Vətən igid oğlunu
unutmayacaq
Qəhrəmanlıq
dastanı
Əzizinəm Qarabağ,
Qarabağda qara bax.
Cavanlar şəhid oldu,
Qana döndü Qarabağ.
Şəhidlər Vətən var olduqca, əsrlər boyu bugünkü və gələcək nəsillərin ürəyində, qürurunda, Vətənin hər qarışında, qalib ölkənin adında əbədi yaşayacaqlar.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Vətən, torpaq uğrunda şəhid olanların keçdiyi döyüş yolundan bəhs edən əsərlərin yazılması, filmlərin çəkilməsi, şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək və onu yeni nəslə konkret faktlarla çatdırmaq üçün bir çox kitabların yazılması bu günümüzdə böyük əhəmiyyət kəsb edən məsələlərin ən vacibidir.
Şəhid mayor Rüfət Mürvət oğlu Əsgərov 1981-ci il dekabrın 1-də Qubadlı rayonunun Aşağı Mollu kəndində doğulmuşdur. 1993-cü ildə bədxah və nankor düşmənin Qubadlını işğal etməsi nəticəsində el-oba doğma yurdlarından didərgin düşəndə Rüfətin 12 yaşı vardı. Əsgərovlar ailəsi Bakıda yaşasa da, Rüfət yay aylarında Aşağı Molluda - baba və nənəsinin yanında olurdu, onların sevimli nəvəsi idi. O, 1988-1996-cı illərdə Xətai rayonunun Ə.Əliyev adına tam orta məktəbində təhsil alıb. Rüfət böyüdükcə Vətənimizin cənnət guşəsi Qarabağın və onun ətrafındakı Vətən torpaqlarının düşmən tərəfindən işğal olunması onun milli ruhda, vətənpərvər böyüməsində böyük rol oynadı. Ona görə də 1996-1999-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi litseydə təhsil alır. Daha sonra hərbi biliklərini möhkəmləndirmək, həyat yolunu peşəkar hərbçi kimi davam etdirmək üçün 1999-2003-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbin sirrlərinə yiyələnir.
Ali təhsilini uğurla başa vuran Rüfət leytenant hərbi rütbəsi ilə 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqanda yerləşən, baş leytenant rütbəsi ilə 2009-2012-ci illərdə Ağcabədi rayonundakı “N” saylı hərbi hissələrdə xidmət edib. Daha sonra – 2012-2014-cü illərdə kapitan hərbi rütbəsində Gəncə şəhərində, 2014-cü ildə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissələrdə şərəfli işini davam etdirib. 2014-cü ildə Rüfət Əsgərova nümunəvi xidmətinə görə mayor rütbəsi verilib. Həmin ildən Heydər Əliyev adına Hərbi Məktəbdə “Kəşfiyyat” kafedrasının baş müəllimi kimi gənc hərbçilərə hərbin sirrlərini öyrətməyə başlayıb.
Rüfətin döyüş yolu Xüsusi Təyinatlı Qüvvələrdən keçib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanan ikinci Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, bir gün ərzində döyüş dostları ilə birgə üç strateji postu Azərbaycan Ordusunun nəzarəti altına alınmasında xüsusi igidlik göstərib.
Hər qələbə düşmənə dərs,
Hər qələbə salacaq səs.
Qoyma, düşmən alsın nəfəs,
Yor, qoluna qurban olum!
Vur əsgərim!
Vur, qoluna qurban olum!
Babasının qəbri Qubadlıda
olduğundan Qubadlının
işğaldan azad olunmasını valideynlərnə
birinci xəbər verməyi arzulayırdı.
Hətta atasına Qubadlıda kabab qonaqlığı
verəcəyinə söz
vermişdi.
Rüfət Əsgərov nankor
və tamahkar düşmənin kabusuna çevrilən Vətən
qəhrəmanlarındandır. Atası Mürvət müəllim mənimlə
söhbətində vurğulayır
ki, oğlu hələ
yaşlarından vətənpərvər
idi. Həm də ətrafındakı
uşaqlar da onun kimi böyüyürdü.
Müəllim olanda da
öz xarakterinə uyğun hərbçilər
yetişdirirdi.
