Səhiyyə infrastrukturunun müasirləşdirilməsi
və xidmətin təkmilləşdirilməsi prioritetdir
Bu baxımdan
Kliniki Tibbi Mərkəzdə idarəetmə
prosesi daha operativ, xidmət keyfiyyəti beynəlxalq
standartlara daha yaxın səviyyəyə
çatdırılıb
Səhiyyə sistemində müşahidə
olunan müasir inkişaf tendensiyaları tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsini,
idarəetmədə innovativ
yanaşmaların tətbiqini
və elmi-texnoloji yeniliklərin praktikaya çevik inteqrasiyasını
zəruri edir. Bu çərçivədə
Kliniki Tibbi Mərkəz (KTM) fəaliyyətini
davamlı olaraq təkmilləşdirir, xidmət
fəlsəfəsini pasiyentyönümlü
idarəetmə prinsiplərinə
əsaslandırır və
multidisiplinar strukturu ilə fərqlənərək
qabaqcıl tibb müəssisələrindən birinə çevrilmişdir.
KTM-nin İctimaiyyətlə
Əlaqələr şöbəsinin
rəhbəri Ruzbeh Məmməd “İki sahil” qəzetinə müsahibəsində Mərkəzin
hazırkı fəaliyyəti,
tətbiq olunan yeniliklər, müasir idarəetmə modeli, kadr potensialının gücləndirilməsi və
gələcək inkişaf
strategiyaları barədə
mühüm məqamlara
aydınlıq gətirilir.
- Hazırda Kliniki Tibbi Mərkəzin
əsas məqsədi
və fəaliyyət
istiqamətləri nədən
ibarətdir?
- Paytaxtın tibb müəssisələri
arasında ən ağır yükü qəbul edən səhiyyə ocaqlarından
biri də məhz Kliniki Tibbi Mərkəzdir. Təsadüfi deyil ki, Kliniki Tibbi
Mərkəz bu prosesin gedişatında önəmli yer tutmaqdadır.Tibb müəssisəsinin
əsas fəaliyyət
istiqaməti əhaliyə
ixtisaslaşdırılmış tibbi yardım göstərmək, vətəndaşlara
qanunvericiliklə müəyyən
edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsini təmin
etmək, qanunvericiliklə
müəyyən edilmiş
qaydada ilkin tibbi-sanitariya yardımı
göstərmək, elmi
təbabətin və
texnikanın nailiyyətləri
əsasında müasir
profilaktika, diaqnostika və müalicə üsullarını təcrübədə
tətbiq etmək, fəaliyyət sahəsi üzrə xəstələnmənin
profilaktikası, tibbi yardımın keyfiyyətinin
və səmərəliliyinin
yüksəldilməsi istiqamətində
tədbirlər həyata
keçirmək, fəaliyyət
istiqamətlərinə uyğun
olaraq, qanunvericilikdə
nəzərdə tutulmuş
digər vəzifələri
yerinə yetirməkdir.
- Son illərdə Mərkəzdə
həyata keçirilən
yeniliklər və tibbi texnologiyalar barədə nə deyə bilərsiniz?
- Səhiyyə infrastrukturunun müasirləşdirilməsi
və vətəndaş
məmnuniyyətinin artırılması
istiqamətində TƏBİB-in atdığı mühüm addımlardan biri də elektron
növbə sisteminin geniş tətbiqidir. Kliniki Tibbi Mərkəzdə
də artıq əhaliyə göstərilən
xidmətlər elektron
növbə sistemi əsasında həyata keçirilir. Mərkəzə
gələn vətəndaşlar
2 və 3-cü korpuslarda
quraşdırılmış elektron növbə monitorlarından növbə
götürməklə xidmətlərdən
istifadə edirlər.
Bu proses tibb müəssisəsində
mərhələli şəkildə
həyata keçirilir.
- Pasiyentlərin məmnunluğunu artırmaq
üçün hansı
tədbirlər görülür?
- Mərkəzdə müasir standartlara cavab verən layihələr işlənilir.
