Dövlət Statistika Komitəsində
Keyfiyyəti İdarəetmə Sisteminin Tətbiqi:
ISO 9001 standartı və
GSBPM modelinin sintezi
Müasir dövrdə məlumat cəmiyyətinin əsas dayaqlarından biri olan rəsmi statistika yalnız informasiya bazası funksiyasını yerinə
yetirmir, həm də dövlət siyasətinin planlaşdırılmasında,
strateji qərarların
qəbulunda, ictimai nəzarətin həyata keçirilməsində və
vətəndaşların məlumatlandırılmasında
mühüm rol oynayır. Bu səbəbdən statistik
məlumatların dəqiqliyi,
etibarlılığı və
keyfiyyəti onların
istifadə dəyərini
birbaşa müəyyən
edən əsas göstəricilər sırasındadır.
Bu şəraitdə rəsmi statistika orqanlarının rolu daha da artır.
Cəmiyyətin, dövlət
qurumlarının və
beynəlxalq təşkilatların
etibarlı statistik məlumatlara olan tələbi keyfiyyətli
və şəffaf statistik istehsal sisteminin mövcudluğunu
zəruri edir.
Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi ölkədə statistika sahəsində dövlət
siyasətini və tənzimlənməni həyata
keçirən mərkəzi
icra hakimiyyəti orqanı olmaqla sosial, iqtisadi, demoqrafik və ekoloji sahələr üzrə rəsmi statistik məlumatları beynəlxalq standartlara uyğun, vahid metodologiya əsasında formalaşdıraraq ölkədə
qərarvermə proseslərinin
elmi əsaslara söykənməsini təmin
edir. Dövlət Statistika Komitəsi öz səlahiyyətinə
aid olan məsələlər üzrə
müəyyən olunmuş
qaydada xarici ölkələrin statistika
orqanları ilə və beynəlxalq təşkilatlarla beynəlxalq
hüquq normalarına
müvafiq əlaqələr
yaradır, onlarla əməkdaşlıq haqqında
müqavilələr bağlayır
və bu sahədə Azərbaycan Respublikasını təmsil
edir, beynəlxalq səviyyədə konfrans,
müşavirə və
seminarlar təşkil
edir, habelə hökumətlərarası və
qeyri-hökumət beynəlxalq
təşkilatlarının təşkil etdikləri tədbirlərdə iştirak
edir. Bu baxımdan 3-cü Beynəlxalq
Statistika Forumunun məhz Bakı şəhərində təşkili
təsadüfi deyil. “Statistikanın inkişaf perspektivləri: beynəlxalq
layihələrin rolu”
mövzusuna həsr olunmuş bu beynəlxalq Forum dünya ölkələrinin statistik
sistemlərinin modernləşdirilməsi,
innovativ texnologiyaların
tətbiqi, fikir və təcrübə mübadiləsi üçün
mühüm platforma rolunu oynayıb. Eyni zamanda, bu
cür tədbirlər
beynəlxalq səviyyədə
statistikada vahid yanaşmaların formalaşdırılmasına,
metodoloji əməkdaşlığın
genişləndirilməsinə və statistik idarəetmənin keyfiyyətinin
yüksəldilməsinə töhfə verir, statistika sahəsində beynəlxalq təcrübələrin
müzakirəsi və
ölkələrarası əməkdaşlığın
gücləndirilməsi baxımından
mühüm əhəmiyyət
kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev Forum iştirakçılarına
ünvanladığı müraciətdə
xüsusi vurğulamışdır:
- “Məmnuniyyətlə qeyd
etmək istəyirəm
ki, bu mötəbər
tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə
inteqrasiya və beynəlxalq əməkdaşlığın
dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Forum çərçivəsində müxtəlif ölkələrin
statistika qurumlarının,
beynəlxalq təşkilatların
və elmi dairələrin nümayəndələrinin
bir araya gəlməsi statistika sahəsində qabaqcıl
bilik və təcrübələrin bölüşülməsi,
eləcə də birgə layihələrin təşviqi üçün
əlverişli mühit
yaradacaqdır.”
