Azərbaycan iqlim bərabərliyinə

praktiki çərçivə gətirir

 

Azərbaycanın COP30 çərçivəsində nümayiş etdirdiyi iqlim diplomatiyası dünyanın diqqət mərkəzində qalır. COP29-da əldə olunan uğur qlobal müstəvidə ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin edir bu etimad Braziliyanın Azərbaycanı COP30 prosesində aparıcı funksiyalara cəlb etməsi ilə daha da güclənir. Bu gün iqlim siyasəti təkcə ekoloji məsələ deyil, həm iqtisadi geosiyasi dinamikanı müəyyən edən əsas qlobal meyillərdən biri sayılır.

Azərbaycan isə bu meyillərə sadəcə uyğunlaşan deyil, onların formalaşmasına təsir edən ölkələr sırasında yer alır. COP29-un nəticələri, xüsusənBakı Maliyyə Hədəfidünyada yeni iqlim maliyyəsi arxitekturasına keçidi təmin edən əsas baza sənədi kimi dəyərləndirilir. Məhz bu səbəbdən COP30-un təşkilatçıları həmin prosesin məntiqi davamını təmin etmək üçün Azərbaycanın fəal iştirakına ehtiyac duyur bu da diplomatik baxımdan ölkəmizin mövqeyini daha güclü edir.

Bakıdan Belémə Yol Xəritəsiadlanan yeni strateji sənəd Azərbaycan Braziliyanın  COP29 COP30 sədrliyi kimi birgə hazırladıqları qlobal yol xəritəsi xarakteri daşıyır inkişaf etməkdə olan dövlətlər üçün iqlim maliyyəsinə çıxışı yeni mərhələyə keçirir. Yol xəritəsi 2035-ci ilə qədər ildə ən azı 1,3 trilyon dollarlıq iqlim maliyyəsinin təmin olunmasını nəzərdə tutur bu, planet üzrə transformativ təsir yarada biləcək siyasi qərar kimi qəbul edilir. Bu hədəfin əsasını təşkil edən 5R yanaşması (güzəştli kreditlər, sosial məsuliyyət elementləri, özəl sektorun fəal cəlbi, maliyyə axınlarının ədalətli bölgüsü dayanıqlı inkişaf üçün real investisiya kanallarının genişləndirilməsi) iqlim maliyyəsi sahəsində uzun illərdir mövcud olan tarazsızlığı aradan qaldırmağa yönəlir. Yol xəritəsi, həmçinin Qlobal Cənub ölkələrinin illərdir səsləndirdiyi tələb gözləntilərə cavab verən bir sənəd kimi qiymətləndirilir. Bu yanaşma təkcə ekoloji adaptasiya deyil, həm sosial rifah, məşğulluq, sənaye modernləşməsi iqtisadi diversifikasiya baxımından yeni imkanlar yaradır. Real investisiyaların güclənməsi enerji, şəhərsalma, kənd təsərrüfatı kimi sahələrdəyaşıl çevrilmə”nin sürətlənməsi müxtəlif ölkələrdə minlərlə yeni yerinin açılmasına şərait yaradır iqtisadi artımın yeni mənbələrini formalaşdırır.

COP29-da qəbul edilən ən vacib qərarlardan biri Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə razılaşdırılması oldu. Dünyada uzun illər konsensus əldə edilməyən bu məsələ karbon bazarlarının fəaliyyətini daha sistemli şəffaf çərçivəyə salır. Azərbaycanın sədrliyi dövründə əldə edilən bu nəticə iqlim hədəflərinə çatmağın maliyyə yükünü azaldır, ölkələr arasında texnologiya innovasiya ötürülməsini gücləndirir, emissiya azaldılmasına yönəlmiş layihələrin qlobal bazarda daha dayanıqlı mexanizmlərlə tənzimlənməsinə şərait yaradır. Karbon vahidlərinin beynəlxalq ticarəti üzrə yaradılan mexanizmlər həm inkişaf etmiş, həm inkişaf etməkdə olan ölkələrin maraqlarını birləşdirir. Bu isə Azərbaycanın diplomatik çevikliyinin, qlobal dialoq qurmaq bacarığının ziddiyyətli mövqeləri razılaşdırmaq qabiliyyətinin real siyasi nəticəsidir. Qəbul edilən qərarlar gələcək illərdə ölkələrin emissiya azaltma öhdəliklərinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradacaq Paris Sazişinin effektivliyi əhəmiyyətli dərəcədə artacaq.

