KƏLAĞAYININ UCU SARI...

 

Mədəni irsimiz

 

Kəlağayı Azərbaycan qadınlarının milli geyim nümunələrinə məxsus olan baş örtüyüdür. Müxtəlif zamanlarda qadınlarımızın milli geyimlərini bu xalqın qədim adət-ənənəsinə məxsus ornamentlər bəzəyib. Milli mədəniyyətimizə məxsus geyimlər Azərbaycan adət-ənənəsinə uyğun hazırlanaraq istifadə olunub. Bu geyimlərin hamısının əsas mahiyyətini dərin əxlaqi dəyər keyfiyyətlər təşkil edir.

O cümlədən baş örtükləri belə  dəyərlərin məcmusu kimi qarşılanır. Azərbaycan qadınlarının baş örtüyü olan kəlağayı da məhz belə dəyərlərin daşıyıcısıdır. Üzərindəki həndəsi nəbati naxışların hər birinin milli düşüncədən qaynaqlanan anlamı vardır. Əsl kəlağayıları isə butasız təsəvvür etmək olmur. Milli ornamentlərimizdən olan butanın dərin simvolik anlam daşımasını xalqımıza məxsus folklor örnəklərimiz daha aydın istiqamətdə təsdiq edir. Belə ki, dastan ya nağıllarımızda qəhrəmana yuxuda müqəddəs şəxsiyyətlər tərəfindən onun əbədi sevgisi buta kimi verilir. Sevgisini əldə etmək ona qovuşmaq üçün keçdiyi yollarda başına gələn ən çətin işlərdən çəkinib-usanmayan qəhrəman bu yolda igidliklə mübarizə aparır. Həmin yol uğur yolu kimi onun taleyinə ən müqəddəs məqam olaraq yazılır. Odur ki, buta kimi verilən sevgi müqəddəs bir o qədər vazkeçilməz hesab olunur.

Müxtəlif  həm seçilmiş rənglərə boyanmış kəlağayıların istifadəsi zamanı məqamı da dərin simvolika daşıyır. Müxtəlif rənglərdə olan kəlağayını elə müxtəlif simvolik hadisə zamanı örtmək lazım olduğunu çox yaxşı bilən qadınlarımız bununla qədim ənənəyə məxsus olan adətlərin qorunmasına vəsilə olmuşlar. Daha doğrusu, kəlağayı qədim adət-ənənənin qorunmasının gələcək nəslə ötürülməsinin, bir növ, təminatçısı olmuşdur.

Kəlağayı qədim adət-ənənə daşıyıcısı olaraq Azərbaycanın bir çox regionlarında hazırlanmış   müxtəlif dövrlərdə aktiv formada istifadə olunmuşdur. Şəki rayonunda hazırda da istehsal olunan kəlağayının elə orada həm muzeyi vardır.

Qədim adət-ənənənin qorunduğu aktual şəkildə yaşandığı Naxçıvan ərazilərində bu qadın baş geyimi növü müxtəlif zamanlarda eləcə hazırda sevilərək istifadə olunmaqdadır. Hətta  demək mümkündür ki, Ordubad şəhərində 1865-ci ildən başlayaraq fəaliyyət göstərən ipəkçilik sənayesi zamanı kəlağayı istehsalı da yüksək  səviyyədə olub. Burada qadınların sevimli baş örtüyü olan kəlağayı mövsüm məişət mərasimlərinin atributu kimi dəyərləndirilmişdir. Belə ki, istər rənglərinə, istərsə üzərindəki naxışlara münasib olaraq  kəlağayıların istifadə zamanları məqamları olmuşdur. Toy mərasimlərində qadınlar al-əlvan kəlağayılar örtərdilər. Novruz bayramı görüşlərində rəngarəng kəlağayılardan istifadə edilərdi. O cümlədən müxtəlif yaş qruplarına məxsus qadınların fərqli rənglərdə olan kəlağayılara üstünlük verməsi diqqət çəkəndir. Belə ki, gənc qızlar gəlinlər , qırmızı əlvan rəngli kəlağayılar, orta yaşlı qadınlar sarı, noxudu soğanı rəngli kəlağayılar, daha yaşlı qadınlar isə qara rəngli kəlağayılardan istifadə edərdilər. Bu heç o demək deyildi ki, sadalanılan yaşa məxsus qadınlar mütləq şəkildə həmin rəngli kəlağayıları istifadə etməli idilər. Məqsəduyğun idi ki, hər yaş dövründə qadınlar uyğun rəngli kəlağayıdan istifadə etsinlər. Bütün bunlar xalq arasında mövcud olan, kökü qədim ənənədən qaynaqlanan əxlaq təfəkkürünü özündə qoruyur. Həm hər rəng dərin simvolik anlam daşıyır. rəng xoşbəxtlik, sədaqət, ehtiram, düzlük, uğur rəmzidir.  Bununla yanaşı, rəng, qalibiyyət simvolu kimi tanınır. rəngin qalibiyyət mənası daşıması qədim qəhrəmanlıq dastanımız olanKitabi-Dədə Qorquddastanında da müşahidə olunur. Tədqiqatçıların fikrincə, rəng həm Tanrının sevdiyi rəngi ehtiva edir. Təsadüfi deyil ki, Tanrıdan istənilən diləklərdə gün, bəxt arzusu da yer almaqdadır. Yuxuda görülən atın xeyir-uğur rəmzi daşıdığı da məlumdur. Odur ki, gənc xanımların rəngli kəlağayıdan istifadə etməsi uğur, xoşbəxtlik, mübarizə apardığı həyatda qalibiyyət mənası daşımaqla bərabər qədim türk ənənəsindən irəli gələn düzlük, ehtiram, sədaqət rəmzi daşıyır.  Sarı, noxudu, soğanı rənglərin özünəməxsus simvolikası var. Noxudu soğanı rənglərin ibtidaisi olan sarı rəngin qədim türk ənənəsi ilə bağlı olduğu məlumdur. Sarı rəng dünyanın dərd-ələmini ifadə edir. Bununla yanaşı, sarı rəng insanın dünyagörüşünün kamilliyini ifadə edir. Odur ki, orta yaşlı qadınlar bu rəngli kəlağayını örtməklə yaşadıqları həyatdan dərin təcrübə qazandıqlarını ifadə etmiş olurlar. Qara rəngli kəlağayıları isə daha yaşlı qadınlar istifadə edirdilər ki, qara rəngin qədim türk təfəkküründə dərin simvolik məna kəsb etməsi danılmazdır. Qara böyüklük, ucalıq rəmzidir. Həm qədimlərdə qara rəngdə olan geyim, sahibinin dərin hörmət ehtiram sahibi olduğunu ifadə edirdi. Bu baxımdan, qara rəngli kəlağayının daha yaşlı, ağbirçək qadınların istifadə etməsi məqsəduyğun hesab olunurdu.