Dövlət Statistika Komitəsi ölkə başçısının
bu və digər çağırışlarına
cavab olaraq, statistik məlumatların keyfiyyətinin təmin olunması və davamlı yaxşılaşdırılması
məqsədilə Keyfiyyəti
İdarəetmə Sisteminin
(KİS) qurulması və
nəticədə keyfiyyətli
rəsmi statistika məlumatlarının əldə
olunması istiqamətində
mühüm addımlar
atmış və gələcəkdə də
təkmilləşdirmə işlərini həyata keçirəcəkdir. KİS-in
əsas məqsədi
yalnız statistik məlumatların düzgünlüyünü
texniki baxımdan təmin etmək deyil, eyni zamanda,
statistik istehsal proseslərinin planlaşdırılması,
sənədləşdirilməsi və optimallaşdırılmasını
da əhatə edir. Son illərdə
statistik istehsal proseslərinin effektivliyinin
artırılması, KİS-in tətbiqi, metaməlumatların işlənməsi
və statistika orqanlarının potensialının
gücləndirilməsi prioritet
istiqamətlərdən birinə
çevrilmişdir. Bu
yanaşma milli statistika sisteminin davamlı inkişafını
təmin etməklə
yanaşı, beynəlxalq
əməkdaşlıq və
məlumatların müqayisəliliyini
də gücləndirir,
həm milli, həm də beynəlxalq səviyyədə
statistik təcrübələrin
paylaşılması və
yeni layihələrin təşviqi baxımından
əhəmiyyətli rol
oynayır.
Keyfiyyətli statistika yalnız düzgün rəqəmlər
deyil. Bu, həm də istifadəçilərin ehtiyaclarına
uyğun, vaxtında təqdim edilən, müqayisə oluna bilən və rahat şəkildə əldə edilən məlumatlardır. KİS-in
tətbiqi statistik məlumatlara olan ictimai və beynəlxalq etimadın artması, resurslardan daha səmərəli istifadə olunması, təkrarlanan xətaların
(uyğunsuzluqların) qarşısının
alınması və proseslərin optimallaşdırılması,
istifadəçiyönümlü statistika siyasətinin həyata keçirilməsi,
beynəlxalq standartlara
uyğunluq kimi üstünlükləri təmin
edir.
Dövlət Statistika Komitəsi fəaliyyətində keyfiyyətin
idarə olunması sistemlərinin tətbiqinə
önəm vermiş,
beynəlxalq standartlar
və modellər əsasında islahatlar həyata keçirmişdir.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində
rəsmi statistika sistemləri yalnız məlumatların toplanması
və yayımı ilə kifayətlənmir,
həm də bu proseslərin keyfiyyət standartlarına
uyğun şəkildə
idarə olunmasını
təmin edən sistemlərlə dəstəklənir.
Azərbaycanın rəsmi
statistika sistemində də bu istiqamətdə
sistemli tədbirlər
görülmüş və
keyfiyyətin idarə
olunması sahəsində
beynəlxalq standartların
tətbiqinə başlanmışdır.
Dövlət Statistika
Komitəsində KİS-in
qurulmasına 2010-cu ildə
Avropa İttifaqının
Statistika Bürosu və İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı
kimi mühüm beynəlxalq təşkilatlar
tərəfindən 2010-cu ildə
aparılmış “Azərbaycan
Respublikasının Rəsmi
statistika sisteminin Qlobal Qiymətləndirilməsi”ndən
sonra başlanılmışdır.
