İqtisadi-ticarət əlaqələri

yüksələn xətlə inkişaf edir

 

Azərbaycan-Qazaxıstan

 

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında Avrasiya məkanında yeni qüvvələr balansının formalaşmasında mühüm mərhələ olacaq. Bu barədə ölkəmizin başçısı Qazaxstana dövlət səfəri ərəfəsində «Kazinform»a eksklüziv müsahibəsində bildirib: «Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim

Qeyd edək ki, bu gün hər iki ölkənin həm regional, həm beynəlxalq təşkiatlarada müttəfiqlik münasibətləri   bir-birlərinə siyasi iqtisadi dəstəkləri genişdir. “Kazinform” “Astana-Bakı: İqtisadi praqmatizm mənəvi yaxınlıqadlı məqaləsində Qazaxıstanla Azərbaycanın  bütün sahələrini əhatə edən güclü hərtərəfli tərəfdaşlığından bəhs edib. Məqalədə vurğulanır ki, hər il iki ölkə arasında tərəfdaşlıq əhəmiyyətli dərəcədə möhkəmlənir bu, 170-dən çox sənəddən - dövlətlərarası müqavilələrdən, sazişlərdən, memorandumlardan protokollardan ibarət geniş hüquqi bazada öz əksini tapır.

Təbii ki, dost qardaş Qazaxıstanla əməkdaşlıq münasibətləri  həm ikitərəfli, həm BMT, Türk DövlətləriT Birliyi (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirləri üzrə Müşavirə digər beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə inkişaf edir. Xüsusilə bu ilin oktyabrın 6-7-də Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşündə  iştirak edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Prezident İlham Əliyev arasında regional inteqrasiya birgə iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Burada əsas diqqət nəqliyyat logistika dəhlizlərinin modernləşdirilməsi, enerji rəqəmsal sektorlarda əməkdaşlığın inkişaf etdirilməsi, türk ölkələrinin beynəlxalq arenada səylərinin əlaqələndirilməsi olub.

Xüsusi qeyd edilməlidir ki, son bir neçə ildə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli ticarətdə böyük artım müşahidə olunur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayında ticarət dövriyyəsi 547,6 milyon dollara çatıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən üç dəfə çoxdur. Azərbaycan bu dövrdə 570,4 min ton (121,5 milyon dollar) buğda,  38,2 milyon dollarlıq neft neft məhsulları ixrac edib. Eyni zamanda, hər iki ölkənin sahibkarları arasında da fəal biznes əlaqələri qurulub. Qazaxıstanda Azərbaycan kapitallı 1500-ə yaxın şirkət, Azərbaycanda isə 150-yə yaxın Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. Bu, onların bir-birinin bazarlarında iqtisadi iştirakını genişləndirmək üzrə qarşılıqlı marağı əks etdirir.

Azərbaycanla Qazaxstanın investisiya yatırımları da hər il genişlənməkdədir. Belə ki, 2005-ci ildən 2025-ci ilin birinci rübünə qədər Qazaxıstan iqtisadiyyatına Azərbaycan investisiyaları 424,6 milyon dollar, o cümlədən bu ilin ilk üç ayında 3,8 milyon dollar təşkil edib. Qazaxıstan isə öz növbəsində, həmin dövrdə Azərbaycana 156 milyon dollar, o cümlədən 2024-cü ildə 32,6 milyon dollar investisiya yatırıb.

Qazaxıstan bu gün Azərbaycandan keçən loqistika nəqliyyat məkanlarından da geniş istifadə edir. Xüsusilə tranzit ixrac axınları, xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca sürət qazanmağa davam edir. 2025-ci ilin ilk yeddi ayında bu dəhlizlə 2,6 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  iki faiz artım deməkdir.

«Kazinform» agentliyi  konteyner daşımalarında xüsusilə güclü artım müşahidə olunduğunu yazır. Bildirir ki, onun həcmi təxminən iki dəfə artaraq 40,200 TEU-ya (iyirmi fut ekvivalent vahid) çatıb. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ixracı xüsusilə vacibdir. 2022-ci ilin noyabr ayından etibarənKazMunayQaz” SC (QMQ) Azərbaycanın dövlət şirkəti SOCAR ilə birlikdə bu marşrutla neft tədarükünü həyata keçirir. Həcmlər tədricən artır: 2023-cü ildə 1 milyon tondan çox, 2024-cü ildə 1,4 milyon ton, 2025-ci ilin ilk səkkiz ayında isə təxminən 0,9 milyon tondan çox yük daşınıb. Həmçinin 2027-ci ilə qədər bu marşrutla neft ixracının ildə 7 milyon tona çatdırılması planlaşdırılır. Bundan başqa, Bakı-Supsa neft kəmərinin əlavə marşrut kimi istifadə edilməsi imkanları nəzərdən keçirilir. Mütəxəssislər qeyd edirlər ki, konkret marşrutların tədarük həcminin seçimi kommersiya məqsədəuyğunluğu infrastrukturun hazırlığı ilə müəyyən ediləcək.

Bu gün iki ölkə arasında rəqəmsal texnologiyalar energetika dəhlizləri üzrə sıx əməkdaşlıq mövcuddur. Bu, Aktau-Sumqayıt sualtı fiber-optik rabitə xəttidir (FOCL). Layihə Xəzər dənizinin dibi ilə təxminən 380 km uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur. O, Qazaxıstanın qlobal internet şəbəkəsinə qoşulması, eləcə Avropa ilə Çin arasında rəqəmsal trafikin tranziti üçün alternativ yüksəksürətli marşrut yaradacaq. Sistemin ötürmə qabiliyyəti 400 Tbps-i keçəcək. Bütün hazırlıq işləri 2025-ci ildə başa çatdırılıb: ofis dəniz tədqiqatları aparılıb, sahil zonaları hazırlanıb, layihə tələblərinə cavab vermək üçün avadanlıq konfiqurasiya edilir sınaqdan keçirilir. Tikintiyə 2026-cı ildə başlanması planlaşdırılır.

 

Elçin Zaman

 

İki sahil.-2025.- 22 oktyabr, ¹191.- S.4.