Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin

nüfuzunu artırır, yeni tərəfdaşlar qazandırır

 

Azərbaycanın iqtisadi müstəqilliyi beynəlxalq aləmdə onun siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsini şərtləndirir. Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi ölkəmizin həm iqtisadi, həm siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Daim malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycanın bu ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə iştirakçısı təşəbbüsçüsü olduğu enerji layihələrini uğurla həyata keçirməsi  yeni körpülərin qurulmasında, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində öz sözünü deyir. 

Ümummilli Lider Heydər Əliyevin  iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə gələcəyimizə xidmət edən mühüm addımlardan biri oldu. Öncə regional çərçivədə qurulan əməkdaşlıq zaman keçdikdə coğrafiyasını genişləndirdi, beynəlxalq miqyas aldı. Cənub Qaz Dəhlizi, onun əsas tərkib hissəsi olan  TANAP TAP layihələri bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olanƏsrin müqaviləsi”nin davamı olaraq imzalanmış “Yeni əsrin müqaviləsibu gün Azərbaycana beynəlxalq arenada iqtisadi siyasi dividendlər qazandırır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi qeyri-neft sektorunun uğurlu inkişafına yol açır.

Artıq bugünün çağırışı  yaşıl enerjiyə keçiddir. Bu baxımdan ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ötən ilin diplomatik uğuru olan COP29 iqlim konfransına ev sahibliyimizi, eyni zamanda, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini xatırlasaq bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini rolunu aydın şəkildə görə bilərik. “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edən bu mühüm hadisələr Azərbaycanın  beynəlxalq nüfuzunun təqdimatı oldu. Azərbaycanın COP29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi bu sahədə zəngin təcrübəyə malik olduğunu nümayiş etdirdi. Qısa müddətdə Azərbaycan COP-un rahat yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 80 dövlət hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək səviyyədə təşkili əldə olunan nəticələr qonaqlar tərəfindən yüksək dəyərləndirildi. COP29-a hazırlıq dövründə genişmiqyaslı planlaşdırılmış böhtan qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar regionlar ilə həmrəylik nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan inkişaf etmiş inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-da İtki Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Ən əsası, Bakı iqlim konfransı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədini qəbul etdi. Şübhəsiz, bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi,  iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, COP29 ilə Braziliyada keçirilən COP30 arasında müqayisəli təhlil aparsaq tamamilə fərqli bir mənzərənin şahidi olarıq. Möhtəşəmliyi,  yüksək təşkilatçılığı,  iştirakçıların say tərkibi, qəbul olunan qərarları ilə tarixə yazılan COP29-u heç bir baxımdan  yadda qalmayacaq, ardıcıl problem yaşayan COP 30-u müqayisə etmək belə mümkün deyil. Bu gün Azərbaycanın ev sahibliyi ilə Braziliyanın ev sahibliyi arasında  fərq diqqətdən kənarda qalmır. Braziliya iqlim konfransına hazırlıq prosesi zamanı COP30-un təyin olunmuş prezidenti, braziliyalı səfir Andre Korrea do Lago mətbuata müsahibəsində  Ötən il noyabrda Azərbaycan COP29-a ev sahibliyi etdi. Azərbaycanın bu prosesdəki rolunu necə qiymətləndirirsinizsualını cavablandırarkən bildirmişdir ki, bu, həqiqətən çox məhsuldar uğurlu bir il idi. Azərbaycanın nümayəndə heyətində, hökumətində işgüzar dairələrində çoxlu dəyərli tərəfdaşlar qazandıq. Bakı COP-u konkret hədəflərlə yadda qaldı. Həmçinin COP29 bir sıra hədəflərə nail oldu. Hazırda da Azərbaycanla sıx əməkdaşlıq edirik, çünki ölkəniz hələ Sədrlik funksiyasını yerinə yetirir.  COP-un təşkili sahəsində Azərbaycan hansı istiqamətlərdə Braziliyaya dəstəyinə gəldikdə isə  COP30-un prezidenti  qeyd etmişdir ki,  Azərbaycan bu prosesdə çox böyük dəstək göstərir.

Millət vəkili bildirib ki, ötən ilin mühüm uğurlarından biri ölkəmizin dekabrın 19-da  D-8 təşkilatına üzv qəbul olunması oldu.   D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial mədəni əlaqələri gücləndirməkdir. Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində ölkəmiz yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, söz sahibliyinin nəticəsi kimi dəyərləndirildi. Təşkilatın məqsəd məramını nəzərə alsaq  Azərbaycanın bu quruma üzvlüyünün məhz  dünyanı Azərbaycana toplayan COP29 tədbirindən sonrakı dövrə təsadüf etməsi özündə bütün məqamları ehtiva etdi. Prezident İlham Əliyevin qətiyyətli uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdar oldu.

Bu baxımdan BakıdaDialoqun, əməkdaşlığın regional həmrəyliyin təşviq edilməsimövzusunda D-8 Media Forumunun keçirilməsi böyük əhəmiyyət kəsb edir. D-8 Media Forumu olduqca böyük əhəmiyyət kəsb edən bir platformadır. Forum ölkələrimiz arasında mövcud olan dostluğun, əməkdaşlığın qarşılıqlı etimadın bariz təzahürüdür. Dövlət başçısı İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciətində bildirdi ki, əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq əməkdaşlıq münasibətlərimizin, birliyimizin həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. D-8 Media Forumunun əsas vəzifələrindən biridoğru, qərəzsiz, obyektiv məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olundu, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim Şəhərsalma Dialoq”u baş tutdu. Dövlət başçısı İlham Əliyev  müraciətində bu əminliyi ifadə edir ki,  Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcək.

Milli Məclisin deputatı bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri onun daim  yeni tərəfdaşlar  qazanmasında əhəmiyyətli rol oynayır.

 

Vüqar Rəhimzadə

 

İki sahil.- 2025.- 22 noyabr, ¹213.- S.5.