Kəlbəcər Şəhəri Günü
şanlı Zəfərimizin təcəssümüdür
Çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından
sonra ölkəmizin həyatında başlanan
yeni mərhələnin
əsas hədəflərindən
biri işğaldan azad edilmiş ərazilərimizin bərpası,
Böyük Qayıdış
Proqramının uğurlu
icrasıdır. Azərbaycan
şanlı Qələbəmizin
ilk günündən
təkmil dirçəliş
modeli ilə dünyanın diqqətində
oldu. Tarixi sahibinə qovuşan torpaqlarımızda aparılan
bərpa-quruculuq işlərinin
miqyasını təsəvvür
etmək üçün
son beş ildə 6 şəhərin,
2 qəsəbənun və
20-dən artıq kəndin
doğma sakinlərinə
qovuşduğunu yada salmaq kifayətdir. Bu şəhərlərdən
biri də Kəlbəcərdir.
Dövlət başçısı İlham
Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə
xidmət edən addımları sırasında
xüsusi əhəmiyyət
kəsb edən işğaldan azad edilmiş ərazilərimiz
üzrə şəhər
günlərinin təsis
edilməsi haqqında
Sərəncamına uyğun
olaraq 25 noyabr Kəlbəcər Şəhəri
Günüdür. Azərbaycanın
hərbi-siyasi Qələbəsinin
və Ermənistanın
kapitulyasiyasının təsdiqi
olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli
Bəyanata əsasən
Kəlbəcər, Ağdam
və Laçın bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
Həmin sənəddə
bu ərazilərimizin
boşaldılması günləri
də qeyd edilmişdir. Kəlbəcərin
15 noyabr tarixində boşaldılması nəzərdə
tutulsa da qarşı tərəf əlavə 10 gün vaxt istədi. Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana
təhvil verildi. Kəlbəcər
şəhəri də
daxil olmaqla rayonun 147 yaşayış
məntəqəsi işğaldan
azad edildi. Üçtərəfli bəyanatın
şərtlərinə əsasən,
Kəlbəcərin ermənilərdən
boşaldılması işğalçının
eybəcər simasının
və barbarlığının,
erməni vandalizminin növbəti nümayişi
oldu. Kəlbəcəri
boşaldan işğalçılar
rüsvayçı hərəkətləri
və barbar davranışları ilə
yadda qaldılar. Bu yurdun əzəli
və əbədi sakinləri olan azərbaycanlılara qalmaması
üçün evlərə,
bağlara və digər mülki obyektlərə od vuranlar öz vəhşi xislətlərini
nümayiş etdirdilər.
Beynəlxalq ictimaiyyətin
gözü qarşısında
baş verən bu vəhşiliklər bir daha erməni
vandalizmini dünyaya
təqdim etdi. ictimaiyyətinə nümayiş
etdirdi. İşğal
olunmuş ərazilərdə
ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq
konvensiyalara görə
hərbi cinayət sayılır. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin
deputatı qeyd edib ki, Kəlbəcər
rayonu 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmişdi.
İşğal zamanı
511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və
itkin düşmüşdür.
İşğal nəticəsində
Kəlbəcərin əhalisi
respublikanın 56 rayonunun
770 yaşayış məntəqəsində
müvəqqəti məskunlaşmağa
məcbur oldu. Onlarla tarixi-mədəniyyət abidəsi,
məktəb, uşaq
bağçası, kitabxana, klub, mədəniyyət
evi, tarix-diyarşünaslıq
muzeyi, xəstəxana,
tibb məntəqəsi,
yüzlərlə inzibati
bina, minlərlə mənzil, maşın, texnika və s. talan edilmiş, dağıdılmış, rayonun
milyardlarla manatlıq sərvəti Ermənistana
daşınmışdır. Beynəlxalq hüquqa, BMT-nin əsas prinsiplərinə
zidd olaraq 1999-cu ildən Kəlbəcər
rayonu ərazisində
ermənilərin qanunsuz
məskunlaşdırılmasına başlanılmışdı.
Vüqar Rəhimzadə
vurğulayıb ki,
bu günlər
işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də bərpa-quruculuq dövrünü
yaşayır. Dövlət
başçısı İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna
2021-ci ilin 16 avqust tarixində reallaşdırdıqları
ilk səfər burada Azərbaycan Bayrağının ucaldılması
ilə tarixə yazıldı. Ötən
beş ildə Prezident İlham Əliyev bu rayona 7 səfər edib. Hər bir səfər mühüm sosial obyektlərin açılışı
və təməlqoyma
mərasimlərinin keçirilməsi,
görülən işlərlə
tanışlıq ilə
yadda qalıb. Dövlətimizin başçısı
Kəlbəcərə ilk
səfəri zamanı
“Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq
istismar edirdi, təbii sərvətləri
talayırdı, evləri
dağıdırdı, sökürdü.
