Zəfərdən Böyük Qayıdışa:

Quruculuğun ədalətin tarixi

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq siyasəti təkcə fiziki məskunlaşmanı deyil, həm milli ruhun, mənəvi ədalətin tarixi yaddaşın bərpasını ifadə edir

 

Beş il əvvəl tarixdə görünməmiş misilsiz qəhrəmanlıqla yazılan Zəfərin səsi bu gün azad torpaqlarda quruculuq nəğməsinə çevrilib. Qalib Azərbaycanın yeni inkişaf mərhələsi artıq bərpa dirçəliş dövrü ilə səciyyələnir. Bu gün Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr, yeni şəhər kəndlərin salınması, sosial-iqtisadi infrastrukturun bərpası dövlətin strateji hədəfininBöyük Qayıdışın reallığa çevrildiyini göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasət təkcə fiziki məskunlaşmanı deyil, həm milli ruhun, mənəvi ədalətin tarixi yaddaşın bərpasını ifadə edir.

Azad edilmiş ərazilərdə inşa olunan hər bir ev, açılan hər bir məktəb, bərpa edilən hər bir abidə Azərbaycan xalqının öz torpağına, öz varlığına dönüşünün rəmzidir. Cəbrayılın Horovlu, Zəngilanın Ağalı Məmmədbəyli kəndləri kimi məkanlar bu gün Böyük Qayıdış Proqramının canlı təcəssümünə çevrilib. Prezident İlham Əliyevin oktyabrın 28-də bu kəndlərdə sakinlərlə görüşləri yalnız görülən işlərin təqdimatı deyil, həm müstəqil Azərbaycanın postmüharibə fəlsəfəsininquruculuq, ədalət əbədiyyət ideyasının parlaq ifadəsidir. Bu səfərlər həm dövlət başçısının azad torpaqlarda bərpa olunan həyatın hər anına, hər nəfəsinə, hər tikintisinə şəxsən rəhbərlik etdiyini, Böyük Qayıdış prosesinin strateji mahiyyətini bilavasitə özü formalaşdırdığını göstərir.

 

Horovlu: Ədalətin bərpası insan

mərkəzli siyasətin simvolu

 

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Horovlu kəndində Zəngilan rayonunun Məmmədbəyli Ağalı kəndlərində keçirdiyi görüşlər həm Zəfərin beşinci ildönümü ərəfəsində dövlətin həyata keçirdiyi nəhəng quruculuq siyasətinin, həm Böyük Qayıdış Proqramının real nəticələrinin nümayişi oldu. Dövlət başçısının çıxışlarında səsləndirdiyi fikirlər təkcə azad edilmiş torpaqlarda görülən işlərin xronikası deyil, həm Azərbaycanın postmüharibə inkişaf fəlsəfəsinin, milli dirçəliş konsepsiyasının ifadəsidir.

Dövlətimizin başçısının vurğuladığı kimi, Horovlu kəndinin bərpası orada həyatın yenidən canlanması Azərbaycan dövlətinin insan mərkəzli siyasətinin bariz nümunəsidir. 334 fərdi evin tikilməsi, məktəb, uşaq bağçası, tibb məntəqəsi müxtəlif sosial obyektlərin inşası təkcə bir yaşayış məntəqəsinin bərpası deyil, həm 30 ilə yaxın didərgin həyatı yaşamış vətəndaşların öz doğma yurdlarına dönüşünün rəmzidir. Dövlət bu qayıdışı təkcə fiziki infrastrukturla deyil, mənəvi sosial təminatla da müşayiət edir. Cənab PrezidentinDövlət sizin üçün bütün şəraiti yaradıbfikri bu yanaşmanın ən yığcam ifadəsidir. Bu, həm dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini simvolizə edir. Bu mərhələdə əsas məqsəd yalnız ev tikmək deyil, insanların öz həyatını yenidən qurması üçün dayanıqlı şərait yaratmaqdır.

Horovlu kəndinin seçilməsi təsadüfi deyil. Dövlətimizin başçısının xatırlatdığı kimi, Vətən müharibəsinin ilk həftələrində məhz Cəbrayıl istiqamətində Azərbaycan Ordusu düşmənin bir neçə müdafiə xəttini yararaq Zəfərin təməlini qoydu. Bu bölgə azadlıq yürüşünün başlanğıc nöqtəsi idi. Beş il sonra həmin torpaqlarda həyatın yenidən bərqərar olması, küçələrdə uşaq səsi, məktəb zəngi işıq dolu evlərin görünməsi Azərbaycan Zəfərinin əbədi rəmzinə çevrilir. Bu mənzərə həm ədalətin bərpasıdırçünki Prezident İlham Əliyevin ifadəsi ilə desək, Ədalətə inanmaq onu təmin etmək lazımdır, Azərbaycan xalqı bu ədaləti öz əli ilə təmin edib.

