Azərbaycan
Respublikasında
Statistikanın
inkişafı
20 oktyabr – Ümumdünya Statistika
Günüdür
Hər 5 ildən bir 20 oktyabr tarixi
bütün dünyada olduğu kimi, Azərbaycanda da
Ümumdünya Statistika Günü kimi qeyd olunur. Bu
günün təsis edilməsi haqqında qərar BMT Baş
Assambleyasının 64/267 saylı qətnaməsi ilə 3 iyun 2014-cü ildə qəbul
edilmişdir. Məqsəd cəmiyyətin bütün sahələrində
statistik məlumatların əhəmiyyətinə diqqət
çəkmək, dayanıqlı inkişafın təmin
edilməsində dəqiq və etibarlı məlumatların
rolunu vurğulamaqdır.
Bu il 4-7 mart tarixlərində keçirilmiş
BMT-nin 56-cı sessiyasında 2025-ci il üçün əsas
şüar “ Hər kəs üçün keyfiyyətli
statistika ilə inkişafa təkan verək “ həm qlobal, həm
də milli səviyyədə rəsmi statisikanın sosial
iqtisadi inkişafda nə qədər vacib olduğunu göstərir.
Azərbaycanda statistikanın inkişaf mərhələsi
məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli Lider Heydər Əliyev ölkədə
statistika sisteminin inkişafına xüsusi önəm
vermişdir. O, hələ sovet dövründən
başlayaraq dövlət idarəçiliyində dəqiq və
obyektiv məlumatların əhəmiyyətini
vurğulamışdır. Ulu Öndərin sözləri ilə
desək: “Dövlətin idarə olunmasında ən vacib amillərdən
biri də doğru, dəqiq və obyektiv statistik məlumatlardır.
Hər bir qərar elmi əsaslara və statistik təhlilə
söykənməlidir”. Onun rəhbərliyi altında
yaradılmış hüquqi baza milli statistika sisteminin
formalaşmasına və inkişafına təkan
vermişdir. 18 fevral 1994-cü ildə qəbul edilmiş
“Statistika haqqında” Azərbaycan Respublikasının Qanununu
statistikanın inkişafında dönüş nöqtəsi
kimi qeyd etmək olar. Bu qanun ölkəmizdə rəsmi
statistikanın hüquqi əsaslarını müəyyən
etmiş, məlumatların toplanması, emalı və
yayımında şəffaflıq və obyektivliyin təmin
edilməsinə xidmət etmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev tərəfindən
statistika sahəsinə göstərilən diqqət və
qayğı nəticəsində bu istiqamətdə
mühüm nailiyyətlər əldə olunmuşdur. Ölkə
başçısı tərəfindən imzalanan Fərman və
sərəncamlar statistik sahənin dövlət səviyyəsində
inkişafına şərait yaratmışdır. Bunun nəticəsi
olaraq maddi-texniki baza gücləndirilmiş, müasir
informasiya sistemləri qurulmuş, rayon və şəhər
statistika idarələri üçün yeni inzibati binalar
tikilmişdir. 2018-ci il 7 mart
tarixində Bakı Şəhər Statistika İdarəsinin
yeni inzibati binasının açılışında cənab
Prezidentin iştirakı bu diqqət
və qayğının bariz nümunəsidir.
Ümumilikdə ölkəmizdə rəsmi
statistikanın inkişafı dövlət siyasətinin
mühüm istiqamətlərindən biridir. Müstəqillik
illərində Azərbaycan Respublikasında Statistika sahəsində
6 dövlət proqramı qəbul edilmişdir. Bu proqramlar
çərçivəsində milli statistik təsnifatların
hazırlanması, Milli Hesablar Sisteminin qurulması, elektron
stastistikanın inkişafı , sahibkarların üzərinə
düşün statistik yükün azaldılması, keyfiyyət
idarəetmə sisteminin tətbiqi, statistika orqanlarının
maddi texniki bazasının gücləndirilməsi və s.
istiqamətlərdə mühüm tədbirlər
görülmüşdür.
Ölkəmizdə Ümumdünya Statistika
Günü ilə əlaqədər müxtəlif tədbirlər,
elmi-praktik konfranslar və ictimai müzakirələr
keçirilir. 24-26 sentyabr tarixlərində Bakıda
“Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin
rolu“ mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu
keçirilmişdir. Bu Forumun keçirilməsi dövlətimizin
beynəlxalq imicinin möhkəmləndirilməsi, statistika sahəsində
qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Forumun açılış mərasimində Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov tərəfindən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirilmişdir.
Cənab Prezidentin müraciətində qeyd edilən
“Etibarlı statistik məlumatlar dayanıqlı
inkişafın təmin olunmasında, əsaslandırılmış
qərarların qəbulunda və
şəffaf idarəetmənin qurulmasında
böyük rol oynayır” sözləri statistikaya verilən
yüksək dəyərin göstəricisidir.
Ümumdünya Statistika Günü ilə əlaqədər
keçirilən tədbirlərin davamı olaraq yuxarı
sinif şagirdləri və ali məktəb tələbələri
arasında statistik olimpiada keçirilir. Olimpiadının
keçirilməsində məqsəd gənclərdə
statistikaya marağın gücləndirilməsi, bu sahədə
xüsusi bilik və bacarıqlara malik istedadlı şagird və
tələbələrin dəstəklənməsidir.
Müasir dövrdə iqtisadi, sosial, ekoloji
proseslərin sürətli inkişafı statistikadan daha
çevik və innovativ yanaşma tələb edir. Bu isə rəqəmsal
texnologiyaların geniş tətbiqi, beynəlxalq standartlara
uyğunlaşma və statistik məlumatların keyfiyyətinin
yüksəldilməsi kimi prioritetləri əhatə edir.
Bütün bunlar gələcəkdə statistika
orqanlarının qarşısında rəqəmsal transformasiyanın
sürətləndirilməsi, məlumatların keyfiyyətinin
və müqayisəliliyinin, statistik savadlılığın
artırılması, dayanıqlı inkişaf göstəricilərinin
təkmilləşdirilməsi və s. kimi vəzifələri qoyur.
İki
sahil.- 2025.- 18 oktyabr, ¹189.- S.13.