Atası
ilə görüşəndə
dediklərindən:“Rüfət kəşfiyyatçı olduğuna
görə hər işi yüz ölçüb bir biçərdi, çox ciddiydi. Düşmənlə
üzbəüz, həyatı
təhlükədə olanda
belə soyuqqanlığını,
hərbçi təmkinini
itirməzdi. Təmas xəttində olmuşdu, müxtəlif tapşırıqlar
yerinə yetirmişdi,
işlədiyi kollektivdə
həmişə aparıcı
rol oynayırdı, ancaq bizə danışmazdı. Müharibə
vaxtında telefon danışığımız 8-10 saniyə çəkərdi.
Dosyesində “kəşfiyyat
və əks-kəşiyyat
rəisi” yazılmışdı.
Özünün igidliyini
vəzifə borcu bilərdi. Bu məni və onu yaxından
tanıyanları, döyüş
dostlarını qürurlandırırdı.
2014-cü ilin avqustunda
Tovuzda gedən döyüşlərdə 3-4 gün
ona zəng çatmadı. Qızğın
döyüşlər vaxtı
ön cəbhədəki
döyüşçülərə yemək aparırdı. Oğlum bütün hərbçilərə örnək
olan şəhid, Azərbaycanın Milli Qəhrəmanı
general-mayor Polad Həşimov
və şəhid polkovnik-leytenant Raquf Orucovla, eləcə də bütün şəhidlərimizlə qürur
duyurdu. Bir gün onların qısasını
alacağam deyirdi və aldı da”.
Qardaşı Nicat deyir ki, qardaşımın Vətən
sevgisi danışmaqla
bitməz. Sonuncu dəfə elə qardaşı ilə danışarkən övladlarını
da ona əmanət edib.
Ömür-gün yoldaşı Arzu
Əsgərovanın dediyinə
görə, Rüfət
Vətənə, torpağa,
elə-obaya bağlılığı
və sevgisini daim övladlarına aşılayırdı. Şəhidin
Vətənə əmanət
iki övladı böyüyür. Xansuvar və Zəhra .Oğlu deyir
ki, atam müharibənin
başlamasını səbirsizliklə
gözləyirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan
Respublikası silahlı
qüvvələrinin ölkəmizə
qarşı törətdiyi
növbəti hərbi
təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı
Qüvvələri qətiyyətli
əks-hücum əməliyyatlarına
başlamış və
Azərbaycan Respublikasının
bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər
ərazilərini işğaldan
azad etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş
Komandanı, Azərbaycan
Respublikasının Prezidenti,
uzaqgörən siyasətçi,
qətiyyətli və
cəsarətli rəhbər,
Azərbaycan Silahlı
Qüvvələrinin Ali Baş
Komandanı, Azərbaycan
Respublikasının Prezidenti
müzəffər cənab
İlham Əliyevin uzaqgörən
siyasəti, qətiyyəti
və cəsarəti,
rəşadətli Ordumuzun
igidliyi, iqtidar-xalq birliyinin möhkəmliyi nəticəsində
həyata keçirilən
uğurlu hərbi əməliyyatlar zamanı
44 gün ərzində
Vətən torpaqları
işğaldan azad edildi.
Qorudu yurdunu, səltənətini,
Göstərdi yağıya güc-qüdrətini.
Qazandı xalqının məhəbbətini,
Ali Baş Komandan, qalib ordumuz.
Vətənimizin ərazi bütövlüyü
təmin edildi, müstəqilliyimizə təhlükə
və təhdidlərin
qarşısı qətiyyətlə
birdəfəlik alındı.
Azərbaycan xalqı tarixinin qızıl səhifəsini yazdı.
Bu unudulmaz və əbədi Zəfərin
əldə olunmasında
payı olan Vətən oğullarından
biri də mayor Rüfət Əsgərovdu.