 

Zəfərin başlanğıc nöqtəsindən dirçəlişə doğru

 

Bu gün Cəbrayıl ümumilikdə Qarabağ - Şərqi Zəngəzur bölgəsi böyük tikinti meydançasını xatırladır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq 50 mindən çox insan bu ərazilərdə yaşayır, onların 20 mini keçmiş köçkünlərdir. Yəni Böyük Qayıdış artıq sosial-iqtisadi prosesə çevrilib. Cəbrayılda fəaliyyət göstərənAraz Vadisisənaye zonası tikilməkdə olan Günəş Elektrik Stansiyaları regionun iqtisadi xəritəsini tam dəyişməkdədir. 400 meqavat gücündə bərpaolunan enerji potensialı təkcə bu bölgənin deyil, bütövlükdə Azərbaycanın enerji təhlükəsizliyinə strateji töhfə verir. Dövlətimizin başçısının vurğuladığı kimi, məqsəd həm yaşayış, həm məşğulluq imkanlarını təmin etməkdir ki, bu da Böyük Qayıdışın sosial dayağını formalaşdırır.

 

ZəngilanBöyük Qayıdışın ilk ünvanı inkişaf modeli

 

Oktyabrın 28-də Prezident İlham Əliyevin Zəngilan rayonunun Məmmədbəyli Ağalı kəndlərinin sakinləri ilə görüşü bu prosesin daha geniş miqyas aldığını göstərdi. Zəngilan təkcə azad edilmiş rayonlardan biri deyil, həm Böyük Qayıdışın başlanğıc nöqtəsidir. Məhz buradaAğalı kəndində 2021-ci ildə ilk köç baş verdi bu gün həmin kəndağıllı kəndmodeli kimi bütün dünyaya təqdim olunur. Prezident İlham Əliyevin dediyi kimi, indi Ağalının sərhədləri daha da genişlənir, əlavə 100 ailə burada yerləşəcək. Bu, həm fiziki, həm sosial miqyasda böyüyən bir uğur hekayəsidir.

Məmmədbəyli kəndinin bərpası da bu uğurun davamıdır. 180 ailə üçün salınmış müasir evlər, sosial infrastruktur abadlıq işləri dövlətin regionun gələcəyinə olan baxışının tərkib hissəsidir.

 

Geosiyasi iqtisadi inteqrasiyanın yeni xəritəsi

 

Zəngilan bu gün həm mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Dövlətimizin başçısının vurğuladığı kimi, həm Zəngəzur, həm Araz dəhlizləri bu ərazidən keçəcək. Bu, yalnız logistika layihəsi deyil, həm regionun geosiyasi iqtisadi inteqrasiyasını təmin edən böyük strateji layihədir. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Konqres Mərkəzinin yeni yaşayış komplekslərinin tikilməsi, məscidlərin bərpası Azərbaycanın bu torpaqlarda əbədi sarsılmaz şəkildə yaşamaq niyyətini təsdiqləyir.

Prezident   İlham ƏliyevinErmənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıqfikri postmüharibə reallıqlarının mahiyyətini açır. Qarabağ Şərqi Zəngəzurda görülən bərpa işləri sadəcə dağıntıların aradan qaldırılması deyil, milli yenidən doğuluşun ifadəsidir. Bu, dövlətin yeni inkişaf fəlsəfəsidirazad edilmiş torpaqların bərpası təkcə inşaat prosesi yox, milli kimliyin, qürurun ədalətin bərpasıdır.

 

Zəfərdən sülhə, Qələbədən gələcəyə uzanan yol

 

Beş il əvvəl Zəfərlə başlanan tarix bu gün quruculuqla davam edir. Azərbaycan artıq sübut edib ki, müharibədə qazandığı Qələbəni sülh dövründə möhkəmləndirməyi bacarır. Azad edilmiş torpaqlara qayıdan hər bir ailə, açılan hər bir məktəb, işə düşən hər bir sənaye müəssisəsi bu qələbənin davamıdır. “Biz - bu torpaqların sahibləri qayıtmışıq burada əbədi yaşayacağıq". Prezident İlham Əliyevin bu sözləri təkcə siyasi bəyanat deyil, həm milli ideologiyanın mahiyyətidir.

Bu gün Horovlu, Ağalı, Məmmədbəyli kimi kəndlər Azərbaycanın Böyük Qayıdış xəritəsində yeni həyat mərkəzlərinə çevrilir. Onların simasında dövlətin uzaqgörən siyasəti, xalqın səbir qətiyyəti, ədalət quruculuq ruhu təcəssüm tapır. Zəfərin beşinci ilində Qarabağ Şərqi Zəngəzur artıq qələbə tarixindən gələcək inkişaf modelinə çevrilib. Bu modelin əsasında isə azərbaycançılıq, Vətənə sədaqət dövlətin yaratdığı sabitlik dayanır.

 

Nigar Orucova

 

İki sahil.- 2025.- 30 oktyabr, ¹197.- S.4.