Sonra da deyirdi ki, bura
erməni torpağıdır.
Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni
torpağımızdan qovaraq,
düşmən ordusunu
məhv edərək,
qəhrəmanlıq, fədakarlıq
göstərərək qayıtmışıq”
söyləyərək onu
da qeyd etmişdir ki, Kəlbəcər
təbiət nöqteyi-nəzərdən
ən gözəl rayonlardandır. Ermənilər
təbiətimizə nə
qədər ziyan vursalar da, onu
tam məhv edə bilmədilər.
Millət vəkili
Kəlbəcərdə həyata
keçirilən bərpa-quruculuq
işlərindən geniş
bəhs edərək bildirib ki, Nazirlər
Kabinetinin 2024-cü il
1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin
2040-cı ilədək inkişafına
dair Baş planı” təsdiq edilib. Kəlbəcər şəhərinin işğala
qədərki son Baş planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək
inkişaf konsepsiyasına
uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi
ortamərtəbəli çoxmənzilli
və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin
tikintisi aparılacaq. Şəhərin ümumi
yaşayış fondu
488 min kv.m təşkil edəcək
ki, bunun da böyük hissəsi fərdi yaşayış evlərinin,
46 min kv.m-i isə ortamərtəbəli
yaşayış binalarının
payına düşəcək.
Ümumən 2040-cı ilədək
əhalinin 4250 mənzillə təmin olunması nəzərdə
tutulub. Şəhərdə
həmçinin məktəb,
uşaq bağçasının, 2 xəstəxananın, reabilitasiya mərkəzinin, İşğal
və Zəfər muzeylərinin, mehmanxanaların,
müxtəlif ictimai-iaşə
obyektlərinin və idman meydançalarının
tikintisi planlaşdırılır.
Plana əsasən, şəhər ərazisinin
22 faizi yaşıllıqlardan
ibarət olacaq. Kəlbəcər şəhərində
524 ailəlik yaşayış
məhəlləsi tikiləcək.
Yaşayış məhəlləsi
19,5 hektar ərazidə
layihələndirilib. Artıq
kompleksdə dördmərtəbəli
6 bina, həmçinin
“townhouse” tipli ikimərtəbəli 39 ev
də inşa olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır.
Bunun üçün
isə müxtəlif
tipli dördmərtəbəli
16 çoxmənzilli yaşayış
binası, “townhouse” tipli ikimərtəbəli
57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün
hər cür şərait yaradılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin 21 avqustunda
Kəlbəcər şəhərində
1-ci yaşayış kompleksinin
ərazisində fərdi
və çoxmərtəbəli
evlərdə yaradılan
şəraitlə tanış
olub, buraya köçən sakinlərlə
görüşdülər. 20 ailəyə
mənzillərin açarları
təqdim edildi. Bu günədək Kəlbəcərə
81 ailə, 338 nəfər
köçürülüb.
Vüqar Rəhimzadə
vurğulayıb ki, görülən işlər
Azərbaycan dövlətinin
gücünü, qüdrətini
nümayiş etdirir. Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər
şəhəri indi dünyanın ən gözəl mənzərəli
şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə
Böyük Qayıdış
Proqramı çərçivəsində
Kəlbəcər şəhərində
dörd yaşayış
kompleksinin inşası
nəzərdə tutulur
və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilib. İşıq,
su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə
işi aparılıb.
Kəlbəcər artıq
canlanır, buraya həyat qayıdır.
Millət vəkili
bildirib ki, Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər
sakinləri ilə görüşündə qeyd
etdiyi kimi, biz düşməndən
qisasımızı döyüş
meydanında aldıq.
Biz bir daha
xalqımızın böyüklüyünü
göstərdik. Onların
bizə etdiklərini biz onlara etmədik.
Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan
silinməyəcək. O cümlədən
kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı
soyqırımı, digər
bölgələrdən olan
vətəndaşlarımıza qarşı düşmənçilik,
ədavət və vəhşilik heç vaxt yaddaşımızdan
silinməyəcək və
silinməməlidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə görülən bərpa-quruculuq işlərinin miqyası böyükdür. Soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı, burada yeni həyata başlaması hər birimizi sevindirir. Dövlət başçısı İlham Əliyevin “Bizim işimiz quruculuqdur” çağırışı Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərin reallıqda öz əksini tapması ilə təsdiqlənir. Bu mərhələ üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir. Azərbaycanın gücü, potensial imkanları bu hədəfə yüksək səviyyədə nail olunmasını təmin edəcək.
Vüqar Rəhimzadə
İki sahil.- 2025.- 25 noyabr, ¹214.- S.5.