Reklam şəhər mədəniyyətinin bir hissəsidir

 

Dövlət Reklam Agentliyi açıq məkanda reklam sektorunda şəffaflıq, estetik nizam ictimai dəyərlərə əsaslanan dayanıqlı sistem formalaşdırır

 

Müasir şəhər həyatında açıq məkanda reklamlar təkcə iqtisadi fəaliyyətin deyil, həm ictimai estetik anlayışın bir parçasına çevrilib. Reklamlar artıq yalnız məhsul xidmətlərin tanıdılmasına deyil, şəhərin vizual simasının formalaşmasına, mədəni sosial mesajların cəmiyyətə çatdırılmasına da xidmət edir. Bu istiqamətdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən son illər həyata keçirilən islahatlar reklam sektorunun idarə edilməsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Agentlik açıq məkanda reklam fəaliyyətinin şəffaf, səmərəli müasir standartlara uyğun idarə olunmasını təmin etmək, şəhər estetikasını qorumaq ictimai məsuliyyət prinsiplərini gücləndirmək məqsədilə kompleks tədbirlər həyata keçirir.

Hazırda reklam icazələrinin rəqəmsallaşdırılması, reklam qurğularının texniki estetik standartlara uyğunlaşdırılması, regionlarda vahid nəzarət mexanizminin tətbiqi beynəlxalq təcrübənin inteqrasiyası bu fəaliyyətin əsas istiqamətlərini təşkil edir. Bu digər yeniliklər, həmçinin reklamın şəhər mədəniyyətinin ayrılmaz hissəsi kimi rolu barədə ADRA-nın mətbuat katibi Hüseyn Azəri ilə müsahibəmizdə ətraflı danışdıq.

-ADRA-nın fəaliyyətində açıq məkanda reklam sektorunun dayanıqlı şəffaf idarəetməsini təmin edən əsas prioritetlər nələrdir bu istiqamətdə hansı yeni mexanizmlər tətbiq olunur?

-Dövlət Reklam Agentliyinin fəaliyyətində açıq məkanda reklam sektorunun dayanıqlı şəffaf idarəetməni təmin etmək əsas prioritet istiqamətlərdəndir. Hazırda bu sahədə bir sıra islahatlar mərhələli şəkildə həyata keçirilir. İlk növbədə, daxili idarəetmə xidmət proseslərinin tam rəqəmsallaşdırılması istiqamətində işlər aparılır. Məqsəd icazə, nəzarət, ödəniş koordinasiya mexanizmlərinin elektron mühitdə avtomatlaşdırılması, bununla da idarəetmədə şəffaflığın operativliyin artırılmasıdır. Eyni zamanda, açıq məkanda reklamların şəhərin arxitekturasına uyğun şəkildə yerləşdirilməsi, həmçinin estetik baxımdan nizamlı harmonik reklam mühitinin formalaşdırılması istiqamətində addımlar atılır. Bu, həm şəhər estetikası, həm ictimai təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma şəhər estetikası ilə kommersiya maraqları arasında tarazlıq yaradaraq daha nizamlı müasir reklam məkanının formalaşmasına xidmət edəcək. Bununla paralel reklam daşıyıcılarının vahid elektron bazada qeydiyyatı monitorinqi istiqamətində işlər davam etdirilir. Gələcəkdə bu sistem vasitəsilə bütün elektron reklam qurğularının real vaxt rejimində izlənməsi nəzarətin gücləndirilməsi mümkün olacaq. Ümumilikdə, bu addımlar açıq məkan reklam sektorunda şəffaf, səmərəli dayanıqlı idarəetmə modelinin formalaşdırılmasına xidmət edir.

-Açıq məkanda reklam qurğularınınReklam qurğularına Texniki Tələblər”ə uyğunlaşdırılması prosesi regionlarda hansı mərhələdədir bu sahədə qarşıya çıxan əsas problemlər hansılardır?

-Hazırda açıq məkanda reklam qurğularınınReklam qurğularına Texniki Tələblər”ə uyğunlaşdırılması prosesi regionlarda mərhələli şəkildə həyata keçirilir. Artıq Gəncə, Sumqayıt digər böyük şəhərlərdə reklam daşıyıcılarının texniki parametrlərə, təhlükəsizlik normalarına şəhərsalma prinsiplərinə uyğunlaşdırılması üzrə praktiki işlər görülüb. Bununla yanaşı, bölgələrdə reklam qurğularının vahid qeydiyyat monitorinq sisteminə inteqrasiyası, həmçinin sahibkarlar üçün mütəmadi maarifləndirici tədbirlər aparılır. Prosesin əsas məqsədi regionlarda da paytaxtdakı kimi təhlükəsiz, estetik standartlara cavab verən reklam mühitinin formalaşdırılmasıdır.