Bu proses tibb müəssisəsində
mərhələli şəkildə
həyata keçirilir.
Yaxın zamanlarda KTM-nin tabeliyində fəaliyyət göstərən
modul tipli xəstəxanada, təmir
prosesi yekunlaşdıqdan
sonra isə 1-ci korpus (Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə
tutulub. Tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə
tibbi yardımdan faydalanmasına, ümumilikdə
isə xidmətlərin
hər kəs üçün daha əlçatan olmasına
şərait yaradır.
Məsələn, 2023-cü ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində stasionara qəbul olunan 454 868 min pasiyentin 36 mindən çoxu bu Mərkəzdə tibbi xidmət alıb. Bu, təxminən 8% deməkdir. Eyni dövr ərzində ümumilikdə ölkə
üzrə dövlət
tibb müəssisələrində
icra olunan 191 569 cərrahi əməliyyatın
15 959-u və ya 8,3%-i məhz Kliniki Tibbi Mərkəzin payına düşüb.
Bura həm planlı, həm də təcili əməliyyatlar daxildir.
- Kadr potensialının gücləndirilməsi,
gənc həkimlərin
təcrübə qazanması
istiqamətində hansı
işlər aparılır?
- Bizim müəssisədə
gənc həkimlərin
inkişafına xüsusi
diqqət yetirilir. Onlar üçün mütəmadi daxili təlimlər keçirilir.
Həkimlərimiz yerli
və beynəlxalq elmi tədbirlərdə iştirak etməyə cəlb olunurlar. Son zamanlarda Mərkəzimizdə gənc
həkimlərin işə
cəlb edilməsi istiqamətində işlər
aparılır. Hazırda
Kliniki Tibbi Mərkəzdə 40-a yaxın
şöbə fəaliyyət
göstərir və bu şöbələrin sayı gündən-günə
artmaqdadır. Cari ilin sonuna qədər
burada Angioqrafiya şöbəsinin yaradılması
və növbəti ildən etibarən Ürək Mərkəzinin
fəaliyyətə başlaması
nəzərdə tutulub.
- Kliniki Tibbi
Mərkəzdə səhiyyə
sahəsində innovasiyaların
(rəqəmsallaşma, süni
intellekt, telemedicina və s.) tətbiqi barədə nə deyə bilərsiniz?
-Kliniki Tibbi
Mərkəzdə innovasiyaların
və rəqəmsal texnologiyaların tətbiqi
istiqamətində ardıcıl
işlər aparılır.
TƏBİB-in ümumi
strategiyasına uyğun
olaraq Mərkəzdə
rəqəmsallaşma, elektron
sənəd dövriyyəsi
və informasiya texnologiyalarının tətbiqi
mərhələli şəkildə
həyata keçirilir.
Bu çərçivədə
elektron tibbi sənədləşmə və
xəstə məlumat
bazaları yaradılır,
“kağızsız idarəetmə”
prinsipi tətbiq olunur, elektron tibbi arayışlar və onlayn növbə sistemi vasitəsilə vətəndaşlara
daha çevik və şəffaf xidmət göstərilir,
telemedicina və süni intellekt əsaslı diaqnostika texnologiyalarının tətbiqi
istiqamətində hazırlıq
işləri aparılır.
Bu tədbirlər nəticəsində Kliniki
Tibbi Mərkəzdə
idarəetmə prosesi
daha operativ, pasiyent məlumatlarına çıxış daha təhlükəsiz və
səmərəli, xidmət
keyfiyyəti isə beynəlxalq standartlara daha yaxın səviyyəyə çatdırılıb.
- KTM-nin həkimlərinin
beynəlxalq konqres və konfranslarda iştirakı Mərkəzin
elmi-təcrübi potensialının
inkişafına necə
təsir göstərir?
