Naxçıvanın yerli gəlirləri
artır,
dotasiyası azalır
İqtisadiyyat
Düzgün struktur islahatları,
ciddi maliyyə nəzarəti
Naxçıvan Muxtar Respublikasında 3 il bundan öncə
– 2022-ci ilin dekabr ayında yeni idarəetmə modeli nümayəndəlik institutunun
yaradılması ötən
dövrdə əldə
olunan mühüm nailiyyətlər və keyfiyyət dəyişiklikləri
ilə özünü
göstərib. Xatırlatmaq
yerinə düşər
ki, Prezident İlham Əliyev Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi
vəzifəsinə təyin
olunması ilə bağlı qəbul edən zaman bir sıra vəzifələr
qarşıya qoymuşdu:
“Səlahiyyətli nümayəndə
kimi Fuad Nəcəfli insanların
qayğısına qalınması,
korrupsiya, rüşvətxorluqla
mübarizə, şəffaflıq,
düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi
icra orqanları ilə sıx təmasda fəaliyyətlə
bağlı bütün
səylərini göstərsin”.
Prezidentin tapşırıqlarının
icrasına uyğun olaraq son 3 ildə
görülən tədbirlər,
o cümlədən də
səmərəli idarəetmə
strukturunun formalaşdırılması,
dövlət təşkilatlarının
mərkəzləşdirilməsi, maliyyə nəzarətinin
gücləndirilməsi, vergi
sahəsində islahatlar
və ələlxüsus
da, azad sahibkarlıq mühitinin yaradılması Naxçıvan
Muxtar Respublikasının
yerli gəlirlərinin
artımını və
paralel şəkildə
ayrılan dotasiyanın
həcminin azalmasını
şərtləndirib. Dotasiyanın
azaldılması qeyd etdiyimiz kimi, ilk növbədə, yeni idarəetmə strukturuna uyğun Naxçıvanda mövcud
olan nazirliklərin, komitə və xidmətlərin baş idarəyə çevrilməsi,
eləcə də bir çox təşkilatların maliyyə,
təsərrüfat xərclərinin
mərkəzdən qarşılanması
ilə əlaqədardır.
Nümunə üçün
Naxçıvan Baş
Gömrük İdarəsi,
Naxçıvan Regional Miqrasiya
Baş İdarəsi,
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan
Muxtar Respublikası üzrə baş idarəsi və digərlərini qeyd etmək olar.
Naxçıvana ayrılan dotasiyanın həcminin azaldılması
məsələsində təşkilatlarda
maliyyə siyasətinin
düzgün aparılması,
ayrılan vəsaitlərdən
səmərəli istifadə,
izafi xərclərin aradan qaldırılması
mühüm rol oynayır. Naxçıvan
Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən son 3 ildə dövlət maliyyəsinin idarə olunması, şəffaflığın
artırılması və
ayrılan vəsaitlərdən
səmərəli istifadəyə
nəzarətin gücləndirilməsi
istiqamətində bir
sıra mühüm islahatlar həyata keçirilib. İlk növbədə, büdcə
prosesinin səmərəliliyinin
artırılması məqsədilə
planlaşdırma və
icra mexanizmləri təkmilləşdirilib, nəticəyə
əsaslanan büdcə
prinsipi geniş tətbiq olunmağa başlanılıb. Büdcədən
maliyyələşdirilən layihələr üzrə
vəsaitlərin bölgüsü
sosial-iqtisadi prioritetlərə
uyğunlaşdırılıb, xərclərin məqsədyönlülüyünün
qiymətləndirilməsi üçün
yeni meyarlar müəyyən edilib.
Maliyyə intizamının
möhkəmləndirilməsi məqsədilə Maliyyə
Nazirliyinin nəzarət
mexanizmləri gücləndirilib,
maliyyə yoxlamaları
üzrə fəaliyyət
daha sistemli şəkildə qurulub. Son 3 il ərzində
müxtəlif dövlət
qurumlarında aparılan
yoxlamalar nəticəsində
vəsaitlərin təyinatı
üzrə istifadəsinə
nəzarət güclənib,
yoxlama nəticələrinə
uyğun artıq xərclənib və ya dövlət əmlakından düzgün
istifadə edilməmiş
vəsaitlər barədə
məlumatlar tədbir
görülməsi üçün
aidiyyəti qurumlara təqdim edilib. Bununla yanaşı, maliyyə pozuntularının
qarşısının alınması
üçün profilaktik
tədbirlər görülüb,
qurumların məsul şəxslərinin maliyyə
savadlılığı artırılıb.
