Güclü iradə, xalq-iqtidar birliyi,
xalqımızın əyilməz ruhu olan yerdə…
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü
reallıq, bugünkü
gün ədalətin
təntənəsidir
“Bir neçə gündən
sonra biz tarixi Zəfərimizin beşinci
ildönümünü qeyd
edəcəyik. 8 Noyabr
– Zəfər Günü
bizim tariximizdə olan ən parlaq
səhifədir. Beş
il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə
bəyan etmişdik. Döyüş meydanında
300-dən çox şəhər,
qəsəbə, kənd
azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim
olmağa məcbur oldu.”
Dövlət başçısı İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində bura köçən sakinlərlə
görüşündə səsləndirdiyi bu fikirlərin davamı olaraq Zəngilan rayonunun Məmmədbəyli
və Ağalı kəndlərinin sakinləri
ilə görüşündə
bildirdi ki, biz düşməni
torpaqlarımızdan qovmuşuq.
İndi də doğma
torpağımızda qurub-yaradırıq,
şərait yaradırıq,
binalar, məscidlər
tikirik, tarixi abidələri bərpa edirik. Yəni, biz – bu torpaqların sahibləri qayıtmışıq
və burada əbədi yaşayacağıq.
Azərbaycan xalqının yenilməzliyini,
məğrurluğunu, torpağına
sahib çıxan, bu
yolda canında keçən xalq olduğunu dünyaya
çatdıran tarixi
Zəfərimizdən bizləri
ayıran 5 illik zamanın tariximizə hansı uğurları, zəfərləri yazdığı
bugünkü reallıqlarımızda
özünün aydın
ifadəsini tapır. Cənab İlham Əliyevin
qeyd etdiyi kimi, bugünkü
reallıq, bugünkü
gün, o cümlədən
ədalətin təntənəsidir.
Ədalətə inanmaq
və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin
edib.
Ölkə Prezidenti hər
zaman çıxışlarında bu reallığı da diqqətə çatdırır
ki, Qarabağın işğalı
dövründə də
bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri
yaşamışıq. Hər
birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi.
Amma o fikirləri biz özümüzdən
hər zaman uzaqlaşdırırdıq,
inamla yaşayırdıq
və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz
olmalıdır, heç
kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç
kimin belə niyyəti də, istəyi də olmamışdır. Həyat
və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi,
həm antiterror əməliyyatı
və ondan sonrakı dövr göstərdi ki, güclü
iradə, xalq-iqtidar birliyi, xalqımızın
əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz.
Böyük səylərin, qətiyyətin
nəticəsi olan şanlı Qələbəmiz hər
zaman keçilən yola
nəzər salmağı
bir zərurət kimi qarşıya qoyur. Bu gün qürurla tariximizə qızıl hərflərlə
yazılan 8 Noyabr-Zəfər
Günündən, 20 Sentyabr-Dövlət
Suverenliyi Günündən
bəhs edirik. Bu bayramların tariximizə
yazılması üçün
Azərbaycan 30 illik işğal dövrünün
ən ağır faciələrini
yaşadı, dünya
güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə dayandı,
lakin bu durum iradəmizi, sabaha inamımızı sındırmadı.
Azərbaycan xalqı daim əmin idi ki, dövlətimizin qətiyyəti, ədalətə
və beynəlxalq hüquqa söykənən
siyasətimiz nəticəsində
torpaqlarımız işğaldan
azad ediləcək, Qarabağımızda, Şərqi
Zəngəzurumuzda Bayrağımız
dalğalanacaq, soydaşlarımız
bu torpaqlara qayıdıb onlara yeni həyat verəcək. Bu yol 30 il uzansa da nəhayət, beş il öncə Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
ordumuz xalqımızın torpaq
həsrətinə son qoydu,
ədaləti bərpa
etdi, dünya güclərinin
27 ildə icra edə bilmədikləri
BMT Təhlükəsizlik Şurasının
qətnamələri icra
etdi. Bir daha sübut olundu ki, ədalət deyilən məfhum var, onun tətbiqi üçün
vahid mexanizm olmalıdır. Təbii
ki, bu da bütün dünya güclərindən
ədalətli yanaşma
tələb edir.