- Kliniki Tibbi
Mərkəzin həkimləri
mütəmadi olaraq beynəlxalq konqres və konfranslarda çıxış edirək
sertifikatla təltif olunublar. Belə ki, 2025-ci ildə İstanbul şəhərində
Avropa Ginekoloji Endoskopik Cərrahiyyə Cəmiyyətinin (ESGE) 34-cü illik elmi konqresində
Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinin müdiri
Qubaxanım Hacızadə,
şöbənin həkim-ginekoloqları
Şölə Səfərova
və Leyla Rüstəmova, Azərbaycan
Radioloqlar Cəmiyyətinin
təşkil etdiyi
5-ci Beynəlxalq Elmi-Praktiki
Konfransda isə mərkəzin radioloqları
Leyla Qasımova, Gövhər Qasımzadə,
Jalə Əliyeva və Arzu Məmmədova,
İspaniyanın Madrid
şəhərində keçirilən
Avropa Kardiologiya Cəmiyyətinin (ESC) illik
konqresində Kardiologiya
şöbəsinin müdiri,
həkim-kardioloq Səbinə
Babayeva iştirak ediblər.
- Kliniki Tibbi
Mərkəzdə həyata
keçirilən mürəkkəb
və ağır müalicə proseslərinin,
o cümlədən göz,
ürək, toksikoloji
və digər kritik sahələrdəki
tibbi müdaxilələrin
ümumi uğur göstəriciləri necədir?
-İcbari Tibbi
Sığortanın tətbiqindən
sonra KTM-də ağır və nadir görülən əməliyyatlar icra edilib. Mərkəz mürəkkəb əməliyyatların
icrası üçün
müasir tibbi cihazlarla təchiz olunub. Dövlət tibb müəssisələri
arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə
epileptik ocaqların aşkar edilməsi və onun beyindən
xaric edilməsi üzrə ağır cərrahi əməliyyat icra olunub. Mərkəzin
Neyrocərrahiyyə şöbəsinin
müdiri, uzman neyrocərrah Fərid Qaralov və uzman neyrocərrah Nicat Bayramlı və assistent, Neyrocərrahiyyə şöbəsinin
həkim-rezidenti Elşən
Əhmədlinin iştirakı
ilə həyata keçirilən əməliyyat
uğurla başa çatıb. Pasiyent üzərində sol tərəfli anterior temporal lobektomiya və amiqdalohipokampektomiya cərrahi əməliyyat
3 saat davam edib və müsbət
nəticə əldə
olunub. Kliniki Tibbi Mərkəzdə gün ərzində 40-dan
çox cərrahi əməliyyat icra olunur. Hazırda Kliniki Tibbi Mərkəzdə
40-a yaxın şöbə
fəaliyyət göstərir
və bu şöbələrin sayı
gündən-günə artmaqdadır.
- Kliniki Tibbi
Mərkəzin yaxın
gələcək üçün
əsas inkişaf planları və strateji məqsədləri
nələrdir?
- Kliniki Tibbi
Mərkəzin yaxın
gələcək üçün
əsas inkişaf istiqamətləri TƏBİB-in
ümumi strateji xəttinə uyğun olaraq müəyyənləşdirilib.
Mərkəzin başlıca
məqsədi tibbi xidmətlərin keyfiyyətini
beynəlxalq standartlara
uyğun səviyyəyə
çatdırmaq, infrastruktur
və idarəetmə
sistemini müasirləşdirmək,
eləcə də pasiyent məmnunluğunu yüksəltməkdir. Bu istiqamətdə planlaşdırılan
əsas tədbirlər
Mərkəzin binalarının
müasir tələblərə
uyğun təmiri, yeni tibbi avadanlıqlarla
təchizatın mərhələli
şəkildə davam
etdirilməsi, xüsusilə
insult, kardiologiya, reanimasiya və diaqnostika sahələrində
beynəlxalq sertifikasiya
və keyfiyyət standartlarının tətbiqi,
gənc həkimlərin
işə cəlb edilməsi, ixtisasartırma
və təlim proqramlarının genişləndirilməsi,
TƏBİB Akademiyası vasitəsilə
yerli və beynəlxalq təcrübə
mübadiləsinin gücləndirilməsidir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 26 noyabr, ¹215.- S.7.