Qolunu itirsə

 

Vətən müharibəsi qazisi: Bu haqq savaşından qalib çıxacağımıza, illərlə düşmən əsarəti altında olan ərazilərimizi azad edəcəyimizə inanırdıq

 

Müzəffər ordumuzun 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızın azadlığı naminə həyata keçirdiyi döyüş əməliyyatlarında şəhidlərimizlə yanaşı, yaralanaraq qazi statusu qazanan çoxsaylı əsgər zabitlərimiz olub. Onlardan biri Vətən müharibəsinin iştirakçısı, 2-ci qrup müharibə əlili Elnur Əkbərovdur.

Qısa tanışlıq

Elnur İmamverdi oğlu Əkbərov 1993-cü il oktyabrın 6-da Sevastopol şəhərində anadan olub. İbtidai təhsilini elə həmin şəhərdəki Puşkin adına 18 saylı tam orta məktəbdə alıb. 2000-ci ildən təhsilini Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 saylı tam orta məktəbdə davam etdirib.  2009-cu ildə 12 saylı Bakı Peşə Liseyinə daxil olaraq orada Rabitə telekommunikasiya ixtisası üzrə təhsil alıb. 2014-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra - 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasına daxil olub. 2020-ci ildə, yəni İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk gündənsentyabr ayının 27-dən Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də bu istiqamətdə gedən döyüşlərdə ağır yaralanıb, sol qolunu itirib, ayağından xəsarət alıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları iləFüzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. O, döyüşlərdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının magistr pilləsinə daxil olub bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.

E. Əkbərov 6 ildən çoxdur ki, SOCAR-ın Təhlükəsizlik İdarəsində Xidmətin təşkili şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışır. Hazırda Azərbaycan Dövlət Neft Sənaye Universitetində ikinci ali təhsilini, ümumilikdə isə sayca 4-cü təhsilini alır.

Vətən müharibəsi qazisi Elnur Əkbərova bir neçə sualla müraciət etdik.

-Artıq Vətən müharibəsindən 5 il ötür. Həmin günləri necə xatırlayırsınız?

-Vətənpərvərlik ruhunda döyüş meydanına atılmaq birbaşa aktiv döyüşlərdə iştirak etmək böyük qürür fəxarət hissi idi. Mən döyüş yoldaşlarım sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Füzuli istiqamətində döyüşə atıldıq komandirimizin verdiyi əmrləri əzmkarlıqla yerinə yetirdik. Onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsi istiqamətində mühüm döyüşlərdən biri olan Füzuli əməliyyatı strateji əhəmiyyət kəsb edirdi. Döyüş zamanı silahdaşlarımızın üzləri gülürdü, hər kəs arzusuna çatmağın sevincini yaşayırdı. Şübhəsiz, şəhidlərimizin qisasını almaq bizim hər birimiz üçün böyük xoşbəxtlik idi. qədər ki, müstəqil, suveren Azərbaycan var, əsgər zabitlərimizin 44 gün ərzində yazdıqları qəhrəmanlıq salnaməsi unudulmayacaq, gələcək nəsillərə ötürüləcək.

-Şübhəsiz, müharibə itkisiz olmur. Bu mənada sizinlə birgə döyüşlərdə yaralananlar yaxud şəhid olanlar barədə deyə bilərsiniz?

-Vətən müharibəsi günlərində şanlı ordumuzun hər bir əsgər zabiti qorxmazlıq, igidlik nümayiş etdirdi. Onların arasında yaralananlar da oldu, şəhid olanlar da (Allah bütün şəhidlərimizə rəhmət eləsin). Onu da deyim ki, mən artelleriya bölməsinin döyüşçüsü olmuşam. Endirilən hər bir zərbənin qarşı tərəfə itki verməsini eşitmək bizi daha da ruhlandırırdı. Oktyabrın 3-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yanımıza minamyot mərmisi düşdü. Mən ağır yaralandım, sol qolumu itirdim, ayağımdan xəsarət aldım. Elə həmin anda kəlmeyi-şəhadətimi dedim. Qismətimdə şəhidlik yox imiş. Sən demə, şəhidlik zirvəsi hər kəsə qismət olmur. Belə ki, yoldaşlarımın ilk tibbi yardımı məni yenidən həyata qaytardı. Məhz onların sayəsində döyüş meydanından təxliyə olundum. Amma yaralanmağıma görə çox təəssüfləndim. Çünki sona qədər düşmənlə vuruşmaq niyyətində idim. Onu da bildirim ki, həmin döyüş meydanında mənimlə birgə 8 nəfər yaralandı, bir yoldaşımız isə şəhid oldu. Bu məqamda Prezident İlham Əliyevin müdrik fikirlərini xatırlatmaq istərdim: “Qələbəni şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq".