Tarixi Zəfərimizdən ötən
beş ildə Azərbaycanın sadalamaqla
bitməyən uğurlarından
böyük qürur hissi keçiririk. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
rəhbərliyi ilə
rəşadətli ordumuzun
qəhrəmanlığı, şücaəti nəticəsində
2020-ci ildə 44 günlük
İkinci Qarabağ müharibəsində tarixi
Zəfərə imza atdıq, ondan üç il sonra isə 2023-cü illin 19-20
sentyabr tarixlərində
Silahlı Qüvvələrimizin
həyata keçirdiyi
bir günlük
antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Təqvimimizdə Zəfər
və Dövlət Suverenliyi günləri ilə yanaşı, kədərli 27 Sentyabr – Anım Günü də vardı. Dövlətimizin başçısı
İlham Əliyevin Sərəncamı
ilə Vətən müharibəsində qəhrəmancasına
döyüşmüş, Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlaməti olaraq 44 günlük İkinci Qarabağ müharibəsinin
başlandığı 27 Sentyabr
tarixi Anım Günü, Qələbəmizin
əbədiləşdirilməsi məqsədilə Qarabağın
tacı Şuşanın
işğaldan azad edildiyi tarix – 8 Noyabr Zəfər Günü kimi təsis edildi. Bu tarix, eyni zamanda,
Şuşa Şəhəri
Günüdür. Prezident
İlham Əliyevin işğaldan
azad edilmiş ərazilərimiz üzrə
şəhər günlərinin
təsis edilməsi haqqında Sərəncamı
tariximizin Zəfər
səhifələrini vərəqləmək
və gələcək
nəsillərə çatdırmaq
üçün hər
birimizə çağırışdır.
Şanlı Qələbəmizə qədər Azərbaycan hər bir sahədə
böyük inkişaf
yolu keçdi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli
üçün möhkəm
hüquqi baza formalaşdı. Bu Zəfər
birliyimizin, həmrəyliyimizin
təqdimatında öz
sözünü dedi.
Bu məqamı xüsusi
qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev
1993-cü ildə xalqın
təkidli tələbi
ilə hakimiyyətə
qayıtdıqdan sonra
belə bir çağırışı etdi ki, müstəqilliyimizi
və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı
olmayaraq bütün dünya azərbaycanlılarından
bir amal-azərbaycançılıq
ideologiyası ətrafında
sıx birləşmək
tələb olunur. Dünya azərbaycanlılarının
birliyinin təmin edilməsi, diaspor quruculuğu dövlət siyasətimizin əsasına
çevrildi. Son 22 ildə
Prezident İlham Əliyev
bu istiqamətdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. İkinci
Qarabağ müharibəsinin
rəmzinə çevrilən
“Dəmir yumruq” həm gücümüzün,
həm də birliyimizin təqdimatı oldu. Dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar,
habelə Azərbaycanın
haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni
lobbisinin çirkin kampaniyalarına qarşı
fədakarlıqla mübarizə
apardılar. Etnik və dini mənsubiyyətindən
asılı olmayaraq ölkəmizin bütün
vətəndaşları görünməmiş
həmrəylik nümayiş
etdirdi, ön və arxa cəbhədə
sarsılmaz birlik yarandı. Xalqımıza
Qələbəni bəxş
edən müzəffər
ordumuzla fəxr edirik. Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri
sayəsində formalaşan
və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri
üzərinə düşən
missiyanı yüksək
səviyyədə yerinə
yetirmək gücünə,
qüdrətinə malikdir.
Tarixi Zəfərimizə
qədər 2016-cı ilin
Aprel döyüşləri,
2018-ci ilin Günnüt
əməliyyatı ordumuzun
malik olduğu imkanların
təqdimatı oldu. Bunların ardınca 44 günlük İkinci Qarabağ müharibəsində
Zəfərimiz, 2023-cü ilin
sentyabrında həyata
keçirilən lokal
antiterror tədbirləri nəticəsində
suverenliyimizin tam bərpa
edilməsi Azərbaycan
Ordusunun dünyanın
ən güclü ordusu olduğunu təsdiqlədi. Azərbaycan
Ordusu döyüş
hazırlığına görə
MDB məkanında ön
sıralarda gedir, maddi-texniki təchizat, döyüş hazırlığı
və döyüş
ruhu baxımından
tam üstünlüyə malikdir.