İlkin olaraq keyfiyyət sahəsində
siyasət və məqsədlər bəyan
edilmiş, ən yüksək səviyyədə
- ölkə Prezidenti
tərəfindən təsdiq
olunmuş “Rəsmi statistikanın inkişafına
dair Dövlət Proqramı”nda keyfiyyətin
idarə olunması sisteminin tətbiqinə dair tədbirlər nəzərdə tutulmuş,
bilavasitə Komitə
sədrinə tabe olan, keyfiyyətin idarə edilməsi sisteminin sertifikatlaşmaya
hazırlanması və
sistemin işlək vəziyyətdə saxlanması
və s. səlahiyyətləri
olan rəhbərliyin keyfiyyət üzrə nümayəndəsi təyin
edilmiş, zəruri qərarların qəbul edilməsi üçün
Keyfiyyət üzrə
Əlaqələndirmə Şurası
yaradılmış, metodoloji-nəzəri
əsaslar hazırlanmış,
sistemli daxili audit mexanizmləri formalaşdırılmış və 2013-cü ildən Dövlət Statistika Komitəsi Aparatının
struktur bölmələrində
audit proqramı və audit planına
əsasən keyfiyyəti
idarəetmə sisteminin
daxili auditləri təşkil edilməyə
başlanılmışdır.
2016-cı ildən etibarən yenilənmiş
ISO 9001:2015 beynəlxalq standartının
tələblərinə uyğun
olaraq sənədlərin
tərtibatının, təsdiqinin,
tətbiqinin, qeydiyyatının,
onlarda dəyişikliklərin
edilməsinin, daxili auditlərin təşkilinin
və nəticələrinin
sənədləşdirilməsinin, uyğunsuzluqların aşkar
edilməsinin, təhlilinin,
onların aradan qaldırılması və
təkrar baş verməməsi üçün
görülən təshihedici
və qabaqlayıcı
tədbirlərin, istifadəçilərin
məmnunluğunun, onlarla
əks-əlaqələrin təşkilinin və
KİS-in rəhbərlik
tərəfindən təhlilinin
qaydalarını müəyyənləşdirən
altı sənədləşdirilmiş
prosedur (“İnformasiyanın
sənədləşdirilməsi”, “Daxili auditlər”, “Uyğunsuzluqların və
təshihedici tədbirlərin
idarə edilməsi”,
“Risklərin və imkanların idarə edilməsi”, “Rəhbərlik
tərəfindən təhlil”
və “İstifadəçilərlə
əks-əlaqələrin idarə edilməsi”), həmçinin “Keyfiyyət
üzrə vəsait”
təkmilləşdirilmişdir. KİS-in əhatə dairəsinin genişləndirilməsi
istiqamətində əsaslı
işlər görülmüş,
Dövlət Statistika
Komitəsi kollegiyasının
müvafiq qərarları
ilə bir çox fəaliyyət planları hazırlanmış
və uğurla həyata keçirilmişdir.
Dövlət Statistika Komitəsi statistika sistemində səmərəli idarəetmə
sistemini təşkil etdiyi və məlumatların keyfiyyətinin
təmin olunması sahəsində beynəlxalq
təcrübə əsasında
ümumi qayda və standartları tətbiq etdiyi üçün keyfiyyətin
idarə edilməsi sahəsində son illərdə bir çox uğurlara nail olmuşdur. Belə ki, Dövlət
Statistika Komitəsinin
rəsmi statistika məlumatlarının istehsalı
və yayılması
sahəsindəki fəaliyyətinin
ən yeni ISO 9001:2015 Keyfiyyəti İdarəetmə
Sistemi Beynəlxalq Standartının tələblərinə
uyğunluğunun yoxlanılması
məqsədilə sınaq,
təftiş və sertifikatlaşdırma sahəsində
dünya liderlərindən
olan İsveçrənin
“SGS” şirkəti ilə müqavilə bağlanmışdır.
