İqtisadi artım vətəndaşların həyatına
təsir göstərən başlıca amillərdən
biridir
Müstəqillik tariximizin ən iri həcmli büdcəsi kimi dəyərləndirilən “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatıdır
Azərbaycanın tarixi Zəfəri, suverenliyinin tam bərpası yeni reallıqlar yaratdı. Bu reallıqlar, eyni zamanda, yeni
Dövlət proqramlarının
qəbulunu, həmçinin
mövcud sənədlərin
isə təkmilləşdirilməsini
bir tələbə çevirdi. Prezident İlham Əliyevin Sərəncamı ilə
təsdiqlənən «Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər» də bunun bariz nümunəsidir.
Növbəti onillikdə
ölkənin sosial-iqtisadi
inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır:
dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
dinamik, inklüziv və sosial ədalətə əsaslanan
cəmiyyət; rəqabətli
insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə
Böyük Qayıdış;
təmiz ətraf mühit və «yaşıl artım» ölkəsi.
Milli Prioritetlərdə
də qeyd edilir ki, iqtisadi
artım vətəndaşların
həyatına təsir
göstərən başlıca
amillərdən biridir.
İqtisadiyyatı davamlı
və yüksək templərlə artırmaqla
ölkədə adambaşına
düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi
artım yüksək
gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin
ilbəil yaxşılaşmasını
təmin etməlidir. O
da vurğulanır ki, iqtisadi artımın
davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi,
mallar və xidmətlər üzrə
ixrac potensialının
tam reallaşdırılması
üçün yeni
“hərəkətverici qüvvələr”
tapılmalıdır. Neft
sektoru sosial-iqtisadi inkişafın dayaqlarından
biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın
mərkəzinə çevrilməlidir.
İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət
və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə
malik özəl sektorda aktivlik daha da canlandırılmalı,
qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.
Özəl sektorun,
xüsusilə də kiçik və orta sahibkarlığın
iqtisadi artımın və məşğulluğun
başlıca mənbəyinə
çevrilməsi üçün
işgüzar mühit
əhəmiyyətli dərəcədə
yaxşılaşdırılır. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılır.
Vergi və gömrük siyasəti dövlət büdcəsinin
xərclərinin təmin
edilməsi üçün
adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin
stimullaşdırılmasına xidmət edir. Milli Prioritetlərdə əsas çağırışlardan
biri də budur ki, ölkə
iqtisadiyyatına birbaşa
xarici investisiyaların,
o cümlədən infrastruktur
sahələrinə strateji
investorların cəlb
olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin
milli maraqlarının
qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli
tənzimlənməsi diqqət
mərkəzində olmalıdır.
Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. Buna əsas verən iqtisadiyyatın düzgün
əsaslar üzərində
qurulmasıdır. Ölkəmizin
iqtisadi müstəqilliyini
təmin etməsi beynəlxalq münasibətlər
sistemində yeri və rolunun artmasında əhəmiyyətli
rol oynayır. Uğurlarımıza yol açan əsas amillərdən biri Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanmasıdır.
Xarici investorlar üçün Azərbaycan
çox cəlbedici ölkədir. Bunun üçün təkcə
yaxşı investisiya
iqliminin olması şərt deyil. Bu fakt inkaredilməzdir
ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın
marağında olub. Bu marağın müxtəlif dövrlərdə
fərqli olması də məlumdur. Müstəqilliyimizin bərpasının
ilk illərində ölkədə ictimai-siyasi
durumun gərginliyi ölkəmizlə iqtisadi
əlaqələrin qurulmasında
maraqlı olan dövlətlərin, şirkətlərin
tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə
tam əmin deyildilər. 1993-cü ildə
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra ölkəmizdə
sabitliyin yaradılması,
həyata keçirilən
«açıq qapı»
siyasəti investorlarda
bu tərəddüdlərin
aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər
bir xarici iş adamının üzünə açıqdır.