Rəqəmsal texnologiyaların tətbiqi
nəticəsində maliyyə
əməliyyatları üzrə
hesabatlılıq və
şəffaflıq daha
da yüksəlib. Nazirlik tərəfindən
yaradılan elektron məlumat bazası vasitəsilə büdcə
xərclərinin icrası
real vaxt rejimində izlənilir, bu da nəzarət
proseslərini asanlaşdırır
və şəffaf qərarvermə mühitini
təmin edir. Görülən tədbirlər
nəticəsində Naxçıvan
Muxtar Respublikasında
maliyyə intizamı daha da möhkəmlənib,
dövlət vəsaitlərindən
səmərəli istifadə
səviyyəsi yüksəlib,
büdcə prosesinin şəffaflığı və
hesabatlılığı təmin
olunub. Bu istiqamətdə aparılan
islahatlar regionun sosial-iqtisadi inkişafının
dayanıqlılığına və maliyyə sisteminin sabitliyinə mühüm töhfə verib. Reallaşdırılan
tədbirlər özünü
ilbəil dotasiyanın
azalmasında göstərib. Nazirlikdən verilən məlumata görə, 2022-ci ildə
Naxçıvan Muxtar
Respublikasının büdcəsində
dotasiyanın ümumi
həcmi 425,0 milyon manat idisə, 2023-cü ildə bu həcm
315,0 milyon manat,
2024-cü ildə isə
185,2 milyon manat səviyyəsində olub.
Ümumilikdə, 2022-2024-cü illər dövründə
Naxçıvan Muxtar
Respublikasının büdcəsində
dotasiyanın həcmi
239,9 milyon manat və ya 56,4 faiz azalıb. Bu dinamika, sadəcə,
riyazi-statistik göstərici
deyil, həm də regionun fiskal müstəqilliyinin artdığını, iqtisadi
potensialının genişləndiyini
və yerli gəlirlərin büdcə
sistemindəki rolunun əhəmiyyətli dərəcədə
gücləndiyini nümayiş
etdirir. Dotasiyanın azalması ilə paralel olaraq, yerli maliyyə mənbələrinin səfərbərliyi,
vergi inzibatçılığının
təkmilləşdirilməsi və maliyyə idarəçiliyinin səmərəliliyinin
yüksəldilməsi istiqamətində
həyata keçirilən
tədbirlər öz
real nəticələrini
göstərməkdədir. Nəticə etibarilə,
2022-2024-cü illər üzrə
müşahidə edilən
bu tendensiya Naxçıvan Muxtar Respublikasında büdcə
sisteminin daha dayanıqlı, balanslı
və institusional baxımdan müstəqil əsaslar üzərində
formalaşacağına dair
güclü iqtisadi və idarəetmə əsasları yaradır.
2025-ci ilin ilk
doqquz ayı üzrə göstəricilər
Naxçıvan Muxtar
Respublikasının maliyyə
müstəqilliyinin güclənməsi
baxımından xüsusilə
diqqətəlayiqdir. Qeyd
edilən dövrdə
muxtar respublika büdcəsinin gəlirləri
325 milyon 559 min 140 manat həcmində olub ki, bunun
da 205 milyon 559 min 140 manatı və ya 63,1 faizi yerli yığımlar
hesabına formalaşıb.