Zəngin
və şərəfli
döyüş yolu keçmiş Rüfət
Əsgərov 2020-ci ilin
oktyabrın 14-də torpaqlarımızın
azad edilməsi uğrunda döyüşlərdə
Ağdərə şəhəri
istiqamətində, Tərtər
rayonunun Ballıca kəndi ərazisində, qəhrəmanlıqla vuruşaraq,
döyüş tapşırığını
yerinə yetirərkən
xain düşmən gülləsinbə tuş
gəlib, şəhidlik
kimi ali məqama yüksəlib. Bakıda, ikinci Fəxri Xiyabanda dəfn olunub.
Sevdin torpağının hər
qarışını,
Öyrəndin onunla bir can olmağı.
Vətənçün qaldırdın
Haqq savaşını,
Bacardın bu yolda qurban olmağı.
Qeyrətə səslədi səni
ürəyin,
Onsuz da bu istək könlündəydi
ki.
Bir Haqqa bağlıydı arzun, diləyin,
Qarabağ yolunda ölüm
nəydi ki?!.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatıldığı
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti
İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına
əsasən Rüfət
Əsgərov ölümündən
sonra “Vətən
uğrunda” medalı ilə təltif edilib.
Şəhid mayor Rüfət Əsgərov
ordudakı misilsiz xidmətlərinə görə
həmçinin III dərəcəli
“Qüsursuz xidmətə
görə” medalı,
II dərəcəli “Qüsursuz
xidmətə görə”
medalı, I dərəcəli
“Qüsursuz xidmətə
görə” medalı,
“Azərbaycan Silahlı
Qüvvələrinin 90 illiyi”
yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”
yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı “Rəşadət”
ordeni ilə də təltif edilib.
2020-ci il noyabrın 8-də qazanılan
möhtəşəm Qələbədən
– Zəfərdən sonra
şəhid Rüfət
Əsgərovun ailə
üzvləri şəhidin
doğulduğu Qubadlı
rayonunun Aşağı
Mollu kəndinə səfər edib. Kövrək və qürurlu hisslərin qanadında doğma yerlərə səfər
hamının qəlbində
bir nisgil yaratmışdı. Ona görə
ki, bu səfərdə
Rüfət iştirak
etmirdi, ancaq onun ölməz ruhu ailə üzvləri ilə birgə doğma torpaqlardaydı.
Rüfətin həyat yoldaşı
Arzu Əsgərova: “Sözün düzü, ürəkdən sevinə
bilmirəm burda. Kaş özü ilə gələrdim. Axı mənə söz vermişdi. O, ilk dəfədir sözünü
tutmur. Çünki onun ən böyük
arzusu bizimlə birlikdə doğulub göz açdığı
Aşağı Molluya
gəlməyi idi.
Rüfətlə müharibə başlayandan
oktyabrın 12-nə qədər
mütəmadi olaraq əlaqə saxlaya bilirdim. Danışmasaq
da, ən azından məktublaşırdıq. Ayın
13-ü Rüfətə zəng
çatmadı. Çox
narahat qaldım. Başa düşürdüm
ki, cəbhə zonasında
rabitə olmaya bilər. O, eyni zamanda əks-kəşfiyyatçı
idi. Lakin ayın
14-ü şəhid olması
xəbərini aldım.
Mən hələ də onun yoxluğuna
inanmıram”.
Şəhidin oğlu Xansuvar deyir ki, o, bu həyatda təkcə atasını yox, həm də ən yaxın dostunu, sirdaşını
itirib: “Atamla həmişə fəxr etmişəm. Cəbhədə
başqa, ailədə
tam başqa idi, bizimlə nəfəs alırdı. Hərbçi
övladı olmaq özü böyük məsuliyyətdir. O, bizə
Qubadlıdan çox danışıb. Həmişə
deyirdi ki, sənə uşaqlıq illərimizin
keçdiyi yerləri
göstərəcəyəm. Həkəridə balıq
tutmağı arzulayırdı.
Mənimlə yaxın
dostu kimi davranardı. Ata-oğul münasibətindən başqa
dost münasibətimiz vardı.
Bizimlə vaxt keçirməyi xoşlayardı.
Axırıncı görüşümüzdə
məndən halallıq
istədi, ailəni sənə əmanət edirəm, dedi Yaman pis oldum,
ürəyimə nəsə
damdı. Şəhid
övladı olmaq çox qürurludur”.
