Regional iqtisadi inkişafın

hərəkətverici qüvvəsi

 

Azərbaycanda yeni qlobal iqtisadi siyasi çağırışlara uyğun islahatlar həyata keçirilir

 

Ölkəmiz Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşməklə regionun logistika kommunikasiya mərkəzinə çevrilib. Hər iki dəhlizin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri-dəmir yolları, avtomobil magistralları, limanlar gömrük sistemlərinin modernləşdirilməsi  Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyini daha da möhkəmləndirib. Milli Məclisin deputatı Aydın Hüseynov İki sahil.TV- müsahibəsində bildirib ki, Orta Dəhliz(Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) digər strateji nəqliyyat layihələri Azərbaycanın geosiyasi çəkisini artırmaqla yanaşı, ölkəmizi regional əməkdaşlıq iqtisadi inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevirir.

 

-Aydın müəllim, Orta Dəhliz  layihəsi regionun yeni iqtisadi xəritəsini necə formalaşdırır?

-Orta Dəhliz layihəsi regionun iqtisadi mənzərəsini köklü şəkildə dəyişdirən strateji təşəbbüslərdən biridir. Bu layihə Asiya ilə Avropanı birləşdirən enerji, logistika ticarət axınlarını daha səmərəli şəkildə istiqamətləndirən yeni iqtisadi körpü rolunu oynayır. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz region ölkələrinə yalnız tranzit deyil, həm istehsal, logistika xidmət sektorlarında geniş iqtisadi imkanlar yaradır. Azərbaycanın bu dəhlizdə oynadığı aparıcı rol xüsusi diqqətəlayiqdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi layihələr Orta Dəhlizin funksionallığını artırmaqla yanaşı, regionu yeni iqtisadi mərkəzə çevirir. Bu marşrut vasitəsilə Mərkəzi Asiya ölkələri Çin məhsulları Xəzər dənizi üzərindən Avropaya daha qısa təhlükəsiz yolla daşınır. Nəticədə Orta Dəhliz təkcə yük axınını deyil, həm investisiya, texnologiya əməkdaşlıq axınını stimullaşdırır. Region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, infrastrukturun yenilənməsi yeni logistika hablarının yaradılması regionun iqtisadi xəritəsini faktiki olaraq yenidən cızır. Beləliklə, Orta Dəhliz layihəsi XXI əsrdə regionun iqtisadi gələcəyini müəyyən edən Asiya ilə Avropa arasında yeni ticarət əməkdaşlıq yoluna çevrilir.

-Yeni nəqliyyat alternativlərinə ehtiyac nədən yaranıb?

-Qlobal geosiyasi reallıqlar dəyişdikcə, nəqliyyat arteriyalarına olan tələbat da yeni istiqamət alır. Ənənəvi marşrutlar xüsusilə Rusiya üzərindən keçən Şimal Dəhlizi Süveyş kanalı vasitəsilə həyata keçirilən dəniz daşımaları  həm siyasi, həm texniki baxımdan əvvəlki etibarlılığını itirib. Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdə husilərin fəaliyyətləri İranın Hörmüz boğazındakı mövqeyi qlobal təchizat zəncirlərində ciddi ləngimələrə iqtisadi itkilərə səbəb olub. Belə bir şəraitdə yeni etibarlı nəqliyyat alternativlərinin yaradılması qlobal zərurətə çevrilib. Məhz bu kontekstdə Orta Dəhliz adlanan multimodal nəqliyyat marşrutu qlobal logistika sistemində ön plana çıxıb. Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə Avropaya qədər uzanan bu dəhliz yalnız qısa məsafəsi ilə deyil, həm siyasi sabitlik, müasir infrastruktur texnoloji üstünlükləri ilə fərqlənir.

-Azərbaycan-Qazaxıstan əlaqələri artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu model Türk dünyasının inteqrasiyasına necə təsir göstərir?

-Azərbaycan Qazaxıstan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi təkcə iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi deyil, həm Türk dünyasının inteqrasiyası baxımından mühüm addımdır. Bu model qarşılıqlı etimada, ortaq mədəni köklərə iqtisadi maraqlara əsaslandığı üçün digər türk dövlətləri üçün nümunəvi təcrübə yaradır. İki ölkə arasında siyasi, iqtisadi enerji sahələrində dərinləşən əlaqələr Türk Dövlətləri Təşkilatının (TDT) institusional güclənməsinə regional layihələrin effektiv icrasına təkan verir. Xüsusilə, Orta Dəhliz kimi birgə təşəbbüslər Türk dünyasının iqtisadi birliyini gücləndirir, nəqliyyat-logistika inteqrasiyasını dərinləşdirir Avrasiya məkanında vahid strateji mövqenin formalaşmasına xidmət edir. Beləliklə, Azərbaycan-Qazaxıstan modelində formalaşan qarşılıqlı siyasi iradə iqtisadi əməkdaşlıq mexanizmləri bütövlükdə Türk dünyasının birliyinə, qlobal arenada daha güclü rəqabətədavamlı mərkəzə çevrilməsinə real töhfə verir.

-Orta Dəhlizə qoşulan Mərkəzi Asiya ölkələri Azərbaycanın regional nüfuzuna iqtisadi əməkdaşlığına necə töhfə verir?