Dotasiyanın həcmi
isə 120 milyon manat və ya
36,9 faiz təşkil edib ki, bu
da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
(170 milyon 150 min manat) 50 milyon 150 min manat və
ya 29,5 faiz azalma deməkdir. Qeyd etdiyimiz kimi, bu azalma
tendensiyası, muxtar respublikanın büdcə
gəlirlərinin tədricən
daxili maliyyə mənbələri hesabına
formalaşmağa başladığını
göstərir. Başqa
sözlə, yerli gəlir bazasının genişlənməsi, vergi
və qeyri-vergi daxilolmalarının artması,
eləcə də fiskal intizamın gücləndirilməsi Naxçıvanın
büdcəsinin getdikcə
daha çox öz resursları hesabına təmin olunmasına imkan verir.
Azad sahibkarlıq
mühiti yerli
gəlirlərin artımında mühüm
rol oynayır
Naxçıvana dotasiyanın azaldılması
maliyyə nəzarəti
tədbirlərinin gücləndirilməsi
ilə paralel, irəli sürülən
təşəbbüslərin reallaşdırılması və
sosial-iqtisadi inkişafa
dair qəbul edilən Dövlət Proqramının icrası,
azad sahibkarlıq mühitinin formalaşdırılması
sayəsində onun yerli gəlirlərinin artırılması ilə
də əlaqədardır.
Yerli gəlirlərin artırılması məsələsində
diqqətçəkən amil
muxtar respublikada Vergi ödəyicilərinə
xidmət mərkəzlərinin
yaradılmasını nəzərdə
tutan “Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün Dövlət
Proqramı”nın müvafiq yarımbəndinin
vaxtından əvvəl
tam icra olunmasını da qeyd etmək olar. Belə ki, reallaşdırılan
iqtisadi islahatlar nəticəsində ölkəmizdə
formalaşmış modern
vergi inzibatçılığının
və şəffaflaşma
siyasətinin davamı
olaraq Naxçıvan
Muxtar Respublikasında
vergilərin könüllü
ödənilməsi sisteminin
gücləndirilməsi, sahibkarlığın
inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması,
vergi ödəyicilərinə
göstərilən xidmətlərin
genişləndirilməsi və
daha əlçatan olması, vergi orqanları ilə vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması məqsədilə
Naxçıvan, Şərur,
Babək və Ordubad şəhərlərində
Vergi ödəyicilərinə
xidmət mərkəzləri
istifadəyə verilib.
2024-cü ildə Naxçıvan
Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə
xidmət mərkəzlərində,
ümumilikdə, 44 min
388 şəxs qəbul
edilib. Mərkəzlərdə
vergi qanunvericiliyi və inzibatçılığı
ilə əlaqədar
sualların cavablandırılması,
vergi uçotu, qeydiyyat, bəyannamələr,
cari vergi ödəmələri və
digər məsələlərlə
bağlı 59.004 xidmət
göstərilib ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz
çoxdur. 2025-ci ilin
yanvar-sentyabr aylarında
isə Vergi ödəyicilərinə xidmət
mərkəzləri tərəfindən,
ümumilikdə, 33 min
110 şəxs qəbul
edilib. Mərkəzlərdə
vergi qanunvericiliyi və inzibatçılığı
ilə əlaqədar
sualların cavablandırılması,
vergi uçotu, qeydiyyat, bəyannamələr,
cari vergi ödəmələri və
s. məsələlərlə bağlı 44 min 450 xidmət göstərilib ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə
6,99 faiz çoxdur.
Ötən dövrdə
vergi sahəsində görülən işlərin
fonunda dövriyyələrin
şəffaflaşdırılması sahəsində aparılan
işlər, gəlirlərin
bəyanetmə səviyyəsinin
və könüllü
bəyanetmənin əhəmiyyətli
dərəcədə qalxması,
vergi inzibatçılığında
həyata keçirilən
islahatlar, iqtisadiyyatın
ayrı-ayrı sektorlarında
müşahidə edilən
artım templəri Naxçıvanda vergi daxilolmalarının artımına
səbəb olub.
