Naxçıvanın turizm imkanlarının
nümayiş
etdirilməsi məqsədilə mediatur təşkil olunub
Oktyabrın 17-də Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı,
Naxçıvan Muxtar
Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəliyinin
dəstəyi ilə muxtar respublikaya mediatur təşkil edilib.
“İki sahil”in media-turda iştirak edən əməkdaşı
xəbər verir ki, mediaturun əsas məqsədi Naxçıvanın
eko, mədəni, sağlamlıq kimi çeşidli turizm imkanlarının nümayiş
etdirilməsi, turizm əhəmiyyətli məkanlarının
geniş auditoriyaya tanıdılması, eləcə
də bölgəyə
turist səfərlərinin
təşviq edilməsidir.
Mediatur çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində
ucaldılan abidəsi
ziyarət olunub, media nümayəndələri "Şahbuz"
Dövlət Təbiət
Qoruğunun ərazisində
yerləşən Ağbulaq
Kənd Turizm-İstirahət
Bölgəsi, Batabat yaylağı, buradakı haykinq marşrutları, həmçinin Naxçıvan
şəhəri yaxınlığındakı
“Duzdağ” Fizioterapiya
Mərkəzinin fəaliyyəti
və turizm potensialı ilə tanış olublar.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 dekabr
tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023–2027-ci illər
üçün Dövlət
Proqramı”nın tədbirlər planının
icrasının təmin
edilməsi məqsədilə
Dövlət Turizm Agentliyinin “Naxçıvan
Muxtar Respublikasında
turizmin inkişafı
etdirilməsi ilə bağlı 2025-2027-ci illər
üzrə Fəaliyyət
Planı” hazırlanıb.
Bu fəaliyyət planına
uyğun olaraq, Naxçıvan iqtisadi rayonu üzrə turizmin inkişafı, muxtar respublikada turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən müxtəlif
turizm növlərinin
(qış, kənd, eko və s.) inkişaf etdirilməsi, Naxçıvana xarici turoperatorların, xarici və yerli media nümayəndələrinin səfərlərinin
təşkil edilməsi,
turizm və rekreasiya zonalarının yaradılması, bölgənin
turizm potensialının
beynəlxalq auditoriyada
tanıdılması və
digər tədbirlər
üzrə fəaliyyət
davam etdirilir.
Naxçıvana səfər çərçivəsində
"Əshabi-Kəhf" Dini-Mədəni Abidə Kompleksi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq,
Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi”, “Naxçıvanqala” Tarix-Memarlıq
Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü
türbəsi və Qafqazın ən böyük məscidlərindən
biri hesab olunan Heydər məscidi də ziyarət olunub.
Səfər müddətində media nümayəndələrinin maraq
doğuran sualları cavablandırılıb.
Orxan VAHİDOĞLU
İki sahil.- 2025.- 18 oktyabr, ¹189.- S.13.