Avrasiyanın stratejikörpüsü

 

Ölkəmiz artıq regional logistika nəqliyyat mərkəzi statusunu daha da möhkəmləndirib

 

Azərbaycan Orta Dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini açmaqla Avropa bazarlarına birbaşa çıxış əldə etmiş, Asiyadan gələn yüklərin böyük hissəsinin ölkəmiz üzərindən Avropaya daşınmasına imkan yaratmışdı. Orta Dəhliz layihəsi geostrateji reallıqlar baxımından Avropa ilə Asiya qitələrini birləşdirən ən qısa, təhlükəsiz, ucuz rahat quru nəqliyyat marşrutudur. Zəngəzur dəhlizi xətti - başqa adı ilə TRIPP (The Trump Route for International Peace and Prosperity)  - Orta Dəhlizin ayrılmaz parçasıdır.

Bu dəhlizi Çindən başlayaraq Mərkəzi Asiyanı Xəzər regionu, Azərbaycan, Ermənistan, Azərbaycanın dilbər guşəsi Naxçıvandan Türkiyəyə keçməklə Avropa ilə birləşdirən sosial-iqtisadi, geosiyasi geostrateji xüsusiyyətlərə malik geniş dəmiryol şəbəkəli dəhlizə çevriləcək. Bu dəhliz kifayət qədər böyük iqtisadi potensiala təbii resurslara malik olan regionları bir-biri ilə birləşdirəcək. Dəhliz Naxçıvan Muxtar Respublikası Türkiyə ilə əlaqələri gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq, Orta Asiya türk dövlətlərini Azərbaycanı uzun illərdən sonra quru yolla strateji iqtisadi baxımdan Türkiyə Respublikası ilə əlaqə yaradacaq. Dəhliz, həmçinin bütün regional ticarətə müsbət təsir edəcək, Çindən başlayıb Böyük Britaniyaya, Pekindən başlayıb Londona kimi onlarla  dövlət arasında ticarət əlaqələrinin genişlənməsinə yardımçı olacaq.

Məlumdur ki, bu gün dünya ticarətinin təxminən 80 faizi su nəqliyyatı vasitələri ilə daşınır. Çindən Avropaya daşınan yüklər okeanlar vasitəsilə iki aya, bugünkü siyasi məsələlər olmasa, Trans-Sibir marşrutu ilə bir aya, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu (bəzən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi deyilir) vasitəsi ilə isə 12-14 günə ünvanına çatdırılır. “Zəngəzur dəhlizi strateji layihədirdeyən Prezident İlham Əliyev vurğulayıb  ki, bu dəhlizin reallaşması tarixi zərurətdir: “Ona görə mən dedim ki, Ermənistan istəsə , istəməsə bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun daha tez olsun”. Azərbaycan Prezidenti  İlham ƏliyevinMən nəyi, zaman edəcəyimi yaxşı bilirəmdəyərli kəlamları bu gün öz həllini tapır. Qısa müddətdə Zəngəzur dəhlizinin Azərbaycanın Ağbənd qəsəbəsindən İran İslam Respublikasına keçən iki xətdən ibarət çəkiləcək dəmir yolu xətti ilə (Araz dəhlizi), həm Qərbi Zəngəzurun Mehri rayonunun ərazisindən keçəcək dəmir yolu (Tramp dəhlizi -TRIPP marşrutu) ilə daşınan yüklərin miqdarı 15 milyon tona, gələcəkdə isə 25 milyon tona çatdırılacağı proqnozlaşdırılır. Məhz bu baxımdan həm ABŞ, həm Avropa Orta Dəhlizin İkinci qolu olan Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Bugünlərdə Özbəkistanda səfərdə olan Avropa Komissiyasının komissarı Jozef Sikela deyib ki, Avropa İttifaqı (Aİ) Trans-Xəzər marşrutuna həmişə bir xətt deyil, şəbəkə kimi baxıb. O qeyd edib ki, Zəngəzur dəhlizi şəffaf əməkdaşlıq ruhunda inkişaf edərsə, mövcud əlaqələri tamamlaya bilər: “Onun potensialı əlavə tranzit variantının təklif edilməsində, mövcud marşrutlarda tıxacın azaldılması regional ticarətin ümumi dayanıqlığının artırılmasındadır. Mərkəzi Asiya üçün daha çox marşrut seçimi daha böyük sabitlik qlobal bazarlara daha rəqabətli çıxış deməkdir”. Avropa Komissiyası komissarı əlavə edib ki, Mərkəzi Asiya Cənubi Qafqaz arasında daha sıx koordinasiya strateji əhəmiyyət kəsb edir Avropa İttifaqının yeni Qara Dəniz Strategiyasının gündəliyinə tam uyğundur: “Prosedur, standart rəqəmsal sistemlərin daha yaxşı uyğunlaşdırılması Transxəzər marşrutunu biznes üçün daha sürətli proqnozlaşdırıla bilən hala gətirərdi. Bu, həmçinin logistika, liman infrastrukturu, ticarətin asanlaşdırılması yaşıl nəqliyyatda birgə layihələr üçün yeni imkanlar yaradacaq”. Onun sözlərinə görə, Avropa üçün bu, daha etibarlı çoxşaxəli Şərq-Qərb əlaqələri region üçün daha güclü iqtisadi əlaqələr daha böyük sabitlik deməkdir.

Qarabağ münaqişəsinin həlli bölgədə yeni reallıqların yaranması fonunda Bakı bu dəhlizi regionun inteqrasiyasına əməkdaşlığına xidmət edən layihə kimi təqdim edir. Azərbaycanın enerji nəqliyyat sahəsində qazandığı təcrübə göstərir ki, Bakı artıq təkcə regional oyunçu deyil, həm qlobal tranzit şəbəkəsinin vacib iştirakçısına çevrilib. Avropa İttifaqı üçün Azərbaycanın bu mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Çünkiözünü yeni enerji nəqliyyat yolları ilə təmin etməkdə maraqlıdır. Onu da qeyd edək ki, Avropa İttifaqı son illərdəQlobal Gateway” təşəbbüsünü irəli sürərək Asiya ilə Avropa arasında yeni nəqliyyat marşrutlarının qurulmasına xüsusi diqqət ayırır. Məqsəd yalnız Çinin “Bir kəmər, bir yollayihəsinə alternativ yaratmaq deyil, həm dayanıqlı, təhlükəsiz çoxşaxəli kommunikasiya yolları formalaşdırmaqdır. Bu mənada Zəngəzur dəhliziüçün unikal imkanlar açır. Bir tərəfdən, dəhliz Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək, digər tərəfdən, yükdaşımaların vaxtını məsafəsini xeyli qısaldacaq. Bu isə Avropa şirkətləri üçün əlavə iqtisadi üstünlüklər deməkdir. Avropa İttifaqı üçün bu, təkcə ticarət marşrutu deyil, həm strateji əhəmiyyətli alternativdir. Məsələn, Rusiya üzərindən keçən şimal dəhlizi hazırda siyasi risklər səbəbindən problemli vəziyyətdədir. İran üzərindən cənub marşrutu isə sanksiyalar qeyri-sabitlik səbəbindən dayanıqlı hesab olunmur. Belə şəraitdə Zəngəzur dəhlizi Avropa üçün etibarlı seçim kimi ön plana çıxır. Gördünüyü kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün siyasi iqtisadi-lojistin üstünlük qazandırmayacaq, ümumilikdə region regiondankənar qüvvələrə yeni imkanlar açacaq.

 

Sevinc Azadi

 

İki sahil.- 2025.- 29 noyabr, ¹218.- S.5.