Qalibiyyətin, inkişafın əsas rəhni
Konstitusiya və Suverenlik İli
Azərbaycan qırx dörd günlük Vətən müharibəsində qazandığı
tarixi Qələbə
ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında qəhrəman ordumuzun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdi. Azərbaycan Konstitusiyasının
hüquqi qüvvəsi
işğalın aradan
qaldırıldığı bütün ərazilərdə
bərqərar olundu. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə
20 sentyabr ölkəmizdə
Dövlət Suverenliyi
Günü elan edildi. 30 illik erməni işğalına
son qoyaraq ərazi bütövlüyünü
və süverenliyini bərpa edən Azərbaycanda 2024-cü il
fevralın 7-də müstəqillik
tariximizdə ilk dəfə bütün ölkə ərazisində
prezident, sentyabrın
1-də isə parlament
seçkiləri keçirildi.
2025-ci ilin “Konstitusiya
və Suverenlik İli” elan edilməsi barədə Sərəncamda bildirilir:
“Ulu Öndərin bilavasitə rəhbərliyi
ilə hazırlanmış
və 1995-ci il noyabrın 12-də qəbul
olunmuş Azərbaycan
Respublikasının ilk
Konstitusiyası ölkəmizdə
genişmiqyaslı qanunvericilik
və institusional islahatların əsasını
təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün
qorunması, hüquqi,
dünyəvi dövlət
quruculuğu, vətəndaşlarımızın
layiqli həyat səviyyəsinin, dünya
ölkələri ilə
dostluq və əmin-amanlıq şəraitində
əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin
həyata keçirilməsi
üçün mühüm
qanunvericilik bazası rolunu oynamışdır”.
Ümumiyyətlə, dövlət başçısının
“Azərbaycan Respublikasında
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamı dövlət müstəqilliyimizin
hüquqi əsaslarının,
suverenliyimizin möhkəmlənməsinin
və milli dövlətçiliyin təməl
prinsiplərinin təsdiqi
baxımından xüsusi
siyasi əhəmiyyətə
malikdir. Məhz son beş ildə
qazanılan qələbələr
ölkə Konstitusiyasında
ərazi bütövlüyü
və suverenliklə bağlı əksini tapmış bir sıra vacib müddəaların praktik
təsir imkanlarını
təmin edib.
Prezident İlham
Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində
2024-cü ildə Qarabağ
Zəfəri siyasi-diplomatik
müstəvidə daha
da möhkəmləndirildi,
əsas hədəflərə
nail olundu. Azərbaycanın hərbi
qüdrəti artırıldı.
Böyük Qayıdış
Konsepsiyasını uğurla
həyata keçirən
ölkəmiz işğaldan
azad edilmiş ərazilərindəbu il bərpa-quruculuq işləri
daha da sürətləndirildi.
Zəngilana, Füzuliyə,
Laçına, Şuşaya
və Xocalıya keçmiş məcburi köçkünlərin mərhələli
qayıdışının təmin olunması istiqamətində işlər
uğurla davam etdirildi. Kəlbəcər,
Cəbrayıl, Ağdam
və digər rayonlarda insanların doğma yurdlarına qayıdışı ilə
bağlı intensiv işləri həyata keçirildi.
Məlum olduğu
kimi, Konstitusiya dövlətin suverenliyi ilə bağlı bir sıra fundamental
müddəaları özündə
cəmləşdirən ali
hüquqi sənəddir.
Bu müddəalar yalnız normativ çərçivə yaratmır,
həm də dövlətin siyasi müstəqilliyini, xalqın
iradəsini və milli dövlətçiliyin
dayanıqlılığını təmin edən konseptual prinsiplər qismində çıxış
edir. Məsələn,
əsas Qanunun 2-ci maddəsində Azərbaycan
Respublikasının suveren
dövlət olduğu
təsbit edilir. 7-ci maddədə dövlətin
müstəqilliyi, demokratik,
hüquqi, dünyəvi
və unitar xarakteri hüquqi norma kimi ifadə
olunur.
1991-ci il oktyabrın
18-də qəbul edilmiş
“Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
haqqında” Konstitusiya
Aktında yeni Konstitusiyanın hazırlanması
nəzərdə tutulsa
da, 1991-1993-cü illərdəki
iqtidarın yarıtmaz
fəaliyyəti cəmiyyət
həyatının bütün
sahələrində kəskin
böhrana, ölkədə
anarxiyanın yaranmasına
gətirib çıxarmış,
dövlət idarəçiliyi
mexanizmləri formalaşdırılmamış,
qanunçuluğun, vətəndaşların
azad, təhlükəsiz
yaşamaq hüququnun
təmin edilməsi mümkün olmamışdır.
Lakin1993-cü ildə xalqın
tələbi ilə yenidən hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə
cərəyan edən
təhlükəli proseslərin
qarşısı alındı,
ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı
zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi
ilə hazırlanmış
və 1995-ci il noyabrın 12-də qəbul
olunmuş Azərbaycan
Respublikasının ilk
Konstitusiyası ölkəmizdə
genişmiqyaslı qanunvericilik
və institusional islahatların əsasını
təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün
qorunması, hüquqi,
dünyəvi dövlət
quruculuğu, vətəndaşlarımızın
layiqli həyat səviyyəsinin, dünya
ölkələri ilə
dostluq və əmin-amanlıq şəraitində
əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin
həyata keçirilməsi
üçün mühüm
qanunvericilik bazası rolunu oynadı.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin
30 ilə yaxın işğal altında qalması uzun müddət suverenlik ili zəfərinAzərbaycan
Respublikasının suveren
hüquqlarının həmin
ərazilərdə tətbiqinə
imkan verməmişdir.
Ermənistanın işğalçılıq
siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin
bərpa edilməsi Azərbaycan xalqının
milli ideyasının əsas məqsədlərindən
birinə çevrilmiş,
cəmiyyətimizin bütün
resursları bu taleyüklü vəzifənin
həllinə yönəldilmişdir.
Azərbaycan dövləti bu gün xalqımızın
milli maraqlarını
rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil
siyasətini daha cəsarətlə, prinsipiallıqla
davam etdirir, Konstitusiyanın tələblərinə
və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda
duran strateji hədəflərə doğru
inamla irəliləyir.
Zahid Rza
İki sahil.- 2025.- 23 oktyabr, ¹192.-S.4.