Qızı Zəhra atası
başda olmaqla, bütün şəhidlərlə
qürur duyduğunu söyləyir:
“Atam heç vaxt mənim xətrimə dəyməyib.
Və imkan da verməzdi ki, qanıqara oturum. Üzümün daim gülməsi üçün əlindən
gələni edirdi. O döyüşə gedəndə
nə qardaşımın,
nə də mənim xəbərim olub. Biz həmin vaxt yatmışdıq. Atamın şəhid olduğunu anamdan eşitdim. Mən özümü toparladım,
ağlamadım. Çünki
istəmirdim ki, heç
kim mayor Rüfət Əsgərovun qızını
zəif görsün.
Yalnız dəfn mərasimindən sonra hər gecə hamıdan gizlin için-için ağlayırdım.
Mərhəmətli, qayğıkeş
ata idi”.
Şairə Rəfiqə İsaqqızının
müəllifi olduğu
“Zülmətdən doğan
Günəş” kitabı
şəhid mayor Rüfət
Əsgərovun əziz
xatirəsinə həsr
olunub.
Rüfət həm də Azərbaycanın kyokuşin
karate ilə məşgul
olan tanınmış
idmançısı idi.
Atası
Mürvət müəllimin
dediklərindən:
“Qaraheybətdə - Bakı
Ali Məktəbinin Təlim
və Tədris Mərkəzində oğlum
kursantlarına məcburi
güllə atıcılığı
öyrədirdi. Niyə
belə etdiyini soruşanda deyirdi ki, kursantlarım gərək
heç vaxt çətinə düşməsin.
Rüfəti tanıyanların
dediyinə görə,
o, həmişə əsgərlərdən
qabaqda, özü də dik gedirdi.
Liderlik xüsusiyyəti
vardı. Düşmənin
arxasına keçib
3 postu alır, üçüncü postdan
məruzə edəndə
vurulur. Meyidi üç gün orada qalır. Onun meyidini döyüş
dostları tapşırıqla
yox, özləri öz təşəbbüsü
ilə döyüş
meydanından götürdülər.
O, hörmət və
nüfuz qazanmışdı.
Biz 39 yaşında o gözəllikdə,
mərd oğlumuzu itirdik. Amma dünya hərb tarixinə düşən şanlı
qələbə, düşməni
kapitulyasiyaya məcbur
edən bəyannamə
imzaladıq, Zəfər
xalqımıza, iqtidara,
ordumuza güvən, qürur gətirdi”.
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Qəhrəmanlar canını fəda edir ki, Vətən, xalq yaşasın, torpaq düşmən tapdağında olmasın.
Torpaq su ilə qarışanda palçıq, şəhid
qanı ilə qarışanda Vətən
olur. Xalqımızın
ilahi təfəkkürünə
görə, Vətən
ürəkdən başlayır,
şəhidliklə bitir.
Şəhid xalqın
güvən yeri, qürur mənbəyidir, şəhidlik tarixin qızıl səhifəsidir.
Ona görə də şəhidlər ölmür,
nə qədər Vətən, xalq yaşayır, o da var olacaq.
Vətən uğrunda ən
şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə
yüksələn Rüfətin
və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların
xatirəsini qədirbilən
xalqımız unutmayacaq.
Şanlı Zəfər sevincindən
sonra “Şəhidlər
ölməz, Vətən
bölünməz!” şuarı
dilimizdən düşmür.
Şəhidlərimizin, qazilərimizin
qanı, canı bahasına xalqımız
30 illik həsrətə,
nisgilə son qoydu. Əminik ki, müstəqilliyimiz
əbədi olacaq, şanlı üçrəngli
bayağəmız həmişə
yüsək yerlərdə
dalğalanacaq. İndi şəhidlərin
ruhları sevinir, uca məqamdan Vətənin hər qarışını azad
və firavan görürlər, onların
uğrunda canını
fəda etdiyi amallar artıq gerçəyə gevrilib.
GÜLLÜ
ELDAR TOMARLI,
Mirvarid Dilbazi Poeziya Məclisi
İctimai Birliyinin sədri,
şair-publisist
İki sahil.- 2025.- 11 oktyabr, ¹184.- S.8.