Bu çağırış
da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam
əmin ola bilərlər. Keçilən
yola nəzər salmağımızı şərtləndirən
amil Azərbaycanın
investisiya cəlbediciliyini
qorumasını əsaslı
şəkildə diqqətə
çatdırmaqdır. Qeyd
etdiyimiz kimi, Azərbaycan bu gün sabitlik məkanıdır. İnvestorlar
ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da
səsləndirilir ki,
gələcəkdə daha
çox xarici sərmayədar Azərbaycana
investisiya qoymaq üçün bizə müraciət edəcək.
Təbii ki, bunu şərtləndirən
amillər var. Azərbaycanın işğal
altında olan torpaqları azadlığa
qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala
malikdir. Onlardan səmərəli istifadənin
təmin edilməsi «Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər»də
öz əksini tapıb. Onu da qeyd edək
ki, hazırda ölkə iqtisadiyyatına
yatırılan investisiyaların
həcmi 350 milyard dollara yaxındır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
İqtisadiyyatın şaxələndirilməsi və
qeyri-neft sektorunun gücləndirilməsi hesabına
davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında
təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin
sosial-iqtisadi vəziyyətinin
müasir tələblər
səviyyəsinə çatdırılması,
ölkə iqtisadiyyatının
rəqabət qabiliyyətliliyinin
yüksəldilməsi və
yerli məhsulların
dünya bazarlarına
ixrac imkanlarının
artırılması, əhalinin
etibarlı sosial müdafiəsinin təşkili
və rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və
cəmiyyət həyatında
rolunun artırılması
bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil
edən göstəricilər
daha böyük rəqəmlərlə ifadə
olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin.
Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl
olan halların aradan qaldırılmasına
diqqət artırılır.
Sənaye və aqrar sahənin inkişafına yönələn
islahatların tətbiqi
sürətləndirilir. Daxili
investisiyaların həcminin
artması dövlətimizin
sahibkarlığın inkişafına
diqqət və qayğısından irəli
gəlir. Hazırda
ÜDM-də özəl
bölmənin payı
85 faiz təşkil edir.
Ötən 22 ildə iki milyondan
artıq yeni iş yerinin açılması işsizlik,
məşğulluq probleminin
həllinə öz müsbət təsirini göstərir. Beynəlxalq
maliyyə qurumları
inkişafın Azərbaycan
modelinin mövcudluğunu
təsdiqləməklə yanaşı,
bu reallığı da diqqətə çatdırırlar ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir.
Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə
alsaq, səylərin birləşdirilməsinin, təcrübə
mübadiləsinin genişləndirilməsinin
vacibliyi daha qabarıq şəkildə
özünü büruzə
verər. Azərbaycanın
iqtisadi inkişafın
istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi
yüksək dəyərləndirilir,
gələcək üçün
uğurlu addım kimi önə çəkilir. Dövlətimizin
başçısı İlham
Əliyev dünyanın
biznes icmasına özümüzü nəinki
mühüm coğrafi
mövqeyə və təbii sərvətlərə
malik, o cümlədən
islahatlara, dəyişikliklərə
və şaxələndirməyə
sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.
Cənubi Qafqaz
regionunun iqtisadiyyatının
85 faizinə sahib çıxan Azərbaycan
dövlət büdcəsi
ilə də regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Onu da qeyd
edək ki, “Azərbaycan Respublikasının
2026-cı il dövlət
büdcəsi haqqında”
Qanun layihəsi Milli Məclisdə müzakirə edilir.
2026-cı il üçün
dövlət büdcəsinin
gəlirləri 38,6 milyard
manat, xərcləri
41,7 milyard manat məbləğində nəzərdə
tutulur. Gələn il icmal büdcənin
gəlirləri 45 milyard
manat, xərcləri
48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat proqnozlaşdırılır.
Reallıq budur
ki, qarşıdakı
dövrün büdcəsi
hər zaman əvvəlki ilin büdcəsindən kəmiyyət
və keyfiyyət baxımından zəngin olur. Təbii ki, bu da
hər il ərzində əldə olunan uğurlu sosial-iqtisadi inkişafa əsaslanır. Onu da qeyd edək
ki, iqtisadi siyasətin mərkəzində
hər zaman insan amili dayanır
və iqtisadiyyatın
sosial yönümlülüyünə
böyük əhəmiyyət
verilir. Pensiyalar, sosial müavinətlər,
əməkhaqları daim
artırılır, dövlət
büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayır, milyonlarla yeni iş yerləri açılır, yoxsulluq
və işsizlik minimuma endirilir.