-Orta Dəhlizin əhatə etdiyi digər ölkələr, o cümlədən Qazaxıstan, Özbəkistan Tacikistan  bu marşrutun imkanlarından maksimum yararlanmağa çalışırlar. Qazaxıstan üçün bu dəhliz təkcə ticarət yolu deyil, həm geosiyasi alət kimi dəyərləndirilir. Bu marşrut ona Avropa İttifaqı, Türkiyə Çin ilə daha sıx əməkdaşlıq qurmağa, xarici ticarət əlaqələrini şaxələndirməyə imkan verir. İnfrastrukturun modernləşdirilməsi Qazaxıstanın regiondaxili əlaqələrini gücləndirir Mərkəzi Asiya dövlətlərinin daha sıx inteqrasiyasına təkan verir. Eyni zamanda, Tacikistan da Orta Dəhliz vasitəsilə öz məhsullarını - qiymətli metallar, tekstil tikinti materiallarını  Avropa bazarına çıxarmağı qarşısına məqsəd qoyub. Bu məqsədlə Düşənbə-Bakı əlaqələri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu isə Azərbaycanın regional nüfuzunun artması iqtisadi əməkdaşlıq baxımından yeni coğrafiyalara açılması deməkdir.

-Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycan region üçün hansı strateji üstünlükləri təmin edir?

-Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti əvvəlki 1 aydan 12 günə, Qərbi Avropa ölkələrinə isə cəmi 18 günə qədər azaldı. Bu, Orta Dəhlizin rəqabət üstünlüyünü açıq şəkildə ortaya qoyur. Qısa müddət ərzində daşımaların sürətlənməsi ticarət dövriyyəsini artırmaqla yanaşı, regionda iqtisadi fəallığı yüksəldir, yeni yerlərinin yaranmasını stimullaşdırır səmərəli logistik xidmətlər sektorunun formalaşmasına şərait yaradır. Azərbaycan bu transformasiyanın mərkəzində dayanaraq, yalnız tranzit ölkə kimi deyil, həm gələcəyin nəqliyyat logistika arxitekturasını formalaşdıran əsas oyunçulardan birinə çevrilir. Bu, ölkəmizin regional qlobal ticarət dövriyyəsində strateji mövqeyini möhkəmləndirir, eyni zamanda, Asiya ilə Avropanı birləşdirən multimodal nəqliyyat dəhlizlərinin inkişafında lider rolunu təsdiqləyir.

 -Aydın müəllim, Orta Dəhliz ölkəmizin strateji nəqliyyat imkanlarının genişlənməsi Azərbaycanın regional qlobal nüfuzunu artırdığı bir vaxtda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın humanitar diplomatiya sahəsində beynəlxalq nüfuzuna hansı yeni məzmun qazandırdı?

-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın humanitar diplomatiya sahəsində beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi ona yeni məzmun qazandırdı. Səfər çərçivəsində Azərbaycan ilə Vatikan arasında mədəni, dini humanitar əməkdaşlıq sahəsində əldə olunan nəticələr həm tarixi, həm müasir kontekstdə önəmli əhəmiyyət kəsb edir. Səfər göstərdi ki, Azərbaycan yalnız regional deyil, eyni zamanda, qlobal humanitar təşəbbüslərdə aktiv iştirak edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, elmi mədəni proqramlar, eləcə Katolik Kilsəsi ilə əməkdaşlıq Azərbaycanın diplomatik nüfuzunu daha da dərinləşdirir. Bu səfər həm ölkəmizin humanitar sahədə beynəlxalq tərəfdaşlıqlarını genişləndirməyə, dialoqu inkişaf etdirməyə Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirməyə xidmət edir.

-Sizcə, bu səfər gələcəkdə Azərbaycan Vatikan münasibətlərinə necə təsir göstərəcək?

-Azərbaycan ilə Vatikan arasında qurulan bu səmimi əməkdaşlıq dinlər mədəniyyətlər arasında harmoniya sülhün bərqərar olması baxımından nümunəvi xarakter daşıyır. Bu görüş Mehriban Əliyevanın humanitar yönlü xarici siyasətinin mahiyyətini bir daha təsdiqləyir. Onun təşəbbüsləri milli sərhədləri aşaraq beynəlxalq mədəni həmrəyliyin mənəvi birliyin güclənməsinə yönəlmişdir. Bu siyasət dövlətin xarici əlaqələrində insani dəyərlərin önə çəkilməsini təmin edir Azərbaycanın müasir dünyada sülh, mədəniyyət inkişafın təbliğatçısı kimi mövqeyini möhkəmləndirir. Vatikandakı görüşlər həyata keçirilən layihələr Mehriban Əliyevanın rəhbərlik etdiyi humanitar siyasətin beynəlxalq miqyasda sülh, tolerantlıq mədəni irsə hörmət kimi dəyərləri ön plana çıxardığını bir daha sübut edir. Səfər gələcəkdə Azərbaycan ilə Vatikan arasında yeni layihələrin həyata keçirilməsini müxtəlif beynəlxalq platformalarda əməkdaşlığın inkişafını asanlaşdırır. Yəni, bu səfər təkcə rəsmi görüş deyil, həm uzunmüddətli əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilə bilər.

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2025.- 24 oktyabr, ¹193.- S.6.