SOCAR sağlamlıq əməyin

təhlükəsizliyinə xüsusi önəm verir

 

SOCAR işçilərin həyat sağlamlığını istehsalat fəaliyyətindən üstün tutaraq əməliyyatların təhlükəsiz, etibarlı tələblərə uyğun qaydada davam etdirilməsini daim diqqət mərkəzində saxlayır. Əsas məqsədistehsalatda bütün işləri əməliyyatları qəza hallarına, bədbəxt hadisələrə, peşə xəstəliklərinə yol vermədən istehsal prosesində ətraf mühitə zərər vurmadan həyata keçirməkdir.

Sağlamlıq əməyin təhlükəsizliyi üzrə işlərin təşkili 2024-cü hesabat ili ərzində SOCAR üzrə istehsalat sahələrində əmək şəraitinin yaxşılaşdırılması sağlamlaşdırılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb, buradan irəli gələn tədbirlərin icrası məqsədi ilə qarşıya qoyulan tapşırıqlar uğurla həyata keçirilib nomenklatur tədbirlər planının icrası təmin edilib. Bu məqsədlə istehsalat sahələrinin, binaların, yerlərinin müvafiq qaydaların tələblərinə uyğunlaşdırılması, istehsalat proseslərində xəsarət almalarının, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi davam etdirilib.

Hesabat ilində SOCAR-ın idarə müəssisələrində görülən işlərin günün tələbləri səviyyəsində qurulması məqsədilə müxtəlif mövzularda sahələri üçün norma, prosedur təlimatların işlənməsi işləri davam etdirilib. Buna müvafiq olaraq SOCAR-ın  Sağlamlıq Əməyin Təhlükəsizliyi (SƏT) idarəetmə sistemi ilə bağlı mövcud vəziyyətin təhlili aparılıb SƏT üzrə idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəlik Strategiya sənədi qəbul edilib. Həmçinin özündə əsas prinsipləri əks etdirən SƏT üzrə Bəyanat yenidən hazırlanaraq, təsdiq edilib Şirkətin rəsmi saytında yayımlanıb. Hesabat dövrü ərzində eyni zamandaBaş vermiş hadisələrlə bağlı məlumatın şifahi verilməsinə dair təlimat”, “Davranış təhlükəsizliyin müşahidə sistemi (DTMS) təlimatı”, “Sərnişindaşımada münasibətlərin tənzimlənməsi təhlükəsizlik proseduruişlənib tamamlanaraq təsdiq olunub. “Yükqaldırma əməliyyatları proseduru”, “İşlərin icrasına icazə proseduru”, Enerji sistemlərinin təcrid edilməsi proseduru”, “Podratçıların SƏT üzrə idarə olunması proseduru”, “SƏT üzrə hesabatlılıq”, “SOCAR-ın işçilərinə xüsusi geyim digər FMV-nin verilməsi normalarıkimi korporativ səviyyədə tətbiq olunacaq sənədlərin hazırlanması-yenilənməsi işlərinə başlanılıb.

 

Digər şirkətlərlə birgə layihələr

 

2024-cü il ərzində SƏT sahəsində fəaliyyətin günün tələbləri səviyyəsində qurulması məqsədilə bir sıra digər neft-qaz şirkətləri təşkilatlarla birgə layihələr həyata keçirilib.

