Ümumdünya Şəhərsalma Forumu:

Milli təcrübəmizin qlobal platformada

paylaşılması üçün mühüm tədbir

 

Böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməklə zəngin təcrübəyə malik Azərbayan gələn il bu sahədə daha bir uğurlu addım atacaq. Belə ki, dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası 17-22 may tarixlərində dövlət hökumət başçıları səviyyəsində Bakı şəhərində keçiriləcək. Forumun əsas məkanı isə Bakı Olimpiya Stadionu olacaq.  Məhz bu məkanda təxminən 90 min kvadratmetr müvəqqəti infrastruktur qurulacaq. Bununla da rəsmi Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə etdiyi təcrübəni Ümumdünya Şəhərsalma Forumunda da tətbiq edəcək. Məlumata görə, WUF13 Əməliyyat Şirkəti gələn ilin martında Forumun keçiriləcəyi məkanı BMT- təhvil verəcək.

Mütəxəssislərin fikrincə, bu tədbir həm Azərbaycanın dayanıqlı şəhərsalma modelini dünyaya nümayiş etdirmək üçün bir platformaya çevriləcək. Şübhəsiz, belə bir tədbirin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.

Xatırladaq ki, Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Xüsusilə Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa quruculuq işləri dövlətimizin şəhərsalma sahəsində strateji baxışını icra imkanlarını nümayiş etdirir. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə əhalisi 300 min nəfərdən çox olan 8 şəhər 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıblar. Bu ərazilərdə son beş il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub. Həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları digər sosial infrastrukturun tikintisi davam etdirilir. Görülən bütün işlər tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə həyata keçirilir. Bu da Azərbaycan dövlətinin gücünü memarlıq məktəbimizin peşəkarlığını əks etdirir.

Bu ilin oktyabr ayında Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun iştiraçılarına Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi, müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli ardıcıl tədbirlər həyata keçirilir: “İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji" zonası elan edilmiş 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ Şərqi Zəngəzurda günəş külək enerjisi layihələri sürətlə həyata keçirilir. Buradaağıllı şəhər”, “ağıllı kəndkimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur”. Bu mənada Şuşa, Füzuli Ağdam kimi şəhərlərinağıllı şəhərprinsipləri əsasında bərpasını Azərbaycanın gələcək şəhərsalma modelinin real təzahürü kimi dəyərləndirmək olar. Bir sözlə, bu gün Qarabağ Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, həm qlobal urbanizasiya gündəliyinin yeni model məkanı kimi formalaşır.

 Bir məsələni vurğulayaq ki, ölkəmizin müasir şəhərsalma təcrübəsi yalnız bu bölgələrlə məhdudlaşmır. Digər regionlarda günün tələblərinə cavab verən urbanizasiya vizyonu ortaya qoyulur. Bu mənada sözügedən forum innovativ modellər texnologiyaları nümayiş etdirmək, həm işğaldan azad edilmiş ərazilərdə bərpa miqyaslı inkişaf sahəsində əldə edilmiş nailiyyətlərin nümayişi olacaq. Şübhəsiz, bu tədbir Azərbaycanın şəhərsalma siyasətinin siyasi, iqtisadi sosial səviyyədə dünyaya inteqrasiyasını daha da gücləndirəcək, milli təcrübənin qlobal platformada paylaşılması üçün geniş imkanlar yaradacaq.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2025.- 26 noyabr, ¹215.- S.3.