Silahlı Qüvvələrimizin
müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər,
ordumuzun döyüş
potensialının gücləndirilməsi,
hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın
azaldılması, bütün
bunlar məqsədyönlü
şəkildə aparılan
siyasətin tərkib hissəsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq Ordumuzun daha da gücləndirilməsi
yeni dövrün Azərbaycanının
əsas hədəfləri
sırasındadır. Müzəffər
Ali Baş Komandan
İlham Əliyev ötən
ilin fevralında keçirilən prezident seçkilərində inamlı
qələbəsindən sonra
andiçmə mərasimində
bu çağırışı
etdi ki, növbəti illərdə qarşımızda
duran əsas vəzifələrdən biri
ordumuzun, Silahlı Qüvvələrimizin daha
da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra
bu istiqamətdə çox böyük addımlar atıldı və müxtəlif vaxtlarda bu məsələ
ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan
Ordusu 2020-ci ildəkindən
daha güclüdür
və cəmi bir neçə saat davam edən
antiterror əməliyyatı bunun bariz nümunəsidir.
Bu gün Silahlı Qüvvələrimizin gələcək
inkişafı ilə
bağlı addımlar
atılır, lazımi
silah-sursat, texnika alınır, yeni silahlı
birləşmələr yaradılır.
Xüsusi Təyinatlı
Qüvvələrin sayı
bir neçə dəfə artırılıb,
yeni yaradılmış “Komando”
silahlı birləşmələrində
hərbçilərin sayı
minlərlə ölçülür
və bu proses davam edir. Ordu
quruculuğu prosesi davam etdir. Dövlət
büdcəmizdə bu
gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə
bərabər, Qarabağ
və Şərqi Zəngəzurun bərpasıdır.
Tarixi Zəfərdən ötən
beş ilin uğurlarının miqyası
ölçüyəgəlməzdir. Əsas hədəflərdən
biri azad edilmiş ərazilərdə
bərpa-quruculuq işlərinin
həyata keçirilməsi,
soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Cənab
İlham Əliyevin qeyd
etdiyi kimi, ermənilər viran qoyub bizim dədə-baba
torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Hazırda 6 şəhər,
2 qəsəbə, 20-dən artıq kənd sakinlərinə qovuşub.
Azərbaycanın hərbi-siyasi
Qələbəsinin, Ermənistanın
kapitulyasiyasının təsdiqi
olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanatın imzalanmasından
6 gün sonra noyabrın 16-da Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin Füzuli
və Cəbrayıl rayonlarına, o cümlədən
Füzuli və Cəbrayıl şəhərlərinə
səfəri ilə başlayan bərpa-quruculuq
işlərinin miqyası
bu gün olduqca genişdir. Bunun üçün cənab
İlham Əliyevin azad
edilmiş ərazilərimizə
səfərlərinin say tərkibinə
diqqət yetirmək kifayətdir. Hər bir əraziyə 10-dan,
20-dən artıq səfər
edilib. Onların ümumilikdə sayını
nəzərə alsaq
böyük quruculuq işlərinin aydın mənzərəsini təqdim
edə bilərik. Təkcə cari il çərçivəsində görülən işlərə,
bu ərazilərimizin
ev sahibliyi etdikləri tədbirlərə
diqqət yetirsək görülən işlərin
miqyasının nə
qədər böyük
olduğunu görərik.
Qeyd etdiyimiz kimi, bərpa-quruculuq işlərində infrastruktur
layihələrinin icrası
prioritetdir. Bu il sayca üçüncü-Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. 28 May Müstəqillik
Gününə təsadüf
edən bu açılış mərasimində
Azərbaycan və Türkiyə prezidentləri
iştirak etdilər. Həmin gün Laçında Müstəqillik
Gününə həsr
olunan tədbir keçirildi, Azərbaycan,
Türkiyə və
Pakistan liderləri bayram
tədbirində iştirak
etdilər. Həmçinin
həmin gün üç qardaş ölkənin liderlərinin
Zirvə görüşü
keçirildi.
