Bütün yollar Zəngəzur dəhlizinə aparır

 

Yeni müasir magistral yollar artıq işğaldan azad edilmiş bölgələrin arteriya damarına çevrilib

 

Bu, bir həqiqətdir ki, hansı ölkənin yolları abaddır nəqliyyat əlçatanlığı yüksəkdir, orada iqtisadi inkişaf da davamlıdır. Məhz bu səbəbdəndir ki, Qarabağ Şərqi Zəngəzur işğaldan azad olunandan dərhal sonra Prezident İlham Əliyevin Fərman sərəncamları ilə yolların çəkilişlərinə başlanıldı.  Bununla da bölgənin dirçəlişi oraya köçən keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasının əsası qoyuldu.

Digər önəmli məqam isə Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının yollarının ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizinin (Orta Dəhliz) üzərində olmasıdır. Yəni, yolların funksionallığı bu bölgənin beynəlxalq əhəmiyyətliliyini artırır. Eyni zamanda, yeni tikilən yolları unikal edən ən vacib məqam tunellərin inşasıdır. Əvvəllər tikilən yollarda tunellər çox az olduğu halda, yenilərində bunun uzunluğu 70 kilometrdən çoxdur. Tunellər yolun qısalmasına imkan yaratdığı kimi, sərt aşırımları daha rahat keçməyə imkan verir ki, bu da sürücülərin təhlükəsizliyi üçün vacibdir.

Xatırladaq ki,  Ermənistanın 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktına imza atması ilə döyüş əməliyyatları yekunlaşdı bu hadisədən 6 gün sonra Prezident İlham Əliyev Vətən müharibəsinin simvoluna çevrilən Şuşaya gedən yolun təməl daşını atdı. Bir il tamam olmamış bütün inşaat norma qaydalarına uyğun tikilən yol sürücülərin ixtiyarına verildi. Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya asfalt-beton örtüklü yolla getmək əlçatan oldu. 101 kilometr uzunluğunda yolun üzərində qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının tikilməsi isə onun önəmini ikiqat artırdı. Məhz yolun aeroportun istifadəyə verilməsi ilə Bakı Şuşa arasında məsafə qısaldı. Şuşaya gediş-gəlişin asanlaşması tarixi şəhərimizi bir sıra vacib beynəlxalq tədbirlərin ev sahibinə çevirdi.

Ümumiyyətlə, 2025-ci ilin yanvarına kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işğaldan azad olunmuş ərazilərdə 44 layihə icra edib ki, bunlardan da 6-nın tikintisi başa çatdırılıb. Uzunluğu 254.2 kmçatan Zəfər yolu, Tərtər-Çaylı-Suqovuşan, Füzuli-Hadrut, Bərdə-Ağdam, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu təhvil verilib. 38 layihənin icrası isə sürətlə davam edir. 44 layihənin tamamlanması üçün hədəf  2026-cı ildir. Bu layihələr yekunlaşdıqdan sonra Qarabağ Şərqi Zəngəzurdakı yol şəbəkəsinin uzunluğu 3040 kilometri ötəcək.

Əhmədbəyli-Füzuli-Şuşa yolu təqribən 82 kilometr uzunluğundadır ki, bu da Zəfər yolu ilə müqayisədə 20 kilometr daha az məsafə deməkdir. 1-ci texniki dərəcəyə uyğun tikilən yolda 9 viaduk, 7 tunel bir o qədər sayda avtomobil körpüsü olacaq. Bu il təhvil verilməsi planlaşdırılan yolda 30 yeraltı keçid quraşdırılacaq, aşırımlar isə Zəfər yolu ilə müqayisədə çox az olacaq. Həmçinin Xankəndi-Şuşa-Laçın avtomobil yolu 3 böyük şəhəri daha qısa məsafədə birləşdirmək üçün tikilir. Uzunluğu 34 kilometrdir üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxtəlif ölçülü diametrli suötürücü borular inşa olunacaq. Bu yol 2026-cı ildə təhvil veriləcəkdir. Ağdam-Füzuli avtomobil yolunun açılması ilə Ağdamdan Füzuliyə təqribən 1 saata çatmaq mümkün olacaq. Tikilib istifadəyə verilən Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli yolu Ağdam, Ağcabədi, Füzuli ərazisindən keçməklə, bölgədə sosial-iqtisadi inkişafa təkan verəcək, gediş-gəlişi asanlaşdıracaq. 82 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl Kəlbəcər rayonlarını birləşdirəcək. Həmçinin bu yol  ölkənin ikinci böyük şəhəri Gəncə ilə Kəlbəcər arasındakı məsafəni qısaldacaq. Bu layihəni digərlərindən fərqləndirən ən önəmli xüsusiyyət çətin dağlıq relyefdə icra olunmasıdır. Yolun 16-cı km-dən Murovdağ silsiləsi başlanır yüksəklik 1900 m-dən Murovdağ zirvəsinədək - 3250 m-ə qədər artır. Bütün çətinliklərin qarşısını almaq üçün Murovdağ silsiləsinin altından 11.7 km-lik tunel çəkilir. Kəlbəcər-Laçın avtomobil yolu Laçın Beynəlxalq Limanına gələnlərin işini asanlaşdıracaq. Yolda 10 tunel inşa ediləcək. Başlanğıcını Kəlbəcərin Qamışlı kəndindən götürən yolun uzunluğu Laçına qədər təqribən 76 kilometrdir.

