpasına yönəlir.

 

Yaxın üç ilin uzunmüddətli maliyyə çərçivəsi

 

Gələcək illərin büdcə çərçivəsi eyni strategiyanı davam etdirir. 2026–2029-cu illər üçün hazırlanmış maliyyə çərçivəsi Böyük Qayıdış Proqramının uzunmüddətli maliyyə təminatını məqsədyönlü şəkildə formalaşdırır. Bu isə yalnız növbəti ilin deyil, həm yaxın üç ilin iqtisadi planlaşdırılmasının mərkəzində dayanır. Beləliklə, bərpa prosesi təsadüfi dinamika ilə deyil, ardıcıl, planlı institusional şəkildə həyata keçirilir. Bu, həm maliyyə dayanıqlığını qoruyur, həm layihələrin davamlı icrasını təmin edir.

 

Yekun hədəf: Məskunlaşma,

iqtisadi inteqrasiya dayanıqlı inkişaf

 

Bu mərhələdə əsas hədəf azad edilmiş bölgələrdə əhalinin sıx məskunlaşması, iqtisadi fəallığın bərpa olunması regionun ölkə iqtisadiyyatına inteqrasiyasıdır. Böyük Qayıdış Proqramı yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır; burada sosial reabilitasiya, iqtisadi inkişaf, təhlükəsizlik təminatı uzunmüddətli regional planlaşdırma kimi müxtəlif komponentlər mövcuddur. Ayrılan vəsaitlər bütün bu istiqamətlərin paralel şəkildə inkişafına xidmət edir.

Əldə olunan nəticələr göstərir ki, Azərbaycanın büdcə siyasəti yalnız cari ehtiyaclara deyil, gələcək inkişaf modellərinə əsaslanır. Bu siyasətin əsasında dövlət başçısının müəyyən etdiyi strateji prioritetlər dayanır. Büdcə imkanları genişləndikcə ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərinin sürətləndirilməsi əsas məqsəddir. Bu yanaşma tarixi ədalətin bərpasını bütünlüklə tamamlayır işğaldan azad edilmiş ərazilərin gəlişəcək nəsillər üçün inkişaf mərkəzinə çevrilməsini təmin edir.

 

Nigar Orucova

 

İki sahil.- 2025.- 21 noyabr, ¹212.- S.6.