Növbəti ildə İşsizlikdən
Sığorta Fondunun vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq
proqramına cəlb edilməsi nəzərdə
tutulur. Bu çərçivədə vətəndaşlara
təqdim edilən zərflərdə çeşid
müxtəlifliyinin artırılması
məqsədilə yeni
zərfin tətbiqinə
başlanılacaq. Əmək
və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Milli Məclisin plenar iclasında onu da bildirib
ki, 2026-cı ildə işsiz və işaxtaran şəxslərin
peşə hazırlığı
və əlavə təhsil imkanlarının
genişləndirilməsi məqsədilə
17 min 500-ə yaxın
müdavimin bu prosesə cəlb olunması istiqamətində
müvafiq işlərin
həyata keçirilməsi
nəzərdə tutulur.
Təlim prosesinin Dövlət Məşğulluq
Agentliyinin tabeliyində
fəaliyyət göstərən
peşə hazırlığı
mərkəzləri, eləcə
də özəl tədris müəssisələri
tərəfindən reallaşdırılması
planlaşdırılır. Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kurslarının
təşkili həyata
keçirilir.
2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi
üçün ayrılan
vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri
ilə müqayisədə
782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub. Bunun 81,2 faizi və ya 635,6 milyon manatı indeksasiya xərclərinin,
digər hissəsi isə yeni təyin
olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin
maliyyələşdirilməsi ilə bağlı xərclərin payına düşür. Proqnoz göstəricilərə əsasən,
2026-cı il üzrə
indeksasiyanın təqribən
9,2 faiz səviyyəsində
olması, orta pensiyanın məbləğinin
isə yenə də 9,2 faiz artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin
isə 629 manata çatması proqnozlaşdırılır.
“Azərbaycan Respublikasında 2026-cı il
üçün yaşayış
minimumu haqqında” Qanun layihəsi də Milli Məclisdə
müzakirə edilir. Sənədə əsasən,
2026-cı il üçün
yaşayış minimumu
ölkə üzrə
300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün
245 manat məbləğində
müəyyən edilib.
Göründüyü kimi, 2026-cı ilin dövlət büdcəsi
də sosialyönümlülüyünü
qoruyur. Bütün hallarda dövlətin siyasətində insan amilinə verilən dəyər, vətəndaş
məmnunluğunun prioritetliyi
özünü aydın
şəkildə nümayiş
etdirir. İqtisadi tərəqqi sosial siyasətlə tamamlanır.
Azərbaycan sosial dövlət kimi mövqeyini günbəgün
möhkəmləndirir.
Hazırda Qarabağımız
və Şərqi Zəngəzurumuz dirçəlir.
Dövlət büdcəsindən
ayırmalarda işğaldan
azad edilmiş ərazilərimizin bərpasına
yönələn vəsait
əsasdır. Tezliklə
bu torpaqlarımız da böyük investisiyalar məkana çevriləcək. Onların
malik olduqları potensialdan səmərəli
iistifadə etməklə
ölkəmizin dayanıqlı
inkişafınan təmin
edilməsi üçün
imkanlar yaranacaq. O bölgələrdə həm
kənd təsərrüfatı,
həm bərpaolunan enerji, həm də turizm ilə bağlı layihələr qeyri-neft sektoruna böyük dəstək olacaq. Milli Priortietlərdə qeyd olunduğu kimi, yüksək inkişaf üçün
yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün
üzvlərinin sosial
rifahı mühüm
amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət
və gəlirlərinin,
o cümlədən əməkhaqlarının
artırılaraq layiqli
səviyyəsi təmin
edilməli, əməkhaqqının
artımı əmək
məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.
Yeganə Əliyeva
İki sahil.- 2025.- 21 noyabr, ¹212.- S.5.