Regional liderliyin yeni mərhələsi
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında uzun illərdir mövcud olan tarixi, mədəni
və mənəvi yaxınlıq bu gün yeni siyasi
məzmun qazanır
Artıq bir neçə ildir Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.
Bundan başqa,
"Rəqəmsal İpək
Yolu" layihəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında
əməkdaşlığın inkişafı baxımından
mühüm layihələrdən
biridir. Fiber-optik infrastrukturun yaradılmasına
yönəlmiş və
üzərində fəal
iş aparılan bu layihə ölkələrimiz arasında
əməkdaşlığın yeni sahəsidir. Ən əsası isə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik
qardaşlıq münasibətləri
bağlayır. Azərbaycanın
Mərkəzi Asiya dövlətləri ilə
inkişaf edən və genişlənən
əlaqələrini xarakterizə
edən amillərdən
biri də yüksəksəviyyəli qarşılıqlı
səfərlərdir. Bu
fonda qeyd edək ki, son illər ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, bu
regionda yerləşən
ölkələrin başçıları
isə Azərbaycana səfərlər edirlər.
Həmin səfərlər
zamanı imzalanan sənədlər ölkələrimiz
arasında əməkdaşlığın
genişləndirilməsi üçün
möhkəm təməl
rolunu oynayır.
Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə sənaye, kənd təsərrüfatı,
xüsusən də pambıqçılıq, ipəkçilik,
bağçılıq və
heyvandarlıq sahələrində
çoxsaylı layihələr
həyata keçirir.
Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda fəaliyyət
göstərən Ələt
Azad İqtisadi Zonasına indiki marağı da ikitərəfli əlaqələrin
daha da möhkəmlənməsinə
böyük inam yaradır. Ələt Azad İqtisadi Zonası daha çox nəqliyyat, logistika sahəsinin formalaşmasına xidmət
edir. İnvestisiyaların
cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulur. Belə bir iqtisadi
zonanın yaradılması
isə Azərbaycanın
tranzit ölkə olaraq öz imkanlarını genişləndirməyə
şərait yaradır
və ölkə ərazisinə yükdaşımaların
artırılmasını şərtləndirir.
Digər tərəfdən,
Şərq-Qərb marşrutu
ilə yükdaşımalara
artan tələbatı
təmin etmək məqsədilə Azərbaycan
Bakı-Tiflis-Qars dəmir
yolunun müasirləşdirilməsi
istiqamətində mühüm
layihələr həyata
keçirir. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları
bugünkü 15 milyon
tondan 25 milyon tona qədər artırılır. Mərkəzi
Asiya ölkələri
bununla Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən
dünya bazarına daha çox məhsul ixrac etmək, Orta Dəhlzin imkanlarından geniş şəkildə
yararlanmaq imkanı qazanırlar. Nəticədə
Xəzər dənizi
Azərbaycanla Mərkəzi
Asiyanı daha sıx birləşdirir. Dünyanın sabit məkanları sırasında
yer alan Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin sıx
inteqrasiyası onların
inkişafı üçün
yeni mərhələlər
açır. Həm də bu onunla
şərtlənir ki,
həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri başqalarının
diktəsi ilə hərəkət etməyən
müstəqil subyektlərdir.
Bir neçə
gün öncə Daşkənddə Mərkəzi
Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü
baş tutdu. Sammitdə Qazaxıstan, Qırğızıstan, Tacikistan,
Türkmənistan və
Özbəkistan prezidentləri
ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq tamhüquqlu iştirakçı kimi iştirak etdi. Əlbəttə ki, bu sammitin əsas
nəticə sənədi
Azərbaycanın “Mərkəzi
Asiya” formatına tamhüquqlu üzv kimi qəbul edilməsi qərarı oldu. Birgə bəyanatda, həmçinin
Mərkəzi Asiyanın
Regional Təhlükəsizlik, Sabitlik və Davamlı İnkişaf Konsepsiyası, eləcə
də 2026-2028-ci illər
üçün Təhlükəsizlik
Riskləri Kataloqu təsdiqləndi. Xarici işlər nazirlərinə
tənzimləyici sənədləri
Azərbaycanın yeni
statusuna uyğunlaşdırmaq
tapşırıldı. Bu
addımı regional əməkdaşlıq arxitekturasında
yeni bir mərhələnin, həm
də daha institusional “Mərkəzi Asiya + Azərbaycan” formatının başlanğıcı
kimi qəbul etmək olar. Aydındır ki, Mərkəzi Asiya məsləhət formatına
daxil olmaq Azərbaycanın Cənubi
Qafqaz və Mərkəzi Asiya arasında körpü rolunu gücləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan
Cənubi Qafqazda yerləşsə də, bu gün fəal
qarşılıqlı fəaliyyət
sayəsində Mərkəzi
Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli
dərəcədə artan
vahid geosiyasi və geoiqtisadi regiondur”. Bu, ölkəmizin, xüsusən
də Avrasiya xəritəsindəki strateji
təsirini genişləndirir.
Eyni zamanda, onun beynəlxalq mövqeyini gücləndirir
və tranzit, su ehtiyatları, enerji və təhlükəsizlik kimi
strateji məsələlərdə
ortaq mövqelərin inkişaf etdirilməsinə
imkan verir. Bundan əlavə, Azərbaycanın Mərkəzi
Asiya ölkələrinin
əməkdaşlıq formatına
qoşulması qərarı
regionda qlobal səhnədə vahid və əlaqələndirilmiş
mövqe nümayiş
etdirmək istəyinin
artmasını əks
etdirir.
Göründüyü kimi, Azərbaycan tək bir regionun
deyil, Avrasiyanın bütövlükdə siyasi
və iqtisadi proseslərinin aktiv iştirakçısı və
formalaşdırıcısı kimi çıxış edir. Mərkəzi Asiya platformasına tamhüquqlu şəkildə
daxil olmaqla, Azərbaycan həm milli maraqlarını daha güclü müdafiə edir, həm də Türk dünyasının
inteqrasiya xəttinə
strateji töhfə verir. Bu addım
ölkəmizin yüksələn
beynəlxalq nüfuzunun
və regional liderliyinin növbəti təsdiqidir.
Sevinc Azadi
İki sahil.- 2025.- 22 noyabr, ¹213.- S.7.