Məişət mərasimlərindən olan toy mərasimi zamanı qırmızı rəngli kəlağayıdan istifadə Azərbaycanın bəzi regionlarında indi mütləq hesab edilir. Qız öz ata evindən çıxıb ər evinə gəlin köçəndə onun üzünə qırmızı duvaq örtərlər. Həmin duvaq qırmızı kəlağayı olardı. Həm qırmızı rəngin, həm kəlağayının sakrallığı yeni həyata qədəm qoyan insana xalqın onun gələcəyi ilə bağlı ünvanlanan uğur dolu diləklərdədir. O cümlədən, qırmızı rəngli kəlağayı ya xalq dilincə desək, “çarqat”ın yeni həyata qədəm qoyanı şər ruhlardan, bəd nəzərdən, gözdən qoruduğu haqqında inanc da vardır. Bir sözlü mətndə deyidiyi kimi:

Zülf salıb üzə dilbər,

Çıxıbdı düzə dilbər.

Duvaq salın üzünə

Gəlməsin gözə dilbər.

Yeni doğulan körpəni ilk dəfə evinə gətirərkən onu bəd nəzərdən qorumaq üçün üstünə qırmızı rəngli örtük örtərlər (bu örtük, əsasən, kəlağayı olur).

Kəlağayının adının əks olunduğu Azərbaycanın  milli folklor yaradıcılığında maraqlı örnəklər  var. İstər bayatılarımızda, istərsə aşıq yaradıcılığı örnəklərində kəlağayı haqqında məlumat xarakterli təsvirlər yer alır. Aşıq Ələsgərin məşhurTellərinqoşması da bu baxımdan xarakterikdir:

Gözəl, sənin vədəndi

Kəsilib qısa tellərin.

Kəlağayı əlvan, qıyqacı

Üstündən basa tellərin.

Müxtəlif tarixi dövrlərdə qadınların saçlarını kəsdirməsi cəmiyyətdə  məqbul qarşılanmadığından onun kəlağayı ilə örtülməsi məsləhət görülürdü. Kəlağayı burada əxlaqi dəyərlərin mühafizəçisi kimi simvolikləşdirilir. “Əsli Kərəmdastanında da kəlağayının xatırlanması müşahidə olunur:

Kəlağayının ucu sarı,

Açılır könlüm qubarı.

Söylə görüm kimin yarı,

Yaxan düymələ, düymələ.

Yazılı ədəbiyyatımızda da kəlağayı haqqındakı qədim ənənəyə xas olan düşüncələr poetikləşdirilmişdir. Bu baxımdan xalq şairi Səməd Vurğunun şeiri diqqətçəkəndir:

Gecənin sarvanı o ulduz, o ay,

Anamın örtüdüyü sarı kəlağay.

Sözümdən düşməyir ömrüm uzunu,

Bəlkə şairin taleyidir bu.

Bəli, sarı rəngli kəlağayı örtmüş ananın dərdli-qəmli siması şair qəlbini kövrəldir, sözünün canı, ruhunun qaynağı olur. Bu qiymətli mədəniyyət faktını şair öz bəlağətli təsviri ilə yüksək bədii səviyyəyə qaldırır.

Kəlağayı öz mövcudluğunda yaşatdığı ən dərin qatlardan qaynaqlanan milli düşüncəyə məxsus əxlaqi dəyərlərin məcmusu və qoruyucusu kimi 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

 

Aytən Cəfərova,

Qərbi Azərbaycan İcmasının

Ordubad rayonu üzrə nümayəndəsi,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

fil.ü.f.d., dosent

 

İki sahil.- 2025.- 26 noyabr, ¹215.- S.8.