80 kilometr uzunluğa malik olacaq Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu da layihəyə uyğun çəkilir. Bundan başqa, uzunluğu 40 kilometrə yaxın olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayılın Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavən rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yol boyunca layihəyə uyğun olaraq 6 yeni avtomobil körpüsü inşa edilir. Tikinti zamanı ətraf mühit diqqətdən kənarda qalmayıb. Belə ki, faunaya dəyəcək zərəri önləmək üçün 11 yerdə yeraltı yolötürücülərin tikintisi aparılır. Bu istiqamətdə həyata keçirlən digər layihə isə Hadrut-Tuğ-Azıx mağarası avtomobil yoludur. Bu yolun yenidən qurulması ilə 22 kilometr məsafə qət etməklə Azıx mağarasına çatmaq mümkün olacaq.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla  Zəngilanı Azərbaycanın digər rayonları Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Təqribi uzunluğu 124 kilometrdir. Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Uzunluğu 69 kilometrdən bir qədər artıq olan  Xudafərin-Qubadlı-Laçın avtomobil yolu Qubadlı Laçın şəhərləri daxil olmaqla, hər iki rayonun 30-dan artıq yaşayış məntəqəsində məskunlaşanların gediş-gəlişini asanlaşdıracaq. Burada 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun inşaat işləri aparılır. 46 dairəvi, 12 düzbucaqlı boru 12 yeraltı keçid tikilib, 1040 metr istinad divarı inşa olunub. Buradan ayrılan Qubadlı-Laçın yolunun da tikintisi sürətlə davam etdirilir. Onun uzunluğu isə 25 kilometrə bərabər olacaq.

Altı şəhərin - Şuşa, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər Cəbrayılın daxili yollarının layihələndirilməsi tikintisi işləri davam etdirilir. Cari ilin əvvəlinədək Laçında  artıq 60 km daxili küçə yollar yenilənib. Qarşıdakı müddətdə Şuşada 1-ci mərhələdə 17 km, Qubadlıda 24, Zəngilanda 16, Kəlbəcərdə 19, Cəbrayılda 24, Füzulidə 18 kilometr yarım, Ağdamda isə 59 kilometrə yaxın şəhərdaxili yolun bərpası hədəflənir.

Qarabağ Şərqi Zəngəzurda magistaral yollarla bərabər, dəmir yollarının da yenilənməsi bərpası sürətlənib ki bu da  sənaye parklarının əhəmiyyətini artırır. Belə ki, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolları beynəlxalq nəqliyyat dəhlizləri üzərində tikilir. Artıq Bərdə-Ağdam xətti üzrə işlər tamamlanıb, vağzal kompleksi istifadəyə veriib.  Horadiz-Ağbənd xəttində isə ikinci mərhələ üzrə işlər sona yetməkdədir. Hazırda son 25 kilometrdə süni qurğuların tikintisi davam etdirilir. Cari ilin dekabr ayına kimi Ağbəndə qədər bütün işlər yekunlaşmış olacaq. Bu xətdə uzunluğu 771 metr olmaqla ölkənin ən böyük dəmir yol körpüsü 1031 metr uzunluğunda dəmiryol tuneli tikilir.

Faktlardan da göründüyü kimi, istifadəyə verilmiş ən mükəmməl magistral yollar artıq  Qarabağın Şərqi Zəngəzurun arteriya damarına  çevrilib. Əslində, bu magistral yollar həm qlobal layihə olan Asiyadan Avropaya kimi uzanan Orta  Dəhlizin effektliliyinə xidmət edəcəkdir. Necə deyərlər, bütün yollar Qarabağa Zəngəzura aparır.

 

Elçin Zaman

 

İki sahil.- 2025.- 29 noyabr, ¹218.- S.3