-ADRA-nın həyata keçirdiyi texniki estetik yeniləmələr şəhərlərin vizual görünüşünə memarlıq simasına necə təsir göstərir? Bu istiqamətdə yerli icra hakimiyyətləri ilə əməkdaşlıq mexanizmi necə qurulub?

-Agentliyin həyata keçirdiyi texniki estetik yeniləmələr şəhərlərin vizual görünüşünə memarlıq simasına müsbət təsir göstərməyi hədəfləyir. Əsas məqsəd şəhər məkanlarında reklam daşıyıcılarının yerləşdirilməsində vahid yanaşma formalaşdırmaq, estetik görünüşü qorumaq vizual xaosu aradan qaldırmaqdır. Hazırda reklam qurğularının texniki parametrlərinin, ölçülərinin yerləşmə prinsiplərinin ümumi şəhərsalma konsepsiyasına uyğunlaşdırılması istiqamətində işlər aparılır. Yeni tipli, müasir tələblərə cavab verən enerji baxımından səmərəli reklam daşıyıcılarının tətbiqi bu prosesin mühüm tərkib hissəsidir. Eyni zamanda, reklamların yerləşdirilməsində şəhərin memarlıq üslubu, tarixi mərkəzlərin xüsusiyyətləri ictimai məkanların ümumi vizual balansı nəzərə alınır. Məqsəd reklam fəaliyyətinin şəhərin estetik siması ilə ziddiyyət təşkil etməməsi, əksinə, onunla uzlaşmasıdır. Agentlik tərəfindən bu məqsədlə aidiyyəti orqan qurumlarla əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Belə ki, reklam daşıyıcılarının quraşdırılması, yer seçimi uyğunluq məsələləri Agentlik tərəfindən müvafiq qurumlarla razılaşdırılaraq həyata keçirilir. Əməkdaşlıq mexanizmi qarşılıqlı razılaşma koordinasiya prinsiplərinə əsaslanır, yəni həm şəhərsalma sənədləri, həm yerli infrastruktur xüsusiyyətləri nəzərə alınmaqla qərarlar qəbul edilir.

-Agentliyin nəzarət icazəvermə sistemi açıq məkanda reklam sahəsində şəffaflığı ədalətli rəqabəti necə təmin edir? Bu istiqamətdə elektronlaşma rəqəmsal həllərin tətbiqi hansı üstünlükləri yaradıb?

-Agentliyin nəzarət icazəvermə sistemi açıq məkanda reklam sektorunda şəffaflığın ədalətli rəqabətin təmin edilməsində əsas mexanizmlərdən biridir. Agentlik tərəfindən tam elektron əsasda qurulanİcazələr Sistemivasitəsilə reklam qurğularının yerləşdirilməsi, icazələrin verilməsi, ödənişlərin həyata keçirilməsi nəzarət prosesləri avtomatlaşdırılıb. Bu yanaşma sahibkarların fiziki təmas olmadan, şəffaf bərabər qaydada müraciət edə bilməsini təmin edir. Rəqəmsallaşma sayəsində bütün məlumatlar vahid platformada toplanır, reklam daşıyıcılarının qeydiyyatı monitorinqi real vaxt rejimində aparılır. Bu, həm idarəetmədə operativliyi artırır, həm reklam bazarında qanunsuz fəaliyyətlərin qarşısını almağa imkan yaradır.

-ADRA ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında imzalanmış Anlaşma Memorandumu konkret olaraq hansı istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur bununla əlaqədar Azərbaycanın reklam sektoruna hansı yenilikləri gətirəcək?

-ADRA ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında imzalanmış Anlaşma Memorandumu açıq məkanda reklam sahəsində strateji əməkdaşlığı nəzərdə tutur. Sənəd çərçivəsində tərəflər reklam fəaliyyətinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun təkmilləşdirilmə, o cümlədən rəqəmsal texnologiyaların tətbiqi innovativ idarəetmə mexanizmlərinin formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərəcək. Həmçinin informasiya mübadiləsi, birgə işçi qruplarının yaradılması monitorinq sistemlərinin təkmilləşdirilməsi planlaşdırılır. Bu əməkdaşlığın ölkəmizdə reklam sektoruna beynəlxalq təcrübəyə əsaslanan texnoloji yeniliklər yüksək keyfiyyətli reklam mühitinin formalaşması baxımından mühüm töhfə verəcəyinə inanırıq.

-Açıq məkanda yayımlanan reklamların qanunvericiliyə uyğunluğu necə təmin olunur pozuntular aşkarlandıqda hansı hüquqi mexanizmlər işə düşür?

-Ümumiyyətlə, açıq məkanda reklam yerləşdirilmədən əvvəl mütləq şəkildə icazə alınmalıdır. İcazə verilmə prosesində Agentlik tərəfindən reklamın qanunvericiliyin tələblərinə uyğunluğu, yerləşmə yeri, texniki parametrləri estetik baxımdan şəhər mühitinə təsiri yoxlanılır.

