Azərbaycan xalqı 44 gündə tarixi ədaləti

bərpa edərək əbədi Zəfər tarixini yazdı

 

Ermənistanın Azərbaycana hərbi təcavüzünün davam etdiyi 30 il ərzində beynəlxalq riyakarlıq tarixi ədalətin bərpası üçün hərbi gücdən istifadəni labüd etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu illərlə Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı formalaşdırılmış mifləri cəmi 44 günə darmadağın etdi.

Noyabrın 9-dan 10-na keçən gecə isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu Qələbə yalnız döyüş meydanında əldə olunmayıb, eyni zamanda, Azərbaycanın diplomatik siyasi uğurları ilə tamamlanaraq Zəfər Gününü tariximizdə əbədi iz buraxan əlamətdar hadisəyə çevirdi.

Üçtərəfli Bəyanat Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinə birdəfəlik son qoydu regiondakı sabitliyi pozan bütün planları alt-üst etdi. “Böyük Ermənistanxəyalı artıq reallıqda yer tutmadı, keçmişDağlıq Qarabağ”ın statusu isə tarixin arxivinə atıldı. İkinci Qarabağ müharibəsində  Azərbaycanın əldə etdiyi tarixi Qələbə yalnız torpaqların azad olunması ilə yekunlaşmayıb, həm ədalətin bərpası xalqın haqqının tanınması baxımından əhəmiyyətli mərhələ oldu. Bu kontekstdə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci ildə ŞuşadaVaqif Poeziya Günləri”nin açılış mərasimində Azərbaycanın dünyaya ədalətin beynəlxalq hüququn mövcud olduğunu necə sübut etdiyini belə ifadə etdi: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq bundan sonra Şuşada əbədi yaşayacağıq.”

Tarixi Qələbə Azərbaycan xalqının milli dəyərlərə söykənən böyük potensialını açıq şəkildə nümayiş etdirdi. Reallıq göstərdi ki, müstəqillik dövründə yetişən nəsil dövlətçilik ənənələrinə sadiq, tarixi yaddaşı qoruyan, vətənpərvər iradəli gənclik oldu.  Bu nəsil iki əsr ərzində həll olunması mümkün görünməyən  münaqişəniDəmir yumruqəməliyyatı ilə cəmi 44 gündə sona yetirdi. BMT tarixində isə ilk dəfə belə bir mötəbər qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməyə məcbur oldu.

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, eləcə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) Seton Hall Universitetinin Diplomatiya Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası təhlil edilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Vətən müharibəsindən sonra başlayan Zəfər yürüşü Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Son beş il  ölkəmiz üçün tarixi hadisələrlə zəngin bir dövr oldu. Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilmiş silahlı birləşmələr hələ vaxtaşırı təxribatlar terror aktları törətməklə təhlükə mənbəyi olaraq qalırdı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror əməliyyatları uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xəttə dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutka davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların separatçı rejimin mövcudluğuna son qoyuldu.

2023-cü ilin oktyabrın 15-də xalqımız növbəti tarixi anın şahidi oldu. Dövlətimizin başçısı  İlham Əliyev Prezident seçilməsinin iyirminci ildönümü günündə-Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq yeni bir şanlı səhifə açdı, xalqımıza böyük sevinc qürur bəxş etdi. Müzəffər Ali Baş Komandan çıxışında bildirdi: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Niyə, niyə biz noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik? Bu gün burada durarkən bir daha demək istəyirəm ki, hər şeyi vaxtında etməliyik etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır. Bu gün burada qaldırdığım Bayraq əbədi dalğalanacaq biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Müzəffər Ali Baş Komandanın bu sözləri bütün dünyada geniş əks-səda doğurdu. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qələbə münasibətilə 2020-ci il 26 noyabr tarixli Qanunu iləZəfərQarabağordenləri, həmçininVətən Müharibəsi                               Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısıVətən müharibəsində arxa cəbhədə xidmətlərə görəmedalları təsis olundu. Dövlət başçımızın 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda 3 000 Azərbaycan əsgəri zabiti ilə yanaşı, türk əsgər zabitləri iştirak etdi. Təntənəli Paradı Azərbaycan Respublikasının Prezidenti  Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Paradda, həmçinin yerli xarici rəsmi qonaqlar, eləcə diplomatik korpusun nümayəndələri iştirak etdilər.

Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorial kompleksinin Zəfər muzeyinin yaradılması qərara alındı. Sərəncamdan dərhal sonra Vətən müharibəsi memorial kompleksinin Zəfər muzeyinin layihələri hazırlandı tikinti işlərinə başlanıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirilib. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü sarsılmaz birliyi təcəssüm etdirir. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra - noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdi. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. 2021-ci il 12 aprel tarixində Hərbi Qənimətlər Parkının açılışı oldu.

5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan üzərindəQarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmışİsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Dövlət başçımızın təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli Qərar qəbul edilmişdir. Amnistiya aktı 17 min 267 şəxsə şamil olunmuşdur.

Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan qərarlardan biri milli suverenliyin daha dərindən təcəssüm etdirilməsinə yönəlib. Bu məqsədlə Prezident İlham Əliyev 2024-cü il 19 sentyabr tarixindəAzərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqındaSərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Qarabağ torpaqlarının azad edilməsi ilə başlanan yeni dövr təkcə hərbi qələbə ilə deyil, həm bərpa dirçəliş mərhələsi ilə yadda qaldı. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri bu prosesin həm rəmzi, həm real başlanğıcı oldu. Dövlət başçısı hər səfəri ilə qələbə sevincini xalqla bölüşməklə yanaşı, həmin torpaqları tez bir zamanda dirçəltmək həyatın bərpasını təmin etmək əzmini nümayiş etdirdi.

Bu gün azad edilmiş şəhər kəndlərimizdə genişmiqyaslı inşaat quruculuq işləri aparılır. Burada müasir infrastruktur, məktəblər, xəstəxanalar, yaşayış binaları, mədəniyyət ocaqları, məscidlər, muzeylər, hava limanları, dəmir yolları tunellər inşa olunur. Bütün bu işlər Azərbaycanın azad edilmiş torpaqları tezliklə əvvəlkindən gözəl şəkildə dirçəldəcəyinin göstəricisidir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79%-dir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il daxil olmaqla 21.6 mlrd manat vəsait ayrılmışdır. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. 2025-ci il oktyabrın 1-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4.826 ailənin qayıdışı təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin onların ailə üzvlərinin sayı 38 304 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2152 nəfər tələbə nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59.565 nəfər təşkil edib.

İkinci Qarabağmüharibəsində tarixi Zəfərimizdən sonra dövlət siyasətinin əsas istiqamətlərindən biri azad edilmiş torpaqlarda insan həyatının bərpası sosial rifahın təmin olunmasıdır. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin DOST xidmətlərindən faydalanması üçün mühüm addımlar atılır. Son illər Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Qarabağ Regional DOST Mərkəzi, bu mərkəzin Şuşa filialı açılıb. 2025-ci ildən isə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər rayonunda DOST məntəqəsi istifadəyə verilib. Burada, eyni zamanda, məşğulluq xidmətləri, habelə Kicik Orta Biznesin İnkişafı Agentliyi əməkdaşları tərəfindən xidmətlər göstərilir gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur.

Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətimizin möhkəm iradəsinin hər bir vətəndaşımızın qəhrəmanlıq ruhunun parlaq təcəssümüdür. Qazandığımız Qələbə həm tarixi ədalətin bərpası, həm gələcək nəsillər üçün əbədiləşən bir örnəkdir.

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2025.- 31 oktyabr, ¹198.- S.3.