“SGS” şirkətinin audit
qrupu tərəfindən
ilk dəfə 2017-ci ilin mart ayında
sertifikatlaşdırma auditi
həm Dövlət Statistika Komitəsi aparatının şöbələrində,
həm də KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanında aparılmış və nəticədə Komitənin
aparatı və 13 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının
istehsalı və yayılması” sahəsində
beynəlxalq uyğunluq
sertifikatına layiq görülmüşdür. Daha
sonra sertifikatlaşdırma
auditi 2020-ci ilin mart ayında keçirilmiş və bu dəfə də audit həm
Komitənin aparatının
şöbələrində, həm də KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında aparılmışdır. Nəticədə
Komitənin aparatı
ilə yanaşı daha 17 yerli statistika
orqanı da “Rəsmi statistika məlumatlarının istehsalı
və yayılması”
sahəsində beynəlxalq
uyğunluq sertifikatına
layiq görülmüşdür.
Sonuncu sertifikatlaşdırma
auditi isə
2023-cü ilin fevral ayında keçirilmiş
və Komitənin aparatı ilə yanaşı, 45 yerli statistika orqanı da “Rəsmi statistika məlumatlarının
istehsalı və yayılması” sahəsində
beynəlxalq uyğunluq
sertifikatına layiq görülmüşdür. Növbəti
sertifikatlaşdırma mərhələsində
Komitənin Aparatı
ilə yanaşı bütün yerli statistika orqanlarının
sertifikatlaşdırılması qarşıya hədəf
kimi qoyulmuşdur.
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartının
tətbiqi ilə paralel statistika qurumları üçün
rəsmi statistikanın
istehsalına dair tələb olunan proseslərin müəyyən
edilməsi və izahı üçün çevik vasitə kimi qəbul olunan “Statistik Biznes-Prosesin Ümumi Modeli”nin (GSBPM) də tətbiqi həyata keçirilir. GSBPM 2009-cu ilin
aprel ayında BMT-nin Avropa İqtisadi
Komissiyası, Avropa İttifaqının Statistika
Bürosu və İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı tərəfindən
birgə hazırlanmış
beynəlxalq modeldir. Modelin əsas məqsədi rəsmi statistikanın hazırlanma
mərhələlərini standartlaşdırmaq,
nizamlamaq və ölkələrarası müqayisə
imkanlarını artırmaqdır.
Dövlət Statistika
Komitəsi 2012-ci ildə
bu modelin Azərbaycan versiyasını
hazırlamış və
bir neçə dəfə təkmilləşdirmişdir.
Milli versiyada sonuncu təkmilləşdirmədən
sonra GSBPM-in Azərbaycan versiyası 8 mərhələ,
44 altproses və 110 subaltprosesdən ibarət olmaqla hazırlanmışdır.
Modelin əsas üstünlükləri kimi
statistik proseslərin xəritələndirilməsi, proseslər
arasında ardıcıllıq,
daxili audit və qiymətləndirmə
mexanizmlərinin təkmilləşdirilməsi
qeyd oluna bilər. Modelin qeyri-xətti və iterativ xarakteri, təhlil və təkmilləşdirmə
üçün də
geniş imkanlar yaradır. Dövlət Statistika Komitəsində bu iki beynəlxalq modelin ISO 9001:2015 və
GSBPM-in inteqrasiya olunmuş şəkildə
tətbiqi, rəsmi statistika sisteminin modernləşdirilməsində əsas rol oynayır.
ISO 9001 standartı və
GSBPM statistik istehsalın
keyfiyyətinin təmin
olunması və optimallaşdırılması sahəsində
qarşılıqlı tamamlayıcı
rol oynayır. Hər iki yanaşma
fərqli aspektlərdən
statistik proseslərin inkişafına töhfə
verir: Belə ki,
1. Qaydaların sənədləşdirilməsi və riayət olunması / Proseslərin sistemləşdirilməsi və
standartlaşdırılması - ISO
9001-in əsas prinsiplərindən
biri proseslərin sənədləşdirilməsi və müəyyən edilmiş qaydalara riayət edilməsidir. Bu, statistik istehsalda
ardıcıllığı və keyfiyyətin qorunmasını təmin edir. Eyni zamanda,
GSBPM-in proses modeli proseslərin sistemləşdirilməsini və
standartlaşdırılmasını təmin edərək, statistik əməliyyatların
aydın və təkrarlanabilən formada
həyata keçirilməsinə
imkan yaradır.
