Aqrar Sığorta
Fondu gələn
ilin sığortasına
start verib
Bəs, şərtlərdə və məbləğlərdə
hansı dəyişikliklər
var?
Bu gün ölkəmizdə
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü
tədbirlər həyata
keçirilir. Xüsusilə
son bir neçə ildə yüz minlərlə hektar ərazidə yaradılan
50- dən çox aqropark kənd təsərrüfatı məhsullarının
bolluğunu
təmin edəcək
mühüm amildir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda
ərzaq bolluğunun yaradılması istiqamətində
fermerlərə göstərilən
dövlət dəstəyi
də hər il artırılır.
Belə ki, ölkəmizdə
4 il əvvəl tətbiqinə
başlanılan aqrar sığortanın əhatə
dairəsi davamlı olaraq genişləndirilir.
Təkcə 2024-cü il ərzində müxtəlif hadisələr
nəticəsində zərərlə
üzləşmiş fermer
və təsərrüfatlara
Aqrar Sığorta
Fondu (ASF) tərəfindən 6 milyon 423 min manat məbləğində sığorta
ödənişi edilib.
Bu, Aqrar Sığorta
Fondunun fəaliyyətə
başlamasından sonra
qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir.
Əvvəlki illə
müqayisədə aqrar
sığorta ödənişləri
2 milyon manat və ya 46 faiz
artıb. Xatırladaq
ki, 2023-cü ildə fermer
və təsərrüfatlara
ümumilikdə 4 milyon
407 min manat sığorta
ödənişi edilmişdi.
Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş
edilən rayonların
da sayı artıb. Belə ki, 2024-cü ilin
ilk yarısında 37 rayonda
aqrar sığorta ödənişləri həyata
keçirilmişdisə, 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən
fermer və təsərrüfatlara 41 rayonda
ümumilikdə 4 milyon
435 min manat sığorta
ödənişi edilib.
Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55 faiz
artıqdır. Sığorta
ödənişlərindən 4 milyon 245 min manat əkin sahələri, 190
min manat isə heyvandarlıq sığortası
üzrə ödənilib.
Bü gün ölkəmizdə
dövlət dəstəyi
ilə tətbiq olunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41
növ bitki və
bitki məhsulunu əhatə
edir. Son illər Azərbaycanda kənd təsərrüfatına marağın
artması fonunda ölkədə hər il
minlərlə hektar meyvə bağları salınır. Meyvələr
təkcə daxili bazarın təmin edilməsində deyil, həm də Azərbaycandan xarici ölkələrə satılaraq
ölkəyə böyük
vəsait gətirən
ixrac məhsuluna çevrilib. Bu sahədə
on minlərlə fermer
və yerli əhali çalışır.
Məhz bu səbəbdən aqrar sığorta vasitəsilə
sığortalanan bitkilərin
siyahısında əsas
yeri meyvə məhsulları tutur. Hazırda aqrar sığorta vasitəsilə
21 növ meyvə bağları sığortalanır.
ASF meyvə bağlarını
çoxsaylı risklərdən
- dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları,
vəhşi heyvanların
hücumu, üçüncü
şəxslərin hərəkətləri,
yanğın,
dolu yağması
nəticəsində keyfiyyət
itkisi kimi risklərdən sığorta
edir. Eləcə də aqrar sığorta
meyvə bağlarını
bitki xəstəlikləri, zərərvericilər və
xüsusi təhlükəli
ziyanvericilərin yayılması,
habelə zəlzələ,
torpaq sürüşməsi,
ildırım nəticəsində
yarana bilən risklərdən qoruyur. Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərər müstəqil
aqrar sığorta ekspertləri tərəfindən
müəyyən edilir
və ASF fermerə dəymiş zərəri
qarşılayır. Zərərə
görə aqrar sığorta ödənişi
edilərkən azadolma
məbləği də
nəzərə alınır.
Meyvə
bağlarını sığortalamaq
olduqca sərfəlidir.
Sığorta haqqı
meyvənin növü,
region və sığorta
zərfindən asılı
olaraq dəyişir. Bundan başqa, dövlətin 50 faizlik sığorta haqqı dəstəyi sayəsində
fermer sığorta haqqının yalnız yarısını ödəyir,
digər yarısını
fermerlərə dəstək
üçün dövlət
özü ödəyir.
Ümumiləşdirdikdə 1000 manatlıq meyvənin baza zərfi ilə sığortalanması üçün
fermerdən tələb
olunan məbləğ
meyvədən və regiondan asılı olaraq 10-25 manat arasında dəyişir.
Bu hesabla, məsələn,
bağda 10 min manatlıq
məhsul varsa, həmin bağın sığortası fermerə
təqribən 100-250 manata
başa gəlir. Fermerlər meyvə bağlarını baza zərfindən başqa, əlavə ödənişlə
digər risklərdən
də sığortalaya
bilərlər.
Meyvə
bağı sahibləri
bağdakı meyvələrdən
əlavə, ayrıca
olaraq ağacları və tingləri də sığorta edə bilərlər. Əgər yuxarıda sadalanan hadisə nəticəsində meyvə
ağacı məhv olarsa, fermerə həmin ağacın 3 illik meyvəsinin dəyəri ödənilir
– sığorta tarifi isə cəmi 0,83 faiz təşkil edir. Məsələn, ildə 50 manatlıq məhsul verən 1 ağacın sığortası
fermerə cəmi 62 qəpiyə başa gəlir. Bu sığorta növü fermerləri uzunmüddətli zərərdən
qorumaq üçün
vacibdir.
Meyvə
bağlarının sığortalanması
üçün sığorta
haqlarını fermerlər
özləri də müstəqil şəkildə
ASF-nin rəsmi internet
səhifəsindəki «Bitkiçilik
kalkulyatoru» vasitəsilə
hesablaya bilərlər.
Qeyd edək ki, Fondun sığortaladığı bağlar
üzrə sığorta
ödənişləri sürətlə
artmaqdadır. 2023-cü ildə
meyvə bağları
üzrə cəmi 39
min manat ödəniş
edilmişdisə, 2024-cü ildə bu məbləğ
720 min manat, 2025-ci ilin
ilk 9 ayında isə
159 min manat təşkil
edib və getdikcə artır.
Elçin Zaman
İki sahil.- 2025.- 30 oktyabr, ¹197.- S.8.