2024-cü ildə Naxçıvan
Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 226,6 milyon
manatdan çox vergi daxil olub
ki, bu da
2023-cü ilə nisbətən
37,6 faiz və ya 61,9 milyon manat çoxdur. Ötən il Naxçıvanda vergi daxilolmaları üzrə
proqnoz 130,2 faiz icra edilib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə
183,3 milyon manata yaxın vergi daxil olub ki,
bu da ötən
ilin eyni dövrünə nisbətən
16,3 faiz və ya 25,7 milyon manat çoxdur. Qeyri-dövlət sektorundan
daxilolmalar 128,2 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
bu sektordan vergi daxilolmaları 24,4 milyon manat və
ya 23,5 faiz artıb. Ödənilən
vergilərin 69,9 faizi qeyri-dövlət sektorunun,
30,1 faizi isə dövlət sektorunun payına düşüb.
Muxtar respublikanın
yerli gəlirlərinin
artırılmasını şərtləndirən
amillərdən biri də, sözsüz ki, azad sahibkarlıq
mühitinin formalaşdırılmasıdır.
Bu xüsusda son bir neçə
ildə turizm və xidmət sektorunda baş verən canlanma proseslərini də qeyd etmək olar. Görülən tədbirlərin nəticəsi
olaraq, ötən iki-üç ildə müxtəlifprofilli onlarla
yeni istehsal və xidmət sahələri yaradılıb,
kafelər, restoranlar fəaliyyətə başlayıb.
Əlverişli biznes mühitinin formalaşdırılmasında
əsas nüanslardan biri də səmərəli
maliyyə dəstəyi,
güzəştli kreditləşmənin
təminatıdır. Bu
xüsusda təkcə
bir faktı diqqətə çəkək
ki, cari ilin 9 ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın
İnkişafı Fondu
tərəfindən 114 layihənin
maliyyələşdirilməsinə 11,6 milyon manat məbləğində
güzəştli kredit
vəsaiti ayrılıb.
Bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon
manat və ya 4,2 dəfə çoxdur. Layihələrin
sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə
4,5 dəfə artıb.
Maliyyələşdirilmiş kreditlər hesabına 298 yeni iş yerinin
yaradılması nəzərdə
tutulur. Hazırda Naxçıvan Muxtar Respublikasında hər bir rayonun əmək
və xammal ehtiyatlarından səmərəli
istifadə yolu ilə yeni istehsal
və xidmət sahələrinin yaradılması
davam etdirilir. Dövlət maliyyə dəstəyi və özəl investisiyalar hesabına 2025-ci ilin yanvar-sentyabr ayları ərzində müxtəlif
təyinatlı 107 istehsal
və xidmət sahəsi fəaliyyətə
başlayıb. Reallaşdırılan
layihələr arasında,
xüsusilə çörək
və un məmulatları, mebel, tikinti materialları, içki və qida məhsulları istehsalı üzrə yeni müəssisələr
xüsusi yer tutur. Hazırda muxtar respublika üzrə 90 layihə çərçivəsində işlər davam etdirilir. Onlardan 38-i yeni yaradılan, 52-si isə mövcud fəaliyyətin genişləndirilməsinə
yönəlib. Bu ilin 9 ayında 600,4 min manat dəyərində
texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və
rüsumlardan azad olunub. Təqdim edilən təsdiqedici sənədlər əsasında
Çin və Türkiyədən müasir
texnoloji avadanlıqlar
idxal edilib. Bu layihələr hesabına 130 yeni iş yerinin açılacağı nəzərdə
tutulur.
Son 3 ildə
həyata keçirilən
islahatlar sayəsində
əldə olunan nəticələr bir daha sübut edir ki, Naxçıvan
Muxtar Respublikası ölkəmizin ayrılmaz
parçası kimi böyük inkişaf yolunda inamla irəliləyir. Əminliklə
demək olar ki, yaxın gələcəkdə Zəngəzur
dəhlizinin açılması
və sosial-iqtisadi inkişafa dair Dövlət Proqramının
uğurlu icrası sayəsində muxtar respublika həm mühüm nəqliyyat-logistika
imkanları, həm də yüksək iqtisadi göstəriciləri
ilə ölkə iqtisadiyyatında geniş paya sahib olacaq.
Nail Əsgərov,
“Şərq qapısı” qəzetinin şöbə müdiri
İki sahil.- 2025.- 30 oktyabr, ¹197.- S.3.