2. PDCA (“Plan–Do–Check–Act”) tsikli ilə təkmilləşdirmə / Proseslərarası
əlaqələrin idarə
olunması - ISO 9001-də PDCA tsikli statistik istehsal proseslərinin davamlı təkmilləşdirilməsinə
yönəldilmişdir. Bu
yanaşma planlaşdırma,
həyata keçirmə,
yoxlama və təkmilləşdirmə mərhələlərini
əhatə edir. GSBPM
isə proseslərarası
əlaqələri müəyyən
edir və idarə etmə mexanizmləri vasitəsilə
müxtəlif statistik
proseslərin bir-biri ilə effektiv şəkildə əlaqələndirilməsini
təmin edir.
3. Risk əsaslı yanaşma ilə potensial uyğunsuzluqların
qarşısının alınması
/ İstehsal, təhlil,
yayım və qiymətləndirmənin çevik
şəkildə təşkili
- ISO 9001 risk əsaslı
idarəetmə prinsiplərini
tətbiq edərək
potensial uyğunsuzluqların
əvvəlcədən müəyyən
edilməsini və onların qarşısının
alınmasını hədəfləyir.
GSBPM isə istehsal, təhlil, yayım və qiymətləndirmə
mərhələlərini çevik
şəkildə təşkil
etməklə statistik
məhsulların vaxtında
və düzgün təqdim olunmasına şərait yaradır.
4. İstifadəçi məmnunluğunun ölçülməsi
və artırılması
/ Məlumatların istifadəyə
yararlılığının artırılması - ISO 9001 istifadəçi
məmnuniyyətini əsas
göstərici kimi qəbul edir və statistik məlumatların keyfiyyətini
artırmaq üçün
bu göstəricini ölçməyi tövsiyə
edir. GSBPM isə məlumatların istifadəyə
yararlılığını artırmağa yönəlmiş
prosesləri müəyyən
edir ki, nəticədə statistika
orqanlarının istehsal
etdiyi məlumatlar istifadəçilər üçün
daha faydalı və əlçatan olur.
Beləliklə, ISO 9001 standartı ilə GSBPM modeli birlikdə tətbiq olunduqda, statistik istehsal proseslərinin planlaşdırılması,
idarə olunması və optimallaşdırılmasında
həm keyfiyyət, həm də effektivlik baxımından mühüm nəticələr
əldə edilir. Bu yanaşma milli statistika sistemlərinin davamlı inkişafını və
beynəlxalq müqayisəliliyi
dəstəkləyir və
hər iki modelin birgə tətbiqi keyfiyyətli statistik məhsulun istehsalına, resursların
optimallaşdırılmasına və idarəetmə proseslərinin şəffaflığına
zəmin yaradır.
Dövlət Statistika Komitəsi tərəfindən həyata
keçirilən keyfiyyətin
idarə olunması sahəsində islahatlar həm təşkilati baxımdan, həm də informasiya istehsalı baxımından
rəsmi statistikanın
inkişafına mühüm
töhfələr vermişdir.
ISO 9001 beynəlxalq standartının
və GSBPM modelinin paralel və əlaqələndirilmiş tətbiqi
nəticəsində proseslər
sistemli və sənədləşdirilmiş şəkildə aparılır,
uyğunsuzluqlar operativ
aşkar edilir və aradan qaldırılır.
Vüqar Məmmədəlizadə,
Dövlət Statistika Komitəsinin Keyfiyyətin
idarə edilməsi və metaməlumatlar şöbəsinin
müdiri
İki sahil.- 2025.- 18 oktyabr,
¹189.- S.12.