Azad torpaqlarda yüksələn həyat
Yaxud tarixi ədalətin iqtisadi müstəvidə
bərpası
İşğaldan azad edilmiş ərazilərin bərpası,
müasir standartlara uyğun yenidən qurulması və əhalinin dayanıqlı
şəkildə məskunlaşdırılması
Azərbaycanın son onilliklərdə həyata
keçirdiyi ən mürəkkəb, genişmiqyaslı
və strateji layihədir. Dövlətin
bu istiqamətdə apardığı fəaliyyət
təkcə regionun fiziki infrastrukturunun bərpası ilə məhdudlaşmır, burada
sözün tam mənasında yeni iqtisadi-sosial sistem formalaşdırılır. Qarabağ
və Şərqi Zəngəzurda həyatın
bərpası sadəcə
tikinti prosesləri deyil, həm də iqtisadi dövriyyənin canlandırılması,
əhalinin məşğulluğunun
təmin edilməsi, sahibkarlığın inkişaf
etdirilməsi və bölgənin gələcək
nəsillər üçün
cəlbedici yaşayış
və iş mühitinə çevrilməsidir.
Əraziyə qayıdan əhalinin dayanıqlı şəkildə
məskunlaşdırılması üçün ən vacib amillərdən biri məhz məşğulluq, yəni
işlə təminatdır.
Qarabağa köç
edən insanların yaşaya bilməsi üçün onların
iqtisadi fəallığı
təmin edilməli, gəlir mənbələri
formalaşmalı, uzunmüddətli
sosial rifah sisteminə inteqrasiya təmin olunmalıdır.
Bu gün regionda aparılan işlərin mərkəzində
məhz bu prinsip dayanır.
İqtisadi canlanmanın görünən
addımı: Artan iş imkanları
2025-ci ilin ilk 9 ayı ərzində işğaldan azad olunmuş rayonlarda 1700 yeni iş yerinin yaradılması Qarabağın iqtisadi xəritəsində dönüş nöqtəsidir. Bu rəqəmlər regionda real iqtisadi həyatın formalaşmağa başladığını göstərir. Əgər 2024-cü ilin eyni dövründə bu göstərici 1532 idisə, bir ildə 11 faizlik artımın müşahidə olunması bərpa proseslərinin yalnız kəmiyyət deyil, keyfiyyət baxımından da sabitlik qazandığını göstərir.
Yeni iş yerlərinin sektorial bölgüsü də xüsusi önəm daşıyır. Bu yerlərin bir qismi xidmət sahəsində, bir qismi kənd təsərrüfatında, bir hissəsi isə tikinti və infrastruktur layihələrində yaranır. Bu, region iqtisadiyyatının hələ ilkin mərhələdə olsa belə, artıq diversifikasiya xəttinə uyğun formalaşdığını göstərir. Eyni zamanda, bu sahələr insanların həm dərhal gəlir əldə etməsinə, həm də orta və uzunmüddətli dövrdə ixtisaslaşmasına imkan yaradır.
Ən çox yeni iş yerinin Xankəndi və Laçında açılması isə təsadüfi deyil. Xankəndinin yaxın gələcəkdə iqtisadi mərkəz kimi formalaşması dövlət strategiyasının əsas elementlərindən biridir. Laçın isə həm coğrafi mövqeyinə, həm turizm potensialına, həm də Ermənistanla sərhəd məntəqəsi kimi daşıdığı strateji yükə görə sürətlə inkişaf edən ərazilərdəndir.
İnfrastrukturun diktə etdiyi inkişaf tempi
Yeni iş yerlərinin yaradılması təkcə əmək bazarının genişlənməsi deyil, həm də infrastrukturun tamamlanması ilə sıx bağlıdır. Qısa müddətdə regionda 170 yeni müəssisə və təşkilatın qeydiyyatdan keçməsi bunun bariz nümunəsidir. Bundan əlavə, 2805 yeni fərdi sahibkarlıq subyektinin fəaliyyətə başlaması Qarabağda və Şərqi Zəngəzurda sahibkarlıq mədəniyyətinin yenidən formalaşdığını göstərir.
