Azadlığın 5
ili:
Zəngilan inkişaf
edir, çiçəklənir...
27 ildən çox erməni işğalı altında olan Zəngilan rayonunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilməsindən 5 il ötür. Şanlı ordumuz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyytalara başlayaraq rayonun 1 şəhərini, 4 qəsəbəsini və 49 kəndini işğaldan azad etdi.
Azərbaycan Ordusunun Zəngilan rayonunun
yaşayış məntəqələrini işğaldan
azad etməyə başlaması barədə xəbəri
Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza
müraciətində bəyan etdi. Dövlət
başçısı daha sonra şanlı Azərbaycan
Ordusunun Zəngilan rayonu ərazisinə daxil olduğunu,
yaşayış məntəqələrinin, Havalı, Zərnəli,
Məmmədbəyli, Həkəri, Şərifan,
Muğanlı kəndlərinin və Zəngilan şəhərinin
işğaldan azad olunduğunu elan etdi: “ Şanlı Azərbaycan
Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və
yaşayış məntəqələrinin azad olunması təmin
edilib. Zəngilan rayonu ərazisində yerləşən
yaşayış məntəqələrinin adlarını
çəkirəm: Havalı kəndi, Zərnəli kəndi,
Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan
kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri!
Zəngilan bizimdir! Qarabağ bizimdir!
Əziz xalqım, əziz zəngilanlılar,
füzulililər, xocavəndlilər, cəbrayıllılar və
işğal edilmiş digər rayonların sakinləri, biz
öz missiyamızı yerinə yetiririk. Düşmənə
layiqli cavab veririk. Düşməni cəzalandırırıq.
Düşmən bizim qarşımızda acizdir. Düşmənin
belini qırırıq, qıracağıq! Qarabağ bizimdir!
Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan
xalqına!”
2020-ci il dekabrın 23-də Prezident İlham
Əliyev Zəngilanda Azərbaycan Bayrağını
ucaldıb. 2023-cü il iyulun 31-də isə dövlətimizin
başçısının imzaladığı Sərəncama
əsasən şəhərin işğaldan azad edildiyi 20
oktyabr tarixi hər il Zəngilan
Şəhəri Günü kimi qeyd olunur. Zəngilanın
işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi
tam bərpa edilib. İşğal altında qalmış 132
kilometr sərhəd bərpa olunub. Müharibədən dərhal
sonra sərhəd boyunca bütün lazımi istehkam,
mühafizə işləri görülməyə
başlanıb. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad
olunmasına görə” medalı təsis edildi. Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları
ilə Zəngilan rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət
nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın
azad olunmasına görə” medalı ilə təltif olunub.
Müharibədən dərhal sonra azad
olunmuş bütün bütün rayonlarımızda
olduğu kimi, Zəngilanda da sosial-iqtisadi inkişaf, abadlıq
və quruculuq işlərinin yüksək səviyyədə
icrasına başlanıldı.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın Qarabağa və Şərqi Zəngəzura
davamlı səfərləri zamanı həyata keçirilən
təməlqoyma və açılış mərasimləri,
reallaşdırılan digər layihələr bunu deməyə
əsas verir. Ölkəmizin başçısının təşəbbüsü
ilə burada salınan ilk
“Ağıllı kənd” - Ağalı kəndi təkcə
müasir texnologiyaların deyil, həm də dövlət
siyasətinin mərkəzində insanın
dayandığını göstərən bir nümunəyə
çevrildi. Zəngilanda aparılan yenidənqurma işləri
bu gün uğurla davam edir. Ağalı kəndində sakinlər
öz həyatlarına davam edir, məktəbdə dərslər
keçirilir. Zəngilan Konqres Mərkəzi Kompleksinin
açılışı olub. Oxçuçayın rayon ərazisindən
keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su
Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən
Zəngilan şəhər məscidi inşa edilib. Kənd
meydanında Dövlət Xidmətləri Mərkəzi
yaradılıb. Zəngilanın bərpası və yenidən
qurulması işləri sürətlə davam edir. İlk
pilot layihə Ağalı kəndində icra olunub, burada 200 ev
salınmış, məktəb, bağça, tibb məntəqəsi,
“ASAN”, “DOST” xidmətləri və kiçik-orta biznes
infrastrukturu yaradılmışdır. 2022-ci ilin may ayında
ilk sakinlər doğma torpaqlarına qayıtmış,
Böyük Qayıdış layihəsi çərçivəsində
175 ailənin- 871 nəfərin məskunlaşması təmin
olunmuşdur. Ötən il mayın 18-də Ağalı kəndində,
Həkəri çayı sahilində yerləşən
“Ağalı” hoteli istifadəyə verilib. “Dost Aqropark” layihəsi
isə bölgədə kənd təsərrüfatını
canlandırır, 500 nəfərin işlə təmin
olunmasına imkan yaradıb. Bu layihə Zəngilanın sosial
və iqtisadi həyatının bərpasında böyük
rol oynayır, insanlara doğma yurdlarında yaşamaq və
işləmək imkanı verir.
Göründüyü kimi, bu gün Zəngilanda
tikinti-quraşdırma, bərpa işləri geniş vüsət
alıb. Görülən bərpa-qurucluq
işləri sayəsində tezliklə ölkəmizin iqtisadi
inkişafınd da böyük rol oynayacaq Zəngilan rayonunun ərazisindən
keçən nəqliyyat yolları beynəlxalq
yükdaşımada və Naxçıvanla Azərbaycanın
əsas hissəsinin birləşdirilməsində
böyük rol oynayacaq. Bütün bunlar xaqlımızın
qəlbini böyük fərəh hissi ilə doduraraq
işıqlı sabahlara güclü inam yaradır.
Zahid Rza
İki sahil.- 2025.- 22 oktyabr, ¹191.- S.5.