Qələbəmizin paytaxtı Şuşadan
dünyaya verilən mesajlar
Bu günlərdə Azərbaycan-Türkiyə
Beyin Mərkəzlərinin
Birinci Şuşa Forumu keçirilib. Forumun ikinci sessiyası “Azərbaycan-Türkiyə əməkdaşlığının
dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri” mövzusuna həsr olunub. Orada bir
neçə vacib məsələyə toxunulub.
Göstərilib ki, Azərbaycan-Türkiyə beyin mərkəzlərini
birləşdirən vahid
platforma müasir dövrün qlobal çağırışlarına cavabdır. Prezidentlər
İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğan strategiyalar irəli sürən və onu xalqlarımızın
idealına çevirən
güclü rəhbərlərdir.
Təkcə Qarabağın
xilası Azərbaycan
Prezidentinin ideoloq və strateq kimi siyasi bacarığını
ortaya qoydu. Danılmaz faktdır ki, Cənubi Qafqaz öz tarixində heç vaxt indiki qədər Bakıdan asılı olmayıb. Çünki, Azərbaycanın iştirakı
olmadan regionda iri iqtisadi layihələrin
həyata keçirilməsi
mümkün deyil.
İkinci
Qarabağ müharibəsində
qazanılmış möhtəşəm
Qələbə Türk
dünyasının geosiyasi
çəkisini artırdı.
Bunun nəticəsidir ki, rəsmi
İrəvan təhlükəsizliyini
artıq uzaq paytaxtlarda
deyil, məhz Bakıda və Ankarada axtarır. Çünki kənar dövlətlər Türkiyə
və Azərbaycan hərbi blokuna qarşı çıxmağa
cəsarət etmir.
Ona görə də hazırda sakitlikdir. Başqa cür də mümkün deyil. Müharibədən
əvvəlki və sonrakı ilk illərdə
“Hər zaman Ermənistanın
yanındayıq” açıq
deyən Fransanın yerində oturdulması haylara yaxşı dərs oldu. Haylar məhz o zaman başa düşdülər
ki, ən yaxşı
qarantiya elə buradadır. Qeyd edək ki, Azərbaycan-Türkiyə
birliyi Ermənistanın
və onun havadarlarının qolunu-qanadını
sındırıb yanına
saldı, onları ölkələrimizlə məsuliyyətli
davranmağa məcbur
etdi.
Şuşa Forumunda nümayiş
etdirilən “Türk Dünyasına Baxış–2040”
sənədi Türk sivilizasiyasının yüksəlişindən
bəhs edir. Açıq görünür
ki, Türkiyə ilə
orduda, iqtisadiyyatda, siyasətdə birləşdiyimiz
kimi, vahid dövlətə çevrilmək
beyinlərin də birliyindən keçir. Forumda qeyd edilib
ki, hazırkı dövrdə
dövlətlər hərbi
güc amili ilə hesablaşırlar.
Ona görə də güclərin birləşdirməsi
və koordinasiya edilməsi vacibdir.
Bu və digər mənada Azərbaycanla Türkiyənin Türk dünyasındakı aparıcı
rolu, həmçinin hərbi sahədə çəkindirici gücü
son dərəcə əhəmiyyətlidir.
Pakistan kimi güclü
ordusu və müasir hərbi texnikası olan ölkənin Türkiyə
və Azərbaycanla sıx birliyi bu çəkindirici qüvvənin gücünü
daha da artırır. Azərbaycan və Türkiyə olmadan türk dünyasına Mərkəzi Asiya dövlətlərinin inteqrasiyası
mümkün deyil. Hazırda imperiya buxovundan azad olmuş Türk dövlətlərinin özünə
güvəni əhəmiyyətli
dərəcədə artıb.
Belə ki, Mərkəzi
Asiya dövlətləri
artıq müstəqil
siyasət yürütmək
və iqtisadi manevrlər etmək imkanı qazanıblar. Onların da iştirakı
ilə Mərkəzi Asiya+Azərbaycan birliyi getdikcə güclənəcək
və bu format gələcəkdə daha
da genişlənəcək. Mərkəzi Asiya+Azərbaycan
formatının hətta
Cənubi Asiyanı da
əhatə edə biləcək yeni bir formata yol açdığını
aydın görürük.
Zəngəzur dəhlizinin
açılması formatın
birliyini sürətləndirəcəkdir.
Bu isə olduqca əhəmiyyətli bir inkişafdır. Regionda
yeni strukturlaşma prosesi
və proqnozlaşdırıla
bilən siyasi mühit Türk Dövlətləri Təşkilatı
çərçivəsində inteqrasiya prosesi üçün böyük
əhəmiyyət daşıyır.
