Zəngəzur dəhlizi: İnteqrasiya

xəttinin əsas sütunlarından biri

 

Son illərdə beynəlxalq logistika xəritəsində yeni marşrutlar formalaşır ki, bu istiqamətlərdən biri Cənubi Qafqazı Avropa Asiya arasında strateji körpüyə çevirəcək Zəngəzur dəhlizidir (“Beynəlxalq Sülh Rifah naminə Tramp Marşrutu” - TRIPP).  Odur ki, ölkəmizi Naxçıvanla, eyni zamanda, Türkiyə bütövlükdə Avropa ilə birləşdirəcək bu marşrut rəsmi Bakının təşkil etdiyi bütün tədbirlərdə prioritet təşkil edir.

Noyabrın 24-də Bakıda öz işinə başlayan sonradan Naxçıvanda davam etdirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda da Zəngəzur dəhlizi diqqət mərkəzində olub. Məsələn, “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpümövzusunda keçirilən panel müzakirəsində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün Türk dünyasını birləşdirən strateji körpü rolunu oynayacaq Zəngəzur dəhlizinin həm coğrafi, həm iqtisadi, həm geosiyasi baxımdan olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, tarix boyu yaşanan bəzi hadisələr xalqların taleyini dəyişdiyi kimi, dünya iqtisadiyyatına mühüm faydalar gətirəcək, qlobal ticarət yollarını daha da şaxələndirəcək Zəngəzur dəhlizinin fəaliyyətə başlaması region üçün tarixi bir dönüş nöqtəsi olacaq. Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri Babur Bekmuradov isə bu layihənin təkcə iki dövlət üçün deyil, həm region ölkələri, o cümlədən Mərkəzi Asiya üçün önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, Zəngəzur dəhlizi ideyası Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinin nəticəsi olaraq meydana çıxıb. Belə ki, bu, müharibənin yekunlarını təsdiqləyən Ermənistan üçün kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Amma Ermənistan uzun müddət dəhlizin reallaşmaması üçün min hoqqadan çıxıb. Amma ABŞ Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan Ermənistan prezidentlərinin avqustun 8-də Evdə görüşü bu görüşün nəticəsi olaraq Birgə Bəyannamənin, eləcə hər iki ölkənin xarici işlər nazirlərininAzərbaycan Respublikası Ermənistan Respublikası arasında sülhün dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişlayihəsini paraflaması,  Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald TrampınAzərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmaları Zəngəzur dəhlizi məsələsini daha da aktuallaşdırıb. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elisîn Huker Zəngəzur dəhlizi ilə bağlı həm Azərbaycan, həm Ermənistan arasında əməkdaşlıq məsələlərini müzakirə edib. O, bu görüşlərdə ABŞ-ın Beynəlxalq Sülh Rifah naminə Tramp Marşrutu üzrə işlərin sürətləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Orta Dəhlizin bir hissəsi olan TRIPP-in fəaliyyətinin təmin edilməsi üçün dövlətimiz tərəfindən əməli addımlar atılır. Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı Prezident Kasım-Jomart Tokayev ilə mətbuata birgə bəyanatında demişdir: “Hazırda planlaşdırdığımız həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində hər şey belə sürətlə reallaşdırılacaq belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”. Bu da o deməkdir ki, Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevriləcək Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm Şimal-Cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında önəmli rol oynayacaq. Başqa sözlə desək, bu dəhliz Mərkəzi Asiyadan Anadoluya, Xəzərdən Aralıq dənizinə uzanan inteqrasiya xəttinin, eləcə yeni Avrasiya geosiyasətinin əsas sütunlarından birinə çevriləcək. Dəhlizin açılması, həmçinin Azərbaycanın tranzit imkanlarını genişləndirərək, ölkənin beynəlxalq nəqliyyat şəbəkəsində rolunu daha da gücləndirəcək. Şübhəsiz, həm regionda davamlı sülhə iqtisadi əməkdaşlığa töhfələr verəcək.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2025.- 27 noyabr, ¹216.- S.5.