Türkiyə dünyanın taleyi üçün narahatdır
Gələn il COP31 qardaş ölkədə keçiriləcək
Atom bombası
və digər dağıdıcı silahların
təcrübəsinin keçirilməsi
Yer kürəsi üçün təhdidə
çevrilib. Bunun nəticəsidir ki, atmosferin ozon qatı deşilmiş, anormal həyat üçün qorxulu təbiət hadisələrinin
törənməsinə şərait
yaranmışdır.
Kütləvi qırğın silahlarından,
atomla işləyən
elektrik stansiyalarından
istifadə bəşəriyyət
üçün ciddi
təhlükə mənbəyidir.
II Dünya müharibəsi
başa çatandan sonra ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini atom
bombası ilə darmadağın etməsinin,
1985-ci ildə Ukraynada
Çernobıl Atom Elektrik Stansiyasında qəzanın dəhşətli
nəticələri indi
də davam etməkdədir. Lazımi
tədbirlər görülməsinə
baxmayaraq hər iki ölkədə ilk vaxtlar ölənlər
çox oldu. Ancaq bununla qurtarmadı,
Çernobılda indi
də anadangəlmə
şikəst doğulan
uşaqların sayı
az deyil. Təəssüf ki, təhlükə təkcə
bu deyil. Zəlzələlər, anormal
istilər, sunamilər,
meşə yanğınları,
normadan artıq yağıntılar düşməsi,
içməli suyun sürətlə azalması
Yer kürəsində
həyatı labüd
təhlükəyə məruz
qoyur. Baş verən faciələr dünyada ciddi narahatlıq doğurur.
Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 31-ci sessiyası
(COP31) 2026-cı ilin noyabr
ayında Türkiyədə
keçiriləcək.
Bu barədə
Prezident Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən
G20 Sammitinin sessiyasında
çıxış edərkən
bildirib.
Türkiyə Prezidentinin sözlərinə
görə, Avstraliya ilə COP31-ə ev sahibliyi etmək barədə razılaşma
qlobal miqyasda konsensus platformalarının
zəifləməsi fonunda
xüsusilə əhəmiyyətlidir.
Təəssüf ki, bir çox dövlətlər dünyanı
gözləyən təhlükələrin
qarşısının alınmasına
o qədər də əhəmiyyət vermirlər.
Ona görə də Türkiyə dövlət başçısı
Sammit iştirakçıları
ilə bərpaolunan enerji mənbələrinə
(BEM) diqqət yetirərək
ölkəsinin enerji inkişaf planlarını
bölüşüb.
Prezident Ərdoğan
bildirib ki, Türkiyənin Günəş
və külək elektrik stansiyalarının
gücü 2035-ci ilə
qədər dörd dəfə artacaq. Bundan əlavə, artıq 2025-ci ilin sonuna qədər ölkənin elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 60 faizi keçəcək.
Göründüyü kimi, bu, çox
böyük bir nailiyyətdir. Yaxşı
olardı ki, bütün dövlətlər
Türkiyənin qazandığı
nailiyyətə dəstək
versin, qabaqlayıcı
tədbirlərin həyata
keçirilməsində ondan
nümunə götürsün.
Axı, söhbət hamının-bütün bəşəriyyətin
taleyindən gedir. Ona görə də bu məsələyə
məsuliyyətlə yanaşılması
tələb olunur. Azərbaycan bu çağırışa ilk
səs verən dövlətlərdən biridir.
Qeyd etmək
lazımdır ki, Azərbaycan COP29-a ev sahibliyi etməzdən əvvəl iqlim dəyişikliklərinin normallaşdırılması
sahəsində addımlar
atmışdır. Azad
edilən ərazilərdə
yeni su-elektrik stansiyalarının açılmaşı
nəticəsində bir
çox bölgələrimiz
ekoloji təmiz enerji ilə təmin olunub. Günəş və külək stansiyalarının
quraşdırılması və ya inşası
isə davam etməkdədir. Bu enerjilər ekoloji cəhətdən təmiz,
ucuz və əlverişlidir.
Xatırladaq ki, Azərbaycanın COP29 və Braziliyanın COP30 Sədrliyi “Bakıdan Belemə Yol Xəritəsi”ni təqdim
edib. Bu sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün
ildə ən azı 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunmasına
yönələn strateji
planı əks etdirir.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri
üzrə nümayəndəsi,
COP29 Sədri Muxtar Babayev və COP30 Prezidenti, səfir Andre Korrea do
Laqo vurğulayıblar
ki, bu hədəfə
çatmaq mümkündür.
Lakin bunun üçün ənənəvi
maliyyə mənbələri
ilə yanaşı, yeni və innovativ
mexanizmlərin də səfərbər olunması
vacibdir.
Yol Xəritəsi
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
(UNFCCC) Bakı Maliyyə
Hədəfi (“Baku
Finance Goal”) çərçivəsində
hazırlanıb. Sənəd
Paris Sazişinin qəbulundan
10 il sonra iqlim maliyyələşdirilməsində
növbəti mərhələyə
keçid üçün
əsas addım kimi qiymətləndirilir.
“Biz hərəkətə
keçməliyik və
bu, indi baş verməlidir. 2030 və 2035-ci illərin hədəfləri bizə
verdiyimiz vədləri
reallığa çevirmək,
planetimizi qorumaqla yanaşı, yeni iş yerləri yaratmaq və dayanıqlı rifahı təmin etmək imkanı verir”, – deyə COP29 Sədri Muxtar Babayev bildirib. Göründüyü
kimi, Azərbaycan dünya dövlətlərini
zəif və kiçik ölkələri
yaxınlaşan təbii
fəlakətlərdən xilas
etməyə çağırır.
Bu, əlbəttə,
çox böyük humanizmdir. Ölkəmiz superdövlətlərlə müqayisədə
tam imkanlı olmasa da öz
nümunəsi ilə
həmin dövlətlərə
örnək göstərir,
“mənim kimi et” mesajını göndərir. Əgər
hamı əlbir olsa təbii fəlakətlərin qarşısını
almaq və ya təsirini azaltmaq olar.
Vəli İlyasov
İki sahil.- 2025.- 25 noyabr, ¹214.- S.3.