Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışın

sonrakı ünvanı Zəngilanın Ağalı kəndi  oldu

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatının nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev bu münasibətlə 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətindəXalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram.

Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edirsöyləyərək  növbəti müjdəni çatdırdı. Həmin gün Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının bir sıra kəndləri ilə yanaşı, Zəngilan rayonunun  Havalı, Zərnəli, Məmmədbəyli,  Həkəri, Şərifan   Muğanlı kəndləri, həmçinin Zəngilan şəhəri işğaldan azad edildi. 44 gündə uğurla davam edən Zəfər yürüşü 30 illik torpaq həsrətinə son qoydu.  Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Azərbaycan Ordusu 44 gündə gücünü, qüdrətini, Vətən, torpaq sevgisini bir daha dünyaya nümayiş etdirdi. Zəngilan döyüşləri nəticəsində Silahlı Qüvvələrimiz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi 49 kəndi işğaldan azad edildi.

Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən şəhər günləri, eyni zamanda, bu torpaqlarımızın işğal tarixini  unutmamağa, 30 illik işğal dövrünün həqiqətlərini gələcək nəsillərə çatdırmağa çağırışlar edir. Məlumdur ki,  Füzuli Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdular. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid itkin verərək əvvəlcə min bir əziyyət məşəqqətlə Araz çayını keçib, İran İslam Respublikasının ərazisi vasitəsilə yenidən Azərbaycanın digər ərazilərinə qayıtmış ölkəmizin 43 rayonunda müvəqqəti məskunlaşmışlar. Tariximizin hər bir səhifəsinin öyrənilməsi, təbliği bütün dövrlərdə qarşıda dayanan əsas hədəflərdəndir. 30 illik işğal dövrünün reallıqlarına biganə yanaşan bəzi dünya gücləri bu gün artıq erməni vəhşiliklərini inkar etmək iqtidarında deyillər. Çünki danışan hər daşı, qayası bir tarix olan, artıq sahibinə qovuşan  torpaqlarımızdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib.

Milli Məclisin deputatı diqqəti tarixi Zəfərimizdən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Zəngilanda  aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışına yönəldib. Bildirib ki, Müzəffər Ali Baş Komandan 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa qələbə müjdələrini çatdırarkən daim bu əminliyi  ifadə edirdi ki, biz Böyük Qayıdışın astanasındayıq Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları azad edilmiş torpaqlara qayıdaraq rahat, əmin-amanlıq şəraitində yaşasınlar bu torpaqlarda həyat canlanacaq.

Bu gün bu reallıqların şahidiyik.  Böyük Qayıdışın Cəbrayılın Cocuq Mərcanlı kəndindən başlayan sonrakı ünvanı məhz Zəngilan rayonunun  Ağalı kəndi  oldu. Qələbədən sonra tez bir zamanda Ağalıağıllı kəndkonsepsiyası əsasında tamamilə yenidən quruldu sakinlər öz evlərinə qayıdaraq, doğma-yurd yuvalarına qovuşdular, yeni evlərində yeni həyata başladılar. Dövlət başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva 2022-ci il 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndindəağıllı kəndlayihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi infrastruktur layihələrinin şaxələndirilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, “ASAN xidmət”, DOST, kiçik orta biznesə dəstək xidmətləri mövcuddur. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində digər yerlərdə çalışacaqlar. Ümumilikdə  Ağalıağıllıkəndi dünyanın ən müasir kəndlərindən biridir. “Ağıllı kənddayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq  kənddə zəruri iqtisadi sosial infrastruktur yaradılıb. Ağalıağıllıkənd layihəsində  yüksək keyfiyyətli ekoloji mühit əsas götürülüb enerjidən səmərəli istifadə edilməsi məqsədilə  dayanıqlı enerji mənbələrinə üstünlük verilib. İndiki gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olanyaşıltexnologiyalar  tətbiq olunub.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Zəngilan yenidən qurulur. Nazirlər Kabineti 2023-cü ilin 30 oktyabrındaZəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Burada infrastruktura böyük vəsait ayrılıb bir neçə yaşayış layihəsi artıq icra edilməkdədir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Bu ərazi nəqliyyat dəhlizləri üzərində yerləşir.  Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Şərqi Zəngəzur hava qapısını dünyaya açdı. Bu hava limanı  bölgənin inkişafı,  Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da mühüm  əhəmiyyət daşıyır. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm yüklərin daşınması üçün böyük rola  malik olacaq. Buradan dəmir avtomobil yolları da keçəcək Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Zəngilan böyük turizm imkanlarına malikdir. Bərpa-quruculuq işlərində bu amilə xüsusi önəm verilir.

 Millət vəkili bildirib ki, azad edilmiş ərazilərimiz özünəməxsus iqtisadi imkanlara malikdir. Həmin potensial bu toraqlara qayıdacaq soydaşlarımızın  məşğulluğunun təmin edilməsində, həmçinin gələcəkdə ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynayacaq. Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqroparkadlanan bu layihə Azərbaycan Türkiyə şirkətlərinin birgə müəssisəsidir həmin aqropark artıq fəaliyyətdədir. Layihə tam başa çatdırıldıqdan sonra kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağbrendi ilə dünya bazarına çıxarılması üçünAqro Market” qurulacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, sadaladıqlarımız son beş ildə görülən işlərin çox az bir hissəsidir. Dövlət başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş torpaqlara səfərlər edirlər. Bu səfərlərin hər biri görülən işlərin təqdimatıdır. Prezident İlham Əliyevin beş ildə Zəngilan rayonuna 10-dan artıq səfəri olub. Dövlət başçısının 2020-ci il 23 dekabr tarixində ilk səfəri Zəngilan şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Bu günədək gerçəkləşdirilən səfərlər çərçivəsində atılan addımlar Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün müəyyənləşdirilən hədəflərin reallığa çevriləcəyinə əminlik yaradır. Artıq Qarabağ Şərqi Zəngəzurda 6 şəhər, 2 qəsəbə, 20 kənd sakinlərinə qovuşaraq yeni həyata başlayıb. Tezliklə bu sırada Zəngilan şəhəri olacaq. Zəngilan II Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edən şəhər olaraq Azərbaycanın bu sahədə təcrübəsinin dünyaya təqdimatında öz sözünü deyir.

 

Vüqar Rəhimzadə

 

İki sahil.- 2025.- 18 oktyabr, ¹189.- S.7.