Ortaq Türk dilinin yaradılması birlik ideyasına xidmət edəcəkdir.
Azərbaycan koordinasiyanı bu
ideyalara uyğun qurmağa cəhd edir. Tələb olunur ki, inkişafımızı
gözü götürməyənlərin
məqsəd və hərəkətləri diqqətdə
saxlanılsın. Çünki
2020-ci ilin böyük
Qarabağ Zəfəri
ölkəmizə qarşı
müəyyən təhdidlər
yaradıb. 200 il Azərbaycanın
məğlubiyyətlərinə, ərazi itkilərinə, soyqırım aktlarına
göz yumanlar Qarabağ Zəfərini sinirə bilmirlər. Bu günlərdə
ABŞ-da 27 senatorun Qarabağ
canilərini “hərbi
əsir” adlandıraraq
dərhal və qedsiz-şərtsiz azadlığa
buraxılmasını tələb
etməsi buna sübutdur.
Onlar ABŞ hökumətindən
Azərbaycana qarşı
sərt sanksiyalar qoyulmasını tələb
etmişlər. Halbuki
28 il müddətində erməni
quldurları Azərbaycan
torpaqlarını odlara
qalayanda, uşaqları,
qadınları, ixtiyar
qocaları işgəncələrlə
qətlə yetirəndə
kar və kor olmuşdular. Hətta işğalçı
Ermənistana külli
miqdarda yardımlar göndərəndə bunları
utanmadan edirdilər. Məğzi aydın idi, iyrənc dini təəssübkeşlik
edirdilər. Saçları
ağappaq ağarmış,
əməlləri qapqara
olan bəzi senatorlar və konqresmenlər Azərbaycana
qarşı açıq
düşmənçilik yolundan
çəkilmirlər. İnsanlıq
simasını itirmiş
belələrinin bəd
əməllərindən təhlükəsiz
sovunmaq məsələsi
daim diqqətdə saxlanmalı, qabaqlayıcı
tədbirlər görülməlidir.
Gələn il Ermənistanda keçiriləcək
parlament seçkilərin
nəticələri diqqət
mərkəzində olacaq.
Ermənistan-Azərbaycan münasibətlərinin
gələcəyi bu seçkilərin nəticələrindən
asılı olacaq. Bizim istədiyimiz nəticəni əlimizdən
almağa çalışanlar
başqa tərəflərlərlə
əməkdaşlıq edirlər.
Daha bir üstünlüyümüz ondadır
ki, Vaşinqtonda sülh
sazişinin paraflanması
ilə Ermənistanın
üzərinə məsuliyyət
qoyuldu. Bizim istədiyimiz şərtlərlə
Zəngəzur dəhlizinin
açılması ikinci
dəfə təsdiqləndi.
Beləliklə, Türkiyə
və Azərbaycanın
şərtləri yerinə
yetirildi. Ancaq bununla hər şey bitmir. Nəzərə alaq ki, Ermənistanda kilsə, revanşistlər, daşnak
tör-töküntüləri baş nazir Nikol Paşinyan hakimiyyətini məhz parlament seçkiləri vasitəsi
ilə yıxmağı
planlaşdırıblar. Əgər
bu baş tutarsa Ermənistan Azərbaycan və Türkiyə qarşısında
götürdüyü bütün
öhdəliklərdən, razılaşmalardan geri çəkiləcək, Türkiyə
və Azərbaycanla keçmiş düşmənçiliyi
yenidən qızışdıracaqlar.
Onu da deyək ki, erməni müxalifətinin
arxasında xarici dövlətlərin xüsusi
xidmət orqanları durur. Hazırda seçki məntəqələrində
hər bir səs uğrunda mübarizə gedir. Lakin iqtidar partiyası hələlik opponentlərindən
geri qalmır, Hətta bəzi vilayətlərdə Nikol
Paşinyanın tərəfdarları
səs qazanmaqda rəqiblərindən xeyli
üstün vəziyyətdədir.
Şübhəsiz ki, seçkilərin
nəticəsi gələn
ilin yarısında məlum olacaq. Çox güman var ki, növbəti seçkilərdə
də Nikol Paşinyanın partiyası
qalib gələcək
və özü yenidən baş nazir kürsüsündə əyləşəcək.
Çünki hazırda
real hakimiyyət onun əlindədir. Bu isə böyük əhəmiyyət
kəsb edir. Belə olan surətdə Ermənistan-Türkiyə-Azərbaycan
münasibətləri normal qaydada inkişaf edəcəkdir. Bununla da Cənubi Qafqazda müharibə ritorikasına
son qoyulacaq, iki ölkə arasında sülh möhkəm və dayanıqlı olacaq.
Vəli İlyasov
İki sahil.- 2025.- 26 noyabr, ¹215.- S.5.