Bu inkişafda əsas rol oynayan amillərdən biri nəqliyyat-logistika infrastrukturunun sürətli qurulmasıdır. Yolların çəkilməsi, tunellərin açılması, hava limanlarının fəaliyyətə başlaması və enerji təminatının tam bərpası sahibkarların regiona marağını artırıb. Çünki biznes üçün ən vacib şərtlərdən biri yük və sərnişin axınının təmin edilməsidir və bu məsələlərdə dövlət prosesi yüksək sürətlə idarə edir.
Kiçik ailə bizneslərinin rolu
və özünüməşğulluq modeli
Kəndlərə, qəsəbələrə qayıdan əhali üçün kiçik bizneslər həyatın yenidən qurulmasında əvəzsiz rol oynayır. Kiçik sahibkarlıq həm iqtisadi azadlıq yaradır, həm də regionda sosial həyatın normallaşmasına yardım edir. Dövlət tərəfindən təqdim edilən aktivlər “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Poliqrafiya xidmətləri”, “Kombi ustası xidməti” kimi dəstək paketləri əhali üçün həm gəlir mənbəyi, həm də bazarın tələblərinə uyğun xidmət sahələrinin yaranması deməkdir.
Özünüməşğulluq proqramı uzun illərdir Azərbaycanda tətbiq edilir. Lakin Qarabağ və Şərqi Zəngəzurda bu model tamamilə yeni keyfiyyət qazanıb. Çünki burada söhbət təkcə iqtisadi alətdən getmir, bu proqram bölgəyə qayıdan insanların öz həyatlarını sıfırdan qura bilməsi üçün əsas mexanizmdir. Bu günə qədər Böyük Qayıdış proqramı çərçivəsində 600-ə yaxın ailənin öz təsərrüfatını qurması, əslində, regionda sosial ekonomikanın təbii şəkildə formalaşdığını göstərir.
Məşğulluğun genişlənməsi:
Sosial adaptasiyanın əsas
elementi
Azad edilmiş torpaqlarda 5300-dən
çox şəxsin
məşğulluqla təmin
edilməsi bölgənin
iqtisadi həyatında
mühüm mərhələdir.
Bu rəqəm bir
region üçün çox
böyük göstərici
sayılır, xüsusilə
nəzərə alınsa
ki, həmin insanlar uzun illər öz doğma yurdlarından kənarda yaşayıblar və yeni
mühitə uyğunlaşma
prosesi keçirlər.
Məşğulluq bu
uyğunlaşmanı sürətləndirən
ən vacib faktordur. Çünki insan yalnız iqtisadi cəhətdən aktiv olduqda sosial
həyata daha tez inteqrasiya edir.
245 nəfərin peşə hazırlığına cəlb
olunması isə insan kapitalının inkişafı baxımından
zəruri addımdır.
Bu gün Qarabağda formalaşan əmək bazarı müasir iqtisadiyyatın tələblərinə
uyğun peşə sahiblərini tələb edir və məhz
bu kurslar həmin boşluğu doldurur. İşəgötürənlərin
kurs iştirakçılarını
dərhal işlə təmin etməsi sistemin funksional olduğunu təsdiqləyir.
Qarabağ Peşə Hazırlığı
Mərkəzinin strateji əhəmiyyəti
Regionun iqtisadi inkişafının
davamlı olması üçün kadr təminatı vacibdir. Qarabağ Peşə Hazırlığı Mərkəzi
də məhz bu məqsədə xidmət edir. Mərkəzdə mövcud
olan 48 peşə istiqaməti gələcək
iqtisadi modelə uyğunlaşdırılıb. Burada həm xidmət sahələrinə,
həm də sənaye və istehsal sahələrinə
uyğun ixtisaslar hazırlanır. Qaynaqçıdan
mebel ustasına, aşpazdan dizaynerə qədər geniş spektr əslində bölgənin iqtisadi strukturunun çoxşaxəli
olacağını göstərir.
Mərkəzin ildə
1200 nəfər hazırlaya
bilməsi isə gələcəkdə regionun
işçi qüvvəsi
ehtiyacını böyük
ölçüdə qarşılaya
biləcəyini göstərir.
2024-cü
ildə buraya cəlb edilən 600 nəfərdən 272-nin məhz
keçmiş məcburi
köçkünlər olması
xüsusilə mühümdür.