Əməkdaşlıq çərçivəsində 2024-cü ilin 8-9 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində IOGP-nin 50 illiyinə həsr olunan üzv olan təşkilatların nümayəndələrinin iştirakı ilə xüsusi yığıncaqda iştirak təmin edilib. Yığıncaqda 2024-cü ilin ümumi icmalı haqqında məlumatlar verilib müxtəlif mövzularda panel sessiyalar təşkil olunub. Sağlamlıq Əməyin Təhlükəsizliyi sahəsində texnologiyanın mühüm rolu, rəqəmsallaşdırmanın tətbiqi təhlükəsizlik sahəsində qabaqcıl təcrübəyə dair əsas məqamlar geniş müzakirə edilib. 2024-cü ilin 12-17 oktyabr tarixlərində IOGP-nin Sağlamlıq Komitəsi (Health Committee) üzrə Bəhreyn Krallığının Manama şəhərində Bəhreyn Neft Şirkətinin (Bapco) modernizasiya layihəsinin yığıncağında iştirak edilib, sağlamlıq ilə bağlı əsas fəaliyyətlər, peşə sağlamlığı ilə bağlı təşkilatlarda yaranan çətinliklər barədə müzakirələr aparılıb. 2024-cü ilin 28-30 oktyabr tarixlərində Böyük Britaniyanın London şəhərində IOGP- üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə təşkilatın 50 illiyinə həsr olunmuş növbədənkənar ümumi iclas keçirilb. 2018-ci ildən bu təşkilatın üzvü olan SOCAR-ın nümayəndə heyəti tədbirdə iştirak edib tədbir çərçivəsində SƏTƏM sahəsində qabaqcıl təcrübə mübadilələri aparılıb, enerji keçidi dekarbonizasiya mövzularında müzakirələr təşkil olunub. 12-17 oktyabr tarixlərində Böyük Britaniyanın London şəhərində təşkil olunan IOGP-nin Proses təhlükəsizliyi alt komitəsi (Process Safety Subcomitee) üzrə görüşündə iştirak təmin olunub.

 

Beynəlxalq idarəetmə sistemlərinin tətbiqi

 

2022-ci ildən SOCAR-ın müəssisələrində Beynəlxalq standartların tətbiqi ilə əlaqədar müsabiqə əsasında seçilmiş beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisindəki nümayəndələri ilə müqavilə bağlanıb, 2023 2024-cü illərdə proses uğurla davam etdirilb. 2024-cü ildə SOCAR-ın tabeli təşkilatlarından Sənaye Təhlükəsizliyi İdarəsində üç standart (ISO 9001, ISO 14001 ISO 45001) Sosial İnkişaf İdarəsində isə bir standart (ISO 9001) üzrə sertifikatlaşdırılma auditi keçirilib ilk dəfə müəssisələrə sertifikatların təqdim olunması gözlənilir. Əlavə olaraq, Heydər Əliyev adına Dərin Özüllər Zavodunda İSO 14001 standartı üzrə işlər hazırda davam etdirilir. Beləliklə, “Azneft” İB-nin idarəetmə aparatı struktur vahidləri daxil olmaqla, SOCAR-ın 36 tabeli təşkilatında müxtəlif istiqamətlər üzrə beynəlxalq standartlar tətbiq olunur ya tətbiq olunması gözlənilir. Hesabat ilindəNeftqazelmitədqiqatlayihəİnstitutu - standartlarının yenilənməsi üçün sertifikatlaşdırma auditləri keçirilib Azəriqaz” İB-, Nəqliyyat İdarəsində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində Təlim, Tədris Sertifikatlaşdırma İdarəsində sertifikatların yenilənməsi istiqamətində auditlərə hazırlıq işləri görülüb. Əlavə olaraq digər müəssisələrdə yoxlama auditləri keçirilibş mövcud sertifikatların həqiqiliyi təsdiq edilib.

 

İşçilərin maarifləndirilməsi

 

Hesabat dövrü ərzində SOCAR-ın idarə müəssisələrində sağlamlıq əməyin mühafizəsi sahəsində görülən işlərin günün tələbləri səviyyəsində qurulması üçün bir sıra kompleks tədbirlər görülüb. Bu məqsədlə Baş ofisin Sağlamlıq Əməyin Təhlükəsizliyi (SƏT) Departamenti tərəfindən hər ay müxtəlif mövzularda məlumatverici posterlər hazırlanıb SOCAR-ın strukturuna daxil olan bütün müəssisələrə paylanıb. 2024-cü il ərzində 4 geniş tərkibli seminar əməkdaşlıq iclası təşkil edilib. Baş ofisin SƏT Departamenti tərəfindən mütəmadi olaraq həyata keçirilən müxtəlif mövzulu tədbir görüşlərin davamı olaraq SOCAR-ın strukturuna daxil olan idarə müəssisələrin, həmçinin Əməliyyat şirkətləri Birgə müəssisələrin SƏT üzrə mütəxəssislərinin, eləcə yükqaldırma əməliyyatları üzrə məsul əməkdaşların iştirakı ilə “SOCAR Tower”dəYükqaldırma əməliyyatlarımövzusunda hibrid formatda seminar təşkil edilib.

