44 Günlük Vətən müharibəsi:

Müasir dövrümüzün vətənpərvərlik nümunəsi

 

XX əsrin 1980-ci illərinin sonları 1990-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq şəkildə ərazi iddiaları irəli sürərək ölkəmizə qarşı hərbi təcavüzə başladı. Həmin dövrdə Azərbaycanda hökm sürən siyasi qeyri-sabitlik idarəolunmaz vəziyyətdən istifadə edən Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal etdi. Ermənistan tərəfindən həyata keçirilən məqsədli etnik təmizləmə siyasəti nəticəsində isə bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşərək qaçqın məcburi köçkün vəziyyətinə düşdü.

Azərbaycan ərazilərinin işğaldan azad olunması BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 884 saylı qətnamələrinin yerinə yetirilməsi məqsədilə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın qeyri-konstruktiv destruktiv mövqeyi səbəbindən nəticə verməmişdir. Xüsusilə 2019-cu ildən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin ardıcıl şəkildə verdiyi təxribat xarakterli bəyanatlar həyata keçirdiyi addımlar danışıqlar prosesini bilərəkdən pozmuş, bu ölkənin əsas məqsədinin işğal olunmuş ərazilərdə status-kvonu saxlamaq Azərbaycan torpaqlarını ilhaq etmək olduğu açıq şəkildə nümayiş etdirilmişdir.

Ermənistanın qəbul etdiyi hücum yönümlü milli təhlükəsizlik strategiyası hərbi doktrinası, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “Yeni ərazilər uğrunda yeni müharibəşüarları ilə çıxış etməsi, mülki şəxslərdən ibarətkönüllü dəstələr”in yaradılması kimi qərarlar, 2020-ci il iyulun 12-də ErmənistanAzərbaycan dövlət sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi təxribat, eyni zamanda cəbhə xəttində gərginliyin süni şəkildə artırılması, qoşunların təmas xəttinə sərhədyanı bölgələrə cəmləşdirilməsi, silah-sursat ehtiyatlarının artırılması təcavüzkar dövlətin genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığını açıq şəkildə göstərirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycan Respublikasının yaşayış məntəqələrini hərbi mövqelərini bir neçə istiqamətdən intensiv atəşə tutdu. Bu növbəti hərbi təxribat nəticəsində mülki şəxslər hərbi qulluqçular arasında ölən yaralananlar oldu. Yaranmış real potensial təhlükələri aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladılar.

Prezident İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirildi Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı adekvat tədbirlər görülməsi ilə bağlı konkret tapşırıqlar verildi. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsi ətraf rayonlarını işğal altında saxlaması nəticəsində yaranmış real təhlükə səbəbindən, ölkənin əhalisinin, ərazisinin Silahlı Qüvvələrinin müdafiəyə tam hazırlıqlı olması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 27 sentyabr 2020-ci il tarixində hərbi vəziyyət elan edildi, 28 sentyabrda isə qismən səfərbərlik haqqında Sərəncam imzalandı. Bununla yanaşı, hərbi əməliyyatların hazırlanması icrasına dair qərarlar qəbul olundu.

Əks-hücum əməliyyatlarının ilk günlərindən etibarən Azərbaycan Silahlı Qüvvələri bir sıra rayonları strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Bu çərçivədə 29 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindənAzərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqındaFərman imzalandı. Həmin Fərmana əsasən, azad edilən ərazilərdə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradıldı, onların nəzdində müxtəlif dövlət qurumlarının nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları fəaliyyətə başladı.

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələri ciddi itkilər verərək geri çəkilməyə məcbur oldular. Bu məğlubiyyətlərin əvəzini çıxmaq məqsədilə Ermənistan münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərləri rayonlarını, o cümlədən mülki infrastruktur obyektləriniyaşayış evlərini, məktəbləri, xəstəxanaları, dövlət binalarını təsərrüfat obyektlərini hədəf seçərək ağır artilleriya ballistik raketlərlə atəşə tutdu, bununla da müharibə insanlıq əleyhinə cinayətlər törətmiş oldu.

Xüsusilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, Mingəçevir (hidroelektrik stansiyası yerləşən), Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi), Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı digər rayonlar Ermənistanın raket artilleriya hücumlarına məruz qaldı. Məsələn, 27 sentyabr 2020-ci ildə Naftalanın Qaşaltı-Qaraqoyunlu kəndinə top mərmisinin düşməsi nəticəsində Qurbanov Elbrus İsa oğlunun ailəsindən beş nəfər həlak oldu. 4, 5, 8, 11 17 oktyabr tarixlərində Gəncə şəhərinə edilən raket hücumları nəticəsində 26 nəfər həlak oldu, 175 nəfər yaralandı, şəhərin mülki infrastrukturuna ciddi ziyan dəymişdir. Bərdə rayonunda baş vermiş raket zərbələri nəticəsində 29 nəfər həlak oldu, 112 nəfər yaralandı. Həmin hücumlar nəticəsində əhəmiyyətli sayda nəqliyyat vasitəsi digər mülki obyektlərə külli miqdarda ziyan vuruldu.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həyatını itirmiş, 454 nəfər yaralanmış, 13.360 yaşayış qeyri-yaşayış sahəsinə, 346 nəqliyyat vasitəsinə zərər dəymiş, 1.018 fermer təsərrüfatı üzrə zərər faktı qeydə alınmışdır. Bu hadisələr bir daha göstərdi ki, Ermənistan beynəlxalq hüququn norma prinsiplərini, eləcə müharibə qaydalarını sistematik şəkildə pozmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi liderlik qətiyyətlə hər kəs üçün nümunə oldu. Vətənpərvərliyi yalnız hiss deyil, həm xalqın dövlətin taleyinin ayrılmaz hissəsi kimi qəbul edən Ali Baş Komandan ölkənin müdafiəsini təhlükəsizliyini təmin etməyi özünə müqəddəs borc bildi. “Nəyi, necə zaman etmək lazım olduğunudüşünülmüş şəkildə həyata keçirərək, uğurlu qərar addımları ilə Vətən müharibəsində tarixi nailiyyətlərə imza atdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi çevik hərbi siyasi strategiya yalnız döyüş meydanında deyil, beynəlxalq informasiya diplomatik müstəvidə mühüm nəticələr verdi. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər son iki əsrdə Azərbaycan Türkiyəyə qarşı ərazi iddiaları təcavüzkar siyasət yeridən Ermənistan onun havadarları üzərində əldə olunmuş tarixi Qələbə idi. Bu Zəfər təkcə hərbi nailiyyət deyil, həm siyasi, hüquqi, tarixi, iqtisadi, etnokultural geosiyasi baxımdan misilsiz əhəmiyyətə malik oldu.

Prezident İlham Əliyev çıxışlarının birində belə qeyd etmişdir: “Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər ölümə gedirdilər... İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi... Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq... Biz üzümüz , alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir yaxşı qiymətləndirir”.

Azərbaycan xalqı uzun illər boyu tarixi torpaqlarına qovuşmaq, Xocalı qətliamına ədalət, Qarabağ münaqişəsinə son qoymaq arzusu ilə yaşamışdır. Cənab İlham Əliyev xalqın bu etimadını doğruldaraq, atasının siyasi xəttinə sadiq qalmaqla verdiyi bütün vədləri yerinə yetirmiş, 20 il ərzində ölkənin ən böyük arzularını reallaşdırmışdır.

Əgər 2003-cü ildə münaqişə ilə bağlı istinad edilə biləcək yeganə sənəd BMT Təhlükəsizlik Şurasının qətnamələri idisə, Prezident İlham Əliyevin hakimiyyəti illərində beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü suverenliyini tanıyan çoxsaylı sənədlər qəbul etdilər. Ermənistanın işğalçı siyasəti dünya ictimaiyyəti qarşısında ifşa olundu. Prezidentin ardıcıl qətiyyətli fəaliyyəti nəticəsində erməni lobbisinin onilliklər ərzində formalaşdırdığı saxta miflər stereotiplər darmadağın edildi, Azərbaycanın haqlı mövqeyi beynəlxalq səviyyədə qəbul olundu.

Azərbaycan xalqının dəmir iradəsi, iqtisadi gücü, müasir peşəkar ordu quruculuğu, Prezident-xalq-ordu birliyi Vətən müharibəsində Qələbənin əsas təməl daşları oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik hərb tarixindən ilham alan Azərbaycan xalqı yeni bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində tarixi zəfər qazandı qalib xalq statusunu bütün dünyaya sübut etdi.

 

Cavanşir Zeynallı,

Naxçıvan Dövlət Universitetinin baş müəllimi

 

İki sahil.- 2025.- 31 oktyabr, ¹198.- S.7.