Azad edilmiş ərazilərimiz
müasir tələblər
səviyyəsində yenidən
qurulur, mərhələ-mərhələ
sakinlərinə qovuşurlar.
Bu il sakinlərinə qarşılayan
şəhər Kəlbəcərdir.
Avqustun 21-də Azərbaycan Prezidenti
İlham Əliyev və
birinci xanım Mehriban
Əliyeva Kəlbəcər
şəhərində 1-ci yaşayış kompleksinin
ərazisində fərdi
və çoxmərtəbəli
evlərdə yaradılan
şəraitlə tanış
olub, buraya köçən sakinlərlə
görüşdülər. Dövlətimizin başçısı
görüşdə çıxış
edərək bildirdi
ki, birinci mərhələdə
Böyük Qayıdış
Proqramı çərçivəsində
Kəlbəcər şəhərində
dörd yaşayış
kompleksinin inşası
nəzərdə tutulur
və bu binalarda 10 mindən çox insan yaşayacaq.
Cari ildə neçə-neçə
rayonun kəndləri sakinlərinə qovuşub.
Qeyd edək ki, ilin əvvəlinin statistikasına əsasən 10 yaşayış məntəqəsi
sakinlərinə qovuşmuşdu.
Artıq bu gün onların sayı 20-dən artıqdır.
Onu da qeyd edək ki, bu il ilk sakinlərini qarşılayan
ərazilərimizlə yanaşı,
mərhələ-mərhələ soydaşlarımızın qayıtdığı
ünvanlar da az olmadı. Bu, dövlətimizin
iqtisadi qüdrətinin
təqdimatıdır.
Bu günlərdə, oktyabrın
15-də Xankəndi şəhəri
Üçüncü Azərbaycan
Milli Şəhərsalma Forumuna
ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyevin Forum iştirakçılarına
müraciətində qeyd
etdiyi kimi, Üçüncü Azərbaycan
Milli Şəhərsalma Forumunun
Xankəndi şəhərində
keçirilməsi xüsusi
məna daşıyır.
Uzun illər işğal altında qalmış bu şəhər bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir.
Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin
müasir, ağıllı
və innovativ şəhər konsepsiyasına
uyğun inkişafını
təmin edir. Qarabağ və Şərqi Zəngəzur
regionlarında həyata
keçirilən quruculuq
prosesi təkcə şəhərsalma və
infrastrukturun inkişafı
deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın
qurulması baxımından
xüsusi əhəmiyyət
daşıyır.
Qısa təhlil
əsasında belə
bir ümumiləşdirməni
apara bilərik ki, Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda sülh gündəliyinin və yeni əməkdaşlıq
formatlarının müəllifi
kimi mövqeyini daha da möhkəmləndirir.
İşğaldan azad
edilmiş ərazilərimizin
ev sahibliyi etdiyi tədbirlər Zəfərimizin və suverenliyimizin bərpasının
təsdiqi, onun yaratdığı reallıqlara
beynəlxalq dəstəyin
ifadəsidir. Son beş il 30 illik işğal dövrünün reallıqlarına
baxış, qarşıdakı
dövrün hədəflərinin
təqdimatıdır. Dövlət
başçısı İlham
Əliyevin Sərəncamı
ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi il ərzində bütün sahələrdə
Azərbaycanın uğurlarını
şərtləndirən amillərin,
qarşıdakı dövrün
çağırışlarının təhlilinə geniş imkanlar yaratdı. Sərəncamda qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi
dəyərlərə, həmrəylik,
humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində
kənar müdaxilələrə,
məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini
bərpa etmişdir. Müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün
acınacaqlı dövr
olsa da 1993-cü ildən başlanan Heydər Əliyev yolu ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını şərtləndirdi. Bu gün artıq yeni dövrün Azərbaycanının uğurlarından,
hədəflərindən bəhs
edirik.
Yeganə Əliyeva
İki sahil.- 2025.- 31 oktyabr, ¹198.- S.2.