SƏT Departamentinin mütəxəssislərinin iştirakı iləHündürlükdə icra olunan əməliyyatların təhlükəsizliyimövzusunda müzakirələr aparılıb. 08.08.2024-cü il tarixində 2024-cü ilin birinci yarımilliyinin nəticələri üzrə sağlamlıq əməyin təhlükəsizliyi sahəsində müəssisələrin SƏT üzrə rəhbərlərinin iştirakı ilə hesabat xarakterli iclas keçirilib. SOCAR-ın Baş ofisinin, SUOM-un Azneft” İB-nin SƏTƏMM mütəxəssislərinin BP-nin Səngəçal terminalına səfəri təşkil edilib, tədbir çərçivəsində maraqlı seminarlar təcrübə mübadiləsi aparılıb.

 

Əməyin mühafizəsi üzrə keçirilmiş təlimlər

 

2024-cü ildə əməyin mühafizəsi üzrə ümumilikdə 292410 təlim saatı olmaqla, müxtəlif mövzularda kurslar təşkil edilmiş 13318 nəfər dinləyicinin iştirakı təmin edilib.

2024-cü il ərzində SOCAR-ın müəssisələrində sağlam təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat sahələri, tikililərin yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulması üzrə qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi sahəsində əsaslı işlər görülüb hazırda davam etdirilməkdədir. Mürəkkəb texnoloji proseslər icra edən qurğu, avadanlıq mexanizmlərin təhlükəsiz istismarını təmin etmək istismara yararlığını müəyyən etmək məqsədilə onların böyük əksəriyyəti texniki ekspertizadan keçirilib, dövri sınaq işləri aparılıb. Texnoloji proseslərdə insan əməyinin yüngülləşdirilməsi təhlükəsiz üsullarının tətbiq edilməsi məqsədilə bir çox istehsalat sahələrində müasir tələblərə cavab verən avtomatik nəzarət ölçü sistemləri quraşdırılaraq istismara verilib.

 

Əmək şəraitinin vəziyyətinə nəzarət

 

SOCAR-ın istehsalat sahələrində yerlərinin təhlükəsizliyini qiymətləndirmək məqsədilə mütəmadi olaraq attestasiya işləri aparılır. Hesabat dövründə SOCAR-ın tabeli təşkilatlarında 2077 yerində attestasiya aparılıb nəticə etibarilə 414 yerində zərərli istehsalat amillərinin normadan artıq olduğu aşkar edilib. Əlavə olaraq, Şirkətin 4 müəssisəsində fəaliyyət göstərən sənaye-sanitariya laboratoriyaları tərəfindən 4411 yerində ölçmə işləri yerinə yetirilib. Hesabat dövrü ərzində əmək şəraiti vəziyyətini yoxlamaq istehsalat risklərini minimuma endirmək məqsədi ilə SOCAR-ın Baş ofisinin Sağlamlıq Əməyin Təhlükəsizliyi Departamenti tərəfindənÖzünü-qiymətləndirməprosesi çərçivəsində onun müəssisələrinin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyaları (DFK) tərəfindən istehsalat obyektlərində monitorinqlər aparılıb. Belə ki, “özünü-qiymətləndirməprosesi çərçivəsində SOCAR-ın 8 tabeli müəssisəsində (“Nef Kəmərləriİdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, Təlim, Tədris Sertifikatlaşdırma İdarəsi, “NeftqaztikintiTresti, Nəqliyyat İdarəsi, “Azərikimyaİstehsalat Birliyi, «Neftqazelmitədqiqatlayihə» İnstitutu, Karbamid zavodu) keçirilən monitorinqlərdə müsbət məqamlar qeyd olunub, təkmilləşdirmə üçün imkanlar göstərilib, tövsiyələr verilib. Bundan əlavə, SƏT Departamenti tərəfindən ölkəmizdə keçirilən COP-29 ərəfəsində sentyabr-oktyabr aylarında 10 müəssisədə (“Azneftİstehsalat Birliyi, “Neft Kəmərləriİdarəsi, Geofizika Geologiya İdarəsi, “Qaz İxracİdarəsi, «Neftqaztikinti» Tresti, Heydər Əliyev adına Neft Emalı Zavodu, “Azəriqazİstehsalat Birliyi, Metanol Zavodu, Qaz Emalı Zavodu) yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq yoxlama vərəqələri (checklist) əsasında müəssisələrdə növbədənkənar monitorinqlər aparılıb, qabaqlayıcı tədbirlər müəyyən olunub.