- Sizi irəli aparan hansı hisslər, duyğular idi?

-Xalqa, Vətənə, Ali Baş Komandana olan böyük inam bizi Qələbəyə aparırdı. Əsgər zabitlərimiz həqiqətən sözlə ifadə edilməyəcək qədər böyük ruh yüksəkliyi, yüksək mənəvi-psixoloji hazırlıq ilə döyüşlərə atılmışdılar. Çünki bu haqq savaşından qalib çıxacağımıza, illərlə düşmən əsarəti altında olan ərazilərimizi azad edəcəyimizə inanırdıq.

-Bəs illər boyu düşmən tapdağı altında olan ərazirlərimizə ayaq basanda hansı hissləri keçirirdiniz?

- Doğrusu, həmin hissləri ifadə etməyə söz tapa bilmirəm. Amma onu söyləyə bilərəm ki, beynimdən bir fikir keçirdi: yalnız irəli gedərək işğal altındakı digər ərazilərimizi mənfur düşməndə azad etmək.

-Yeri gəlmişkən, təxminən 30 illik işğala son qoyulması ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizi ziyarət etmisinizmi?

-Bəli. Füzulidən ta Şuşaya gərgin döyüşlərin getdiyi cığırların yerində inşa edilmiş Zəfər yolu ilə hərəkət edərkən həm kədərlindim, həm qürurlandım. Ona görə kədərləndim ki, şanlı Zəfər naminə şəhidlər vermişik. Ona görə sevindim ki, bizim bu torpaqlarda qurub-yaratmağımız məhz şəhidlərimizin şücaəti fədakarlığı sayəsində mümkün olub. Nəticədə üçrəngli Bayrağımız bütün Qarabağda Şərqi Zəngəzurda dalğalanır. Onların qəhrəmanlığı sayəsində bu gün sülh, təhlükəsizlik quruculuq dövründə yaşayırıq. Böyük Qayıdış Proqramı çərçivəsində minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır. gizlədim, hərdən 44 günlük müharibənin hər anını xatırlayanda öz-özümə deyirəm: ”Fəxr edirəm ki, Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında kiçik olsa mənim payım var”.

- Ölkə rəhbərliyi dövlətimizin suverenliyi uğrunda vuruşanları, həmçinin şəhid ailələrini hər zaman diqqətdə saxlayır onlara hər cür diqqət qayğı göstərir. Bu mənada sizə göstərilən diqqət qayğı barəsində deyərdiniz?

-Bəli, ölkəmizdə şəhid ailələri, qazilər, eləcə digər hərbçilərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Şəxsən mən özüm II qrup Qarabağ qazisi kimi mənzillə təmin olunmuşam. Səhhətimdə yaranan problemlər aradan qaldırılır.

-Son olaraq demək istərdiniz?

- Ermənistan onun havadarlarının məqsədi ölkəmizin parçalanmasına nail olmaq, xalqımızı ata-baba torpaqlarından birdəfəlik didərgin salmaq idi. Amma xalqımızın iradəsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ordu quruculuğu sahəsində görülən sistemli işlər nəticəsində onların bu niyyətləri fiaskoya uğradı. 44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Azərbaycanı qalib dövlətə çevirdi.  Bu gün ölkəmiz regionda söz sahibi olmaqla, həm dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Onu da qeyd edim ki, Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth etməyə doğru inamla irəliləyir.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2025.- 28 oktyabr, ¹195.- S.8.