Lakin təcrübə göstərir ki, bəzi sahibkarlar tərəfindən icazəsiz ya mövcud icazənin tələblərini pozamaqla reklam yerlşdirilir. Agentlik tərəfindən bu hallar aşkar edildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülür, inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilir. Bundan başqa, mövcud pozuntunun aradan qaldırılması məqsədilə tərəfimizdən reklam yayıcısına müvafiq pozuntunu təsvir edən akt icrası məcburi yazılı göstəriş göndərilir nöqsanları aradan qaldırmaq üçün müəyyən vaxt verilir.

-ADRA-nın ictimai təşəbbüslərdə - xüsusiləXəzəri qoruyaq!” kimi ekoloji kampaniyalarda iştirakı Agentliyin sosial məsuliyyət strategiyasının hansı istiqamətinə daxildir bu fəaliyyətin davamı olaraq yeni təşəbbüslər planlaşdırılırmı?

- “Xəzəri qoruyaq!” kimi ekoloji kampaniyalarda iştirak Agentliyin sosial məsuliyyət strategiyasının ictimai şüurun artırılması ekoloji dayanıqlığın təşviqi istiqamətinə daxildir. Bu təşəbbüslər açıq məkanda reklamların yalnız kommersiya məqsədi daşımadığını, həm cəmiyyət üçün faydalı mesajların yayılmasında mühüm rol oynadığını nümayiş etdirir. ADRA bu kampaniyalar vasitəsilə ətraf mühitin mühafizəsi, şəhər estetikasının qorunması vətəndaş məsuliyyətinin artırılması kimi dəyərləri təbliğ edir. Bu fəaliyyətlərin davamı olaraq ictimai maraq doğuran digər sahələrdə yeni maarifləndirici layihələrin həyata keçirilməsi planlaşdırılır.

-Açıq məkanda reklam məzmununun ictimai dəyərlərlə uzlaşması məsələsi ADRA-nın nəzarətində hansı meyarlarla qiymətləndirilir? Reklamlarda etik, milli sosial məsuliyyət prinsiplərinə əməl olunmasına necə nəzarət olunur?

-“Reklam haqqındaAzərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən, reklam dövlət əleyhinə çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli-mənəvi dəyərlərə, insanların həyat sağlamlığına, şərəf ləyaqətinə, dini siyasi əqidəsinə, ictimai təhlükəsizliyə ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Eyni zamanda, reklamda dövlət rəmzlərinin atributlarının təhrifinə, eləcə etik normalara zidd hallara yol verilməməsi təmin olunmalıdır.

Bir az əvvəl bildirdiyimiz kimi, açıq məkanda reklam yerləşdirilməsi icazə əsasında həyata keçirilir icazə verilməzdən əvvəl reklamın məzumunun qeyd edilən tələblərə uyğunluğu yoxlanılır, zəruri hallarda düzəlişlər tələb olunur. Bundan başqa, nəzarət prosesi yalnız icazə mərhələsində yox, həm reklamın yayımlandığı müddətdə aparılır. Belə ki, Agentlik tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir, pozuntu aşkar edilərsə, xəbərdarlıq daha əvvəl vurğuladığımız tədbirlər tətbiq olunur.

-Gələcəkdə ADRA-nın əsas hədəfləri nələrdir? Xüsusilə reklam bazarının beynəlxalq standartlara uyğunlaşdırılması şəhər mühitinin estetik keyfiyyətinin yüksəldilməsi istiqamətində hansı yeniliklər gözlənilir?

-Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi olaraq gələcəkdə əsas hədəfimiz ölkə üzrə açıq məkanda reklam ekosisteminin beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsidir. Biz bu istiqamətdə reklam mühitində həm texnoloji, həm estetik keyfiyyətin artırılmasına diqqət yetiririk. Məqsədimiz şəhər mühitində reklamların daha müasir, səliqəli zövqlü formada təqdim olunmasını təmin etməklə yanaşı, sahibkarlar üçün şəffaf rahat idarəetmə mexanizmləri formalaşdırmaqdır. Bunun üçün innovativ yanaşmaların qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi, icazə nəzarət sistemlərinin daha səmərəli işləməsi əsas prioritetlərdəndir. Qarşıdakı layihələr açıq məkan reklamlarının şəhər memarlığı ilə uzlaşdırılmasına, reklam daşıyıcılarının optimallaşdırılmasına ümumilikdə vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edəcək. Ümumilikdə, məqsədimiz açıq məkan reklam sektorunu dayanıqlı, şəffaf estetik baxımdan dəyərli bir sistem kimi formalaşdırmaqla həm sahibkarlar, həm cəmiyyət üçün keyfiyyətli müasir reklam mühiti yaratmaqdır.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2025.- 30 oktyabr, ¹197.- S.7.