Yeni imkanlar açan platforma

 

Aqrar biznes

 

Son illər ölkəmizin müxtəlif bölgələrində keçirilənAqrar Biznes məhsul festivalları kənd təsərrüfatı sektorunun inkişafında mühüm rol oynayan iqtisadi sosial platformaya çevrilib. Bu tədbirlər fermerlərə yerli istehsalçılara məhsullarını birbaşa təqdim etmək, bazar şəbəkələrinə çıxış əldə etmək, həmçinin innovativ texnologiyalarla tanış olmaq imkanı yaradır. Festival formatı yalnız satış məqsədi daşımır, o həm təlim, maarifləndirmə, yeni biznes əlaqələrinin qurulması regionların turizm potensialının tanıdılması baxımından geniş funksiyalar yerinə yetirir.

 

Festival platformalarının iqtisadi əhəmiyyəti

 

Aqrar Biznesfestivalları yerli istehsalçılar üçün bazar imkanlarını genişləndirir, xərclərin azalmasına gəlirlərin artmasına şərait yaradır. Festivallar zamanı böyük ticarət şəbəkələri, emal şirkətləri, holdinqlər aqrar sənaye nümayəndələri fermerlərlə birbaşa əlaqə qurur, uzunmüddətli tərəfdaşlıqlar formalaşdırılır.

Bununla yanaşı, müxtəlif bankların aqrar maliyyə qurumlarının iştirakı fermerlərə kredit, lizinq sığorta kimi xidmətlərdən daha rahat istifadə imkanı yaradır. Təcrübə göstərir ki, festival günlərində təlimlər, panel müzakirələri praktiki təqdimatlar əkinçilik mədəniyyətinin yüksəlməsinə, yeni istehsal metodlarının tətbiqinə məhsuldarlığın artmasına müsbət təsir edir.

 

İnnovasiya maarifləndirmə üçün açıq meydan

 

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi digər qurumlar tərəfindən müasir texnologiyalar, dron xidmətləri, toxum sortları, aqrotexniki yeniliklər nümayiş etdirilir. Fermerlər mütəxəssislərlə məsləhətləşir, torpaq, gübrələmə, damcılama suvarma zərərvericilərlə mübarizə kimi mövzularda praktik biliklər əldə edirlər. Bu tədbirlər xüsusilə gənc fermerlərin qadın sahibkarların aqrar sektora daha fəal qoşulmasına stimul verir.

 

Regionların aqrar sektorunun

inkişafına turizm potensialına töhfə

 

Aqrar Biznesfestivalları həm regionların mədəni həyatına rəng qatır, yerli turizmin inkişafına dəstək olur. Ənənəvi kulinariya, xalq sənətkarlığı, dekorativ-tətbiqi sənət nümunələri, musiqi folklor nümunələri festival proqramlarına daxil edilir. Bu isə bölgənin brend kimliyinin formalaşmasına daha geniş tanınmasına şərait yaradır.

Bölgələrdə keçirilən tədbirlərin uğurlu nümunələrindən biri 23-24 noyabr tarixlərində Biləsuvarda keçirilənAqrar BiznesHind quşufestivallarıdır. Rayon həm ənənəvi, həm innovativ aqrar tədbirləri ilə seçilir. Festivalda dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar, həmçinin Şirvan-Salyan iqtisadi rayonunu əhatə edən Biləsuvar, Hacıqabul, Neftçala, Salyan Şirvan rayonlarının sakinləri, fermer sahibkarları iştirak ediblər. Festivalda müxtəlif quş əti məhsulları kənd təsərrüfatının müxtəlif sahələrinə dair məhsul texnologiyalar sərgilənib.

Biləsuvarın kənd təsərrüfatı üzrə özünəməxsus istiqamətlərindən biri olan hind quşu təsərrüfatçılığı artıq festival formatında geniş təqdim edilib. Festival çərçivəsində ziyarətçilərə hind quşu məhsullarından hazırlanan çeşidli təamlar təqdim olunub, yerli istehsalçılar üçün satış tanıtım imkanı yaranıb. Bununla yanaşı, festivalda mədəniyyət guşələri, dekorativ-tətbiqi sənət nümunələri, usta dərsləri, idman-əyləncə proqramları nümayiş etdirilir. Bu isə tədbiri sadəcə aqrar deyil, həm mədəni-turistik platformaya çevirir.

 

Aqrar BiznesFestivalı

yeni imkanların qovuşduğu meydan

 

Biləsuvarda keçirilən son “Aqrar BiznesFestivalı region fermerləri istehsalçıları üçün yeni satış, təlim əməkdaşlıq imkanları yaradıb. Fermerlər müasir texnologiya nümunələri ilə tanış olub, aqrar xidmətlər subsidiyalar haqqında məlumat əldə edib, maliyyə qurumlarının təklif etdiyi kredit məhsulları ilə bağlı nümayəndələrlə görüşüblər. Bu festival həm yerli istehsalçıların məhsullarını geniş auditoriyaya təqdim etməsinə, regionun aqrar potensialının daha geniş miqyasda tanıdılmasına xidmət edib.

Bölgələrdə keçirilən məhsul festivalları təkcə kənd təsərrüfatı məhsullarının satışı üçün deyil, həm uzunmüddətli inkişaf strategiyasının əsas elementlərindən biri kimi çıxış edir. Bu tədbirlər fermerlərin bilik bacarıqlarının artırılmasına, maliyyə alətlərinə çıxış imkanlarının genişlənməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə ciddi töhfə verir.

Biləsuvarda keçirilən son festivallar isə bu prosesin uğurlu model kimi bölgələr üzrə tətbiq imkanlarını nümayiş etdirir. Gələcəkdə belə layihələrin əhatə dairəsinin genişlənməsi, aqrar innovasiya startapların daha çox cəlb olunması Azərbaycan kənd təsərrüfatının davamlı inkişafına əlavə stimul verəcək.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2025.- 25 noyabr, ¹214.- S.7.