Ümumiyyətlə, Azərbaycanın COP proseslərində fəallığı iqtisadi siyasi baxımdan çoxvektorlu nəticələr yaradır. COP29-da razılaşdırılanBakı Maliyyə Hədəfiyeni maliyyə mərhələsinin əsasını qoyur iqlim fondu mənbələrinin daha çevik, ədalətli ehtiyaca uyğun paylanmasını təmin edir. Bu yanaşma iqlim ədaləti qlobal məsuliyyət kimi prinsipial dəyərləri ön plana çıxarır. Qlobal Cənub ölkələri üçün maliyyə axınlarının artırılması, adaptasiya dayanıqlılıq layihələrinin genişləndirilməsi, ən yoxsul icmaların əlçatan maliyyə resursları ilə təmin edilməsi Azərbaycanın iqlim diplomatiyasının sosial yönümünü gücləndirir. Eyni zamanda, ölkəmizin metan emissiyalarının azaldılması ekoloji sahədə beynəlxalq öhdəliklərin icrası ilə bağlı nümayiş etdirdiyi siyasi iradə gələcəkdə enerji keçidi, alternativ enerji layihələri, yaşıl texnologiyalar innovativ şəhər infrastrukturuna investisiyaların daha da çoxalmasına zəmin yaradır.

Bakıdan Belémə Yol Xəritəsi”nin iqtisadi təsiri çoxşaxəli xarakter daşıyır. Bu sənəd təmiz enerji bazarının sürətlə genişlənməsinə, yeni texnologiyaların tətbiqinə, kənd təsərrüfatında suya qənaət edən metodların genişləndirilməsinə iqlim təsirlərinə davamlı infrastrukturun qurulmasına yönəlir. Bu çərçivədə 2035-ci ilə qədər formalaşacaq 1,3 trilyon dollarlıq bazar dünya iqtisadiyyatının inkişaf modelini dəyişə biləcək potensiala malikdir. Yaradılacaq yeni yerləri, artacaq sənaye istehsalı, yenilənəcək logistika enerji marşrutları həm milli, həm regional səviyyədə sosial-iqtisadi dinamikanı yenidən formalaşdıracaq. Bu, həmçinin iqlim siyasətinin iqtisadi yük deyil, əksinə yeni iqtisadi yüksəliş mərhələsinə keçid kimi qəbul edilməsinə şərait yaradır.

COP30-un açılışında təqdim edilən bir sıra təşəbbüslər qlobal iqlim gündəminin icra mərhələsinə keçdiyini göstərir. PAS – Çoxtərəfli İdarəetmənin Sürətləndirilməsi Planı beynəlxalq əməkdaşlığın daha operativ mexanizmlər üzərindən idarə olunmasını hədəfləyir, CHAMP – Yüksək Ambisiyalı Tərəfdaşlıq Koalisiyası isə ölkələrin konkret öhdəliklərlə irəliləməsini təmin edir. “Beat the Heatplatforması isə 185 şəhərdə istilik dalğaları ilə mübarizə üçün praktik tədbirlər müəyyənləşdirir iqlim dəyişikliyinin gündəlik həyatdakı təsirlərinə birbaşa cavab verir. Su ehtiyatlarının qorunması üçün elan olunan 20 milyard dollarlıq investisiya paketi artan quraqlıq su çatışmazlığı risklərini azaltmağa yönəlir. Paralel olaraq “Near-Zero and Resilient Buildings” və “NOW” modelində şəhər infrastrukturunun daha davamlı formaya keçməsi üçün yeni standartlar təqdim edilir. Bu təşəbbüslərin 400-dən çox yeni layihə ilə tamamlanması COP30-un yalnız müzakirə meydanı deyil, həm də icra və konkret nəticələr üçün yaranmış qlobal platforma olduğunu təsdiqləyir.

Azərbaycan bu proseslərin mərkəzində dayanan, təşəbbüs yaradan və qlobal qərarların formalaşmasına təsir edən ölkə kimi çıxış edir. Bu, diplomatik sərmayə, iqtisadi çeviklik, strateji planlaşdırma və siyasi iradənin vəhdətindən formalaşan uğur modelidir. Azərbaycanın iqlim diplomatiyasında qazandığı nüfuz təkcə ekoloji sahə ilə məhdudlaşmır, həm də ölkəmizin beynəlxalq müstəvidə qəbul edilən liderlik rollarının genişlənməsinə şərait yaradır.

 

Nigar Orucova

 

İki sahil.- 2025.- 26 noyabr, ¹215.- S.4.