Bundan əlavə, SOCAR əməkdaşları arasında təhlükəsizlik mədəniyyətinin daha da möhkəmləndirilməsi məqsədilə SƏT üzrə fəaliyyətlərinə görə fərqlənən əməkdaşların müəyyən edilməsi qiymətləndirilməsini əhatə edənTəhlükəsizlik üzrə lidermüsabiqəsinin müntəzəm olaraq hər il təşkili nəzərdə tutulur. 2024-cü ildə keçirilən müsabiqədə namizədlər SƏT üzrə müəyyən olunmuş kriteriyalar əsasında dəyərləndirilib onlardan 37 nəfər müsabiqənin qalibi seçilərək mükafatlandırılıb.

 

Üçüncü tərəf şirkətlərə nəzarət

 

Üçüncü tərəf (podratçı) şirkətlərin fəaliyyətinin SOCAR-ın prinsip dəyərlərinə uyğun qurulduğu daim diqqət mərkəzində saxlanılır. SOCAR-ın üçüncü tərəf şirkətlərinə olan əsas tələbləri sağlamlıq, əməyin təhlükəsizliyi sahələrdə risklərin idarə edilməsini əhatə edir. Müəssisələrdə müqavilə əsasında işləyən podratçı təşkilatlar kimi fəaliyyət göstərən birgə müştərək müəssisələrin əməyin təhlükəsizliyi sahəsində fəaliyyətinə mütəmadi nəzarət edilib. İstehsalat sahələrində bir neçə təşkilat, o cümlədən müqavilə əsasında kənar təşkilatlar (podratçı) işlədikdə onların fəaliyyətinə ümumi rəhbərlik nəzarət etmək üçün cavabdeh şəxs təyin olunur. Belə ki, yanğın-partlayış təhlükəli istehsalat sahələrinə təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələrinin daxil olmasına yol verilmir, görülən işlər üzrə sertifikatların olmasına, istifadə olunan qaldırıcı digər avadanlıq, mexanizm alətlərin texniki vəziyyətinə, onların vaxtında yoxlanılmasına nəzarət olunur, eyni zamanda işlərin təhlükəsizlik qaydalarının tələblərinə uyğun yerinə yetirilməsinə, bütün təşkilatların işçilərinin xüsusi geyimdə olmalarına lazımi mühafizə vasitələrindən istifadə olunmasına nəzarət olunub. Birgə müəssisələr Əməliyyat şirkətləri tərəfindən hər ay istehsalat zədələnmələri ilə əlaqədar Şirkətə hesabatlar təqdim edir bu hesabatlar əsasında istehsalat zədələnmələrinin vəziyyəti təhlil olunaraq qiymətləndirilib.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2025.- 31 oktyabr, ¹198.- S.5.