Bu, insan kapitalının
ilk növbədə yerli
əsasla formalaşdığını
göstərir. Kursu uğurla bitirənlərin
işlə təmin olunması isə peşə hazırlığının
praktiki nəticəyə
çevrildiyini təsdiqləyir.
Yeni
regional inkişaf konsepsiyası
Azad edilmiş ərazilərdə
bərpa olunan həyat 20-ci əsrin klassik şəhərsalma
və regional inkişaf
modeli deyil. Dövlət burada XXI əsrin tələblərinə
uyğun yeni urbanizasiya
konsepsiyası tətbiq
edir. “Ağıllı
kənd”, “Ağıllı
şəhər”, “Yaşıl
enerji zonası”,
“Karbon neytral yaşayış
məskənləri” kimi
anlayışlar regionun
gələcəyini müəyyən
edən əsas faktorlardır. Bu modellərin
əsasını enerji
istehsalının bərpaolunan
mənbələr üzərində
qurulması təşkil
edir və bu yanaşma artıq ölkənin iqtisadi kursunda prioritet istiqamətə çevrilir. Enerji balansında külək, günəş və digər alternativ mənbələrin payının
artırılması ilə
yanaşı, su ehtiyatlarının ağıllı
idarə olunması da
davamlı inkişafın
mühüm şərti
sayılır. Xüsusən
iqlim dəyişmələrinin
fonunda su resurslarının rəqəmsal
monitorinq sistemləri vasitəsilə izlənməsi
və optimal bölüşdürülməsi
ekoloji təhlükəsizliyi
qorumağa imkan verir. Bununla paralel olaraq, nəqliyyat infrastrukturu da ekoloji tələblərə
uyğun yenilənir; şəhərlərdə hərəkət
planlaşdırılması, elektrik nəqliyyatının
genişləndirilməsi və
logistika zəncirinin yaşıl standartlara uyğunlaşdırılması bu yanaşmanın tərkib hissəsidir. Kənd təsərrüfatında
tətbiq olunan rəqəmsal nəzarət
mexanizmləri torpaqdan
istifadənin səmərəliliyini
artırır, məhsuldarlığı
yüksəldir və
suvarma proseslərini daha qənaətcil edir. Ümumilikdə isə xidmət və istehsal sahələrinin təmiz texnologiyalar əsasında
yenidən qurulması,
iqtisadiyyatın bütün
seqmentlərinin ekoloji
məsuliyyət prinsipi
üzərində inkişaf
etməsinə şərait
yaradır.
Beləliklə, Qarabağın və
Şərqi Zəngəzurun
bərpası adi regionun bərpası deyil, yeni iqtisadi modernləşmənin Azərbaycan
modeli kimi formalaşır.
Böyük Qayıdış XXI əsrin ən
böyük regional inkişaf layihəsidir
İnsanların uzun illərdən
sonra öz torpağına dönməsi
psixoloji, sosial və iqtisadi baxımdan mürəkkəb
prosesdir. Bu prosesin uğurla keçməsi üçün işlə
təminat, sosial xidmətlər, səhiyyə
infrastrukturu, təhsil
ocaqları və təhlükəsizlik mexanizmləri
dayanıqlı şəkildə
qurulur. Yeni məktəblər,
poliklinikalar, mədəniyyət
mərkəzləri insanların
həyatına yalnız
rahatlıq deyil, həm də sosial sabitlik gətirir.
Məşğulluq proqramlarının uğuru
isə sosial sabitliyin uzunmüddətli
olacağına siqnaldır.
Əgər 600 ailə
artıq öz biznesini qurubsa, bu, həm onların
bölgəyə tam yerləşdiyini,
həm də gələcəyə inamla
baxdığını göstərir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda baş verənlər təkcə
bir regionun yox, bütün Azərbaycanın gələcəyini
müəyyən edir.
Yeni iş yerləri, sahibkarlığın genişlənməsi,
peşə hazırlığı,
infrastrukturun bərpası
və müasir şəhərsalma konsepsiyasının
tətbiqi bu bölgəni yaxın illərdə ölkənin
ən dinamik inkişaf mərkəzinə
çevriləcək.
Nigar Orucova
İki sahil.- 2025.- 29 noyabr, ¹218.- S.2.